1) tutmalarına qarşı uzunmüddətli – 12–18 saata qədər təsir göstərən preparatlardan teopek, teodur tətbiq edilməsi yaxşı nəticə verir.
2)Bu zaman hormonal preparatlardan da istifadə olunur.
Hidrokortizon, prednizolon–hidroxlorid venaya yeridilir. Xəstənin çox həssaslıq göstərdiyi allergenləri aradan qaldırmaq lazımdır. Sinir sistemini sedativ və ümumi möhkəmləndirici vasitələrlə, su müalicəsi, psixoterapiya, tənəffüs gimnastikası, idman və bədən tərbiyəsi ilə möh-kəmlətmək lazımdır.
Ağciyərin absesi.Ağciyərin irinli iltihabıdır.
1)Əksər hallarda abses axırıncı mərhələlərdə bronxlara açılır və onlar vasitəsilə təmizlənir.
2)Üşütmə, qızdırma, tərləmə, orqanizmin intoksikasiyası müşahidə edilir.
3)Abses açıldıqda, bronxlar vasitəsilə çoxlu irinli bəlğəm ifraz olunur, xəstənin vəziyyəti yaxşılaşır, temperaturu düşür.
4)Xəstə yataq rejimində müalicə olunmalıdır.
5) Abses zamanı antibiotik məhlullarından, aerozollar-dan istifadə olunur və traxeyaya məhlullar yeridilir. 6)Qidada çoxlu zülal, vitaminlər, kalsium duzları olmalıdır.
7)Absessin tez-tez baş verdiyi xəstələr tənəffüs orqanlarının digər xəstəliklərindən qorunmalı və bədənlərini möhkəmlətməlidirlər.
8) Tənəffüs orqanlarının xəstəliklərinin ağırlaşmış formalarında qanhayxırma ola bilər. Belə hallar ürək-damar siste-minin xəstəliklərində də baş verə bilər.
7)Qanhayxırmanın mənbəyini və səbəbini müəyyən etmək üçün bəlğəmi nəzər-dən keçirmək lazımdır. Təmiz al qan ağciyər vərəmində olur, traxeya və bronx zədələnmələrində bəlğəmlə qarışıq qan olur.
Yardım: 1)Güc verərək öskürmənin qarşısı alınmalıdır. 2)Daxilə kalsium-xloridin 10 %-li məhlulundan bir xörək qaşığı gündə 3 dəfə, venaya 10 ml 10 %-li kalsiumxlorid, əzələyə kalsium-qlükonat və s., antibiotiklərdən penisillin, ampisillin, linkomisin, gentamisin təyin edilir. 3)Qanaxmanı kəsmək üçün 1 stəkan suya bir xörək qaşığı duz töküb, hər yarım saatdan bir 1 xörək qaşığı qəbul edilir. 100 ml qan-köçürmə də qanhayxırmanı kəsir. Ağır hallarda ətraflara turna qoymaq da olar.