Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə29/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   31
Audit 2 sual ve cavablar Isa Aliyev

29-cu sualın cavabı:

Mal-material ehtiyatları maliyyə hesabatları üçün əhəmiyyətli olduqda BAS 501 tələb edir ki, auditor mal-material ehtiyatlarının mövcudluğu və vəziyyətini təsdiq etmək üçün kifayət qədər müvafiq audit sübutu əldə etmək məqsədilə mal-material ehtiyatlarının fiziki inventarizasiyasını aparmalıdır.

Mal-material ehtiyatları nisbətən yüksək riskli audit sahəsidir, çünki mal-material ehtiyatları mənfəətin məbləğinə təsir edir, mürəkkəb ola bilərlər və qiymətləndirməyə məruz qalırlar. Auditor ehtiyatlı olmalıdır. BAS-ın tələbləri nəzərə alınmalıdır.

Auditorun fiziki invnentarizasiyada iştirak etməməsinə dair müştərinin mühasibinin inad etməsi şübhə doğurur. Kinston Cotton Mills ilə bağlı məhkəmə işinndə (1896) qeyd edildiyi kimi, əgər auditorun şübhəsi yaranırsa o, daha çox araşdırma aparmalıdır. Manipulyasiya edilmiş ml-material ehtiyatlarının köməyi ilə bir çox saxtakarlıq halları baş vermişdir. Öz vəzifələrini həyata keçirməkdə ağlabatan diqqət göstərməsə, auditor peşəkar etinasızlıq göstərdiyinə görə məsuliyyət daşıya bilər.

Auditor inventarizasiyada iştirak etməli və seçilmiş nümunələri geniş şəkildə yoxlamalıdır, çünki mühasibin onun iştirak etməməsini istəməsi onda şübhə oyadacaqdır

Sual 30

Kiçik bir müəssisənin audit yoxlanışını həyata keçirmək üçün təyin olunmuş auditor köməkçisi audit işini planlaşdırmaq üçün keçirilən görüşdə təkid edir ki, kiçik təşkilati vahid üçün audit seçməsinin mənası yoxdur. Bununla razısınızmı? Ətraflı izah edin.




Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin