. - Həkimə qədər yardım:
- 1)Temperatur qalxdıqda xəstəni yatağa salıb, gündə 3 dəfə 0,5 q aspirin və ya amidopirin təyin edir, 2)döş qəfəsində ağrılar olduqda banka, xardal yaxması qoyurlar.
- 3)Öskürəyə qarşı kodein, etilmorfin, bronxolitin, mukaltin və s. təyin edirlər.
- 4)Bəlğəmgətirici kimi gülxətmi kökünün dəmləməsi, ammonium-xlorid, natrium-sitrat, natrium hidrokarbonat (çay sodası), pertussin, terpinhidrat vermək olar.
- 6) Belə xəstələrə isti südlə borjom və çay sodası (bir stəkan südə 1 çay qaşığı soda) məsləhət görülür. Doktor «MOM» preparatı verilir, xardal qoyulur.
- 7)Bəlğəm gətiricilərdən mukaltin preparatı, altey, termopsis dəmləmələri, kalium-yodidin 3%-li məhlulu, bronxolitin, bromheksin yaxşı nəticə verir. Bronxlarda spazm olarsa, teofedrin, efedrin, eufillin təyin edilir. Quru, əziyyətverici öskürəkdə kodein, dionin, libeksin, baltiks verilir.
- Pnevmoniya-nın qarşısını almaq üçün antibiotiklərdən biseptol, bakterim, sulfametoksin təyin edilir.
- 1)Ağırlaşma, pnevmoniya qorxusu yoxsa, antibiotiklər məsləhət deyil.
- 2)Xəstələrə siqaret qadağan edilir, çoxlu maye içməsi məsləhət görülür.
- 3) Xəstənin gimnastika, id-manla məşğul olması sağalmaya müsbət təsir göstərir.
Bronxial astma –1) bronxların spazmı ilə əlaqədar onların havakeçirmə qabiliyyətinin pozulması nəticəsində əmələ gəlir və birdən-birə baş verən tutmaşəkilli boğulma ilə təzahür edir. 2)Xəstəliyin əmələgəlmə səbəbləri : a)Sinir sisteminin zəifləməsi, b)allergiya çox rast gələn səbəblərdəndir. 3) Alimlərin fikrincə, son zamanlar bronxial astmanın geniş yayılmasının səbəbi əhalinin allergiyaya meylliyinin artmasıdır. Bu vəziyyəti törədən səbəblər çox olub, o cümlədən, əhalinin müxtəlif dərmanlar, xüsusən antibiotiklər (penisillin, streptomisin və s.) qəbul etməsidir. Kimyəvi və boyaq maddələr allergiya yaradır. Bronxial astma 1)qripdən, ağciyərlərin iltihabından sonra da meydana çıxır. 2)Bu xəstəliklərdə allergenlər (zülali maddələr) mühüm rol oynayır. Bunlar orqanizmə tənəffüs, mədə-bağırsaq sistemi, dəri, selikli qişalar vasitəsilə daxil olur. 3)Uşaqlarda çox zaman göyöskürək, qrip və sətəlcəmdən sonra bronxit başlanır. 4)Astmanın tutmaları adətən birdən-birə, çox vaxt gecələr olur. 5) Bəzən bundan qabaq xəstə döşdə sıxıntı, ümumi zəiflik, yuxuculluq hiss edir, əsnəyir, burnu gicişir və tutulur. 6)Qida allergiyası hallarında qusma, mədə qıcqırması və s. olur. Astma tutması zamanı xəstə əllərini möhkəm bir şeyə söykəyir, rahat nəfəs almağa çalışır.
Dostları ilə paylaş: |