28-ci sualın cavabı:
Auditor əlavə məktublar göndərməklə müştərilər ilə əlaqə saxlamalı və cavab istəməlidir. Əgər müştərilər cava verməzsə, o zaman auditor sonrakı pul mədaxillərinin, yükləmə sənədlərinin və s. yoxlanması kimi alternativ audit prosedurlarını nəzərdən keçirməlidir.
Bu alternativ yoxlanışları tətbiq etməzdən əvvəl, auditor alternativ yoxlanışların tətbiq ediləcəyi sahə üzrə daxili nəzarət mexanizmlərini təhlil etməlidir. Məsələn, əgər auditor yükləmə sənədlərinin seçmə nümunəsi ilə gündəlik satışlar kitabının yoxlanmasını planlaşdırırsa o, satış sahəsində daxili nəzarət mexanizmlərini təhlil etməlidir.
Əməliyyatların təfsilatlarının daha çox yoxlanışları aparıla bilər. Satışların düzgün hesabat dövründə qeyd edildiyini yoxlamaq üçün hesabat dövrünün bağlanılması prosedurları yoxlana bilər. Növbəti ildə hər hansı böyük məbləğdə satışın ləğv edilməsi araşdırılmalıdır.
Sual 29
Mal-material ehtiyatlarının auditini aparmaq tapşırığı almış audit komandasının rəhbəri kimi sizə müştərinin auditoru deyir ki, onların yaxşı müəyyən edilmiş inventarizasiya sistemləri var və bu sistem uzun illər ərzində problemsiz işləmişdir və təcrübəli işçilər tərəfindən həyata keçirilir. Mühasib sizə məsləhət görür ki, inventarizasiyanı onun öhdəsinə buraxasınız və auditi vaxtında bitirə bilmək üçün digər audit planının digər sahələrinə diqqət yetirəsiniz. Mal-material ehtiyatları müəssisənin aktivlərinin əhəmiyyətli hissəsini təşkil edir. Mühasibin xahişinə cavab olaraq sizin audit planınız necə olmalıdır?
Dostları ilə paylaş: |