Tələbə: Mirəşov Fərid Fakultə


Qida bloku seçərkən nəyə diqqət etməli?



Yüklə 0,88 Mb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35154
1   2   3   4
LAB2

Qida bloku seçərkən nəyə diqqət etməli?


Qida bloku seçməzdən əvvəl kompüterinizi görəcəyi işi, detalların işlətdiyi enerjinin həcmini və soyutmanın yarada biləcəyi səsi dəqiqləşdirin. QB-nun parametrlərinə ətraflı baxaq:

  • Güc. Qida blokunun gücünün həcmi sistemin işlətdiyi elektrik enerjisindən asılıdır. Orta qiymət çərçivəsində olan oyun və iş kompüterlərinə adətən 500 W güc bəs edir.

  • Lazım olan gücü hesablamaq üçün hər bir detalın maksimum işlədə biləcəyi enerji hesablanır və toplanır. Alınan nəticə sizin kompüter üçün minimum hesab olunur. Ehtiyat üçün alınan rəqəmdən bir az daha güclü qida bloku almaq məsləhət görülür.

  • Səs. Aktiv soyutma vaxtı kuller güclü səs çıxarda bilər. Kullerin diametrı nə qədər böyük olsa (80, 120, 140 mm), bir o gədər soyutma effektiv və səssiz olur.

  • Qidalanma xəttləri. Standart qida bloku məhdud sayda cihaz qoşmaq üçün kabellərlə təchiz olunur. Adətən bu ana plata üçün 24-pin, prosessor üçün 2x4-pin, videokart üçün 2*6+2-pin, SATA qurğular üçün 4-pin xəttlərdir. Sizə lazım olan qoşulma xəttlərini əvvəlcədən müəyyənləşdirin.


İlk öncə bir neçə terminin nə olduğunu sizə izah edim.

  1. V  – volt deməkdir.Gərginlik vahidi

  2. Om – om deməkdir.Müqavimət vahidi

  3. Watt və ya W – Vatt deməkdir.Güc vahidi

  4. +12 , +5  – müsbət 12, müsbət 5 deməkdir..

  5. -12, -5 – mənfi 12, mənfi 5 deməkdir.

  6. A – amper deməkdir.Cərəyan şiddəti vahidi

Kompüter qida blokundan istifadə edərək  +12, +5, +3.3, -5 və -12V çıxış gərginlikləri olan stolüstü qida bloku hazırlayacayıq. İlk öncə bildirim ki, internetdə Azərbaycan dilində məlumatın azlığından bəzi texniki terminlərin adını  mötərizə içərisində ingiliscə görəcəksiniz. Bu terminlərdən istifadə edib daha ətraflı məlumatlar axtarıb, tapa bilərsiniz.

İstər hobbi, istərsə də peşəkar hər bir elektrik/elektronik mühəndisin iş masasında qurğuların işini ölçmə və yoxlama aparmaq məqsədilə müxtəlif çıxış nominallı qida blokunun olması vacibdir.

Sabit cərəyan qida bloku nədir və necə işləyir? – Qida bloku dəyişən cərəyanı aşağı gərginlikli sabit cərəyana çevirir və dövrədə olan qurğuları gərginliyi satabil saxlamaqla sabit cərəyanla təmin edir. Qida blokunun sadə iş prinsipini aşağıdakı sxemdən görə bilərsiniz.



Qida bloklarının üzərindəki etiketlərdə ümumi güc və ayrılıqda hər bir çıxış kanalının maksimal gücü və cərəyan qiyməti göstərilir. Köhnə kompüterlərin ana plataları əsasən 5V gərginlikli rəqəmsal dövrələrdən təşkil olunduqları üçün qida bloklarının da +5V kanalı ən böyük çıxış gücünə sahib olur. Həmçinin, köhnə qida bloklarında -5V çıxışı da mövcuddur. Lakin yeni qida blokların +12V çıxışı daha böyük cərəyanla təmin etmə gücünə malikdir və onlarda -5V çıxışı mövcud deyil.

Qurğunu hack etməyə başlamadan öncə,qurğunun dövrəyə qoşulu olmadığına əmin olun. Hətta, qida bloku dövrəyə qoşulu olmadıqda belə, qoruyucu qapağı açıq əllə açmağa cəhd etməyin, çünki blokun içində olan böyük filter tutumlarında sağlamlığa ciddi zərər verəcək qədər yüksək gərginlikli cərəyan toplanmış olur. Bu səbəbdən, yaxşı olar ki, izolyasiya əlcəklərindən istifadə edəsiniz və blokun qutusunu açdıqdan sonra 15-20 sm uzunluğunda ucları kəsik, izolyaisya olunmuş qalın elastik kabel vasitasilə bütün tutumları boşaldasınız. Bunu etmək üçün, sadəcə tutumun əlaqələndirici ucluqlarını dövrədə tapıb, qısa qapasanız kifayət edər (ani boşalma zamanı qığılcımlar sizi qorxutmasın). Xətti gərginlik tənzimləyiciləri artıq olan gərginliyi istilik şəklində hasil etdiklərindən effektiv deyil. Buna misal üzərində baxaq, məsələn çıxışda 1A yük olduqda, onda çıxışda istifadə olunan güc 5V*1A = 5W, girişdə isə 12V*1A = 12W, arada itən 7W isə tənzimləyici tərəfindən istilik şəklində ayrılır. Kompüterdə istifadə olunan qida blokları isə impuls rejimli (Switching-mode Power Supply) olduqlarından yüksək effektivliyə malikdirlər.

Lazımi materiallar:

İşlənmiş və ya yeni kompüter qida bloku (PSU)
4 ədəd güc müqaviməti (dummy load resistors)
2 ədəd müxtəlif rəngli LED (göy və qırmızı)
2 ədəd 330 Om, 0.25 Watt müqavimət
Elektrik Açarı (SPST/SPDT, Toggle switch)
4mm diametrli çıxış konnektorları (Banana Plug Sockets 8x)
Yığılan izolyatorlar (Heat shrink) və ya izolent
Prototipləşdirmə lövhəsi

Lazımi alətlər:

Plastik yapışdırıcı (Hot glue gun)
Kabel kəsici kəlbətin
Nazik uclu kəlbətin
Drel
Vintaçan
Lehim (solder)
Lehimləyici (soldering iron)

Hazırlanma prosesi:

Kompüter qida bloklarının müxtəlif model və formaları mövcuddur. Əsas göstərici olaraq çıxış kanallarının güclərinin cəmi götürülür. Şəkildəki qida blokunda bu göstərici 350 Watt-a bərabərdir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin