Cərrahi şöbədə iş
1.Tibb bacisinin postunda
Tələbə cərrahi şöbənin postunda işin gedişi zamanı qəbul şöbəsindən daxil olmuş xəstələrin kurasiyasını davam etdirir. Qulluğun effektivliyini qiymətləndirir və qulluq planına yeni düzəlişlər əlavə edir.
Tələbə bilməlidir:
- cərrahiyyə bölməsinin quruluşunu və işini
- cərrahiyyə şöbəsində post tibb bacısının hüquq və vəzifələrini
- şöbədə və iş yerində təhlükəsizlik və yanğından müdafiyə qaydalarını
- travma və cərrahi xəstəliklərin müalicə prinsiplərini, diaqnostika üsullarını, xəstəliyin inkişaf mexanizmini, kliniki əlamətlərini və risk amillərini
- travma və cərrahi xəstəliklərin ağirlaşmalarını və profilaktikasını
- tibb personalının etik və hüquq prinsiplərini
- tibb işçilərinin və xəstələrin infeksion təhlükəsizliyinin təmin edilməsini
- xəstələrin müalicə-diaqnostik manipulyasiyalara hazırlanması, həyati göstəricilərin manitorla öyrənilməsini
-
cərrahi xəstəxananın və cərrahi şöbənin quruluş və təşkilini
- müalicə diaqnostik əməliyyatları yerinə yetirərkən cərrahi şöbənin nəzarətçi t/b-nın hüquq və funksional öhtəliklərini
- cərrahiyyədə operasiyaönü qulluqda müasir t/b texnologiyasını
Dostları ilə paylaş: |