Təlim mövzuları


Agentlikdə kadr potensialının formalaşdırlması, işə qəbul proseduru



Yüklə 30,06 Kb.
səhifə3/6
tarix02.05.2023
ölçüsü30,06 Kb.
#105727
1   2   3   4   5   6
1. TƏLƏBƏLƏR

2. Agentlikdə kadr potensialının formalaşdırlması, işə qəbul proseduru.

Dövlət Ekologi Ekspertiza Agentliyində işə qəbul prosesi Agentliyin 20 aprel 2022-ci il tarixli 048/Ü nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyində işə qəbul olunmaq üçün namizədlərin müsahibəsinin keçirilməsi QAYDALARI” əsasında həyata keçirilir.


İşə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün müəyyən edilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi məqsədilə aşkarlıq, bərabərlik, şəffaflıq prinsipləri əsasında müsabiqə keçirilir. Müsabiqə müsahibə mərhələsindən ibarətdir. 
Müsahibə “Müsahibə Komissiyası” tərəfindən aparılır.


3. Ekoloji maarifləndirmə sahəsində görülən işlər.

Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin izahı, fiziki və hüquqi şəxslər tərəfindən ekoloji öhdəliklər, ekoloji normativ sənədlər və onların hazırlanma metodları mövzusunda mütəmadi maarifləndirici tədbirlər keçirilir.


Yaşıllıqların mühafizəsi və götürülməsi ilə əlaqədar müraciətlərə baxılması, bu sahədə qarşıya çıxan məsələlərin həlli və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə dair rayon İcra hakimiyyətləri və bələdiyyələr ilə maarifləndirici tədbir keçirilmişdir. Görüşlər zamanı yaşıllıqların götürülməsi və müraciətlərin dolğun şəkildə tərtib olunması qaydaları ətrafında fikir mübadiləsi aparılmış, daxil olan müraciətlərin operativ cavablandırılması ilə bağlı tələblər müzakirə olunmuşdur. Bu tədbirlər barədə məlumatlar elektron KİV-də işıqlandırılmışdır.
Bakı şəhərində nəqliyyatın intensiv fəaliyyətinə, habelə piyadaların hərəkətinə maneə yaradan yaşıllıqların götrülməsi və ya budanması ilə əlaqədar daxil olan müraciətlərə yerində, nəticəyönümlü tədbirlər həyata keçirilməsi məqsədilə dövlət orqanlarının nümayəndələrindən ibarət WhatsApp üzərindən “Operativ ekoloji qrup” yaradılmışdır.
Agentliyin fəaliyyət sahəsinə aid məsələlərlə bağlı ictimaiyyəti maraqlandıran suallar Agentliyin rəhbərliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində yaradılmış “Ekspert saatı” adlı canlı yayım vasitəsi ilə cavablandırılmış, ASAN radioda “Sual-cavab” rubrikası üzrə Agentliyin fəaliyyət istiqamətləri üzrə mövzular mütəmadi yayımlanmış, canlı müsahibələr verilmişdir.



Yüklə 30,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin