Tələbə: Nəbiyev Fərid İxtisas: Beynəlxalq münasibətlər Fənn: Müasir münaqişələr və sülh prosesi



Yüklə 36,84 Kb.
səhifə4/5
tarix01.01.2022
ölçüsü36,84 Kb.
#50653
1   2   3   4   5
Dnestryanı münaqişə

Problemin kökündə nə dayanır?

Moldovaya, Destryanıya səfər, orada keçirdiyimiz görüşlər, apardığımız müşahidələr təsəvvürümü dəyişdi. Əslində, bu problem ilk baxışdan Dağlıq Qarabağ və Cənubi Qafqazdakı digər münaqişələr qədər mürəkkəb görünmür. Məsələn, tərəflər arasında normal münasibətlər, gediş-gəliş mövcuddur, insanlar bir-birinə nifrət eləmirlər, 18 ilə yaxındır, təmas xəttində heç bir tərəfdən itki olmayıb, hətta nə səngər, nə də silahlı əsgər var. Bu münaqişədə din, millət, etnik mənsubiyyət, ərazi iddiası faktoru heç bir rol oynamır. Demək olar ki, həm Moldova, həm də Dnestryanının əhali kontingenti də eynidir. Bütün bunlara görə, problem çox sadə görünür. Amma məsələ həll olunmur və yaxın vaxtlarda həll olunacağı də gözlənilmir. Bəs onda bu problemin kökündə nə dayanır? V. Osipov jurnalistlərlə söhbətində maraqlı bir məqam açıqlamışdı. Onun sözlərinə görə, ötən əsrin 80-ci illərinin sonlarında Moldova rəhbəri Mirça Snequr Moskvaya səfəri zamanı müstəqilliklərini elan etmək istədiklərini bildirəndə, belə bir ultimativ cavab alıb: “Moldova müstəqilliyini elan edə bilər. Amma tək yox, Moldova ərazisində üç müstəqil dövlət olacaq”.

Doğrudan da, az sonra Moldova ilə yanaşı, bu ərazidə yerləşən daha iki subyekt müstəqilliyini elan etdi. Bunlar Qaqauz Yeri və Dnestryanı idi. Qaqauz Yeri ilə bağlı problem çətinliklə də olsa, qismən həll edildi, Dnsetryanı ilə bağlı məsələ isə hələ də Şərqi Avropada qara ləkə kimi mövcudluğunu saxlayır. Sadəcə, bu fakt Dnesrtaynı probleminin kökündə nəyin dayandığını və niyə həllini tapmadığını göstərir. Nəticə odur ki, bu problem Moldovanı öz təsiri altında saxlamaq, Rumıniya və ümumilikdə Avropa ilə yaxınlaşmasına imkan verməmək üçün Rusiyanın əlində bir vasitədir. Yaranmış vəziyyət Dnestryanı əhalisi arasında da çaşqınlıq yaradıb. Adamda belə təsəvvür yaranır ki, adında Moldova sözünün hələ də saxlandığı və bunun niyə belə olduğunu separatçı rejimin “rəsmilərinin” də doğru-düzgün izah edə bilmədiyi bu bölgənin sakinləri əslində nə istədiklərini heç özləri də bilmirlər. Yenidən Moldovanın hakimiyyəti altına qayıtmaqmı, müstəqil olmaqmı, Rusiyaya, yaxud Ukraynaya birləşməkmi?..



Yüklə 36,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin