Tələbə: Nəbiyev Fərid İxtisas: Beynəlxalq münasibətlər Fənn: Müasir münaqişələr və sülh prosesi



Yüklə 36,84 Kb.
səhifə3/5
tarix01.01.2022
ölçüsü36,84 Kb.
#50653
1   2   3   4   5
Dnestryanı münaqişə

Separatçılar nə deyir?

Problemlə bağlı separatçı Dnestryanı Moldova Respublikası “rəsmilərinin” də mövqeyi maraqlıdır. Qondarma qurumun “xarici işlər nazirinin müavini” Aleksandr Molyarçuk problemin yaranmasında və hələ də həllini tapmamasında rəsmi Kişinyovu günahkar hesab edir: “ATƏT 1993-cü ildən vasitəçi kimi danışıqlar prosesinə qoşulub. Rusiya prosesə qarant kimi qatılıb. Danışıqlar əvvəlcə Dnestryanı ilə Moldova rəhbərləri arasında başlayıb. Ukrayna da 1997-ci ildən qarant kimi danışıqlara qoşulub. Nizamlanma prosesinin ən aktiv fazası 1997-1998-ci illər hesab olunur. 1998-ci ildə Odessada münasibətlərin normallaşdırılması və qarşılıqlı etimadın yaradılmasına dair sənəd imzalanıb. Həmin sənəd beynəlxalq statusa malikdir. 2001-ci ildə Moldovada kommunistlər hakimiyyətə gəldikdən sonra ilk vaxtlar münasibətlərdə yaxınlaşma baş verdi. Danışıqların nəticəsi olaraq tərəflər arasında təhsil, səhiyyə, mədəniyyət, elm, müdafiə, hüquq-mühafizə və s. sahələrə aid 25 sənəd imzalandı. 2001-ci ilin sonunda isə Kişinyovun mövqeyində dəyişiklik müşahidə olunmağa başladı. Moldova hakimiyyəti 1994-cü ildən 2001-ci ilədək tərəflər arasında imzalanmış 80-ə qədər sənədin reallaşmasından imtina etdi, bununla da, danışıqlar dayandırıldı. Bundan sonra yaranmış vəziyyətdən çıxış yollarının axtarılmasına başlandı. Danışıqların nəticəsi olaraq 2002-ci ildə Bratislavada məşvərətçi formatda sənəd imzalandı. 2005-ci ildə danışıqlara ABŞ və Avropa İttifaqı da qoşuldu. Bununla da, format 5+2 şəklini aldı. Lakin 2006-cı ilin fevralında Kişinyov danışıqlardan çıxdı”.

A. Molyarçuk 2006-cı il martın 3-də Moldova ilə Ukrayna arasında imzalanmış sazişə əsasən, Dnestryanının xarici ticarət aparmasına məhdudiyyətlərin tətbiq olunduğunu deyir: “Həmin vaxtdan bütün xarici ticarət yalnız Moldova üzərindən və Moldovanın razılığı ilə aparılır”.

Bender şəhərində üç tərəfin - Moldova, Rusiya, Dnestryanı təmsilçilərindən ibarət qərargahın yaradıldığını deyən A. Molyarçukin sözlərinə görə, qərargahda birləşmiş nəzarət komissiyası da fəaliyyət göstərir: “Komissiya hər həftə toplanır. Bir hadisə baş verdikdə isə dərhal bir araya gəlirlər. 18 ildir, davam edən sülhyaratma əməliyyatları müddətində hərbçilər və əhali arasında ölən olmayıb. Konfliktli vəziyyət yarandıqda dərhal aradan qaldırılır”.

A. Molyarçukun sözlərinə görə, bir dəfə münaqişənin həllinə çox yaxın olublar: “Lakin Moldovanın yekun sənədi son anda imzalamaqdan imtina etməsi səbəbindən bu mümkün olmadı. 2003-cü ildə “Kozak memorandumu” hazırlanmışdı. Bu layihədə münaqişənin federativ yolla həlli variantı təklif olunurdu. Sənəddə Qaqauziya ilə bağlı da bənd vardı. Memorandumun hər səhifəsi paraflanmışdı. Lakin imzalanmaya 1 gün qalmış rəsmi Kişinyov geri çəkildi”.

A. Molyarçuk da sadə əhali arasında heç bir problem olmadığını deyir: “400-500 min əhalisi olan Dnestryanının əhalisinin 1/3-ni moldovanlar, 1/3-ni ruslar, 1/3-ni isə ukraynalılar təşkil edir. Dnestryanıda rus, Ukrayna və moldovan dili dövlət dilidir. Məsələn, mən milliyyətcə ukraynalıyam. Moldova əhalisi ilə bizim vətəndaşların gediş-gəlişində, əlaqələrində heç bir problem yoxdur. Dnsertyanı da Moldova ilə səhiyyə, sosial müdafiə, cinayətkarlıqla mübarizə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edir. Sadəcə, Moldovanın Rumıniyaya meyllənməsi Dnestryanı əhalisi tərəfindən mənfi qarşılanır”.

Tiraspolda yerli politoloq, “Novaya qazeta”nın baş redaktoru, prezidentliyə keçmiş namizəd Andrey Safonovla da görüşdük. Safonov nitqinə tarixə ekskursla başladı, Tiraspol şəhərinin əsasının Rusiya sərkərdəsi Suvorov tərəfindən qoyulduğunu deyib: “Odur ki, Tiraspolla Benderin birləşdirilərək, Suvorovqrad adlandırılması təklifi vardı. Lakin hələlik bu, elə təklif olaraq qalır”.

Dnestryanıdakı siyasi vəziyyətə toxunan politoloq qarşıdan “prezident seçkiləri”nin gəldiyini, mübarizənin, əsasən Sosial-Patriot Bloku adından bölgənin hazırkı lideri İqor Smirnov, müxalifətdə olan Yeniləşmə Partiyasının hələlik müəyyənləşməmiş namizədi və keçmiş “spiker” Yevgeni Şevçuk arasında gedəcəyini deyir. Onun sözlərinə görə, “prezident”in neçə müddətə seçilməsi ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət yoxdur və İ. Smirnov artıq 20 ildir ki, bu “postu” tutur.



  1. Bala SSRİ”

Dnestryanını, Tiraspolu gəzdikdə ağla gələn ilk fikir bu olur ki, bura SSRİ-nin kiçildilmiş modelidir. Əslində, elə həm Moldova, həm də Avropada Dnestryanını “kiçik SSRİ” adlandırırlar. A. Molyarçuk Dnsetryanıda dövlət dilinin rus, Ukrayna və moldovan dilləri olduğunu söyləsə də, küçələrdə bütün yazılar rus dilindədir, Ukrayna və moldovan dilində bir yazıya belə rast gəlmək mümkün deyil. Bunun səbəbini isə Molyarçuk izah edə bilmək üçün söz tapmadı. Şüarlar da “sovetvaridir”. Məsələn, “Nasha sila v yedinstve s Rossiyey” kimi... Əslində, bu şüar qondarma qurumun mahiyyətinin göstəricisi, Rusiyaya münasibətin təzahürüdür. Tiraspolun “dövlət və hökumət” binalarının qarşısını, eləcə də şəhərin digər yerlərini proletariatın dahi rəhbəri Leninin heykəlləri bəzəyir. Bu heykəllər həm də möhtəşəmliyi ilə diqqəti çəkir: qırmızı qranitdən, hündür... Şəhərdə digər məşhur rusların da heykəlləri var. Məsələn, Kutuzovun... Yaşayış və inzibati binalar da SSRİ yadigarıdır. Bununla belə, ara-sıra yeni, müasir tikililərə də rast gəlinir. Tiraspolun mərkəzi parkı isə ötən əsin 70-ci illərini xatırladan bir nostaljidir... İnsanların geyimi, görünüşü də elə o illər Rusiyasının rayon mərkəzlərini xatırladır. Küçələrdən birində qoyulmuş lövhədə keçmiş SSRİ məkanının separatçı rejimlərinin liderləri – İqor Smirnov, Sergey Baqapş və Eduard Kokoytenin əl-ələ tutmuş portreti əks olunub. Dnestryanı, Abxaziya və Cənubi Osetiya liderləri həmin portretdə çox xoşbəxt görünürlər. Ancaq Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan onların yanında yer almayıb. Portreti gürcü jurnalistlərə göstərib, “Sizinkilər də buradadırlar ki...” deyəndə, onlar da mənə “amma sizinki yoxdur” dedilər. Əvəzində “bizimkilərin” göndərdiyi hədiyyəni - üzərində Dağlıq Qarabağın simvolu olan kişi və qadın heykəlləri əks olunmuş kiçik xalçanı “Xarici İşlər Nazirliyi”nin pilləkəninin divarında asılmış gördük. Bununla belə, A. Molyarçukun sözlərindən belə anlaşıldı ki, Dnestryanının Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq, Dağlıq Qarabağla elə də sıx əlaqələri yoxdur. Onun erməni jurnalistin “dövlətlər” arasında münasibətlərin səviyyəsi ilə bağlı sualına cavabından belə məlum oldu ki, Dnestryanı daha çox Gürcüstan ərazisindəki separatçı qurumlarla dost və qardaşlıq münasibətindədir, Dağlıq Qarabağla isə elə-belə. Başqa sözlə desək, erməni jurnalist Dnestryanının “xarici işlər nazirinin müavini”ndən istədiyi cavabı ala bilmədi.

A. Molyarçuk bizə Dnestryanıdakı demokratiyadan hər nə qədər dərs keçməyə çalışsa da, az sonra məlum oldu ki, onun danışdıqları elə təmsil etdiyi qondarma qurum kimi boş şeymiş. Səfər proqramında küçələrdə sadə insanlarla müsahibələr nəzərdə tutulsa da, akkreditasiya üçün müraciətə müsbət cavab verilmədi. ATƏT-in Tiraspoldakı ofisində isə bizə bildirdilər ki, icazəsi olmayan əcnəbi jurnalistlərin küçələrdə müsahibələr etməsi, hətta fotoşəkil çəkməsi ən azı onların həbsi ilə nəticələnə bilər. Eynən keçmiş SSRİ-də olduğu kimi...

Dnestryanı problemi ilə bağlı rəsmi danışıqların 2006-cı ilin martında dayandırıldığını qeyd edən baş nazirin müavini hazırda danışıqların qeyri-formal 5+2 formatında davam etdirildiyini deyir: “Yeni qüvvələr hakimiyyətə gələndə bildirirdilər ki, biz Avropa meylli, milli hökumət olduğumuza görə danışıqları davam etdirməkdə problem olacaq. Lakin bir faktı deyim ki, ötən ilin noyabrından indiyədək bu formatda artıq 4-5 görüş keçirilib. Sonuncu belə görüş Astanada olub. Moldovanı həmin formatda keçirilən danışıqlarda təmsil edən şəxs kimi deyə bilərəm ki, bizim məqsədimiz bu prosesi qeyri-formal formatdan rəsmi formata keçirmək, danışıqların rəsmi səviyyədə aparılmasını təmin etməkdir. Bundan başqa, mən Dnestryanı rejiminin siyasi fiqurları ilə də danışıqlar aparıram. Demək olar ki, bizim hər ay görüşlərimiz olur. Biz 5+2 formatına daxil olan tərəflərlə də ikitərəfli danışıqlar aparırıq. Məsləhətləşmələr ona gətirib ki, tərəflərin mövqeyində aydınlaşma və yaxınlaşma var. Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, danışıqların rəsmi səviyyədə davam etdirilməsini istəməyən yeganə tərəf Dnestryanı rejimidir. 5+2 formatına daxil olan digər tərəflər – Moldova, Rusiya, Ukrayna, ABŞ, ATƏT və Avropa İttifaqı danışıqların rəsmi formatda davam etdirilməsinin tərəfdarıdır. Digər vacib məqam odur ki, bu formata daxil olan tərəflərin hamısı problemin Moldovanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır”.

Rusiya qoşunlarının Dnestryanı ərazisində hələ də qalmasına gəlincə, V. Osipov rəsmi Kişinyovun Rusiya qoşunlarının Moldova ərazisindən çıxarılmasını tələb etdiyini deyir: “Moldova dövləti hesab edir ki, Rusiya sülhməramlıları ATƏT-in egidası altında beynəlxalq mülki sülhməramlılarla əvəz olunmalıdır. Biz Rusiyanın silah-sursatını və canlı qüvvəsini Dnestryanıdan çıxarılmasını tələb edirik. İmzalanmış razılaşmalara əsasən, silah-sursatın və şəxsi heyətin xeyli hissəsi çıxarılıb. Lakin biz öhdəliyin tam yerinə yetirilməsini istəyirik. Moldova ərazisində xarici qüvvələrin qalmasını istəmir”.

Münaqişənin xarakterinə toxunan V. Osipov Dnestryanı probleminin digər münaqişələrdən fərqləndiyini diqqətə çatdırıb: “Bizim aramızda fundamental fikir ayrılığı yoxdur. Bu münaqişədə dini, milli, etnik çalarların olmaması bizim işimizi asanlaşdırır. Bu münaqişə yeni müstəqil dövlətləri öz təsirində saxlamaq üçün qaldırılmış məsələdir. Dnestryanı Avropanın cənub-şərqindəki sovet dövlətidir”.

Münaqişənin həlli ilə bağlı separatçı Dnestryanı rejiminin federasiya təklifini dəyərləndirən V. Osipovun sözlərinə görə, rəsmi Kişinyov bu variantı istisna edir: “Bu onların arzusu ola bilər. Heç kim onlara federasiya təklif etmir, bunu onlar öz xəyallarının məhsulu kimi səsləndirirlər. Münaqişə Moldovanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, Dnestryanıya xüsusi geniş müxtariyyat verilməklə həll oluna bilər. Prosesdə iştirak edən bütün tərəflər məhz bu həll yolunu dəstəkləyir. Federasiya, yaxud konfederasiyadan söhbət getmir”.





  1. Yüklə 36,84 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin