Tələbə: Mirəşov Fərid Fakultə



Yüklə 0,88 Mb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35154
  1   2   3   4
LAB2

    Bu səhifədəki naviqasiya:
  • Fənn



Azərbaycan Texniki Universiteti

Laborotoriya işi № 2

Tələbə: Mirəşov Fərid

Fakultə: İnformasiya və telekommunikasiya texnologiyaları

İxtisas: Kompyüter mühəndisliyi

Qrup: M659a2

Fənn: Kompyüter şəbəkələrinin diaqnostikası

Müəllim: Firuz Səmədov

Mövzu: Kompyüter sisteminin qida mənbəyinin tədqiqi.

İşin məqsədi:Kompyüter sistemlərinin elektrik enerjisi ilə qidalanmasının əsas xüsususiyyətlərinin öyrənilməsi. Qida blokunun xarakteristikaları.

Bakı 2020

Qida bloku kompüterin detallarını elektrik enerjisi ilə təmin edən orta ölçülü transfarmatordur və sistemin etibarlılığı, uzunömürlülüyü və stabilliyi ondan asılıdır. Keyfiyyətsiz qida bloklarının əsas problemi stabilizasıyanın pisliyi və ya qətiyyən olmamasıdır. Əgər siz belə qida bloku istifadə etsəniz, ən kiçik qisaqapanmada belə ana plata və digər komponentlər sıradan çıxa bilər. Kompüterin digər detalları ilə risk etməyə dəyməz, əvvəlcədən stabilizasıyası yaxşı olan keyfiyyətli qida bloku almaq lazımdır.

Qida blokunun keyfiyyəti quraşdırılmış detallardan asılı olan transfarmator kompleksidir.QB modelləri nə ilə fərqlənir:

Qoşulma tipi:

  • Standart QB. Populyar çıxışları olan ayrılmayan kabellərlə təchiz olunmuşdur.

  • Modullu QB. Kabellərin çıxışlarına digər çıxışlar quraşdırmaq olar və maksimum sayda cihaz qoşmaq olar.

Soyutma:

  • Aktiv. Fırlanan kullerdən istifadə olunur, soyutmanı yaxşılaşdırır, lakin səs salır.

  • Passiv. Böyük radiatordan istifadə olunur, səssizdir, lakin böyük yükləmələrə hesablanmayıb.

Enerjiyə qənaət:

  • Sertifikatsız QB. Enerjiyə qənaət 40%-dən 80%-ə qədərdir.

  • 80 Plus. Qida blokuna girən enerjinin 80%-i kontaktlara ötürülür.

  • 80 Plus Bronze, Silver, Gold, Platinum, Titanium. Enerjiyə qənaət uyğun olaraq 82%, 85%, 87%, 90%, 94%.

Stabilizasiya:

  • Passiv. Modul qida blokunun platasına yerləşdirilir və yüngül enerji oynamalarının qarşısını alır.

  • Ümumi liniya üzrə aktiv. QB-da əlavə PFC plata ayrılır, bu plata bütün enerji oynamalarından qoruyur.

  • Ayrıca xəttlərlə aktiv. Hər bir xəttin stabilizasiyası ayrıca qorunur.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin