Tələbə: Mirəşov Fərid Fakultə


Çıxış kanallarının güc göstəricisi



Yüklə 0,88 Mb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35154
1   2   3   4
LAB2

Çıxış kanallarının güc göstəricisi


Bunu konnektordakı pinlərin sayına baxıb müəyyən etmək olar. Köhnə qida bloklarında adətən 20 pinli, yenilərində isə 24 pinli konnektorlar olur.

Bloku hack etməzdən əvvəl əlimizəki qida blokunun köhnə və ya yeni model olduğunu müəyyənləşdirməyimiz bizə  güc müqavimətinin seçimi zamanı çox yardımçı olacaq. Kompüter qida blokları impuls rejimli (Switching-mode Power Supply) olduqlarından normal iş rejimini təmin etmək üçün blokun çıxışında daim müəyyən qədər yük (dummy load) olmalıdır (təxm. 2-4 Watt). Bəzi qida bloklarının içərisində belə yük artıq mövcuddur, lakin hər ehtimala qarşı bunu etməkdə fayda var.

Çıxışda maksimal güc hansı kanaldadırsa yük də həmin kanala əlavə olunmalıdır. Əgər bu kanal +5V-dursa onda müqaviməti 10 Om, gücü isə minimum 10 Watt olan resistordan istifadə etməliyik. Maksimal güc +12V-dursa o zaman, 22 Om, 10Watt olan müqa vimətdən istifadə etmək lazımdır.

Qida bloklarının bir çoxunun strukturu bənzər olduğundan, oxşar mənzərə ilə qarşılaşırıq. Aşağıdakı şəkilə diqqət yetirək.



Girişə verilən sabit cərəyan dolaqlar (coil/inductor) və tutumlar vasitəsilə filterləndikdən sonra, körpü düzləndiricisi vəsitəsilə yüksək gərginlikli sabit cərəyana (HVDC High Voltage DC) çevrilir. Şəkildə gördüyümüz iki böyük filtr tutumları isə bu sabit cərəyanı daha da stabilləşdirmək üçün istifadə olunur. Daha sonra HVDC güc tranzistorlari vasitəsilə yenidən tezlik intervalı  50-60 KHz olan dəyişən cərəyana çevrilir. Bu ona görə edilir ki, yüksək tezliklərdə kiçik transformator istifadə edilərək daha effektiv dövrələr yığmaq mümkün olur. Daha sonra transformatorun çıxışında müxtəlif nominallı dəyişən gərginliklər şotki diodlar vasitəsilə düzləndirilir və induktiv filtrlənmədən keçərək, çıxışa verilir. Bununla yanaşı, ATX qida bloklarında çox vaxt dövrədəki inteqral mikrosxemlərin işini təmin etmək üçün əlavə (standby) az güclü qida dövrəsi olur. Bənövşəyi rəngli kabeldə olan gərginlik (+5V, max. 2A) bu dövrə hesabına yaradılan gərginlikdir.

Kabellərin rəng kodu:

ATX 1.0 versiyası 20 pinli konnektora sahibdir və bu tipli qida bloklarında -5V gərginliyi də mövcuddur (ağ kabel). Aşağıda rənglərə uğun hər bir kabelin iş prinsipi ilə ətraflı tanış ola bilərsiniz.

  • Sarı:+12 V.

  • Sarı (qara zolaqla):+12 V ( yeni PSU-larda) prosessor üçün, 4pin konnektor.

  • Qırmızı:+5 V.

  • Çəhrayı:+5 V Sense (yeni PSU-larda) çıxışı tənzimləmək üçün.

  • Narıncı:+3.3 V.

  • Qəhvəyi:+3.3 V Sense –  aşağı gərginlik yüksək cərəyan olduqda gərginlik itkisinin qarşısını almaq üçün əks əlaqə (feedback loop).

  • Qara:Torpaq (common GND).

  • Ağ:-5 V

  • Göy:-12 V

  • Yaşıl:GND-a qoşulduqda qida blokunu aktivləşdirir (Power ON).

  • Boz (gray):Qida bloku aktivləşdirildikdən 0.1-0.5 san sonra +5V olur (Power Good), çıxış lazımi intervaldadırsa, çıxış aktivdir indikatoru üçün istifade olunub.

  • Bənövşəyi :+5 V Standby(max. ~2 A), çıxış aktiv olmadıqda belə bu kanal aktivdir, led indikator (standby) kimi istifade olunub.

Yekun dövrədə kabelləşmənin necə aparıldığını aşağıdakı sxemdən aydın şəkildə görə bilərsiniz.



İlk növbədə elektrik açarını daha sonra isə LED lamplarını330 Om müqavimətlərlə dövrəyə qoşuruq.



Lehimləmədən öncə yığılan izolyatorları kabellərə uyğun ölçüdə keçirib, sonra lehimləmə aparırıq. İndi isə növbə çıxış yük müqavimətindədir. İlk öncə planım 10 Om 10 Wattlıq 1 ədəd güc müqaviməti işlətmək idi, amma təcrübələr onu göstərdi ki, məndə olan keramik  10 Wattlıq keramik müqavimətlər hətta 2.5Watt enerji istifadəsi zamanı həddən artıq qızır (ucuz Çin mallarında bu hal təəccüblü deyil). Buna görə də müqavimətlərin ardıcıl-paralel kombinasiyasından istifade etdim. Yekun müqavimət 10 Om, maksimal güc isə 40Wattdır.  5V gərginlik altında ayrılıqda hər müqavimət 0.625 Watt ümumilikdə isə 2.5 Watt enerji işlədilir. Bu enerji boş yerə sərf olunurmuş olsa da, qida blokunun sabit və uzunmüddətli işinin təminatçısıdır.

Daha sonra çıxış konnektorlarını sxemdə göstərildiyi kimi əlaqələndiririk.

Aşağı gərginlikli çıxış kanallarında cərəyan istifadəsi yüksək olduqda gərginlik düşküsü daha çox olur, bunu aradan qaldırmaq üçün qida bloklarında  əks-əlaqə (sense wire – feedback loop) kabelləri olur və bunun vasitəsilə kabellərdə olan gərginlik düşgüsü kompensasiya olunur. Məndə olan qida blokunda +3.3V Sense kabeli olduğundan onu birbaşa +3.3V kanaləna qoşuruq.



.+3.3V Sense kabeli +3.3V kabelə qoşulmalıdır.

Bütün açıqda olan lehim nöqtələrinin tam izəlyasiya edilməsi mütləqdir. Bir çox qida bloklarının əsas çıxış kanallarında ifrat-cərəyan qoruyucusu (overcurrent protection) olur, bu isə nominaldan artıq cərəyan işlədildiyi və ya qısa-qapanmalar zamanı dövrəni qorumaq üçündür. Bununla belə kabellər qızıb, əriyə və digər dəyişən cərəyan dövrə elementləri ilə qısa-qapanmaya səbəb ola bilər. Buna görə də kabellərin tam izolyasiyası mütləqdir.



Nəticədə,kabelləşməni apardıqdan ilk dəfə qurğunu test edib heç bir qısa qapanmanın olmadığına və elektrik açarının açıq olduğuna əmin olduqdan sonra dövrəyə qoşub yoxlayırıq. İlk olaraq qırmızı LED yanaraq qida blokunun qoşulmağa hazır olduğunu göstərir, açarı qapadıqda isə mavi LED yanaraq sistemin tam işlək vəziyyətdə olmasını göstərir. Bundan sonra multimetr vasitəsilə hər bir kanalın təmin etdiyi gərginliyi ölçürük. Əgər hər hansısa kanalda göstərici nominaldan çox fərqlənirsə onda problemin səbəbi ya qida blokunun nasaz olmasından, ya kabelləşmənin düzgün aparılmamasından və ya çıxışda olan yük müqavimətinin kifayət qədər enerji sərf etməməsindən ola bilər.  Kompüter qida bloklarının gücləri artdıqca çıxışda tələb olunan minimal güc sərfiyyatı da arta bilər (3-5 Watt). Buna görə istifadə etməli olduğumuz yük reziztorlarını daha aşağı müqavimətdə, lakin böyük gücdə seçmək lazımdır. Əgər əlinizdə güc müqaviməti yoxdursa, müvəqqəti olaraq avtomobil lampalarından isfitadə edə bilərsiniz. Bu zaman israf olunan cərəyan təxminən 4-5 amper, enerji isə 20-25 Watta qədər qalxa bilər.



Nəticə

Qida blokunun xarakteristikası ilə yaxından tanış oldum.

Ədəbiyyat

  1. https://computer.howstuffworks.com/power-supply.htm

  2. Современные блоки питания ATX и их характеристики [Электронный ресурс]. – Режим доступа: http://ru.gecid.com/power/ sovremennyee _ bloki_pitaniya_atx_i_ih_harakteristiki/.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin