Yanğın söndürmə vasitələrin tipləri:
Sulu yanğın söndürücülərin tərkibində olan su güclü təzyiqlə odun üzərinə vurulur və bir dəfə açılaraq, axıradək istifadə olunur.
Toz şəkilli maddələr olan yanğın söndürücülərin tərkibində natrium bikarbonat var. O, havada olan oksigenin yanan maddəyə çatmasına mane olur. İstənilən halda istifadə edilə bilər. Amma yadda saxlamaq lazımdır ki, yerə səpilmiş tozları səliqəli təmizləmək lazımdır. Bu tip yanğın söndürücülər effektivliyinə görə seçilir. Amma nəzərə almaq lazımdır ki, bu cür yanğın söndürücülərdən qapalı yerlərdə istifadə etdikdə tənəffüs orqanlarına zərər vurmaq olar.
Köpük yaradan kimyəvi tərkibli yanğın söndürücülərin tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə karbonat anhidridi əmələ gəlir ki, o da yanan maddənin üzərini pərdə kimi örtür. Bundan başqa köpüyün maye hissəsi buxarlanır və istiliyi udaraq yanacağı soyudur. Onlardan maşınların və texnikanın olduğu yerdə istifadə etmək olmaz.
Karbonatlı yanğın söndürücülərin tərkibində karbon anhidridi var. O, istənilən yanğın hadisəsi üçün idealdır və heç bir texnikanı və materialı korlamır. Karbon anhidridi elektrik keçiriciliyinə təsir etmədiyi üçün ondan elektrik cihazlarında, yüksək gərginlikli elektrik xətlərində olan yanğınlarda istifadə etmək olar. Balonda olan sıxılmış qaz istifadə zamanı güclü soyudulma effekti yaradır, hissəvi olaraq quru buza çevrilməklə istiliyin çox hissəsini özünə çəkir. Bu yanğın söndürücülər zərər vermədiyi üçün onlardan şəkillərin, kitab, xalçalar və digər dəyərli əşyaların olduğu yerdə əminliklə istifadə etmək olar. Yanğın söndürücüdən xaric olan qaz toksiki deyil, amma boğulma yarada bilər. Buna görə də onlar istifadə olunduğu yerlərdə nəzarət altında olmalıdır.
Yanğınların söndürülməsində istifadə olunan ilkin yanğınsöndürmə vasitələrindən biri də odsöndürən balonlarıdır. Onlardan yanğın sinfinə uyğun olaraq istifadə edilir.
Sulu (A), quru Kimyəvi Tozlu (ABCE), Köpüklü (AB), Karbon dioksidli odsöndürənlərdən isə (BCE) sinifə aid yanğınların söndürülməsində istifadə olunur.
A - sinif yanğınlar: Bərk materiallar (Kağız, taxta, parça, kağız kimi qatı maddə yanğınları).
B - sinif yanğınlar: Maye maddələr (Maye yanacaq, tez alışan kimyəvi məhlullar kimi yanar maddələr).
C - sinif yanğınlar: Qazlar (Metan, propan, LPG (mayeləşdirilmiş neft qazı kimi yanan və partlayıcı qaz) yanğınları).
E - sinif yanğınlar: Elektrik (Elektrik şəbəkəsində baş vermiş yanğınlar).
Fövqəladə Hal baş verərsə, yanğını ilk müşahidə edən şəxs ilk öncə hər kəsi təxliyə olunmaları üçün məlumatlandırır, sonra 101 və ya 112 FHN-nin qaynar xətlərinə xəbər verir və əgər bacarırsa yanğının söndürülməsi üçün müdaxilə etməlidir. Yanğınsöndürən balonu yanğın sinfinə uyğun seçərək istifadə etməlidir.
Yanğınsöndürən balonu götürdükdən sonra,
üzərində olan sancağı(Pimi) çəkin
xortumu oda yönəldin
dəstəyi sıxın
söndürücü maddəni alovun özülünə sağa və sola hərəkət etdirərək səpin.
1 2
3 4
27. Yanğın baş vermə halında hərəkət.
27.1. Yanğın baş verdiyi hallarda, ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların rəhbərlərinin, yerli yanğından mühafizənin, könüllü yanğın dəstəsinin hərəkətləri, birinci növbədə adamların təhlükəsizliyinin və onların köçürülməsinin(təxliyə) təmin edilməsinə yönəldilməlidir. Yanğın haqqında adamlara xəbər verilməsi üçün daxili radioyayımdan, həyacan zənglərindən və digər səsli siqnallardan istifadə edilə bilər,
27.2. Hər bir fəhlə və qulluqçu yanğın yaxud alışma aşkar etdikdə aşağıdakı qaydada hərəkət etməlidir:
27.2.1. Bu haqda dərhal yanğın təhlükəsizliyi xidmətinə xəbər verməli:
27.2.2. İş yerində mövcud olan yanğınsöndürmə vasitələri ilə (odsöndürənlər, daxili yanğın kranı, stasionar yanğınsöndürmə qurğular və s.) yanğının mənbəyini söndürməyə başlamalı
27.2.3. Obyekt rəhbərinin yanğın yerinə çağırılması üçün müvafiq tədbirlər həyata keçirməli.
27.3. Yanğın yerinə gələn obyektin rəhbər nümayəndəsi, yaxud digər vəzifəli şəxslər borcludurlar:
27.3.1. Yanğın xidmətinin çağırılıb-çağırılmadığını yoxlamaq;
27.3.2. Yanğın haqqında müəssisənin, anbarın, bazanın rəhbərinə xəbər vermək;
27.3.3. Yanğın təhlükəsizliyi xidmətini qarşılamaq üçün yanaşma yollarını və su mənbələrinin yerləşdiyi yerləri yaxşı bilən şəxsi ayırmaq;
27.3.4. Avtomatik (stasionar) yanğınsöndürmə sisteminin qoşulmasını yoxlamaq;
27.3.5. Yanğının söndürülməsi ilə məşğul olmayan adamları binadan, yaxud təhlükəli zonadan kənar etmək;
27.3.6. Adamların həyatı üçün təhlükə yaranan hallarda, bütün mövcud qüvvə və vasitələrdən istifadə etməklə onların dərhal xilas olunmasını təşkil etmək;
27.3.7. Lazım gəldiyi hallarda qazdan xilasetmə, tibbi və digər xidmət orqanlarını çağırmaq:
27.3.8. Yanğının ləğv edilməsi ilə əlaqədar olmayan bütün işləri dayandırmaq:
27.3.9. Elektrik enerjisini ayırmaq, yük daşıyan qurğuları dayandırmaq, qaz komunikasiyalarının yolunu qapamaq, havadəyişmə qurğusunu dayandırmaq, tüstünü kənar edən sistemi işə salmaq və yanğının yayılmasının qarşısını ala bilən digər tədbirlər həyata keçirmək;
27.3.10. Yanğının söndürülməsində iştirak edən şəxslərin yıxılması, elektrik cərəyanından zədə alması ehtimalının aradan qaldırılması və yanmaqdan mühafizə edilməsi üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək;
27.3.11. Yanğının söndürülməsi ilə bərabər eyni vaxtda yüksək temperatur təsiri altında uçub-dağılmaq təhlükəsinə məruz qalan binanın konstruktiv elementlərini soyutmaq.
27.4. Yanğın təhlükəsizliyi xidmətinin bölmələrinin yanğın yerinə gəldiyi zaman yanğının söndürülməsi işinə rəhbərlik edən müəssisənin, bazanın, anbarın nümayəndəsi yanğının mənbəyi yanğının ləğv edilməsi üçün görülən tədbirlər, anbar və zirzəmilərdə yanğın təhlükəli partlayıcı materialların, qaz dolu balonların mövcudiyyəti, yanğının söndürülməsində iştirak edən və köməyə ehtiyacı olan adamların mövcudiyyəti haqqında bütün lazımı məlumatları yanğından mühafizənin böyük rəisinə verməlidir.
27.5. Müəssisənin nümayəndəsi yanğınsöndürmə qərargahının (ştabının) tərkibinə daxil edildiyi hallarda o aşağıdakıları həyata keçirməlidir:
27.5.1. Yanğınsöndürmə rəhbərini yanan obyektin spesifik xüsusiyyətləri üzrə təlimatlandırmaq, habelə partlayış təhlükəli və zəhərli maddələr, qazla dolu balonlar, gərginlik altında olan elektrik qurğuları barədə məlumatlandırmaq;
27.5.2. Yanğının söndürülməsi və əmlakın köçürülməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün qərargahı işçi qüvvəsi və mühəndis texniki heyətlə təmin etmək;
27.5.3. Yanğın söndürülən zaman istifadə oluna biləcək vasitələrin daşınıb gətirilməsi üçün nəqliyyat vasitələri vermək;
27.5.4. Yanğının söndürülməsi ilə əlaqədar mühəndis texniki heyətin hərəkətlərini tənzimləmək.
27.6. Obyektdə baş verən hər bir alışma və yanğın hadisəsi üzrə obyekt rəhbərliyi tərəfindən yanğının baş verməsinə və yayılmasına şərait yaradan bütün vəziyyətlər aydınlaşdırılmalıdır.
27.6.1. Dövlət Yanğın Nəzarəti Orqanının nümayəndələrinin iştirakı ilə yağının baş verməsinə səbəb olan vəziyyətin, şəraitin və səbəbin aydınlaşdırılması üzrə komissiya yaradılmalıdır.
27.6.2. Obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin, onların yerinə yetirilməsinə cavabdeh şəxslərin, habelə gələcəkdə yanğın hadisəsinə yol verilməməsi üçün həyata keçiriləcək tədbirlərin siyahısını işləyib hazırlamalı və bu tədbirlərin habelə verilən əmr və göstərişlərin siyahısı yerli Dövlət Yanğım Nəzarəti Orqanına təqdim edilməlidir.
27.6.3. Müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğın xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vasitələr, yanacaq sürtgü materialları habelə ərzaq məhsulları və istirahət yerləri verilməlidir.
Bütün növ yanğınsöndürən balonların yararlı vəziyyətdə olması lisenziyalı şirkət tərəfindən ildə bir dəfə yoxlanmalıdır.
Dövlət Yanğın Təhlükəsizliyi xidmətinin razılığı ilə yanğınsöndürmə texnikasından və vasitələrindən qəzalar, təbii fəlakətlər olan hallarda istifadə olunmasına icazə verilir.
İş prosesində təhlükəsizlik və sağlamlığa təsir edə biləcək problem yaranarsa, dərhal iş rəhbərinə məlumat verilməlidir.
Yadınızda saxlayın – təhlükəsizlik texnikası qaydalarını yerinə yetirməklə siz öz sağlamlığınızı və həyatınızın təhlükəsizliyini təmin edirsiniz.
Bu təlimatın tələblərinə riayət etməyən şəxslər qanunvericiliyinin tələblərinə uyğun –müvafiq məsuliyyətə cəlb olunurlar.
Dostları ilə paylaş: |