Sxemdə transformatorun girişinə verilən ~220V gərginlik çıxışda bizə lazım olan gərginlik intervalına qədər azaldılır. Bu azalma transformatorun dolaq nisbətindən asılı olaraq dəyişir. Daha sonra aşağı gərginlikli dəyişən cərəyan diod körpüdə düzləndirilərək sabit cərəyana çevrilir. Daha sonra gərginlik filter tutumları vasitəsilə küylərdən azad edilir. Daha da stabil forma alan gərginlik (məs. +12V) xətti gərginlik tənzimləyicisi (Linear voltage regulator) vasitəsilə aşağı gərginliklərə qədər azaldılaraq (məs. +5V) müxtəlif cihazlar üçün qida mənbəyi olaraq istifadə oluna bilər. Tənzimləyici giriş və çıxışındakı tutumlar ani yük dəyişmələri zamanı gərginliyi maksimal dərəcədə stabil saxmalağa yardım edir.