Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi


AVQUSTDAN SONRAKI İMPERATORLAR. POZĞUNLUQ DÖVRÜ



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

AVQUSTDAN SONRAKI İMPERATORLAR. POZĞUNLUQ DÖVRÜ 
 
Tiberinin atası Neron Aleksandriya müharibəsində Qay Yuli Sezarın kvestoru 
olmuş, sonra Lutsi Antoninin tərəfində Peruziyada Avqusta qarşı vuruşmuş, sonradan 
Mark Antoniyə qoşularaq ümumi sülh bağlananda Romaya qayıtmış və ona bir oğul 
doğmuş və digərinə hamilə olan arvadı Liviya Druzillanı Avqustun tələbi ilə boşamış 
və qadın Avqusta ərə getmişdi. Bundan bir az sonra o, vəfat etmiş və iki oğul - Tiberi 
və Druz Neronu qoyub getmişdi. Avqust Liviyanı aldıqdan 3 ay sonra həmin Druz 
Neron  anadan  olmuşdu.  Doqquz  yaşlı  Tiberi  vəfat  edən  atası  barədə  rostr 
tribunasından çıxış etmişdi. Sonralar həddi-buluğa çatdıqda o, Mark Aqrippanın qızı 
Aqrippinaya  evlənmişdi,  lakin  ondan  uşaqları  da  olduğu  halda,  onu  boşayıb, 
Avqustun qızı Yuliyaya evlənmişdi.  
Əvvəlcə  o,  Yuliya  ilə  mehriban  yaşayırdı,  lakin  onların  oğlu  olmadığından 
ondan  uzaqlaşdı.  Yuliya  pozğunluqla  məşğul  olur,  vaxtını  məşuqları  ilə  eyş-işrətdə 
keçirirdi. Seneka deyirdi ki, o, yoldan keçən adamla ən pozğun hərəkətlərdə olur.  
Qardaşı  Druzu  isə  o,  Almaniyada  itirdi.  Mülki  fəaliyyətinə  o,  məhkəmədə 
müdafiəçi kimi, hərbi xidmətinə isə qoşun tribunu kimi başladı. Sonra o, Şərqə Roma 
qoşunlarının  yürüşünə  başçılıq  etdi,  bu  vaxt  Ermənistan  çarlığını  Tiqrana  qaytardı. 
Vaxtından xeyli əvvəl o, kvestor, pretor və konsul vəzifələrini tutdu, bir müddətdən 
sonra  ikinci  konsulluğa  və  beş  illiyə  tribun  hakimiyyətinə  yiyələndi.  Lakin  o, 
fəaliyyətinin  qızğın,  çiçəklənən  bir  dövründə  işlərdən  uzaqlaşdı.  Bəziləri  bunu 
Avqustun nəvələrinin böyüməsi və dövlətdə ikinci adam yerinin onlara verilməsi ilə 
izah edirdi.  
Onun  bu  hərəkətini  Avqustun  yaxın  dostu  və  kürəkəni  Mark  Aqrippa  ilə 
müqayisə  edirdilər.  Aqrippa  Mark  Martsellin  nüfuzunun  artdığını  görüb,  dövlət 
işlərindən əl çəkib Mitelinaya uzaqlaşmışdı. Nəhayət o, Rodos adasına gəlib çıxdı və 
burada  sadə  vətəndaş  kimi  yaşamağa  başladı.  Bir  qədər  sonra  o,  öyrəndi  ki,  arvadı 
Yuliya  pozğunluğa  və  zinəkarlığa  görə  məhkum  edilmiş  və  imperator  olan  atası 
Avqust ona ərinin adından boşanma vermişdir. Bu, onu çox sevindirmişdi. Bu dövrdə 
onun tribun vəzifəsinin müddəti də başa çatdı. Həm də Qay və Lutsi yaşa dolduqca, 
onların  dövlətdə  ikinci  adamlar  olmasına  heç  bir  təhlükə  yox  idi.  Bunları  nəzərə 
alaraq, o, öz iradəsinin əksinə Rodosda qalmaqda davam edirdi.  
Lakin  onun  həyatı  o  qədər  də  fərəhli  deyildi,  bir  növ  o,  təqib  edilən  adama 
bənzəyirdi. Nəhayət, Qayın razılığı ilə Tiberiyə vətənə qayıtmaq icazəsi verildi, bir 
şərtlə  ki,  o,  dövlət  işlərində  iştirak  etməyəcəkdir.  Onun  Romadan  kənarda  olması 
səkkiz ilə qədər çəkmişdi. Lakin o, qayıtdıqdan üç il sonra Avqustun nəvələrinin hər 
ikisi  -  Qay  və  Lutsi  vəfat  etdilər.  Bu  vaxt  Avqust  ölən  nəvələrinin  qardaşı  Mark 
Aqrippa  ilə  birlikdə  Tiberini  rəsmi  olaraq  oğulluğa  götürdü.  Lakin  başqa  bir  hadisə 
Tiberinin  yüksəlməsinə  şərait  yaratdı.  Aqrippa  pozğunluğuna  görə  sürgünə 
göndərildiyindən,  Tiberi  Avqustun  yeganə  varisi  kimi  qaldı.  O,  yenidən  beş  illiyə 
tribun  hakimiyyətini  aldı  və  ona  Almaniyanı  ram  etmək  tapşırığı  verildi.  Bu  vaxt 
İllirikin  Romadan  ayrılması  xəbəri  gəlib  çatdıqda,  ona  bu  müharibəni  də  aparmaq 
etibar  edildi.  İlliriklə  aparılan  müharibə  ağırlığı  ilə  fərqlənirdi  və  bunu  Puniya 
müharibələri  ilə  müqayisə  edirdilər.  O,  bu  müharibəni  uddu  və  İlliriki  bütünlüklə 
itaətə  gətirdi.  Bu  qələbəyə  görə  ona  triumf  mərasimi  təyin  edildi.  Sonrakı  ili  o, 

 
182 
Almaniyaya yollandı və Reyn çayını keçdi. Yürüşdə o, hər cür əziyyətlərə dözürdü. 
İki  ildən  sonra  o,  Almaniyadan  Romaya  qayıtdı  və  təxirə  saldığı  zəfər  bayramını 
qeyd  etdi.  Döyüş  arabasından  düşüb  o,  təntənəli  mərasimə  başçılıq  edən  atalığının 
qarşısında diz çökdü.  
Bir  qədər  sonra  isə  konsullar  belə  bir  qanun  təklif  etdilər  ki,  o,  Avqustla 
birlikdə əyalətləri idarə etsin və əhalinin siyahıya alınmasını keçirsin. O, İllirikə yola 
düşəndə  atalığının  ağır  vəziyyətinə  görə  geri  çağrıldı  və  Avqust  öləndən  sonra 
imperator oldu.  
Əvvəlki dövrlərdə o, özünü mülayim aparırdı. Valilər əyalətlərə daha çox vergi 
qoymağı  təklif  edəndə  o,  məktubla  bildirdi  ki,  yaxşı  çoban  qoyunu  qırxır,  onun 
dərisini soymur. Sonra o, senatın bəzi qərarlarını ləğv etdi, magistratlara isə bir çox 
hallarda  məhkəmələrdəki  mühakimə  vaxtı  məsləhətlər  verirdi.  O,  qənaətçilliyə  də 
fikir  verirdi  və  bunu  xalqa  təlqin  etmək  istəyirdi.  Öz  şəxsi  nümunəsi  ilə  xalqa  təsir 
göstərmək üçün o, qonaqlıqlarda süfrəyə əvvəlki gündən qalmış yeməkləri, məsələn, 
çöl donuzunun yarısını gətirdirdi və hamını əmin edirdi ki, yarım donuzun dadı bütöv 
donuzunkundan  fərqlənmir.  O,  gigiyena  nöqteyi-nəzərindən  görüşmə,  salamlaşma 
öpüşlərini  qadağan  etdi,  adamların  bir-birinə  hədiyyə  verməsinə  isə,  yalnız  yeni  il 
günü  icazə  verdi.  Bundan  başqa  o,  Romada  Misir  və  İudeya  ibadətlərinin  icrasını 
qadağan etdi.  
Müharibə  məsələlərində  də  o,  təmkinlilik  nümayiş  etdirirdi.  Düşmənlərinin 
hərəkətlərinə qarşı o, özü bir dəfə də olsun hərbi yürüşə çıxmadı və baş qaldırdıqda 
isə  onları  öz  leqatları  vasitəsilə  yatırtmağa  müvəffəq  olurdu.  Düşmən  və  şübhəli 
çarları o, gücdən daha çox, hədələr və məzəmmətlərlə itaətdə saxlayırdı.  
Ümumiyyətlə, hakimiyyətə gəldikdən sonrakı iki il müddətində o, bir dəfə də 
olsun  Romanı tərk  etməmişdi. İki oğlunu - Germaniki Suriyada, Druzu isə Romada 
itirdikdən  sonra  o,  Kampaniyaya  gedib  tənhalığa  qapıldı.  Buradan  isə  o,  Kapri 
adasına  yollandı.  Dövlət  işlərindən  ayrıldığından,  bir  çox  vəzifələr  boş  qalmaqda 
davam  edirdi.  İspaniya  və  Suriyaya  bir  neçə  il  ərzində  konsul  leqatı  təyin 
edilməmişdi.  
Bu  vaxtdan  onun  eyibləri  daha  açıq  şəkildə  üzə  çıxmağa  başladı.  Onlar  bir 
müddət  ya  əlverişli  imkan  olmadığından,  ya  da  ki,  onun  özü  tərəfindən  ustalıqla 
gizlədildiyindən belə ciddi şəkildə özlərini büruzə vermirdi. Axı bu eyiblərin bəziləri 
onda  cavanlıqdan  mövcud  idi.  Hələ  hərbi  düşərgələrdə  onun  şəraba  hədsiz  meyli 
nəzərə çarpdığından, onu Tiberi yox, "içki" mənasını verən "Biberi" adlandırırdılar. 
O,  əyyaşlıq  yoldaşlarına  iri  vəzifələr  bəxş  edirdi.  İki  gün  dalbadal  eyş-işrətdə 
keçirdiyi  dostları  Flakkı  və  Pisonu  müvafiq  olaraq  Romanın  prefekti  və  Suriyanın 
canişini təyin etmişdi. Lakin Kapridə tənha yaşamağa başlayanda onun eybəcər həyat 
tərzi  artıq  heç  bir  hədd  tanımırdı.  O,  yataq  otaqlarını  gizli  pozğunluq  yuvalarına 
döndərmişdi. Hər yerdən buraya çoxlu qız və oğlanlar gətirilirdi. O cuşa gəlmək üçün 
onlar  qrup  şəklində,  üç-üçə  intim  əlaqədə  olurdular.  Bu  tamaşa  onun  sönmüş 
ehtirasını, pozğunluğunu vəcdə gətirirdi. Hətta bununla kifayətlənməyib o, meşələrdə 
belə pozğunluq yuvaları düzəldirdi, qayaların kahalarında isə cavan qız və oğlanlar 
özlərini açıqdan-açığa Nimera və Favn kimi aparırdılar. Onun ən eybəcər pozğunluğu 
isə  zərif  yaşlı  çoxlu  oğlan  uşaqları  ilə  cinsi  əlaqədə  olması  idi.  Bu  oğlanlarla  o 

 
183 
yataqda əylənir və onları «balıqcıq» adlandırırdı. Hətta gözünə qəşəng oğlan uşaqları 
sataşanda, intim yaxınlıq etmədən onlardan əl çəkmirdi.  
Lakin  bu  o  demək  deyildir  ki,  o,  qadınlarla  əylənməkdən,  onlarla  zinakarlığa 
qurşanmaqdan  həzz  almırdı.  O,  hansısa  bir  qadınla  əlaqədə  olduqdan  sonra  ondan 
daha  pozğun  intim  əlaqələr  tələb  etdikdə  və  buna  rədd  cavabı  aldıqda,  nəticədə 
məhkəmədə biabır edilən bu qadın özünü intihar etməyə məcbur olmuşdu.  
Onun imperatorluğu daha çox pozğunluğu ilə yadda qalmışdır. Pul xərcləmək 
barədə  o,  həddən  artıq  xəsis  idi.  Hökmranlıq  etdiyi  dövrdə  Romada  heç  bir  gözəl 
bina  tikdirməmişdi.  Xəsisliyi  isə  o  dərəcəyə  çatmışdı  ki,  o,  guya  qənaət  məqsədilə 
hərbi veteranları da istefaya buraxmırdı ki, onların qocalığı ölümə gətirib çıxaracaq, 
ölüm isə pula qənaət deməkdir. Axı istefaya buraxılan hərbçilərə xidmətdə olduqları 
ilin  sayına  görə  haqq  ödənməli  idi.  Bir  qədər  sonra  isə  o,  açıq  şəkildə  zorla  pul 
qoparma metoduna keçdi. Bir varlı adamı hədələməklə özünü öldürməyə məcbur etdi 
ki, onun var-dövlətinə sahib çıxsın. Əyalətlərdə - Qalliyada, İspaniyada, Suriyada və 
Yunanıstanda  şər  atmaqla  yerli  hökmranların  əmlakını  onların  əlindən  alırdı.  Hətta 
taxt-tacdan  qovulmuş  Parfiya  çarı  Vonon  Roma  xalqına  pənah  gətirdiyi  halda,  onu 
xaincəsinə qarət etdirmiş və öldürtmüşdü.  
Onun  nifrəti  də  heç  bir  sərhəd  tanımırdı.  Öz  qohumlarına  olan  nifrətini  o,  ilk 
dəfə  qardaşı  Druza  qarşı  yönəltdi.  Sürgün  edilmiş  arvadı  Yuliyaya  onun  heç  bir 
rəhmi  gəlmirdi,  əksinə  onun  vəziyyətini  daha  dözülməz  etmək  qayğısına  qalırdı. 
Anasının  hesabına  imperator  olduğu  halda,  anası  Liviyadan  da  zəhləsi  getməyə 
başladı ki, guya o, hakimiyyəti onunla bölüşməyə cəhd edir. Bir qədər sonra onların 
düşmənçiliyi açıq xarakter aldı. Hətta anası öləndə, onun cəsədi bir neçə gün sonra 
çürüməyə  və  iylənməyə  başladıqda  dəfn  edildi.  Öz  oğlanlarına  da  o,  heç  vaxt  bir 
valideyn  kimi  yanaşmırdı.  Oğlu  Druz  pozğun  həyat  keçirdiyindən,  onun  ölümü  ata 
üçün heç bir hüznə səbəb olmadı. Götürmə oğlu Germaniki isə Suriya canişini olan 
dostu Qney Pisonun əli ilə öldürtdü. Gəlini Aqrippina ərinin ölümündən sonra nəyə 
görəsə  şikayətləndikdə,  o,  bunu  diqqətsiz  buraxmadı  və  ona  böhtan  atdırıb  sürgün 
etdirdi,  sonra  isə  gözlərini  çıxartdırdı.  Onun  təbiətindən  irəli  gələn  qəddarlığı  və 
soyuqqanlılığı  hələ  uşaqlıqdan  məlum  idi.  Ona  natiqlik  qabiliyyətini  öyrədən 
müəllimi  bunu  hiss  edəndən,  Tiberini  "qanla  yoğrulmuş  zibil"  adlandırmışdı.  O, 
əvvəlcə  bunu  özünün  qəzəbi  və  nifrəti  ilə  əlaqələndirsə  də,  xarakterinin  bu  əsas 
cəhətini  gizlədə  bilmirdi.  Ona  görə  də  o,  belə  deməyi  xoşlayırdı  ki,  "Qoy  nifrət 
etsinlər,  ancaq  qoy  razılaşsınlar".  Sonralar  isə  o,  özünün  bütün  qəddarlığının 
cilovlarını  açıb  buraxdı.  Bunun  üçün  o,  hər  bir  bəhanədən  istifadə  edirdi,  əvvəlcə 
anasının dostlarını və tanışlarını, sonra nəvələrini və gəlinini təqib etməyə başladı.  
Elə bir gün olmurdu ki, edamsız keçinsin. Hətta bayram günlərində və yeni il 
günü  adamlar  edam  edilirdi.  Ən  böyük  qəddarlıq  ondan  ibarət  idi  ki,  çoxları  ilə 
birlikdə onların uşaqları və nəvələri də ittiham və məhkum edilirdi. Edam olunanların 
qohumlarına,  onlara  yas  tutmaq  qadağan  olunurdu.  İttihamçılara,  bəzən  hətta 
şahidlərə mükafat verilirdi. Ən kiçik xəta belə cinayət hesab olunurdu. Hətta bir-iki 
elə-belə söz deyən adam qatı cinayətkar kimi cəzalanırdı.  
Bir  şairi  təkcə  ona  görə  mühakimə  etmişdilər  ki,  o,  öz  faciəsində  m.ə.  XIII 
əsrdə  Troyaya  hücum  etmiş  Aqamemnonu  məzəmmət  etmişdi.  Bir  tarixçinin  isə 
günahı  yalnız  ondan  ibarət  idi  ki,  o,  Brutu  və  Kassini  romalıların  sonuncuları 

 
184 
adlandırmışdı.  Onların  hər  ikisi  nəinki  edam  edildi,  onların  vaxtilə  Avqustun 
qarşısında açıqca oxuduğu əsərlər də məhv edildi.  
Ümumiyyətlə,  tiranlar  söz  silahından  çox  qorxduqlarından,  birinci  növbədə 
ədəbi  əsərlərin  məhvinə,  yox  edilməsinə  xüsusi  aludəçilik  göstərirlər.  Onlar  bu 
yazılarda  özlərinin  nifrət  doğuran  əməllərinin  salnaməsini  görürlər,  hətta  gələcək 
intiqamdan belə qorxurlar.  
Belə  vəhşiliyin  baş  alıb  getdiyi  bir  mühitdə  məhkəməyə  çağırılanların  çoxu 
burada  ümidlərin  sona  yetdiyini  duyub,  özlərini  evdə  öldürürdülər,  bununla  heç 
olmazsa  özlərini  alçaldılma  və  biabırçılıqdan  xilas  edirdilər.  Qədim  qaydalara  görə, 
bakirə  qızları  boğmaqla  öldürmək  qadağan  olunurdu,  ona  görə  də  həddi-buluğa 
çatmamış qızları edamdan əvvəl cəlladlar zorlayırdılar. Bununla da qədim qaydaların 
pozulması  halı  vəhşiliklə  aradan  qaldırılırdı.  Bir  vəhşilik  digər  vəhşiliyin  baş 
verməsinə mane olan səbəbləri bütünlüklə yox edə bilirdi.  
Tiberi  bədbəxt  adamlara  ölümü  də  çox  görürdü.  Kim  ölmək  istəyirdisə,  onu 
yaşamağa  məcbur  edirdi.  Tiberiyə  ölüm  olduqca  yüngül  cəza  kimi  görünürdü.  Bir 
dəfə  hansısa  məhkum  olmuş  adam  edama  qədər  öldükdə,  imperator  bundan  narazı 
qalıb demişdi ki, o adam mənim əlimdən çıxdı. Bir dəfə o, məhbəsləri gəzəndə kimsə 
ona yalvarmağa başladı ki, edamı tezləşdirsinlər, buna o, belə cavab verdi: "Mən səni 
hələ bağışlamamışam".  
Kapridə  onun  adam  öldürmə  yeri  var  idi.  Burada  məhkum  olunanlara  çoxlu 
işgəncə verdikdən sonra, Tiberinin gözü qarşısında qayadan dənizə atırdılar, burada 
isə  dənizçilər  onu  tutub  avar  zərbələri  ilə  qətlə  yetirirdilər.  Onlar  bu  vaxt  tordakı 
balıqları avar dirəkləri ilə vurub öldürən balıqçılar kimi hərəkət edirdilər.  
Ən  eybəcər  işgəncə  isə  məhkum  olunanlara  sərxoşluğa  qədər  şərab  içirtmək, 
sonra isə onların uşaq yaradan orqanlarını iplə bərk sıxıb bağlamaq idi. Bunun kəsici 
ağrısından və sidiyi saxlaya bilməməkdən adamlar dəhşətli əzab çəkirdilər. Təsadüfi 
deyildir ki, qohumlarına qarşı da mərhəmətin nə olduğunu bilməyən Tiberi, öz yaxın 
adamlarından daha uzun ömür sürən Troya çarı Priamı xoşbəxt adam hesab edirdi.  
Lakin onun bu qəddarlığı, hədyanlığı cavabsız qalmırdı. Adamlar ölüm anında 
belə onun vəhşiliyini onun üzünə deyir, onu hər cür təhqir edirdilər. Hətta iş o yerə 
gəlib çatmışdı ki, Parfiya çarı Artaban ona məktub göndərərək, onu yaxın adamlarını 
və digərlərini günahsız öldürdüyünə, özünü isə pozğunluğa qurşandığına görə biabır 
edirdi  və  ona  təklif  edirdi  ki,  həmvətənlərinin  bu  böyük  və  ədalətli  nifrət  yanğısını 
söndürmək üçün könüllü ölümü qəbul etsin. Parfiya çarının bu cəsarətli və qorxmaz 
addımı  xüsusi  tərifə  layiqdir.  Deməli  çarların  da  hamısı  heç  də  qaniçən  olmur. 
Qaniçənlik ayrı-ayrı fərdlərin xüsusiyyətidir, ondan çəkilən əzab isə belə hökmrana 
malik olan bədbəxt xalqların acı taleyi, qaçılmaz qismətidir.  
Məhz  belə  təhqirlər  və  xəbərdarlıqlar  ona  olan  nifrətin  miqyasından  xəbər 
verirdi  və  o,  bunları  hiss  edirdi,  öz  şərəfsiz  gələcəyini  də  görə  bilirdi.  Lakin  onu 
çoxdan  haqlamalı  olan  ölüm  gəlib  çıxmaq  bilmirdi.  Elə  bil  ki,  onun  axıtdığı  qanlar 
onun qəddar ömrünü artıran həyat şirəsi rolunu oynayırdı. Lakin hər bir dəhşətin də 
sonu çatdığı kimi, Tiberi zülmətində də səhər şəfəqləri görünməyə başladı. Bir dəfə 
Kampaniyadan qayıdanda o, xəstələndi və Lukullun villasında öldü. Bu vaxt onun 78 
yaşı  var  idi  və  iyirmi  üç  il  idi  ki,  Romada  hökmranlıq  edirdi.  Bizim  eranın  37-ci 

 
185 
ilində  eybəcər  Tiberi  dövrü  başa  çatdı.  Onun  ölümü  xalqın  böyük  sevincinə  səbəb 
oldu. Çoxları qışqırırdı ki, "Tiberini Tibrə atın".  
Romanın  ikinci  imperatoru  olan  Tiberinin  hökmranlığı  əvvəlcə  müdrik  və 
xeyirxah  tədbirlərlə  əlamətdar  olsa  da,  o,  həyatını  tiran  xislətli  guşənişinliklə 
yekunlaşdırdı. O, elə institutlar qoyub getdi ki, onlar imperiyanın yaşamasına təminat 
verdi.  Tiberi  müəmmalı  münaqişələrə  girmək  xüsusiyyətinə  malik  olan  adamlardan 
idi.  O,  böyük  inzibatçı  və  bacarıqlı  general  olmaq  üçün  hazırlığa  və  istedada  malik 
idi.  Roma  şəhəri  deyil,  Roma  dövləti  Tiberinin  hökmranlığı  dövründə  inkişaf  etdi. 
Qiyam  qaldıran  sərhədlər  təslim  edildi,  xəzinə  xeyli  varlandı  və  əyalətlər  inkişaf 
etməyə başladı. Ümumiyyətlə, bu vaxt onlar yaxşı idarə olunurdu, Paytaxtın özünün 
isə  bəxti  az  gətirmişdi.  Tiberi  imperator  səlahiyyətlərinə  yiyələnəndə  onun  56  yaşı 
var  idi.  Bu  vaxt  o,  artıq  sevdiyi  adamlarını  itirmişdi  və  hətta  sürgündə  yaşamaq 
taleyinə nəsib olmuşdu.  
Onun  şəxsi  həyatında  da  problemlər  az  olmamışdı.  O,  Romada  az-az  rast 
gəlinən  məhəbbət  nikahı  ilə,  Avqustun  kürəkəni  olan  Mark  Aqrippanın  qızı 
Vispaniya  Aqrippinaya  evlənmişdi.  Bir  müddətdən  sonra  Avqustun  iradəsi  ilə  onun 
qızı  Yuliyaya  evlənmək  üçün  Vispaniyanı  boşamalı  oldu.  Yuliyanın  bu  vaxt  artıq 
ikinci  əri  də  ölmüşdü,  27  yaşında  idi  və  beş  uşağı  olmuşdu.  Yuliya  şəhvət  düşkünü 
reputasiyasına  malik  idi.  Lakin  Tiberi  vaxtilə  atasının  hərəkətini  təkrar  edib, 
Yuliyaya  evləndi.  Hər  iki  halda  nə  ata,  nə  də  oğul  Avqustun  sözündən  çıxmağa 
cəsarət  etməmişdi.  Yuliyanın  yaratdığı  problemlər  təkcə  şəxsi  deyil,  həm  də  siyasi 
xarakter daşıyırdı. Ona görə Tiberi Rodosda olanda anası Liviya onun dadına çatdı. 
O,  Yuliyanın  çoxlu  məşuqları  barədə  dəlillər  toplayıb,  onları  Avqusta  çatdırdı. 
İmperator çox hiddətləndi, qanuna görə Yuliya edam olunmalı idi. Lakin ata ürəyi bu 
qəddarlığa getmədi və Yuliya kiçik bir adaya sürgün edildi.  
Avqustun  üç  oğlan  nəvəsindən  (onlar  Yuliyanın  övladları  idi)  birinin  sürgün 
edilməsi  və  digərinin  ölümü  imperatoru  yumşaltdı  və  o,  Tiberini  geri,  Romaya 
çağırdı. Avqust onu sevməsə də, oğulluğa götürdü. Avqust şikayətlənirdi ki, "Yazıq 
Roma, bu yavaş hərəkət edən çənələr tərəfindən çeynənməyə məhkumdur". Beləliklə, 
Tiberi varis oldu.  
B.e.  14-cü  ilinin  avqustunda  Avqust  öldükdən  sonra  Tiberi  faktiki  olaraq 
imperator  səlahiyyətlərinə  yiyələndi.  İlk  illərdə  o,  müdrik  və  mülayim  idarəetmə 
nümunəsi  göstərirdi.  Lakin  güc  və  zorakılıq  işə  salınmadan  keçinmək  mümkün 
deyildi.  Taxta-taca  mümkün  iddiaçı  sayılan  Postum  öldürüldü,  güman  ki,  bu  hadisə 
Tiberinin  tapşırığı  nəticəsində  baş  vermişdi.  Hakimiyyətə  yeganə  real  təhlükə  olan 
Roma senatı pretorian mühafizəçiləri tərəfindən qorxudulurdu. Onlar bütün İtaliyaya 
səpələnmişdi, Romaya tez gəlib çatmaq məsafəsində idilər.  
Onun ilk illərdəki qanunları və siyasəti səbirli və uzaqgörən idi. O, yeni böyük 
işğallara  can  atmırdı.  O,  elə  bir  səbəb  olmadan  orduların  yerini  və  əyalətlərdəki 
valiləri dəyişdirmirdi. İmperiya xəzinəsinin bədxərcliklə israf edilməsini dayandırdı. 
Bunun  nəticəsində,  öləndə  o,  iyirmi  dəfə  artıq  sərvət  mirası  qoyub  getdi.  Roma 
hakimiyyəti  heç  vaxt  daha  çox  belə  təhlükəsiz  olmamışdı.  O,  Roma  donanmasını 
möhkəmləndirdi,  qladiator  döyüşlərini  ləğv  etdi.  O,  öz  vəzifəsinə  ehtiramın  əcayib 
formalarını  qadağan  etdi.  Təqvim  ayının  Yuli  Sezar  və  Avqust  kimi  öz  adı  ilə 
adlanmasına  razılıq  vermədi.  O,  elə  yaxşı  idarə  edirdi  ki,  alman  tarixçisi  Teodor 

 
186 
Mommzen misal üçün onu "imperiyanın nə vaxtsa malik olduğu bütün hökmdarların 
ən qabiliyyətlisi" adlandırmışdı.  
Təsadüfi  müharibələr  və  vəhşi  təqiblər  də  baş  verirdi.  Tiberinin  legionları, 
əyalət  qiyamlarını  qan  tökülməsi  ilə  yatırdırdı.  Tiberi  kiçik  bir  oğurluq  məsələsinə 
görə  bütün  yəhudi  icmasını  şəhərdən  sürgün  etdi.  Dörd  min  adam  orada 
malyariyadan  və  baxımsızlıqdan  ölmək  üçün  orduya  cəlb  edilməklə  Sardiniyaya 
göndərildi. Qalan altı min adam isə şəhərdən qovuldu.  
B.e.23-cü ilində oğlu gənc Druz öldükdən sonra Tiberi, onu o qədər sevməsə 
də, çox kədərləndi və imperiyanın işləri barədə getdikcə az düşünməyə başladı. Öz 
səlahiyyətlərinin  çoxunu  daha  çox  etibar  etdiyi  pretorian  mühafizəsinin  komandiri 
Seyana  həvalə  edirdi.  Seyan  Romanı  idarə  edirdi  və  Tiberi  yalnız  sözdə  imperator 
idi. Seyan mərhum gənc Druzun arvadı Livilla ilə intim yaxınlıq edirdi.  
27-ci  ildə  Tiberi  67  yaşında  olarkən  Romanı  tərk  etdi  ki,  İtaliyanın  bir  sıra 
cənub hissələrinə getsin. Bu səfərində o, Kapri adasına getməli və bir müddət orada 
qalmalı idi. Lakin oradan bir daha Romaya qayıtmadı.  
Qalan  on  il  ərzində  Tiberinin  həyatı  onun  monstr  olması  barədə  əfsanənin 
yaranmasına  xidmət  etdi.  Onsuz  da  xoş  görkəmə  malik  olmayan  Tiberi  Kapridə 
adamı iyrəndirən, eybəcər vəziyyətə düşdü. Əvvəlcə dərisində xırda sızanaqlar əmələ 
gəldi,  sonra  dərisi  bu  yaralarla  örtüldü.  Onlar  pis  iy  verirdi  və  ağrılarla  müşayiət 
olunurdu. O, Kapridə özünə çoxlu villalar, həmçinin yeraltı zindanlar, dəhşət otaqları 
və edam yerləri tikdirdi. O, villalarını sərvətlərlə doldurmuşdu. O, qəzəblə və demək 
olar  ki,  tam  təsadüfi  qaydada  adamları  qətlə  yetirdirdi.  Onun  ağlı  bu  vaxt  artıq 
çaşmışdı.  
B.e.  31-ci  ilində  o,  beşinci  dəfə  Romada  konsul  seçilməyə  razılıq  verdi  və 
özünə konsul yoldaşı kimi isə Seyanı seçdi. O, həmçinin öz oğlu Druzun dul arvadı 
Livilla  ilə  Seyanın  evlənməsinə  icazə  verdi.  Bu  vaxt  Seyan  təkcə  hakimiyyətə 
yiyələnməmişdi,  onun  bütün formalarına  sahib  çıxmışdı.  Ona  qızıl  heykəl  qoyuldu, 
onun ad günü bayram elan edildi, şərəfinə heyvan qurbanı kəsilirdi.  
Lakin  Tiberi  ondan  qorxmağa  və  ona  inanmamağa  başladı.  Pretorianların 
komandiri  kimi  Seyanı  əvəz  edən  Makronun  köməyi  ilə  Tiberi  senata  Seyanı 
məhkum edən məktub göndərdi və məktubda onu edam etməyə çağırdı. Senat sarsıldı 
və  tez  dəyişikliyə  getməklə  geri  çəkildi.  Senat  Seyanı  ölümə  məhkum  etdi.  Seyan 
səhər  yuxudan  dünyanın  ən  qüdrətli  adamı  kimi  oyanmışdı,  lakin  gecə  yarısı  o, 
ölmüşdü və onun cəsədi Tibr çayının köpüyü ilə örtülmüşdü.  
Tiberinin  ölümündən  sonra  onun  varisi  məsələsinə  gəldikdə,  bunun  üçün  bir 
neçə  sağ  qalan  adam  var  idi.  Onun  seçimi  Kaliqula  ləqəbi  ilə  tanınan  Qay  Sezarın 
üzərinə  düşdü.  Tiberi  onun  barəsində  demişdi  ki,  "mən  Romanın  döşündə  gürzə 
bəsləmişəm".  
B.e.  37-ci  ilində  Tiberi  mərasim  oyununda  iştirak  edirdi  və  nizə  atmaq 
istədiyini  bildirdi.  O,  öz  çiynini  yaraladı,  yatağına  götürüldü,  çox  ağır  xəstəyə 
çevrildi  və  koma  vəziyyətinə  düşdü.  Həkimlər  bildirdi  ki,  o,  gün  ərzində  öləcəkdir. 
Varis  Kaliqulanın  arxasınca  adam  göndərildi.  Pretorian  mühafizəsi  yeni  imperatora 
öz  dəstəyini  elan  etdi.  Sonra  Tiberinin  şüuru  bərpa  olundu  və  o,  yemək  istədi. 
Kaliqulanı  dəhşət  götürdü.  Yeni  Sezarı  elan  etməyə  tələsən  Roma  kübarları  pis 

 
187 
vəziyyətə  düşmüşdü.  Təkcə  pretorian  komandiri  Makron  onun  başını  tutmuşdu. 
Səhərisi günü, 16 martda o, Tiberinin yatağına tələsdi, yorğanla Tiberini boğdu.  
Körpəliyində Tiberi qaçqın olmuşdu və sonralar böyük işlərdə şahmat piyadası 
oldu.  O,  qalibiyyətli  general  kimi  məşhurlaşdı,  sonra  isə  sürgündə  oldu.  O,  qoca 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin