Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
1   ...   14   15   16   17   18   19   20   21   22
vaxtında  ali  hakimiyyətə  gəldi,  öləndə  isə  Roma  imperiyasını  çiçəklənən  və  stabil 
vəziyyətdə qoyub getdi.  
Bu qaniçənin dəfni məhkum olunmuş adamların edam olunması gününə düşdü. 
O  vaxtlar  məhkum  olunmuşların  edamı  yalnız  onuncu  gün  icra  olunurdu.  Həmin 
adamların  qohumlarının  nifrəti  buna  görə  daha  gur  alovlanmağa  başladı.  Tiberini 
vəsiyyəti  oxunduqda  məlum  oldu  ki,  o,  öz  nəvələrinin  heç  birini  özünə  varis  elan 
etmir.  Bunlardan  biri  onun qardaşı  Druzun  nəvəsi,  Germanikin  oğlu  Qay,  digəri  isə 
onun öz nəvəsi, Druzun oğlu Tiberi idi. Onlar yalnız bir-birilərinin varisi ola bilərdi.  
Lakin  Tiberinin  ölümündə  onun  qardaşı  tərəfdən  nəvəsi  Qayın  əli  olduğu  da 
güman edilir. O, vərəsə almaq niyyəti ilə əlaqədə olduğu bir qadına ona evlənəcəyini 
vəd  etdiyindən,  onun  köməyi  ilə  əri  Makronun  etimadını  qazandı  və  Tiberini 
zəhərləməklə  ölümünü  yaxınlaşdırdı.  Hətta  Tiberi  ölməmişdən  Qay  onun 
barmağındakı  üzüyü  çıxarmışdı.  İmperator  müqavimət  göstərmək  istədikdə  onun 
azğını yastıqla örtmüşdülər.  
Buna  qədər  də  Tiberi  yatan  vaxt  Qay  əlində  xəncər  onun  yataq  otağına 
girmişdi ki, anasının və qardaşlarının məhv olmasına görə ondan intiqam alsın, lakin 
yazığı  gəldiyindən  xəncəri  atıb  otaqdan  çıxmışdı.  Tiberidən  cana  doymuş  romalılar 
Qayın  atası  mərhum  Germanikin  böyük  hörmətini  nəzərə  alaraq,  məhz  öz  ümidini 
onda gördülər.  
O,  həm  də  əyalətlər  və  qoşunlar  üçün  də  ən  arzulanan  hökmdar  idi.  Roma 
camaatı onu hələ uşaqlıqdan xatırlayırdı və atası Germaniki isə çox sevirdi. Camaat 
Tiberinin  cəsədini  müşayiət  edən  Qayı  böyük  sevinclə  qarşılayırdı.  O,  Romaya 
gəldikdə senatın yekdil qərarı ilə ona ali və tam hakimiyyət tapşırıldı və bu vaxt senat 
Tiberinin  vəsiyyətinə  də  məhəl  qoymadı.  Xalqın  sevinci  o  qədər  böyük  idi  ki,  üç 
aydan  az  müddət  ərzində  160  mindən  artıq  heyvan  qurbanı  kəsildi.  Hətta  Tiberinin 
iyrənc  hərəkətlərinə  cəsarətlə  nifrətini  bildirən  Parfiya  çarı  Artaban  indi  Qaydan 
dostluq xahiş etdi və konsul leqatları ilə danışıqlara başladı.  
Qay  Sezar  öz  atası  Germanikin  və  Qay  Kapitonun  konsulluqları  dövründə 
anadan olmuşdu. Atası Germanik Druzun oğlu olub döyüşdə Ermənistan çarına qalib 
gəlmişdi  və  34-cü  ildə  Antioxiyada  zəhərlənmədən  ölmüşdü.  Onun  öldürülməsində 
Tiberinin  və  onun  dostu  Suriyanın  valisi  Qney  Pisonun  əli  olduğu  güman  edilirdi. 
Xalq  onu  çox  sevirdi.  Bu  məhəbbət  o,  öldükdən  sonra  özünü  daha  parlaq  şəkildə 
büruzə vermişdi. Xalq onun ölümünə olan yası uzun müddət saxladı. Qayın anası isə 
Mark Aqrippanın və Yuliyanın qızı Aqrippina idi. Germaniklə Aqrippinanın doqquz 
uşağı olmuşdu, ikisi körpə vaxtı, biri isə uşaq yaşında ölmüş, qalanları isə atasından 
çox yaşamışdı. Üç qız - Aqrippina, Druzilla, Livilla əkiz idilər və üç oğlan - Neron, 
Druz,  Qay  Sezar  onların  sağ  qalan  uşaqları  idi.  Onlardan  Neronu  və  Druzu  senat 
Tiberinin ittihamı ilə dövlətin düşməni adlandırmışdı. Qayın "Kaliqula" - "çəkməcik" 
ləqəbi o, kiçik olarkən düşərgədə əsgər paltarı geyinməsindən yaranmışdı.  
O, atası ilə Suriyaya səfər etmişdi, anası sürgünə göndərildikdən sonra nənəsi 
Liviya Avqustanın yanında yaşamışdı. On doqquz yaşında Tiberi onu Kapriyə yanına 

 
188 
çağırmışdı.  O,  buradakı  biabırçılıqların  şahidi  olmuşdu  və  bunlara  riyakarlıqla 
dözmüşdü.  Ona  görə  də  onun  haqqında  sonralar  düzgün  olaraq  deyilmişdi  ki, 
"dünyada onun kimi yaxşı qul və çox pis hökmdar olmamışdır". 
O,  acgöz  maraqla  işgəncə  verilənlərin  iztirablarına  və  edamlarına  tamaşa 
edirdi. Tiberi bunu edirdi ki, bununla onun quduz təbiətini bir qədər ram etsin. Buna 
görə də dəfələrlə demişdi ki, Qay özünün və hamının məhvi üçün yaşayır.  
Romada  ən  ali  hakimiyyətlərə  yiyələndikdən  sonra  o,  mümkün  olan  hər  şeyi 
edirdi  ki,  adamlarda  özünə  qarşı  məhəbbət  oyatsın.  O,  öz  qohumlarına  ehtiram 
göstərməyi  də  yaddan  çıxarmırdı,  öz  əmisi  Klavdini  hələ  Roma  atlısı  ola-ola  özünə 
konsulluğa yoldaş kimi götürmüşdü. Xalqın məhəbbətini qazanmaq üçün o, məhkum 
və  sürgün  olunanları  əfv  etdi,  köhnə  zamanlardan  qalmış  ittihamların  hamısını 
bağışladı.  Hətta  özünə  süi-qəsd  hazırlanması  haqqında  olan  çuğulçuluğa  da 
əhəmiyyət  vermədi.  Vəzifəli  şəxslərə  o,  sərbəst  mühakimə  aparmağa  icazə  verdi, 
onlardan heç nə tələb etmirdi. O, dörd dəfə konsul oldu. O, görünməmiş bir iş gördü, 
iki körfəz arasında yük gəmilərindən körpü düzəltdi ki, Hellespont boğazında körpü 
salan Persiya çarı Kserksə özünü oxşatsın.  
Lakin onun əcayib, eybəcər hərəkətləri heç nə ilə müqayisə oluna bilməzdi. Az 
qalmışdı  ki,  o,  başına  tac  qoyub  özünü  çar  elan  etsin.  Lakin  bunu  etməməyi  ona 
inandıra bildikdə o, özünə allaha olan ehtiramı göstərməyi tələb edirdi və bu heykələ 
öz  paltarını  geyindirmişdi.  Kaliqula  beləliklə  məşhur  madam  Tyusso  muzeyini  iki 
min  ilə  qədər  qabaqlamışdı.  Sonralar  o,  adlı-sanlı  qohumlarına  da  yuxarıdan  aşağı 
baxmağa başladı. Nəsil-nəcabəti olmadığına görə o, Mark Aqrippanı özünün babası 
kimi  qəbul  etmirdi.  O,  hətta  lovğalanırdı  ki,  onun  anası  qan  qatışmasından 
doğulmuşdur,  guya  nənəsi  Yuliya  öz  atası  Avqustla  qanqarışdırıcı  intim  əlaqədə 
olmuşdur.  Avqusta  qarşı  bu  böhtanla  kifayətlənməyib  o,  Aktsi  və  Siciliya 
qələbələrinin  təntənəli  surətdə  qeyd  edilməsini  qadağan  etmişdi.  Öz  ulu  nənəsi 
Liviya Avqustanı isə o, qadın paltarında olan Uliss (Odissey) adlandırırdı. Öz əmisi 
Klavdini isə o, ələ salmaq üçün sağ saxladı.  
O,  bütün  bacıları  ilə  cinayətkar  intim  əlaqədə  olurdu.  Onlardan  birinin, 
Druzillanın  isə  hələ  yeniyetmə  olarkən  bəkarətini  pozmuşdu.  Onu  ərə  verdikdən 
sonra  ərinin  əlindən  almış  və  qanuni  arvadı  kimi  saxlayırdı.    İntsesdə  o,  elə  bil  ki, 
Misirdəki faraonlarla və ya Ptolomey sülaləsi ilə yarışa girmişdi. 
Onun  nikahları  isə  saysız-hesabsız  idi.  Öz  arvadlarının  çoxunu  ərlərindən 
boşatdırıb  alırdı.  Ən  sevdiyi  arvadını  isə  öz  dostlarına  çılpaq  göstərirdi.  Ona 
hökmdarlığı  ələ  keçirməkdə  kömək  edənlərə  "minnətdarlıq"  əlaməti  olaraq,  onları 
ölümlə  mükafatlandırdı.  O,  senatorlara  qarşı  da  kobud  hörmətsizlik  göstərirdi. 
Yüksək  vəzifə  tutan  senatorların  bəzilərini  o,  arabasının  dalınca  bir  neçə  mil 
qaçmağa məcbur edirdi. Digərlərini o, gizli olaraq edam edirdi, sonra isə onları guya 
diri kimi yanına dəvət edirdi və bir neçə gündən sonra onların özlərini öldürdüyünü 
elan edirdi. Qladiator döyüşlərinə o, adlı-sanlı adamları çıxardırdı. Bəzi hallarda isə 
taxıl anbarlarını bağlatdırıb, xalqı aclığa məhkum edirdi.  
Onun  quduzluğu  başqa  məsələlərdə  də  özünü  göstərirdi.  Tamaşa  üçün 
saxlanılan  vəhşi  heyvanlara  yedizdirilən  ət  bahalaşdıqda,  o,  cinayətkarları  diri-diri 
onların  qabağına  atırdı.  O,  özü  həbsxanaları  gəzib,  hamını  vəhşi  heyvanlara 
parçalanmağa  atdırırdı.  Birinci  zümrədən  olan  vətəndaşların  çoxuna  o,  qızmış 

 
189 
dəmirlə  damğa  vurub,  mədənlərdə  işləməyə  göndərdi,  bəzən  isə  onları  vəhşi 
heyvanlar kimi dəmir qəfəslərə saldırırdı və əllərinin və ayaqlarının üstündə heyvan 
kimi  dayanmağa  məcbur  etdirirdi.  Özü  də  bu  adamlar  hər  hansı  bir  xətalarına  görə 
deyil, tamaşalar haqqında pis fikir yürütdüklərinə və ya onun dühasına heç vaxt and 
içmədiklərinə görə bu cəzalara məhkum olunurdu.  
Ataları  oğullarının  edamında  iştirak  etməyə  məcbur  edirdi,  bundan  kimsə 
xəstəliyinə  görə  imtina  etdikdə,  onların  arxasınca  xərək  göndərirdi,  digərlərini 
edamdan sonra süfrəyə dəvət edib, şənlənməyə məcbur edirdi. Bir Roma atlısı vəhşi 
heyvanların  qabağına  atıldıqda,  özünün  günahsız  olduğu  barədə  qışqırmasını 
kəsmirdi. Bu vaxt onu geri götürüb, dilini kəsdirdi və yenidən səhnəyə çıxardı.  
Öz  iyrənc  hərəkətlərini  o,  sözlərinin  qəddarlığı  ilə  dərinləşdirirdi.  Aktsinin 
"Atrey" faciəsindən götürdüyü "Qoy nifrət etsinlər, ancaq qorxsunlar!" sözləri onun 
devizinə çevrilmişdi. Bir dəfə isə o, qurban kəsilən vaxt qəssabın köməkçisi paltarını 
geyinib,  çəkic  zərbəsi  ilə  qəssabın  özünü  öldürmüşdü.  Öz  arvadının  və  ya 
məşuqəsinin  boynunu  öpəndə  deyirdi  ki,  "belə  gözəl  boyundur,  ancaq  göstəriş 
versəm çiyindən düşəcəkdir!".  
Kaliqula  elə  bil  ki,  insanların  bütün  nəsilləri  ilə  haqq-hesabı  çürütmək 
istəyirdi.  
O, Homerin poemalarını məhv etmək istəyirdi ki, əgər Platon özünün yaratdığı 
dövlətdən onu qovmuşdursa, nəyə görə Kaliqula bunu edə bilməsin. O, guya Vergili 
və  Tit  Livi  istedadsız  şair  və  tarixçi  olduqlarına  görə,  onların  əsərlərini  bütün 
kitabxanalardan çıxartdırmaq istəyirdi.  
Onun  pozğunluğundan  başqa  fərqləndirici  cəhətlərindən  biri  utanmazlığı  idi. 
O,  biabırçı  intim  əlaqədə  olduğu  pantomim  aktyorla  münasibətini  heç  kəsdən 
gizlətmirdi.  O,  təkcə  bacılarını,  əxlaqsız  qadınları  deyil,  ailəli  qadınları  da  rahat 
buraxmırdı.  Onları  ərləri  ilə  qonaq  çağırıb,  süfrə  arxasından  başqa  otağa  aparıb, 
şəhvətini söndürdükdən sonra qayıdıb, təfsilatı ilə bu qadının bədənindən və çarpayı 
fəaliyyətindən  razı  və  ya  narazı  qaldığını  danışırdı.  Ərləri  olmadıqda,  bəzən  ərləri 
adından o, qadınlara boşanma sənədi göndərirdi.  
Bədxərclikdə,  israfçılıqda  da  heç  kəs  ona  tay  ola  bilməzdi.  O,  qonaqlarına 
yeməyi təmiz qızıl qablarda verdirirdi. Buna görə də o, deyirdi ki, ya gərək sadə, ya 
da  Sezar  kimi  yaşayasan.  Dövlət  xəzinəsi  qısa  müddətdə  boş  qaldı.  Ona  görə  də  o, 
açıq  soyğunçuluğa  əl  atdı  və  bunun  üçün  ən  məkrli  böhtanlardan,  hərracdan  və 
vergilərdən istifadə etməyə başladı.  
O,  adamlara  elə  qorxu  təlqin  etmişdi  ki,  hətta  onu  tanımayanlar,  onu  öz 
mülkiyyətinin varislərindən biri kimi elan edirdi. Bu əmlakı ələ keçirmək üçün o, sağ 
qalanları  o  dünyaya  göndərmək  üçün  zəhərlənmiş  şirin  çərəz  göndərirdi.  Hər  şeyi 
satmaq  üçün  o,  hərrac  təşkil  edirdi.  Özü  də    bu  hərraclarda  özü  istədiyi  yüksək 
qiymət  qoyurdu.  Bir  dəfə  o,  eşidəndə  ki,  əyalətdən  olan  bir  varlı  onun  qonaqlığına 
dəvət olunmaq üçün Kaliqulanın qullarına böyük məbləğdə pul vermişdir, bunu bilən 
imperator həmin varlı adama o məbləğdəki qiymətə elə-belə bir şey göndərdi və artıq 
Sezarın öz adından onu nahara dəvət etdi.  
Vergilərə gəldikdə o, görünməmiş vergilər yığırdı. Heç bir şey, heç bir adam 
vergisiz  qalmamışdı.  Şəhərdə  satılan  hər  bir  yemək  şeyinə  ağır  rüsum  qoyulurdu. 
Hamballar  gündəlik  qazancının  səkkizdə  birini  dövlətə  verirdi,  fahişələr  isə  bir  kişi 

 
190 
ilə intim görüşünün qiymətini vergi kimi ödəyirdi. Qanunun bu maddəsinə bir əlavə 
də olundu ki, kim əvvəllər zinakarlıq və aradüzəldənlik etmişdisə, hətta ondan sonra 
qanuni  nikahda  olsa  belə,  onlar  həmin  vergini  ödəməli  idi.  Özü  də  vergi  barədə 
qanunlar  şifahi  elan  olunurdu.  Camaatın  tələbindən  sonra  onlar  yazılı  bildirildikdə, 
elə xırda yazılırdı və dar yerdən asılırdı ki, heç kəs onu lazımınca oxuya bilməsin.  
Heç  bir  gəliri  əldən  buraxmamaq  üçün  Romanın  əsası  qoyulan  Palatin 
təpəsində çoxlu otaqları olan və yaxşı bəzədilmiş fahişəxanə tikdirmişdi. Burada ərli 
qadınlar  və  gənclər  öz  bədənlərini  təklif  edirdilər,  bazarda  və  dini  məbədlərdə 
carçılar hamını-qocanı da, cavanı da bura kef çəkməyə dəvət edirdi. Bura gələnlərə 
müəyyən faizlə pul borc verilirdi.  
Nəhayət,  Kaliqullanın  qızı  olduqda  onun  tərbiyəsi  və  gələcək  cehizi  üçün 
hədiyyələr  tələb  etməyə  başladı.  Xüsusi  edikt  dərc  etdi  ki,  yeni  ilə  hədiyyələr 
gözləyir. Bu yığılan çoxlu qızıl pulu o, döşəməyə sərib yalın ayağı ilə onun üstündə 
gəzməkdən və bədəni ilə bu pulların üstü ilə diyirlənməkdən həzz alırdı.  
Onun  eybəcər  ehtiraslarını  düzəltdiyi  oyunlar  daha  açıq  biruzə  verir. 
Kaliqulanın  iyrənc  xüsusiyyətlərindən  və  o  dövrlərdə  keçirilən  qladiator 
döyüşlərindən  hali  olmaq,  bir  qədər  təsəvvür  əldə  etmək  üçün  imperatorun  təşkil 
etdiyi  belə  bir  əyləncəni  misal  gətirmək  olar.  Roma  sirkində  baş  verən  bu  hadisə 
Kaliqulanın  əylənməsi  üçün  adamlara  necə  işgəncə  verildiyi,  nə  qədər  böyük  xərc 
sərf olunduğunu açıqca göstərir. Kaliqula öz ad günündə tarixçilər tərəfindən təsvir 
edilən  qeyri-adi  oyunlar  təşkil  etdirirdi.  İyrənc  hökmdarların  bu  sahədəki  iştahı  və 
eybəcər zövqü də heç nə ilə  müqayisəyə gəlmir.  Sirkin amfiteatrı 50  sıradan ibarət 
olub  səhnədən  üç  metr  enində  və  dərinliyindəki  kanalla  ayrılırdı.  Amfiteatrlardakı 
oturacaqlardan tarixçi Dionisinin verdiyi məlumata görə 150 min, Plininin sözlərinə 
görə, 260 minə qədər tamaşaçı bu səhnəyə tamaşa edirdi. Lakin bu iri sirk binası bura 
gəlmək istəyənlərin heç yarısını da tutmurdu.  
İmperator  Tiberi  öz  varisinə  xəzinədə  150  milyon  manatlıq  gümüş  qoyub 
getmişdi, beşcə ay ərzində Kalliqula bu məbləğin hamısını oyunlara sərf etdi. Təkcə 
bununla  oyunların  dəbdəbəsi  barədə  mühakimə  yürütmək  olar.  Lakin  baş  təntənə 
onun  ad  gününə  təyin  olunmuşdu.  İmperiyanın  hər  tərəfindən  vəhşi  heyvanları  və 
atları  gətirirdilər.  Dünyanın  hər  güşəsindən  Romaya  tamaşaçılar  axışırdı.  Oyunlar 
ərəfəsində gecə yarısı əhali sirkə doluşmaq istəyirdi. Bunun səsi Kaliqulanı yuxudan 
oyatdı  və  o,  göstəriş  verdi  ki,  cuşə  gələn  kütləni  ağacla  oradan  qovsunlar.  Bu  vaxt 
iyirmi  Roma  atlısı  və  o  qədər də  xanım  ayaqlar  altında  qaldı,  belə  günə  düşən sadə 
adamların isə sayı-hesabı yox idi.  
Lakin  belə  xırda  şeylər  dəlicəsinə  marağın  qarşısını  kəsə  bilmirdi.  Səhər 
açılanda sirk artıq adamlarla dolu idi. İri səhnəyə həmişə olduğu kimi adi qum deyil, 
yaşıl  malaxit  tozu  səpilmişdi  və  kükürdlə  onda  bəzəklər  düzəldilmişdi.  Səhnənin 
malaxit  tozu  ilə  örtülməsi  onunla  əlaqədar  idi  ki,  Kaliqula  cıdırda  iştirak  edən  iki 
partiyadan  -  göy  və  yaşıllardan  sonuncuların  tərəfini  saxlayırdı.  Trubalar 
Kalliqulanın gəlməsini xəbər verirdi. Bu görünməmiş mərasimin qarşısında liktorlar, 
onların  arxasınca  at  üstündə  və  piyada  mühafizəçilər,  nəhayət  fil  sümüyündən  olan 
və bir sırada altı at qoşulmuş döyüş arabasında Kaliqula daxil olurdu. O, arabanı özü 
sürür, asta-asta səhnəni dolaşır, xalqın alqış və salamlarına qamçısını aşağı əyməklə 
cavab verirdi. Kaliqulanın arabasından sonra dörd atlı yüz araba gedir. Bu mərasimi 

 
191 
iki  araba  qapayır,  onlardan  birinə  dörd  dəvə,  digərinə  dörd  fil  qoşulmuşdur. 
Səhnədən o biri tərəfə keçən Kaliqula cıdırın başladığı bu yerdə özünə senatorlardan 
üç rəqib seçir və yarış başlanır.  
Əlbəttə,  imperator  qalib  olur  və  xalq  sevincindən  göyə  plaşlarını  atır.  Belə 
uduşdan  razı  qalan  Sezar  öz  lojasına  yollanır  və  cıdırın  başlanması  əmrini  verir. 
Səhnəyə  baxan  romalılar  dünyada  hər  şeyi  unudurlar.  İmperator  "çörək  və  tamaşa" 
prinsipinin  necə  böyük  təsirə  malik  olduğunu  yaxşı  dərk  edir.  Tamaşaçıları  qızıl 
saplarla  bəzənmiş  və  sirkin  üstünü  örtən  gözəl  iri  örtük  qızmar  günəşdən  qoruyur. 
Lakin  Kaliqula  onlara  sürpriz  hazırlamışdır,  günorta  vaxtı  onun  işarəsi  ilə  birdən 
örtük  götürülür  və  adamlar  günəşin  hər  şeyi  yandıran  şüaları  altında  qalır.  Sirkdən 
heç kəs kənara buraxılmır. İyirmi beş dəqiqə romalılar qızmar günəş altında qalırlar. 
Kaliqula  onların  əzabları  ilə  əyləndikdən  sonra  sirkə  qatı  nəm  duman  yayılır, 
səhnənin altında gizlədilmiş və sirkin üst qalereyalarındakı nasoslar bütün sirki xoş 
ətirli mayelərin yağışını yağdırır, artıq bu mayelər pilləkənlərlə kiçik çay kimi axır və 
bu vaxt sirkin üstü yenidən örtüklə örtülür.  
Atlar  yorulmuşdur,  onları  istirahət  etməyə  aparırlar.  Artıq  tamaşaçılar  da  bir 
qəlyənaltı etməlidirlər. Ən dəbdəbəli xörəklərlə bəzənmiş minlərlə stol səhnəni örtür. 
Ağa öz xalqını qonaq edir, özü isə öz lojasında yeyir və bu basdırıqdan ləzzət alır, 
axı on minlərlə acmış vətəndaşlar stollara tərəf cumurlar.  
Nahar başa çatır, tamaşaçılar yenə öz yerlərinə otururlar, ikinci tamaşa başlanır 
- səhnəyə təlim görmüş heyvanlar buraxılır. İki şir dovşanları təqib edir, onları tutur, 
sonra  yenə  buraxırlar  ki,  qaçsınlar.  Balıqlar  öz  təlimçilərinin  səsinə  uyğun  olaraq 
kanalda  üzür.  Sirkin  yuxarı  qalareyasından  aşağı  səhnəyə  sallanan  kəndirlə  təlim 
görmüş  fil  belindəki  təlimçisi  ilə  düşürdü.  Qızıl  və  gümüş  qablardakı  xörəklərlə 
bəzənmiş  altı  stol  çıxarıldı.  Altısı  qadın,  altısı  kişi  paltarında  on  iki  fil  iki-iki  bu 
stoldakı  yeməkləri  adamlar  kimi  yeməyə  başladılar.  Sonra  meymunlar  əzilib-
büzülüb, camaatı güldürdü.  
Sonra ov və qladiator döyüşləri başlandı. Oyunlar filin kərgədanla, begemotun 
ayı  ilə  döyüşləri  ilə  başlayır.  Fil  və  ayı  məğlub  olmuşlar,  onlar  ölüm  qabağı  qıc 
olmaqla bağırırlar. Xalq isə qaliblərə əl çalır.  
Sonra  zirzəmidəki  heyvanxanaların  qapısı  açılır,  səhnəyə  çoxlu  sayda  şirlər, 
pələnglər, leopardlar, ayılar, kaftarlar çıxır və onlar bir-birini didməyə, parçalamağa 
başlayırlar.  Bu  qayda  ilə  səkkiz  yüz  heyvan  tələf  olur.  Onları  qırmaqla  sirkdən 
yaxında  yerələşən  küçələrə  çıxarırlar,  burada  onları  qara  camaat  acgözlüklə 
parçalayır və ac adamlar üçün yeməyə ləzzətli olan qanlı hissələrini evlərinə dartıb 
aparırlar.  
Səhnədə indi yeni tamaşa göstərilir: bir anda 50 dəvəquşu, 32 zürafə, 20 zebr, 
15  sığır,  100  maral,  20  fil,  40  vəhşi  at,  60  camış  səhnəni  doldurur.  Səhnəni  əhatə 
edən  kanalda  isə  36  timsah  görünür.  Onlara  qarşı  dünyanın  bütün  ölkələrinin 
sakinləri öz silahları ilə çıxır. Ehtiraslı ovçu olan Sezar özü yaxına gələn heyvanlara 
lojadan  ox  və  nizə  atır.  Ov  qurtarır,  yenidən  qara  camaat  onlara  atılan  bu  cəsədləri 
qamarlayıb evinə aparır.  
Qan  səhnənin  yaşıl  örtüyünü  basmışdır,  qan  gölməçələr  kimi  durur.  Onlara 
təzə qum səpilib qurudulur və yeni döyüş başlanır - bu adamların vəhşi heyvanlarla 
döyüşüdür.  Əvvəlcə  üç  camış  buraxılır,  döyüşçülər  qızmış  heyvanların  belinə 

 
192 
tullanmaqla cəldliklərini göstərirlər. Camışlar gücdən düşənə qədər səhnədə qaçırlar. 
Bu  vaxt  döyüşçü  onu  buynuzlarından  tutub  yerə  sərir.  Sonra  döyüşçülər  şirlərə  və 
ayılara qarşı vuruşurlar, özü də onların əlində silah əvəzinə, yalnız tor vardır, bu torla 
onlar  rəqibi  dolaşdırmalı  və  ona  xətər  yetirmədən  dartıb  qəfəsinə  aparmalıdır.  Bu 
qeyri-bərabər döyüşdə çoxlu döyüşçü parça-parça edildi.  
Adamlar  insan  qanının  qoxusu  ilə  məst  olmuşlar,  onlar  son  aktı  görməyi 
arzulayırlar  və  işarəyə  görə  qılıncla  silahlanmış  yüzlərlə  əsir  səhnəyə  çıxarılır. 
Heyvanxananın  qapıları  açılır  və  çox  sayda  ac  ayı,  şir,  pələng  və  kaftar  öz 
qurbanlarının üstünə atılır. Bütün əsirlər həlak oldular və adamların gözü qarşısında 
acgöz vəhşi heyvanlar yarımdiri adamları yeyirdilər.  
Lakin  bu  vaxt  Kaliqula  sürpriz  göstərməyi  çox  sevir,  o,  əmr  verir  ki, 
tamaşaçıların  arasından  on  iki  adamı  tutub  səhnəyə  atsınlar.  Axı  əsəbləri  bir  qədər 
qaşımaq  lazımdır.  Sonra  sağ  qalan  heyvanlar  qızardılmış  dəmirlə  yenidən 
zirzəmidəki  qəfəslərinə  qaytarılır.  Döyüşçülərin  cəsədləri  qırmaqla  iri  zirzəmilərə 
daşınır, səhnəyə yenidən qum tökülür, artıq səhnə təmizdir və burada dinc qaydada 
şənlənmək olar.  
Xüsusi  maşınların  köməyi  ilə  səhnədə  meşə  yaranır.  Ağacların  budaqlarına 
çoxlu  nadir  quşlar  bağlanmışdır.  Həmin  vaxt  səhnəyə  çox  sayda  dəvəquşu,  qoyun, 
donuz, maral, ev quşları buraxılır. Sirkin qapıları açılır və qara camaat quduz axınla 
səhnəyə  cumur.  Tamaşaçılar  səhnədə  qızışan  ov,  basdırıq,  davadan  həzz  alırlar.  Bu 
qarışıqlığı  çoxaltmaq  üçün  Sezarın  lojasından  və  bir  neçə  lojadan  camaatın  üstünə 
müxtəlif  hədiyyələri  bildirən  markalar  atılır.  Senatorların  oturduğu  yerlərə  isə 
qiymətli əşyalar, ev və mülkə sahib olmaq üçün biletlər atılır və senatorlar arasında 
da həmçinin belə qarışıqlıq, vurnuxma başlanır. Artıq axşam düşür və Kaliqulanı da 
hər  şey  bezikdirmişdir.  O,  ayağa  qalxır,  ondan  sonra  gələn  qanlı  bayramadək  sirk 
bütünlüklə boşalır.  
Bütün  bu  iyrənc  əməllərindən  sonra  o,  bir  dəfə  Almaniyaya  yürüş  etməyi 
qərara  aldı.  Britaniya  çarının  özü  tərəfindən  qovulmuş  oğlu  kiçik  dəstə  ilə  onun 
yanına  gəldikdə,  Romaya  xəbər  göndərdi  ki,  ada  bütünlüklə  ona  tabe  olmuşdur. 
Sonra döyüşməyə heç kəsi tapmadığından o, öz mühafizəçilərindən bir neçə germanı 
Reyn çayının o tərəfinə göndərdi ki, orada gizlənsinlər və hay-küylə xəbər versinlər 
ki,  düşmən  yaxınlaşır.  Hər  şey  belə  də  edildi  və  indi  o,  hərbi  mövzulardakı 
komediyalara  quruluş  verməklə  məşğul  olurdu.  O,  Senatı  da  məzəmmət  edirdi  ki, 
Sezar belə məşəqqətli müharibə apardığı halda, onlar Romada keflə məşğul olur. 40-
cı ilin əvvəlində o, Qalliyada iki yeni legion yaratdı ki, Britaniyaya müdaxilə etsin. 
Gəmilərə yüklənmək əvəzinə Kaliqula əsgərlərə əmr verdi ki, balıqqulağı yığsınlar. 
Sonra  o,  bu  yalançı  müharibəni  qurtarmağı  qərara  aldı  və  Qalliyadan  uca  boylu 
adamlar seçib götürdü ki, onları triumf mərasimindən keçirsin.  
Əyaləti tərk etməmişdən əvvəl o, ən dəhşətli cinayətə əl atdı, Avqustdan sonra 
qiyam  etmiş  legionların  hamısını  məhv  etmək  qərarına  gəldi.  Lakin  onu  bundan 
çəkindirdikdə, hər onuncu adamı edam etdirdi.  
Romaya  gəldikdən  sonra  isə  bütün  qəzəbini  senatın  üstünə  tökdü.  Lakin 
bədbəxt Romanın bəxti açıldı və öz çirkin əməllərinə görə 41-ci ildə o, öldürüldü. Bu 
vaxt onun 29 yaşı var idi və cəmisi üç il on ay ərzində hökmdarlıq etmişdi. Öləndən 

 
193 
sonra  onun  iki  gizli  dəftəri  tapıldı.  "Qılınc"  və  "xəncər"  adlı  bu  dəftərlərdə  onun 
öldürməli olduğu adamların siyahısı var idi.  
Onun  özünün  qətli  kütləvi  qırğınların  qarşısını  ala  bildi.  Onun  bu  naqis 
hərəkətlərini  nə  ilə  isə  izah  etmək  çətin  idi.  Uşaqlıqda  o,  ürəkgetmə  xəstəliyinə 
tutulmuşdu, həm də o, yuxusuzluqdan əziyyət çəkirdi. Onu qətlə yetirənlər belə şayiə 
yaydılar ki, məğlubiyyət xəbəri eşidəndə dəhşətdən o, özü özünü öldürmüşdür. Onun 
hərəkətlərində  də  qəribəlik  çox  idi.  O,  arvad  paltarlarını  geyinməyi  çox  sevirdi. 
Elmlərə  elə  bir  maraq  göstərmirdi,  əsas  diqqəti  natiqlik  qabiliyyətinə  verirdi.  O, 
hiddətlənəndə  daha  yaxşı  çıxış  edirdi,  sözləri  də,  ideyanı  da,  lazım  olan  ifadə 
vasitəsini və səsin tonunu da asanlıqla tapırdı.  
Kaliqula  insanlara  nifrət  etsə  də,  heyvanlara  çox  incə  və  mehriban  münasibət 
bəsləyirdi. Sirkdə olarkən çox vaxt at tövləsində nahar edirdi. Öz "qaçağan" adlı atını 
o, hər cür narahatçılıqdan qoruyurdu, cıdır ərəfəsində əsgərləri göndərirdi ki, sakitlik 
yaratsınlar.  O,  atına  mərmərdən  tövlə,  fil  sümüyündən  isə  axur  tikdirmişdi,  ata 
purpur  örtük  və  mirvari  boyunbağı  vermişdi.  Hətta  ona  nökərləri  və  ev  müxəllifatı 
olan saray ayırmışdı. Atının adından qonaqlar dəvət edir və onları qəbul edirdi. Ölüm 
mane olmasaydı Kaliqula atını konsul edəcəkdi.  
Bu  dəli  hərəkətlərinə  və  cinayətlərinə  görə  çoxları  onu  öldürməyə  hazır  idi. 
Nəhayət  sui-qəsd  baş  tutdu  və  bunda  başlıca  rolu  pretorian  kohortasının  tribunu 
Kassi  Xereya  oynadı.  Bu  da  bir  tarixi  rəmzdir  ki,  Kassi  adlı  adamlar  diktatora  və 
iyrənc imperatora qarşı sui-qəsdin ən mühüm iştirakçıları olmuşlar.  
Bu  yaşlı  adamı  Kaliqula  daim  ələ  salırdı,  onu  arvad  və  ya  "Venera" 
adlandırırdı.  Fevralın  əvvəlində  imperator  yeraltı  keçidlə  səhər  yeməyinə  gedəndə, 
Xereya arxadan onun peysərinə iti zərbə vurdu, qarşıdakı sui-qəsdçi isə qılıncı onun 
sinəsinə sancdı. Yerə yıxılan Kaliqula "Mən sağam" deyə qışqırdıqda, otuz zərbə ilə 
onu  öldürdülər.  Sonra  onun  meyidini  gizli  şəkildə  bir  bağa  gətirdilər  və  yarımçıq 
şəkildə yandırdılar və dəfn tonqalını çayır otu ilə örtdülər. Onunla birlikdə arvadını 
və qızını da öldürdülər.  
Lakin onun məkrlərindən qorxan adamlar onun ölümünə belə inanmırdılar ki, 
o,  adamların  ona  münasibətini  sınamaq  üçün  bunu  uydurmuşdur.  Sui-qəsdçilər  heç 
kimə  hakimiyyəti  vermək  istəmirdilər.  Konsullar  senatın  birinci  iclasını  çağırdılar. 
Senatorların bəziləri təklif etdilər ki, sezarlar barədə bütün xatirələri məhv etmək və 
məbədləri uçurmaq lazımdır. Lakin bu vaxt bir məsələni də kimsə yada saldı ki, hələ 
Tsinna  dövründən  Qay  adını  daşıyan  sezarların  hamısı  qılınc  zərbəsindən  qətlə 
yetirilmişdir.  
Qay  Kaliqula  qətlə  yetiriləndə  bir  maraqlı  hadisə  də  baş  vermişdi.  Sui-
qəsdçilər  Kaliqulaya  hücum  etməyə  hazırlaşdıqda,  guya  imperatorun  tək  qalmaq 
arzusu  ilə  əmisi  Klavdini  başqaları  ilə  birlikdə  onun  yanından  çıxartmışdılar  və  o, 
imperatorun  qətli  xəbərini  eşitdikdə  başqa  yerdə  pərdənin  altında  gizlənmişdi.  Bir 
əsgər  qaçanda  pərdənin  altından  onun  ayaqlarını  görmüş,  kimin  gizləndiyini 
yoxlamaq  istədikdə,  onu  tanıyıb  çıxarmış  və  qorxudan  ayaqlarına  yıxılıb  onu 
imperator kimi salamlamışdı. Sonra əsgərlər onu təxti-rəvana qoyub özlərinin Kollin 
qapısının yanında olan düşərgələrinə apardılar.  
Sonrası  gün  isə  bir-birinə  zidd  rəylərdən  cana  yığılmış  Senat,  tək  hökmdar 
tələb edən kütlənin birbaşa tələbi ilə onu imperator etdi. Məsələ burasında idi ki, o, 

 
194 
döyüşçülərdən  and  qəbul  edəndə,  onların  hər  birinə  on  beş  min  sestertsi  pul  vəd 
etmişdi. Ona görə də kütlə məhz Klavdinin hökmdar təyin edilməsini tələb edirdi. O, 
ilk Sezar idi ki, döyüşçülərin ona olan sədaqətini sərkərdəliyinə və yürüşlərə başçılıq 
etdiyinə görə deyil, pulla satın almışdı.  
Klavdinin  atası  Druz,  sonralar  o,  Neron  da  adlandırılmışdı,  kvestor  və  pretor 
rütbələrində  sərkərdəlik  etmişdi,  germanlarla  müharibədə  iştirak  etmişdi.  Druzun 
Kiçik  Antoniyadan  üç  uşağı  sağ  qalmışdı,  bunlar  Germanik,  Livilla  və  Klavdi  idi. 
Klavdi m.ə. 10-cu ildə anadan olmuşdu və Tiberi Klavdi Druz adlandırılmışdı.  
Uşaq ikən o, atasını itirmişdi, həm də uşaqlıqda və gəncliyində çox vaxt xəstə 
olduğundan,  bədəncə  və  ağıldan  zəif  idi.  Lakin  onun  nəcib  elmlərə  böyük  həvəsi 
vardı  və  ögey  babası  Avqust  onun  şerləri  əzbər  deməsinə  təəccüblənirdi.  Anası 
Antoniya isə onu çirkin hesab edirdi və deyirdi ki, təbiət onu yaratmağa başlasa da, 
qurtarmamışdır.  Nənəsi  Avqustanın  da  ondan  zəhləsi  gedirdi.  Ailədəki  belə 
münasibətə  görə  o,  daim  aşağı  adamların  əhatəsində  yaşayırdı,  onun  kütlüyünə 
həmçinin qumar oynaması və əyyaşlığı da əlavə olunmuşdu.  
Tiberi ölərkən onu üçüncü növbədə varis elan etmişdi. Təkcə qardaşı oğlu Qay 
Kaliqulanın  hökmdarlığı  dövründə  ona  vəzifə  verildi,  iki  aylığa  onunla  konsulluğu 
bölüşdü. Bir neçə dəfə o, Qayı əvəz edəndə, onu heç vaxt öz adı ilə salamlamırdılar, 
gah imperatorun əmisi, gah Germanikin qardaşı adlandırırdılar. Hətta bu vəzifələr də 
ona olan təhqirlərin qarşısını ala bilmirdi. Nahar süfrəsində ona yer saxlamırdılar, o, 
mürgüləyəndə  isə  təlxəklər  ona  xurma  və  ya  zeytun  dənəsi  atırdılar.  Məhz  belə 
şəraitdə  o,  ömrünün  xeyli  hissəsini  keçirmişdi  və  qeyri-adi,  gözlənilməyən  bir 
şəraitdə imperator təyin edilmişdi.  
İmperatorluqda  möhkəmləndikdən  sonra  o,  bir  neçə  tribunu  və  senturionu 
Qaya  sui-qəsdə  görə  edam  etdi  ki,  həm  bundan  ibrət  götürsünlər,  həm  də  məlum 
olmuşdu ki, sui-qəsdçilər onu da öldürməyi tələb edirmişlər. Bundan sonra o, bütün 
ölən  qohumlarına  hörmət  və  ehtiram  göstərməyə  başladı.  Belə  yüksəlməsinə 
baxmayaraq  o,  özünü  sadə  aparırdı.  İmperator  adından  və  hədsiz  ehtiramlardan  o, 
imtina  etdi  və  qısa  bir  müddət  üçün  özünə  hörmət  və  məhəbbət  qazandı.  Bütün 
bunlara baxmayaraq o, çox qorxduğu sui-qəsdlərdən tam yaxa qurtara bilmirdi. Ona 
çoxlu hədələr gəlirdi.  
Klavdi  dörd  dəfə  konsul  oldu.  Məhkəmələri  konsul  vəzifəsində  olanda  da, 
olmayanda  da  çox  ciddi-cəhdlə  aparırdı.  Bəzən  o,  çox  ehtiyatlı  və  ağıllı  hərəkət 
edirdi,  digər  hallarda  isə  ağılsız  və  düşünülməmiş  hərəkətlərə  yol  verirdi.  Ağıllı 
mühakimələrində o, İsrail-İudeya çarı Solomona bənzəyirdi. Bir dəfə bir qadın gənc 
oğlanı öz oğlu kimi etiraf etməkdən imtina etdikdə və nə qadın, nə də oğlu ciddi bir 
dəlil, sübut göstərə bilmədikdə, Klavdi ona təklif etdi ki, bu cavan oğlana ərə getsin 
və belə bir şəraitdə gəncin onun oğlu olduğunu qadın etiraf etdi.  
Lakin həm də ağılsız, dəlicəsinə apardığı məhkəmə prosesləri ilə o, özünü tam 
hörmətdən salırdı. Bir dəfə o, əyalətdən şahid çağırtdırmışdı, ona bildirdilər ki, şahid 
gələ  bilmir.  Lakin  o,  çox  təkid  etdikdə,  şahidin  adından  danışan  adam  bildirdi  ki, 
onun  üzürlü  səbəbi  vardır,  sadəcə  olaraq  o,  ölmüşdür.  Bir  dəfə  belə  məhkəmə 
iclaslarının  birində  bir  yunan  onun  üstünə  qışqırmışdı  ki,  sən  qoca  və  axmaqsan. 
Başqa  bir  atlının  əleyhinə  ən  əxlaqsız  qadınları  şahid  sifətində  dindirdikdə,  o, 
Klavdini  axmaqlığına  və  kobudluğuna  görə  söymüş  və  onun  sifətinə  qrifeli  çırpıb, 

 
195 
üzünü yaralamışdı. Senzor vəzifəsini yerinə yetirəndə də, əxlaq məsələlərində özünü 
axmaq yerinə qoyurdu.  
Klavdi  ömründə  bircə  dəfə  hərbi  yürüşə  çıxdı  və  Britaniyaya  getməyi  qərara 
aldı, axı buraya Yuli Sezardan başqa heç kəs müdaxilə etməmişdi. Ostiyadan o, gəmi 
ilə yola düşdü və adaya keçdikdən sonra adanın bir hissəsini bir neçə  günə heç bir 
döyüş aparmadan və qan tökmədən özünə tabe etdi. Bir neçə aydan sonra o, Romaya 
qayıdıb  çox  böyük  dəbdəbə  ilə  triumf  mərasimi  keçirdi.  Onun  döyüş  arabasının 
arxasınca ikitəkərli arabada arvadı Messalina gedirdi.  
Onun  ən  uğurlu  işlərindən  biri  şəhərin  abadlığı  və  əhalinin  ərzaqla  təchizatı 
sahəsində  aparılan  tədbirlər  idi.  Bir  dəfə  şəhərdə  çörək  təchizatında  çətinlik 
yarandıqda  o,  qorxudan  hətta  qış  dövründə  də  ərzaq  gətirilməsini  qaydaya  saldı. 
Bunun  üçün  o,  tacirlərə  möhkəm  mənfəət  təmin  etdi  və  tufan  vaxtı  meydana  gələn 
ziyanı  da  öz  üzərinə  götürdü.  Bundan  başqa  ticarət  gəmilərinin  qayrılmasını,  hamı 
üçün faydalı bir işə çevirdi. O, şəhərə Qay Kaliqula tərəfindən çəkilən su kəmərinin 
tikintisini  başa  çatdırdı,  Ostiyadakı  limanı  genişləndirdi.  O,  tez-tez  camaata  çörək 
paylayırdı,  tamaşalar  təşkil  edirdi.  Bundan  başqa  o,  əcnəbi  mənşəyi  olan  adamlara 
romalı  adlarını  qəbul  etməyi  qadağan  etdi.  Yalandan  özünü  Roma  vətəndaşı  kimi 
qələmə  verənlərin  boynu  vurdurulurdu.  İlion  əhalisini  isə  romalıların  əcdadı 
olduğuna görə, həmişəlik vergidən azad etdi. İlionlulara hörmət etdiyinə görə, o, çar 
Selevkə dostluq təklif etdi.  
Klavdi  hələ  cavan  vaxtı  iki  qıza  nişanlanmışdı.  Lakin  onlardan  birini  rədd 
etmiş, ikincisi isə toya qədər ölmüşdü. Sonra o, iki qadına bir-birinin ardınca evləndi 
və  onları  boşadı.  Üçüncü  dəfə  o,  öz  qohumunun  qızı  olan  Valeriya  Messalinaya 
evləndi. Bu adı sonralar pozğunluq rəmzinə çevirmiş Messalina imperatorun başına 
çoxlu  oyunlar  açdı  və  onu  görünməmiş  qaydada  alçaltdı.  Messalina  ərinin 
iradəsizliyindən  istifadə  edib,  öz  düşmənləri  ilə  haqq-hesab  çəkmək  üçün  əlindən 
gələni  edirdi.  O,  çuğulçu  kimi  Romada  ad  çıxarmış  bir  adam  öyrətdi  ki,  iki  dəfə 
konsul  seçilmiş  Valeri  Aziatiklə  onun  məşuqəsinə  qarşı  ittihamçı  kimi  çıxış  etsin. 
Messalinanın  əsas  məqsədi  indi  ona  mənsub  olan  məşhur  Lukull  bağlarını  ələ 
keçirmək idi. Klavdini isə başa salırdılar ki, bu adamın nüfuzu və sərvəti imperator 
üçün  böyük  təhlükədir.  Həm  də  əlavə  edirdilər  ki,  Aziatik  Qay  Sezarın  qətlinin 
başlıca təşəbbüsçüsüdür. Bundan sonra Klavdi onun həbsinə göstəriş verdi.  
Klavdi  öz  yataq  otağında  Messalinanın  iştirakı  ilə  onu  dindirdi.  Messalina 
Poppeyanı  özünü  öldürməyə  məcbur  etdi.  Bu  məsələlərdə  gələcək  imperator 
Vitellinin  atası  pretor  Vitelli  də  olduqca  nalayiq  rol  oynayırdı.  Aziatik  belə  iyrənc 
hərəkətlərə  dözə  bilməyib,  venasını  kəsib  özünü  intihar  etdi.  Bu  cinayətdən  xeyli 
adam da mükafat şəklində yaxşı pul qazandı.  
Öz  əlində  əvvəllər  qanunları  və  vəzifəli  adamlara  məxsus  olan  hakimiyyəti 
cəmləşdirən  printseps  hər  cür  sui-istifadələr  üçün  şərait  yaratdı.  Suili  utanmadan 
deyirdi  ki,  harda  varlanmaq  varsa,  orada  nə  namusluluğa,  nə  də  etibara  yer  yoxdur. 
Əclafların,  xainlərin  hörmət  qazandığı  dövrdə  namuslu,  vicdanlı  adamlar  həqiqətən 
də  əzab-əziyyət  çəkməlidir.  Çünki  namus,  vicdan  məkanındakı  cəhdlər 
qiymətləndirilmək  əvəzinə  cəzalanırsa,  onlar  yoxa  çıxmalıdır.  Bu  dövrdə  Romanın 
əsası qoyulmasının 800 illiyinə həsr olunmuş Yüzillik oyunları keçirildi. 64 il əvvəl 
bu  oyunları  Avqust  keçirmişdi.  Səhnəyə  əsil-nəcabətli  adamların  uşaqları  çıxanda, 

 
196 
onların  arasında  imperatorun  oğlu  Britannik  və  printsepsin  tezliklə  oğulluğa 
götürəcəyi Lutsi Domitsi (gələcək imperator Neron) də var idi. Bu Domitsi Germanik 
nəslindən yeganə sağ qalan kişi cinsinə mənsub adam idi və Messalina onun anasını, 
imperator  Klavdinin  qardaşı  qızı  və  mərhum  imperator  Kaliqulanın  doğma  bacısı 
Aqrippinanı  daim  böyük  qəzəblə  təqib  edirdi.  Bu  isə  xalqın  Domitsiyə  olan  hüsn-
rəğbətini  artırırdı.  Messalina  bu  qadına  həmişə  nifrət  etmişdi.  Bu  vaxt  o,  özü 
Romanın ən qəşəng oğlanlarından biri olan Qay Siliyə ürəkdən vurulmuşdu və ona 
arvadını  boşatdırmışdı  ki,  eşq  yatağı  yalnız  Messalinaya  mənsub  olsun.  Sili  bu 
hərəkətin nə qədər cinayətkar bir xəta olduğunu başa düşürdü, lakin bu qadını rədd 
etməklə,  özünün  məhv  olacağını  da  yaxşı  anlayırdı.  Messalina  utanmadan  açıqdan-
açığa  onun  evinə  gedirdi  və  bu  vaxt  onu  böyük  dəstə  müşayiət  edirdi.  Bu 
nümayişkəranə  həyasızlıq  elə  təsəvvür  yaradırdı  ki,  artıq  Sili  özü  printsepsdir. 
Messalinanın əliaçıqlığı hesabına onun evi əsl imperator sarayına bənzəyirdi.  
Küt  Klavdi  isə  bu  vaxt  evində  nə  baş  verdiyini  dərk  etmirdi.  O,  Romanın 
abadlıq işləri ilə, həm də əlifbaya üç hərf əlavə etməklə məşğul idi. Misirlilər ilk dəfə 
miladdan 32 əsr əvvəl heyvanların təsvirlərindən istifadə etməklə piktoqrafiya tətbiq 
etməyə  başlamış,  işarələrlə  fikri  xəbər  verməyi  öyrənmişdilər.  Buna  görə  də  qədim 
misirlilər özlərini, hərfləri icad edənlər hesab edirlər. Onlardan isə yazını finikiyalılar 
götürmüşdülər  və  dənizçilər  bunu  Yunanıstana  gətirib  çıxarmışdılar.  Əlbəttə,  Roma 
tarixçilərinin bu fikri ilə mübahisə etmək olar. Çünki misirlilərin heroqlif yazısı ilə 
demək olar ki, eyni vaxtda m.ə. 3000-ci illərdə Şumerdə mixi yazısı meydana gəlmiş 
və  misirlilərin  söz  bildirən  təsvirlərindən  fərqli  olaraq,  burada  onlarla  yanaşı  heca 
bildirən xəttlərdən də, başqa sözlə hərflərdən də istifadə olunmuşdur. Finikiyalıların 
yazısında  isə  piktoqrafiya  elementləri,  bütünlüklə  səsi  bildirən  hərflərlə  əvəz 
olunmuşdu.  Krit  adasında  da  A  və  B  xətt  yazıları  meydana  gəlmişdi.  İtaliyada  isə 
etrusklar  yazı  yazmağı  korinfli  Demaratdan  -  Qədim  Tarkvininin  babasından 
öyrənmişdilər. Digər aborigenlər də yazını arkadiyalıdan qəbul etmişdilər. Ona görə 
də  latın  hərfləri  qədim  yunan  hərflərinə  çox  bənzəyir.  Klavdi  latın  əlifbasını 
zənginləşdirmək  və  tamamlamaq  üçün  bura  üç  yeni  hərf  əlavə  etdi,  ancaq  bu 
hərflərin ömrü onun hökmdarlığı müddətinə bərabər oldu, sonradan yaddan çıxdı.  
Belə yüngül başa gələn məhəbbət sərgüzəştləri artıq Messalinanı darıxdırırdı. 
Sili  də  onu  hədələyən  təhlükələrdən  xilası,  təhlükələrin  özündə  axtarmağı  qərara 
alaraq, Messalinaya ona ərə getməyi təklif etdi və Britanniki oğulluğa götürməyi vəd 
etdi. Messalina üçün bu təklif cazibədar görünürdü. Çünki biabırçılıq böyük olduqda, 
həzz də daha şirin olur. Onlar gözləmək də istəmirdilər və Klavdi Ostiyaya qurban 
verməyə gedən kimi, təntənəli surətdə toylarını etdilər.  
Bu  hadisə  printsepsin  ailə  üzvlərini  dəhşətə  gətirdi.  Xüsusən  əlində  vəzifəsi 
olanlar  qorxurdular  ki,  əgər  dövlət  çevrilişi  baş  versə,  onları  daha  ciddi  təhlükə 
gözləyir. Lakin onlar Klavdiyə də çox bel bağlamırdılar, axı Messalinanın sözü ilə o, 
çoxlarını  öldürtmüşdü.  Həm  də  onlar  qorxurdular  ki,  arvadının  səsini  eşidən  kimi, 
Klavdi  onun  cinayətləri  barədə  deyilənlərə  inanmayacaqdır.  Ona  görə  də 
Messalinanın düşmənləri ehtiyatlı hərəkət etməyi qərara aldılar.  
Nartsiss  Ostiyaya  imperatorun  yanına  iki  kəniz  göndərdi  və  onlardan  biri 
Klavdi  ilə  tək  qaldıqda,  onun  ayaqlarına  yıxılıb,  qışqırdı  ki,  Messalina  Siliyə  ərə 
getmişdir.  Sonra  hər  iki  kəniz  ona  and  verdilər  ki,  Nartsissi  çağırtdırsın.  Nartsiss 

 
197 
gələn  kimi  imperatora  hər  şeyi  danışdı  və  dedi  ki,  saraydan,  hər  şeydən  qoy  Sili 
istifadə  etsin,  təkcə  qoy  arvadını  sənə  qaytarsın,  özlərinin  nikah  müqaviləsini  ləğv 
etsin. Sən onsuz da hakimiyyətdən məhrum edilmisən. Silinin nikahı haqqında artıq 
bütün xalq bilir və əgər tədbir görülməsə o, paytaxtın da sahibi olacaqdır. Klavdi ona 
yaxın olan digər adamlardan da bunun həqiqət olduğunu öyrəndi. Bu vaxt şəhərdə də 
söz-söhbət yayılmağa başladı ki, Klavdi gəlir və qisas alacaqdır.  
Messalina  Aziatikdən  ələ  keçirdiyi  Lukull  bağlarına  qaçdı.  Sili  isə 
qorxmadığını  göstərmək  üçün  Forumda  öz  işi  ilə  məşğul  olurdu.  Messalina  çox 
fikirləşdikdən  sonra  həmişə  işlətdiyi  priyomdan  istifadə  edərək,  ərinin  qabağına 
çıxdı. Klavdi isə yolboyu arvadını söyməklə hirsini soyutmaq istəyirdi. Messalinanın 
tərəfdarları  isə  qadını  yolda  gördükdə  imperatora  yalvardılar  ki,  Oktaviyanın  və 
Britannikin  anasını  dinləsin.  Nartsiss  isə  fürsəti  fövtə  verməyib,  ittihamlarla 
Messalinanın  üstünə  atıldı,  Sili  barədə,  onların  nikahı  barədə  qışqırmağa  başladı, 
sonra  isə  imperatorun  diqqətini  yayındırmaq  üçün  bu  qadının  cinayətləri  sadalanan 
kağızı  ona  verdi.  Nartsissin  göstərişi  ilə  yolda  qoyulmuş  Messalinanın  uşaqları  da 
oradan uzaqlaşdırıldı.  
Sonra  Klavdi  əmr  etdi  ki,  Messalina  ilə  Silinin  məhəbbət  görüşləri  baş  verən 
evləri ona göstərsinlər. Sonra o, əsgərlərin toplantısına getdi. Tribunala gətirilən Sili 
özünü müdafiə etmədi, ancaq tez öldürülməsini xahiş etdi. Klavdi evə qayıdıb nahar 
etdikdən  sonra  onun  əhval-ruhiyyəsi  yaxşılaşdı.  Messalina  da  hər  vəchlə  ömrünü 
artırmaq  istəyirdi.  Klavdinin  hirsi  soyuyurdu  və  o,  göstəriş  verdi  ki,  qoy  bədbəxt 
qadın  sabah  onun  yanına  gəlsin  ki,  özünü  müdafiə  etsin.  Bu  vaxt  Nartsiss  çıxıb 
imperatorun  adından  senturionlara  və  burada  olan  tribuna  tapşırıq  verdi  ki,  qadını 
edam etsinlər. Bağda Messalina uzanmışdı, onun yanında isə anası oturmuşdu. Anası 
qızını  inandırırdı  ki,  sənin  yanına  cəlladın  gəlməyini  gözləmə,  sənin  həyatın 
qurtarmışdır  və  onunla  yaxşı  ayrılmaq  sənə  qalan  yeganə  ləyaqətli  çıxış  yoludur. 
Messalina  xəncəri  götürüb  özünə  xəsarət  yetirmək  istəyirdi,  lakin  xəncər  onun 
əlindən sürüşüb düşürdü. Bu vaxt tribun qılıncı ilə onu öldürdü və qadının cəsədini 
anasına verdilər.  
Klavdi  nahar  edəndə,  arvadının  ölüm  xəbərini  ona  çatdırdılar.  O,  halını 
pozmadan naharına davam etdi.  
Senat  Messalina  haqqında  bütün  xatirələri  məhv  etdi.  Lakin  bu  qətl  özü  də 
gözlənilməyən, dəhşətli nəticələrə gətirib çıxardı. Onun ölümündən sonra Klavdinin 
evində ciddi sarsıntı var idi. Subay qalmağa dözməyən imperatora hamı daha yaxşı 
arvad  tapmaq  istəyirdi.  Qadınların  özləri  də  bu  canfəşanlıqdan  kənarda  qalmırdılar. 
Onların arasında iki qadın xüsusilə seçilirdi, bunlar konsulyarın qızı Lolliya Paulina 
və  imperatorun  qardaşı  qızı,  Germanikin  qızı  Yuliya  Aqrippina  idi.  İradəsiz  adam 
kimi Klavdi gah bu, gah da digər qərara meyl edirdi, bir qayda olaraq axırıncı kim nə 
təklif etsə, onunla razılaşırdı.  
Aqrippinanı  tərifləyənlər  daha  çox  bir  məsələni  vurğulayırdılar  ki,  bu  qadın 
printsepsin  evinə  Germanikin  nəvəsini  gətirəcəkdir.  Bundan  başqa  Aqrippinanın 
cazibədarlığı da ön plana çəkilirdi. Qardaşı qızı kimi o, tez-tez imperatorun sarayında 
olub, onu şirnikləndirirdi, hələ imperatorun arvadı olmadan özünü onun arvadı kimi 
aparırdı.  Nikah  məsələsinə  arxayın  olandan  sonra  Aqrippina  daha  uzağa  gedən 
planlar  cızmağa  başladı.  Bunlardan  biri  Qney  Ahenobarbdan  olan  oğlu  Domitsini 

 
198 
printsepsin  qızı  Oktaviyaya  evləndirmək  idi.  Artıq  bütün  şəhər  Klavdi  ilə 
Aqrippinanın  evlənməsindən  danışırdı.  Bircə  məsələ  var  idi  ki,  indiyədək  əminin 
qardaşı qızına evlənməsi kimi bir hadisə baş verməmişdi. Romada yalnız qullar yaxın 
qohumlarla  qan  qarışdırıcı  nikaha  girirdilər,  vətəndaşlar  arasında  belə  intim  əlaqə 
cinayət hesab olunurdu. Belə bir nikahın dövlətə də bədbəxtlik gətirəcəyindən onlar 
qorxurdular, ümumiyyətlə qan qarışdırma hamını dəhşətə gətirirdi.  
Tərəddüd uzandıqda ilk dəfə konsul olmuş senzor Vitelli çıxış yolunu tapdı. O, 
imperatordan xalqın iradəsinə və senatın hakimiyyətinə tabe olmağa hazır olduğunu 
soruşub, buna Klavdinin başqaları kimi özünü bir vətəndaş hesab etdiyini və ümumi 
iradənin  əleyhinə  gedə  bilməyəcəyi  barədəki  cavabını  aldıqda,  Kuriyaya  gəldi  və 
dövlət əhəmiyyətli  məsələ barədə çıxış etmək üçün söz istədi. Vitelli  çıxışında dedi 
ki, kainatın taleyinin idarə olunması printsepsdən daimi və ağır zəhmət tələb edir. Bu 
zəhmətində  onu  ev  qayğılarından  azad  edən  və  özünü  yalnız  dövlətin  idarə 
olunmasına həsr etməyə imkan verən köməkçi lazımdır. Gəncliyindən dəbdəbəyə və 
kefə deyil, ancaq qanunlara ciddi riayət edilməsinə adət etmiş bu sərt insana, onunla 
dərdləri  və  sevinci  yarı  bölməyə  hazır  olan  arvaddan  başqa  hansı  yaxşı  köməkçini 
fikirləşib tapmaq olar? Elə arvad ki, printseps ona özünün ən məhrəm fikirlərini və 
kiçik uşaqlarını etibar edə bilər. Bu sözləri hamı razılıqla qarşıladı və senatorlar bir-
birinə  aman  vermədən  sübut  etməyə  çalışırdılar  ki,  printseps  hökmən  evlənməlidir. 
Bu  vaxt  Vitelli  çıxışının  əvvəlindəki  fikrə  qayıdıb  bildirdi  ki,  elə  qadını  seçmək 
lazımdır ki, o, bütün başqalarından nəcib mənşəyi ilə, uşaq doğmaq qabiliyyəti ilə və 
nümunəvi əxlaqı ilə seçilsin və davam etdi ki, yaxşı məlumdur ki, nəslinin ad-sanı ilə 
heç  kəs  Aqrippina  ilə  müqayisəyə  belə  girə  bilməz.  O,  sübut  etmişdi  ki,  uşaq  doğa 
bilir,  onun  əxlaqı  isə  ancaq  tərifə  layiqdir.  Elə  bil  ki,  allahlar  da  bizim  seçkimizi 
əvvəlcədən nəzərdə tutmuşdur. - Aqrippina dul qadındır və ona görə də printseps heç 
vaxt ailə əlaqələrinin müqəddəsliyini pozmadığından, onunla sakitcə ailə qura bilər. 
Nəhayət,  elə  bir  vaxt  gəlib  çatmışdır  ki,  belə  bir  qayda  yaradılsın  ki,  bu  qaydaya 
əsasən  imperator  senatın  və  xalqın  göstərişi  ilə  evlənsin.  Bu,  bizim  üçün  tanış 
olmayan görünə bilər ki, əmi öz qardaşı qızına evlənir. Lakin başqa xalqlarda bu adi 
haldır  və  elə  bir  qanun  yoxdur  ki,  bunu  qadağan  etsin.  Adətləri  də  xeyir  verməyə 
uyğunlaşdırmaq  lazımdır  və  bu  gün  yenilik  kimi  görünən,  sabah  gündəlik  işə 
çevriləcəkdir.  
Elə senatorlar tapıldı ki, onlar Kuriyadan küçəyə qaçıb qışqırırdı ki, əgər Sezar 
bundan  sonra  da  ləngisə,  onlar  güclə  onu  evlənməyə  məcbur  edəcəklər.  Hər  yerdən 
yığışan  camaat  isə  haray  çəkirdi  ki,  Roma  xalqının  da  iradəsi  belədir.  Klavdi  də 
özünü  çox  gözləməyə  qoymadı  və  özü  Foruma  çıxdı  ki,  hamı  onu  təbrik  etsin.  O, 
Senata  gəlib  təklif  etdi  ki,  belə  bir  qanun  qəbul  olunsun  ki,  bu  qanuna  görə  onun 
qardaşı  qızı  ilə  evlənməsi  leqal  hesab  edilsin  və  bu  sənədin  təsiri  gələcəyə  də  aid 
edilsin.  Lakin  belə  bir  nikah  bağlamaq  arzusunda  ondan  başqa  heç  kəs  olmadı. 
Bundan  sonra  Messalinanın  yerini  Aqrippina  tutdu.  O,  özünü  çox  ciddi,  bir  çox 
hallarda isə təkəbbürlü aparırdı. Evdə isə əxlaq pozğunluğuna yol vermirdi.  
Aqrippina  ilk  növbədə  görkəmli  filosof  Anney  Senekanı  sürgündən 
qaytardırtdı və onu pretor vəzifəsinə təyin etdirdi. Bundan sonra o, oğlu Domitsinin 
tərbiyəsini  də  Senekaya  tapşırdı.  Həm  də  filosofun  məsləhətləri  ilə  Aqrippina  öz 
hakimiyyətini möhkəmləndirmək istəyirdi. Seneka Klavdiyə, onu təhqir etdiyinə görə 

 
199 
nifrət  bəsləyirdi.  Sonra  isə  konsulluğa  seçilən  Pollionu  dilə  tutdular  ki,  o,  senatda 
Klavdiyə  qızı  Oktaviya  ilə  Domitsini  nişanlamaq  barədə  xahişlə  müraciət  etsin. 
Pollion  bu  münasibətlə  senatda  Vitellinin  çıxışına  bənzər  çıxış  etdi.  Oktaviya  ilə 
Domitsi  nişanlandıqdan  sonra,  indi  Aqrippinanın  oğlu  təkcə  imperatorun  qohumu 
olmaqla  qalmırdı,  həm  də  qızının  nişanlısı  və  printsepsin  gələcək  kürəkəni  olurdu. 
Anasının  səyləri  nəticəsində  Domitsi  artıq  Britanniklə  bərabərləşdi  və  qarşıda 
bütünlüklə imperatorun oğlunu sıradan çıxarıb, onun yerini tutmaq dururdu.  
Aqripinnanın nikah məsələsində mühüm rol oynayan Pallant onunla cinayətkar 
əlaqəyə girdikdən sonra, Klavdini tələsdirirdi ki, Domitsini oğulluğa götürsün və onu 
inandırırdı  ki,  həm  dövlətin  gələcəyi  barədə  fikirləşmək  lazımdır,  həm  də  onun 
şəxsində  o,  kiçik  yaşlı  oğlu  Britannikə  möhkəm  müdafiəçi  tapa  bilər.  Bu  vaxt  o, 
Avqustun  timsalına  müraciət  edirdi  ki,  o,  nəvələrinə  arxalanmaqdansa,  arvadının 
birinci ərindən olan oğlanlarını irəli çəkirdi. Tiberi də oğulluğa götürdüyü Germanikə 
öz doğma uşaqlarından artıq üstünlük verirdi. Bütün bu arqumentləri irəli sürərək o, 
imperatora  məsləhət  görürdü  ki,  dövlətin  qayğılarını  öz  üzərinə  götürməkdə  ona 
köməkçi ola biləcək Domitsini daha çox özünə yaxınlaşdırsın.  
Bu məsləhətlər yerdə qalmadı və bir az sonra senatda çıxış edən imperator bu 
arqumentləri  təkrar  etdi.  Beləliklə  Domitsi  imperatorun  doğma  oğlu  Britannikdən 
xeyli yüksəyə qaldırıldı, əslində isə  o, Britannikdən vur-tut üç yaş böyük idi. Senat 
həm printsepsin xoşuna gəlmək, həm də yeni varisə yaltaqlanmaq üçün qərar qəbul 
etdi.  Domitsi  Klavdilər  ailəsinə  daxil  oldu  və  Neron  adını  qəbul  etdi.  Aqrippinanın 
özünü də yüksəltdilər və ona Avqusta adı verdilər.  
Bu  tədbirlərdən  sonra  Britannikin  acı  taleyi  yalnız  bədbəxtliyin  gəlməsini 
gözləyə bilərdi. Bu  ona  münasibətdə də artıq özünü büruzə verirdi, hətta qullar ona 
xidmət göstərməkdən imtina edirdilər. Bundan sonra Nerona verilən imtiyazlar açıq 
səmadakı ulduzlar kimi artmağa başladı. Senatorların təkidli tələbi ilə Sezar Nerona 
iyirmi  yaşı  olanda  konsul  ləyaqəti  verdi,  buna  qədər  isə  onu  bu  vəzifəyə  namizəd 
olan adam kmii Romadan kənarda prokonsul hakimiyyəti ilə mükafatlandırmış və o, 
gəncliyin  printsepsi  adlanmaq  hüququ  qazanmışdı.  Onun  adından  əsgərlərə 
hədiyyələr  verilirdi,  xalq  üçün  isə  qonaqlıq  təşkil  edilirdi.  Qaragüruhun  hörmətini 
qazanmaq  üçün  sirk  oyunları  təşkil  edilirdi  və  bu  oyunlar  vaxtı  tamaşaçıların 
qarşısından sadəcə olaraq keçən Britannikdən fərqli olaraq Neron triumf almış adam 
paltarında  görünürdü.  Elə  bu  geyimdən  onların  gələcəyi  haqqında  tam  təsəvvür 
yaranırdı.  
Neronun  anası,  oğlunu  kimsə  Domitsi  deyə  çağırdıqda,  bundan  özünü  təhqir 
olunmuş hesab edirdi və bunu xalqın tələbi ilə oğlunun oğulluğa götürülməsi barədə 
qanuna  məhəl  qoyulmaması  adlandırırdı.  Bu  hərəkəti  isə  imperatorun  öz  oğlu 
etmişdi. Ona görə də Aqrippina onu elə adamlarla əhatə etdi ki, onlar tərbiyəçilərdən 
daha çox nəzarətçiləri andırırdı. Axı bu qadın Messalinanın tayı deyildi, mənşəyinə, 
Roma  tarixinə  daxil  olmuş  adamlarla  qohumluğuna  görə  unikal  bir  şəxsiyyət  idi. 
Aqrippina  yeganə  qadın  idi  ki,  imperator  nəslindən  doğulmuşdu  -  Tiberinin 
qardaşının  nəvəsi  idi,  digər  imperatorun  -  Kaliqulanın  doğma  bacısı,  başqa  bir 
imperatorun,  Klavdinin  arvadı  və  gələcək  imperator  Neronun  anası  idi.  O,  Vitelli 
çətin vəziyyətə düşdükdə, onu müdafiə edib, xilas olmasına nail olmuşdu.  

 
200 
Nəhayət  on  altı  yaşlı  Neron  imperatorun  qızı  Oktaviya  ilə  evləndi.  Bundan 
sonra  Aqrippina  məharətlə  Klavdini,  bir-birinin  ardınqca  yeni-yeni  qəddarlığa 
sürükləyirdi.  Bir  dəfə  sərxoş  olan  Klavdi  demişdi  ki,  mən  əvvəlcə  arvadlarımın 
cinayətlərinə  dözməliyəm  ki,  sonradan  onları  cəzalandıra  bilim.  Sonra  Neronun 
üstündə onun öz anası ilə bibisi arasında mübarizə başlandı. Daha əliaçıq olan bibi 
Lepida  həm  də  mülayimliyi  ilə  Neronu  daha  çox  cəlb  edirdi.  Anasının  sərt 
hakimiyyətinə  isə  o,  dözmək  istəmirdi.  Ana  oğlunun  gələcəkdə  böyük  hakimiyyətə 
malik  olmasına  nə  qədər  səy  göstərsə  də,  eyni  zamanda  bu  perspektivdən  çox 
qorxurdu.  Lepidanı  isə  öz  gözəlliyi  ilə  printsepsi  ələ  almağa  cəhd  göstərməkdə 
ittiham  etdilər.  Bu  əsasla  da  Nartsissin  etirazlarına  baxmayaraq,  qadın  ölümə 
məhkum edildi. Nartsiss görürdü ki, imperatorun arvadı öz fitnələri ilə onun ailəsini 
dağıdır.  Axı  Aqrippina  özü  də  Messalina  yolu  ilə  gedirdi,  Pallantla  intim  yaxınlıq 
edirdi. Hakimiyyəti əldə etmək üçün bu qadın hər şeyi - namusunu da, təmizliyini də, 
qadın həyasını da verməyə hazır idi.  
Klavdinin  üç  arvadından  uşağı  olmuşdu,  birincisindən  Druz  və  Klavdiya, 
ikincisindən  Antoniya,  Messalinadan  isə  qızı  Oktaviya  və  oğlu  Britannik  dünyaya 
gəlmişdi.  Druzu  o,  yeniyetmə  vaxtı  itirmişdi.  Antoniyanı  ərə  vermişdi.  Britannik 
hökmdarlığa başladığı dövrün iyirminci günündə anadan olmuşdu və ona uşaqlıqdan 
xoşbəxt  gələcək  arzulayırdı.  Kürəkənlərindən  o,  Neronu  oğulluğa  götürmüş,  iki 
kürəkənini isə edam etdirmişdi.  
Klavdi  qul  almaqdan  azad  etdiyi  bir  neçə  adamın  və  öz  arvadlarının  daim 
tabeliyində  olurdu,  ona  görə  də  o,  özünü  hökmdar  kimi  deyil,  nökər  kimi  aparırdı. 
Onların  arzusu  ilə  əliaçıqlıqla  bütün  vəzifələri  paylayırdı.  Onun  dövründə  otuz  beş 
senator və üç yüzdən sox atlı edam edilmişdi və belə kütləvi edamlara o, çox biganə 
qalırdı.  
O,  qonaqlıq  verməyi  sevirdi  və  bu  qonaqlıqlarda  qəribə  hadisələr  baş  verirdi. 
Bir  dəfə  bir  qonağın  qızıl  boşqabı  oğurlamasından  şübhələndikdə,  sonrakı  dəfə  bu 
qonağın  qabağına  gildən  fincan  qoydurmuşdu.  Belə  söhbətlər  də  gəzirdi  ki,  mədə 
qazını  buraxmadığından  bir  qonağın  xəstələndiyini  bildikdə  o,  xüsusi  edikt  dərc 
etmək istəyirmiş ki, qonaqlıqlarda adamlara üfunətli külək buraxmağa icazə verilsin. 
Özü isə yeyib içməyə çox həris idi. Qadınlara hərislikdə isə o heç bir hədd tanımırdı.  
Klavdi  bir  çox  məsələlərdə  quduzluq  və  qaniçicilik  nümayiş  etdirirdi. 
Adamlara  işgəncə  verməklə  təhqiqat  aparılmasına  o,  böyük  ləzzətlə  tamaşa  edirdi. 
Bundan başqa o, hər şeyə çox şübhə ilə yanaşan və qorxaq idi. Hətta qonaqlıqlara da 
o,  mühafizəçilərin  müşayiəti  ilə  gedirdi.  Sui-qəsd  haqqında  yalançı  bir  şayiə  onun 
canına üşütmə salmışdı. Ona görə də  o, bütün qulluqçuları müdafiə  edirdi. Özünün 
axmaqlığını gizlətmək qayğısına da qalmırdı.  
Bir sıra çıxışlarında o, adamları inandırmağa çalışırdı ki, Kaliqulanın vaxtında 
qəsdən  özünü  axmaqlığa  vurmuşdu  ki,  sağ  qala  bilsin.  Bundan  sonra  "Axmaqların 
yüksəlməsi" kitabı meydana gəldi və burada qeyd olunurdu ki, süni axmaqlar olmur. 
İmperator  həm  də  çox  huşsuz  adam  idi,  hər  şeyi  yaddan  çıxarırdı. 
Messalinanın  ölümündən  sonra  süfrə  arxasına  oturanda,  soruşurdu  ki,  bəs  niyə 
imperatriça gəlmir. Edama məhkum olunanları sonrası gün şuraya və ya zər oyununa 
çağırırdı.  Qaydaların  əksinə  olaraq  Aqrippinaya  evlənmək  istədikdə,  o,  yenə  də  bu 
qadını  qızı  adlandırırdı.  Lakin  ölümünə  yaxın  o,  Aqrippina  ilə  evlənməsinə  və 

 
201 
Neronu  oğulluğa  götürməsinə  peşiman  olmuşdu.  Ancaq  Aqrippina  da  fəaliyyətsiz 
dayanmırdı və onu qabaqladı.  
Klavdini  öldürmək  üçün  sevdiyi  ağ  göbələyin  içinə  zəhər  töküb  ona 
yedirtdilər.  Lakin  əvvəlcə  o,  zəhəri  hiss  edib  yeməyi  qaytardı  və  bu  vaxt  qorxuya 
düşən  Aqrippina  əvvəlcədən  sövdələşdikləri  kimi,  həkimə  işarə  etdi.  Həkim  guya 
onun qusmadan qıc olmasını yüngülləşdirmək üçün, onun boğazına güclü təsiri olan 
zəhər hopdurulmuş lələk soxdu və bundan imperator öldü. Bu hadisə 54-cü ildə baş 
vermişdi.  Bir  müddət  onun  ölümünü  gizlətdilər  ki,  ona  varis  müəyyən  etsinlər.  O, 
öləndə  onun  64  yaşı  var  idi  və  on  dörd  il  idi  ki,  hökmranlıq  edirdi.  Onu  böyük 
dəbdəbə ilə dəfn etdilər. Lakin Neron sonralar ona olan ehtiramı ləğv etdi və bunu 
sonralar yalnız Vespasian bərpa etdi.  
Neron  əsgərlərin  qarşısında  göründükdə  hamı  onu  qışqırtı  ilə  salamladı.  Onu 
düşərgəyə  gətirdilər,  Neron  burada  pretorian  döyüşçülərinə  (bu  imperatorun 
müfahizə  dəstəsi,  qvardiyası  idi)  pul  hədiyyəsi  vəd  etdi  və  imperator  elan  olundu. 
Senatorlar isə bu qərarı təsdiq etdilər.  
Neronun  atası  Qney  Domitsi  Ahenobarb  çox  əclaf  xarakterə  malik  olmuşdu. 
Qay  Sezarı  Şərqə  səfərində  müşayiət  edəndə  o,  bir  libertini,  içki  içməkdən  imtina 
etdiyinə  görə  öldürmüşdü.  Digər  qəddar  hərəkətlərə  də  yol  vermişdi.  Ölümündən 
əvvəl isə bacısı Lepida ilə qan qarışdırıcı intim əlaqədə olmuşdu.  
Neron 37-ci ildə, Tiberinin ölümündən doqquz ay sonra anadan olmuşdu. Atası 
onun  dünyaya  gəlməsi  ilə  əlaqədar  təbrikləri  qəbul  edərkən  demişdi  ki,  ondan  və 
Aqrippinadan bəşəriyyət üçün dəhşət və bədbəxtlikdən başqa heç nə doğula bilməz. 
Neron üç aylıq uşaq olanda atası ölmüşdü. Sonra isə anasını sürgün etmişdilər. Ona 
görə  də  o,  bibisi  Lepidanın  yanında  yoxsulluqda  böyümüşdü.  Yalnız  Klavdi 
hakimiyyəti  qəbul  edəndə,  atasının  əmlakı  qaytarılmışdı.  Anası  sürgündən 
qayıtdıqdan sonra isə o, elə yaxşı vəziyyətə malik idi ki, Klavdinin arvadı Messalina, 
oğlu Britanikin rəqibi hesab etdiyinə görə, onu öldürtdürmək istəmişdi, lakin bu, baş 
tutmamışdı.  
Neronun on üç yaşı olanda Klavdi onu oğulluğa qəbul etdi və bu vaxt o, filosof 
Anney  Senekanın  tərbiyəsinə  verildi.  Sonra  isə  anasının  öyrətməsi  ilə  bibisi 
Lepidanın əleyhinə şəhadət verdi.  
Bir  neçə  vaxtdan  sonra  o,  Oktaviya  ilə  evləndi.  Onun  on  yeddi  yaşı  olanda 
imperator  Klavdi  vəfat  etdi.  Elə  bu  vaxt  sarayın  pilləkənlərində  Neronu  imperator 
kimi salamladılar və o, əsgərlərə müraciət etdikdən sonra senata yollandı və hər cür 
vəzifələrə  yiyələnməklə  oradan  çıxdı.  Ona  verilən  bütün  titullardan,  gənc  olduğuna 
görə yalnız "vətənin atası" fəxri adından imtina etdi.  
Neron imperator olandan sonra öz mərhum qohumlarına görünməmiş ehtiram 
göstərdi.  Öz  planlarını  açmaq  üçün  o,  elan  etdi  ki,  Avqustun  qoyduğu  qaydalarla 
ölkəni  idarə  edəcəkdir.  Buna  görə  də  əvvəlki  vaxtlarda  əliaçıqlılıq,  mərhəmət  və 
yumşaqlıq göstərirdi. Ağır vergiləri ləğv etdi və ya azaltdı. Özünü həm də təvazökar 
aparırdı.  Senat  ona  minnətdarlıq  etdikdə,  o,  bildirmişdi  ki,  bunu  mən  hələ 
qazanmalıyam.  
O,  çoxlu  tamaşalar  verirdi.  Bəzi  tamaşalarda  isə  hər  şeyi  natural  şəkildə 
göstərməyə  cəhd  edirdilər.  Rəqslərin  birində  tamaşaçılara  belə  göründü  ki,  yunan 
mifologiyasında  olduğu  kimi  Krit  çarı  Minosun  arvadı  Pasifaya  taxta  düyənin 

 
202 
içərisində  gizlənmiş  şəkildə  öküzlə  cütləşir.  Yaxud,  digər  mif  qəhrəmanı  İkar 
uçuşdan tora yıxılarkən imperatorun yanında yerə elə dəymişdi ki, qanı onun üstünə 
sıçramışdı. Bundan başqa o, Neroniya adlandırdığı beşillik yarışlar keçirirdi. O, dörd 
dəfə  konsul  olmuşdu.  O,  zinəti  xeyli  məhdudlaşdırdı,  ümumxalq  qonaqlıqları 
qəlyanaltı  paylamaqla  əvəz  olundu.  O,  ilk  xristianları,  guya  onların  cəhalətinə  görə 
cəzalandırırdı.  
Lakin dövləti möhkəmləndirməyə və böyütməyə onun heç bir həvəsi yox idi. 
Hətta o, Britaniyadan qoşunları çıxardı. Cəmi iki səfərə çıxmaq istəmişdi. Onların isə 
birindən - Aleksandriyaya səfərdən imtina etmişdi. O, Xəzər dənizinin qapısı sayılan 
Daryal  dərəsinə  yürüş  etməyə  hazırlaşırdı.  Hətta  bunun  üçün  o,  ən  hündür  boylu 
cavanlardan legion yığmışdı və onu "Böyük Aleksandr falanqası" adlandırmışdı.  
Uşaq vaxtlarında o, digər elmlərlə yanaşı musiqini də öyrənmişdi və dövrünün 
ən  məşhur  kifera  çalanından  dərs  almışdı.  Bundan  başqa  o,  müğənniliyi  də  çox 
sevirdi  və  ilk  dəfə  müğənni  kimi  Neapolda  çıxış  etmişdi,  sonra  isə  çıxışlarını 
Romada  davam  etdirmişdi.  Bundan  başqa  onun  cıdırda  at  çapma  yarışlarına  böyük 
həvəsi var idi. O oxuyanda heç kəsə teatrdan çıxmağa icazə verilmirdi. Ona görə də 
bəzi  hamilə  qadınlar  elə  teatrda  da  doğurdular.  Qapılar  bağlı  olduğundan  bəzi 
tamaşaçılar  teatrı  tərk  etmək  üçün  divardan  aşırdılar,  bəzi  hallarda  isə  özlərini 
ölülüyə vururdular ki, onları xərəkdə çıxarsınlar. Bir qayda olaraq özünün də iştirak 
etdiyi musiqi, ifa yarışında özü özünü qalib elan edirdi. Çoxlarını isə yalnız ona görə 
özünün  dostu  və  ya  düşməni  hesab  edirdi  ki,  onlar  ona  həvəslə,  yaxud  könülsüz  əl 
çalmışdılar.  
Bir  az  sonra  onda  daha  çox  qüsurlar  meydana  çıxmağa  başladı.  Həyasızlıq, 
şəhvət, pozğunluq, qəddarlıq getdikcə daha çox özünü büruzə verdiyindən, hamı başa 
düşməyə başladı ki, bu heç də onun yaşından deyil, təbiətindən irəli gəlir. Axşamlar 
o,  qiyafəsini  dəyişib  meyxanalara  gedirdi,  küçədə  adamları  döyürdü,  onlara  xəsarət 
yetirirdi,  çirkab  xəndəklərinə  atırdı.  Bir  dəfə  küçədə  arvadına  sataşdığına  görə,  bir 
senator  onu  ölüncə  döymüşdü.  Bir  qədər  keçdikdən  sonra  o,  öz  eyiblərini  açıqdan-
açığa, utanmadan nümayiş etdirməyə başladı.  
O,  bütün  gününü  eyş-işrətdə  keçirməyi  xoşlayırdı.  O,  təkcə  oğlan  uşaqları  və 
ərli qadınlarla intim əlaqədə olmaqla kifayətlənməyib, vestalkanı da zorlamışdı. Spor 
adlı oğlan uşağını o, xədim etdirib, onu qadın etməyə cəhd göstərmişdi. Neron, bütün 
qaydalara  uyğun  ona  toy  etdi,  böyük  dəbdəbə  ilə  onu  evinə  gəlin  gətirdi  və  arvadı 
kimi onunla yaşamağa başladı. Bununla əlaqədar belə bir zarafat gəzirdi ki, Neronun 
atasının da belə arvadı olsaydı yaxşı olardı. Sporu o, imperatriça kimi geyindirirdi və 
təxti-rəvanda özü ilə birlikdə gəzidirirdi. Onun eybəcər şəhvəti bununla bitmirdi. Öz 
anası  ilə  də  o,  intim  yaxınlıq  axtarırdı  və  danışırdılar  ki,  təxti-rəvanda  anası  ilə  bir 
yerdə gəzəndə, onlar qan qarışdırıcı əlaqədə olurdular.  
Öz  bədənini  də  o,  pozğunluğa  verirdi  ki,  onun  bədəninin  heç  bir  yeri 
murdarlanmamış  qalmasın.  O,  belə  bir  əyləncə  də  tapmışdı  -  vəhşi  heyvan  dərisi 
geyinib,  dirəyə  bağlanmış  çılpaq  kişi  və  qadınların  üstünə  atılır,  şəhvətini 
söndürdükdən  sonra  qul  olmaqdan  azad  etdiyi  Dorifora  öz  bədənini  təslim  edirdi. 
Oğlan uşağı Sporu aldığı kimi, bu Dorifora da ərə getmişdi. Həm də onunla əlaqədə 
olanda zorlanan qız kimi qışqırıb haray salırdı. O, əmin idi ki, dünyada bir nəfər də 
olsun  bakirə,  təmiz  adam  yoxdur,  hamı  yalnız  öz  qüsurunu  gizlətməklə  məşğuldur. 

 
203 
Ona  görə  də  kim  ona  öz  pozğunluğunu  etiraf  edirdisə,  o,  həmin  adama  başqa 
günahlarını da bağışlayırdı.  
O,  çox  bədxərc  və  israfçı  idi  və  güman  edirdi  ki,  ələ  düşən  pul  hökmən 
xərclənməlidir. Bir paltarı o, ikinci dəfə geyinməzdi. O, balığı qızıl suyuna çəkilmiş 
torda  tuturdu.  Səfərə  isə  mindən  az  olmayan  araba  ilə  çıxırdı,  qatırları  gümüşdən 
nallatdırırdı,  arabaçılara  bahalı  parçadan  paltar  geyindirtdirirdi.  Onun  bədxərcliyi 
özünü,  xüsusən  apartdırdığı  inşaat  işlərində  göstərirdi.  O,  bir  saray  tikdirmişdi  və 
burada  sarayın  girəcəyində  hündürlüyü  120  fut  olan  onun  nəhəng  heykəli 
qoyulmuşdu.  Bu  sarayın  otaqları  qızılla  örtülmüş,  qiymətli  daşlarla  və  sədəflərlə 
bəzədilmişdi.  
Belə  israfçılıqdan  sonra  o,  birbaşa  böhtanlara  və  zorakılıqla  pul  qoparmağa 
keçdi.  Bunun  üçün  əlahəzrəti  təhqir  etmək  barədə  qanun  qəbul  olundu,  bu  qanuna 
görə istənilən söz və hərəkət təhqir hesab oluna bilərdi.  
Öz  cinayətkarlığını  və  qatilliyini  o,  Klavdidən  başlamışdı.  Atalığı  öləndən 
sonra  da,  onu  axmaqlıqda  və  qəddarlıqda  günahlandırırdı.  Sonra  o,  Klavdinin  oğlu 
Britanniki zəhərlədib öldürtdü və səs-küy çıxmamasından ötrü tələsik də dəfn etdirdi. 
O, öz anasının da hərəkətlərini bəyənmədiyindən sevmirdi və ona görə də onu aradan 
götürmək  istədi.  Üç  dəfə  onu  zəhərləməyə  cəhd  etsə  də,  bu  hiyləgər  qadın  zəhərə 
qarşı dərmanlar qəbul etdiyindən, onun cəhdləri baş tutmamışdı. Bundan sonra onun 
ağlına sınıq-salxaq gəmi səyahəti gəldi ki, bu yolla dənizdə anasını məhv etsin. Lakin 
onun  bu  cəhdi  də  bir  nəticə  vermədi  və  qadın  üzə-üzə  sahilə  çıxdı.  Anasının  qasidi 
onun  sağ  qalması  xəbərini  gətirdikdə,  o,  qasidin  cibinə  xəncər  qoydurdu  ki,  guya 
anası  bu  adamı  qatil  kimi  onu  öldürtdürməyə  göndərmişdir.  Neron  həmin  qasidi 
tutdurub, əl-qolunu bağlamağı, anasını isə öldürməyi əmr etdi ki, guya o,  cinayətdə 
yaxalanmışdır.  Oğlunu  yüz  cür  hiylə  ilə  imperatorluğa  gətirib  çıxaran  Aqrippina 
özünü  öldürməyə  məcbur  oldu.  Anasının  öldürülməsindən  sonra  o,  xalasını  da 
öldürtdü.  
Neron  Oktaviyadan  sonra  iki  dəfə  evlənmişdi.  Oktaviyaya  o  çox  soyudu  və 
uşaqsız  olduğuna  görə  onu  boşadı,  sonra  sürgün  etdi  və  nəhayət  guya  zinakarlıqda 
ittiham  edərək  edam  etdirdi.  Oktaviyanı  boşadıqdan  iyirmi  gün  sonra  evləndiyi 
arvadını da özü bıçaqla vurub öldürdü.  
O,  öz  yaxın  adamlarından  heç  kəsə  aman  vermirdi.  Klavdinin  digər  qızını, 
sonralar  ona  ərə  getmək  istəmədiyinə  görə,  guya  çevriliş  hazırlamaqda 
günahlandıraraq  edam  etdirdi.  Öz  ögey  oğlunu  dənizdə  batırtdı,  təkcə  ona  görə  ki, 
guya  uşaq  oynayarkən  özünü  sərkərdə  və  imperator  adlandırıbmış.  Öz  tərbiyəçisi 
filosof  Senekanı,  dəfələrlə  azad  olunmaq  və  bütün  var-dövlətindən  əl  çəkmək 
barədəki  xahişlərinə  baxmayaraq,  özünü  öldürməyə  məcbur  etdi.  Seneka  vannada 
uzanıb, öz vena damarını kəsib həyatla vidalaşdı.  
O,  özünə  qarşı  olan  iki  sui-qəsdi  açdırmışdı.  Sui-qəsdçilər  qorxudan  hər  şeyi 
etiraf  etdilər  və  öz  qüsurlarını  ölümlə  yumalı  oldular.  Məhkum  olunanların  uşaqları 
da Romadan sürgün edildi və zəhərlənməklə, yaxud da ac saxlanmaqla öldürüldülər.  
Bütün  bunlardan  sonra  heç  bir  ölçü  gözləmədən  və  heç  nəyi  ayırd  etmədən, 
kimi istəsə, nəyə görə istəsə edam etdirdi. Buna görə bir dəfə kimsə sözarası dedikdə 
ki, "Mən öləndə qoy torpaq odda yansın" sözlərinə etiraz edərək demişdi ki, "Yox, nə 
qədər  ki,  yaşayıram!"  Sonra  o,  64-cü  ildə  açıqca  Romanı  yandırdı,  konsulyarların 

 
204 
çoxu  öz  həyətlərində,  imperatorun  əllərində  məşəl  olan  nökərlərini  görmüşdülər, 
lakin heç kəs onlara mane olmağa cəsarət etməmişdi.  
Bu yanğın altı gün davam etdi və bədbəxt xalq özünə daşdan olan abidələrdə 
və  sərdabələrdə  sığınacaq  axtarırdı.  Saysız-hesabsız  yaşayış  binaları,  qədim 
sərkərdələrin evləri, qədimdən qalan nə varsa hamısı yanırdı. Bu dəhşətli mənzərəyə 
Neron Metsenat qülləsindən tamaşa edirdi, özü də bundan həzz alırdı. Bu imkandan 
o, varlanmaq üçün də yaxşı istifadə etdi. Həm də yanğından xristianları təqib etmək 
bəhanəsi tapdı, aşkar şəkildə onları "bəşər irqinin nifrət olunanları" adlandırırdı. 
Belə bir iyrənc hökmdara xalq on dörd il dözdü. Qall üsyanı barədə isə o, bir 
neçə  il  əvvəl  baş  vermiş  anasının  qətl  olunduğu  gündə  Neapolda  eşitdi.  Qalbanın 
İspaniyadan Romaya hərəkət etməsini eşitdikdə, onun bütün ümidləri boşa çıxdı. Nə 
qədər  ruhdan  düşsə  də,  o,  kef  məclislərindən  və  əyləncələrindən  qalmırdı.  Üsyanın 
başlanğıcında o, dəhşətli planlar cızırdı.  
Əyalət və qoşun rəislərinin hamısını o, öldürmək və dəyişdirmək istəyirdi ki, 
guya qəsdin iştirakçıları məhz onlardır, bütün sürgün edilənləri və Romada yaşayan 
qalları  isə  qırdırmağa  çalışırdı.  Bundan  başqa  bütün  senat  üzvləri  qonaqlıqda 
zəhərlənməli,  paytaxt  yenidən  yandırılmalı  və  küçələrə  vəhşi  heyvanlar  çıxarılmalı 
idi  ki,  heç  bir  adam  xilas  ola  bilməsin.  Lakin  bu  niyyətlərinin  uğurla  həyata 
keçirilməsinə  tam  ümid  bəsləmədiyinə  görə,  o,  bunlardan  vaz  keçdi  və  qət  etdi  ki, 
qiyamçıların  qabağına  silahsız  çıxıb  göz  yaşları  ilə  onları  peşiman  olmağa  məcbur 
edəcəkdir. Sonra o, qoşun yığmaq barədə elan verdi. Lakin onun çağırışına heç kəs 
gəlmədi.  
O,  bütün  sahələrdə  özünə  nifrət  qazanırdı,  xüsusən  çörəyin  bahalanmasından 
qazanmaq istədikdə, ona qarşı kin daha da artdı. Bir dəfə aclıq vaxtı Aleksandriyadan 
gəmi  gəlməsini  xəbər  verdilər,  lakin  məlum  oldu  ki,  gəminin  yükü  taxıl  yox, 
gimnastika yarışı üçün gətirilən qumdur.  
Bir  az  sonra  digər  qoşunların  da  qiyam  etməsi  xəbəri  gəldi.  Bu  vaxt  o, 
fikirləşirdi ki, ya xahişlə parfiyalıların və ya Qalbanın yanına getsin, yaxud da qara 
paltarda  xalqdan  aman  diləsin  ki,  heç  olmazsa  Misirə  canişin  təyin  olunmasına  nail 
olsun.  Lakin  gecə  yarısı  o,  durub  gördü  ki,  mühafizəçiləri  də  onu  tərk  etmişlər.  O, 
özünü  öldürtməyə  bir  adam  axtardı,  lakin  heç  kəsi  tapmadı.  Sonra  isə  elə  bir  yer 
axtardı  ki,  orada  onun  fikirləşməyə  imkanı  olsun.  Qul  olmaqdan  azad  edilənlərdən 
biri  Romadan  dörd  mil  aralıda  olan  öz  evini  təklif  etdi.  Ayaqyalın,  bir  tunikada  və 
plaşda olan Neron at üstündə ora yollandı.  
Onun cəmi dörd nəfər yol yoldaşı var idi, onlardan biri də toy edib aldığı Spor 
adlı oğlan idi. Elə yenicə yola düşmüşdülər ki, zəlzələ baş verdi və ildırım çaxmağa 
başladı. Yaxın düşərgədən ona ölüm arzu edən əsgərlərin səsi gəlib çatırdı, əsgərlər 
həm  də  Qalbaya  uğur  arzulayırdılar.  Döngəyə  çatanda  onlar  atları  buraxdılar  və 
kolluqlardan, tikanlıqlardan keçib villanın yanına gəldilər. Bu vaxt Nerona xəndəkdə 
gizlənməyi təklif etdikdə, o, diri-diri torpaq altında yaşamaqdan imtina etdi. Sonra o, 
ovucunda gölməçədən su götürüb içdi və dedi: "Bu da Neronun içkisi". Onun plaşını 
tikanlar  cırmışdı.  Sonra  o  balaca  otaqda  uzandı,  bədəninin  ölçüsünü  götürüb,  öz 
gözləri  qarşısında  özünə  qəbir  qazmağı  tapşırdı.  Bu  vaxt  ağlaya-ağlaya  deyirdi: 
"Necə  böyük  artist  məhv  olur".  Gətirilən  məktubdan  öyrəndi  ki,  Senat  onu  düşmən 
elan etmişdir və əcdadların qaydası üzrə edam etmək üçün onu axtarırlar. O, öyrəndi 

 
205 
ki, bu edam vaxtı cinayətkarı lüt soyundurur, başını qəliblə sıxır, bədəninə isə ölənə 
qədər çubuqla zərbə vururlar. Bundan qorxuya düşərək, özü ilə götürdüyü iki xəncəri 
əlinə  alıb  tiyələrini  yoxladı,  sonra  yenidən  gizlətdi  ki,  qismət  saatı  hələ  gəlib 
çatmamışdır.  Bu  vaxt  süvarilər  yaxınlaşırdılar,  onlara  Neronu  diri  tutmaq 
tapşırılmışdı. Nəhayət o, öz müşavirinin köməyi ilə qılıncı boğazına soxdu. Bu vaxt 
gəlib çıxan senturion özünü elə göstərdi ki, ona kömək etmək istəyir. Neron yalnız 
bu  sözləri  deyə  bildi:  "Gecdir!  Gör  sədaqət  necə  şeydir"  və  bu  sözlərlə  o,  canını 
tapşırdı. Öz yoldaşlarından o, xahiş etmişdi ki, onun başının kiminsə əlinə keçməsinə 
imkan  verməsinlər,  bədənini  isə  bütünlüklə  yandırsınlar.  Daim  özünə  ölməzlik  və 
əbədi şöhrət arzu edən bu adam ölümündən sonra dəhşətli surətdə alçaldılacağından 
qorxurdu.  O,  68-ci  ildə  31  yaşında  vəfat  etdi,  onun  ölümü  arvadı  Oktaviyanı 
öldürdüyü eyni günə düşdü. Xalq onun ölümünü böyük sevinclə qarşıladı.  
Lakin həmişə olduğu kimi, quduzlara sitayiş, pərəstiş edən adamlar da tapıldı 
və  belələri  Neronun  sərdabəsini  gül-çiçəklə  bəzəyirdi.  Hətta  Artabandan  fərqli 
olaraq,  Parfiya  çarı  Vologez  ittifaqı  bərpa  etmək  barədə  elçilər  göndərəndə,  təkidlə 
xahiş  etmişdi  ki,  Neronun  xatirəsi  hörmətlə  yad  edilsin.  Nədənsə,  sonralar  da 
parfiyalılar  Nerona  hörmətlə  yanaşmaqda  davam  edirdilər.  Qəddar  şəxsiyyətlər 
hamının nifrətini və kinini qazansa da,  tək-tək pərəstişkarlara  malik olur. Bir xalqa 
düşmən  olan  digər  xalqlar  isə  öz  rəqiblərinin  qəddar  tiranlarına  böyük  ehtiram 
bəsləyir,  onun  haqqında  həqiqətdən  çox-çox  uzaq  olan  müxtəlif  şirin  xatirələr, 
maraqlı əhvalatlar uydurur, öz xalqının cəlladı olanı bir qayda olaraq ən mərhəmətli 
və  rəhmdil  hökmdar  kimi  qələmə  verirlər.  Öz  xalqına  zülm  edənlər  bu  xalqın 
düşmənləri  tərəfindən  şəfqət  və  alicənablıq  rəmzinə,  əvəzolunmaz  şəxsiyyət 
abidəsinə çevrilirlər.  
Tarix Roma imperatoru Neronun üzərinə qəddar monstr damğasını vurmuşdur, 
həm  də  onun  ayağına,  şübhəli  şəhadətlər  əsasında  Romanın  yandırılması  və 
xristianların  ilk  dəfə  təqib  edilməsini  yazır.  Onun  dəhşətli  görünən  ailə  fonu  da 
intsest (qan qarışdırıcı) əlaqə və qətllə ləkələnmişdir. Bütün bunlar heç şübhəsiz onun 
xarakterinin qeyri-stabilliyi ilə izah olunur. Onun ram edilməyən şöhrətpərəstliyi də 
az  rol  oynamamışdır,  bu  onun  artistliyini  və  səhnə  iddialarını  da  qidalandırırdı. 
Bütövlükdə bu keyfiyyətlər onun imperator nüfuzunun dayaqlarını uçururdu və onun 
vaxtından  əvvəl  ölümünün  gəlib  çıxmasına  səbəb  oldu.  Bu  ölümlə  Yuli  Sezarla 
başlanan Yuli-Klavdian sülaləsi də sona çatdı. İmperator elan olunanda isə onun hələ 
17 yaşı yox idi və o, ilk oğlan uşağı olan imperator idi.  
Neron hələ uşaqlıqdan ailədə ən mənfur və pozğun hadisələrin şahidi olmuşdu. 
Onu  tərbiyə  edən  anası  Kiçik  Aqrippinanın  ikinci  əri  zəhərlənib  ölüdürüldükdən 
sonra,  qanqarışdırıcı  qaydada  öz  əmisi,  imperator  Klavdiyə  ərə  getmişdi.  Aqrippina 
öz sələfi olan, Klavdinin arvadı Valeriya Messalinanın öldürülməsinə kömək etmişdi. 
Neronu  hakimiyyətə  gətirmək  məqsədi  ilə  Klavdinin  sarayında  olan  opponentlərini 
məhv etdi. 54-cü ildə Klavdinin özü də zəhərləndirildi və bu qadın öz işini 55-ci ildə 
Klavdinin  oğlu  Britannikin  zəhərləndirilməsi  ilə  başa  çatdırdı.  Bundan  əvvəl  isə 
Neron  öz  uşaqlığını,  anasının  ruhi  vəziyyəti  qaydasında  olmayan  qardaşı,  imperator 
Kaliqulanın  təhlükəsi  altında  keçirmişdi  və  bu  qorxulu  dövr  dayı  olan  imperatorun 
qətlə yetirilməsinə qədər davam etmişdi.  

 
206 
Belə şəraitdə tərbiyə alan Neron imperator taxt-tacına çıxdıqdan sonra özünü 
monstr  kimi  aparmalıydı.  Lakin  o,  başlanğıcda  özünü  başqa  cür  apardı.  İlk  dəfə  o, 
ölüm sənədini imzalayanda qışqırmışdı: "Niyə onlar necə yazmağı mənə öyrətdilər?" 
Neronun müasirlərinin təsvir etdikləri şəhadətlərə görə o, yaxşı görkəmə malik olan 
gözəgəlimli  cavan  oğlan  idi,  sifəti  yumşaq  zəif  cizgilərə  malik  idi.  Onun 
sakitləşməyən  ruhu  vardı  və  bütünlüklə  dəhşətli  anasının  təsiri  altında  idi.  Anasına 
heyran olan vaxtlarda belə, ondan dəhşətə gəlir və qorxurdu.  
Onun  senatdakı  ilk  çıxışı  yeni  Qızıl  Eranın  əlaməti  kimi  hərtərəfli  qaydada 
təriflənirdi.  Həqiqətən  də  həyata  keçirdiyi  tədbirlər  onun  müdrik  və  ləyaqətli  adam 
olduğunu  göstərirdi.  O,  sirkdə  qan  axıdılmasına  səbəb  olan  döyüşləri  qadağan 
etmişdi, ən ağır cəzaya xitam vermişdi. Vergiləri azaltmışdı və qullara icazə vermişdi 
ki, ədalətsiz ağaları barədə mülki qaydada şikayət etsinlər. Onun əleyhinə epiqramm 
müəlliflərini, hətta ona sui-qəsd hazırlayanları əfv edirdi. Bu vaxt gizli mühakimələr 
də olduqca az idi. Senata daha artıq müstəqillik verilmişdi. Xəyanət barədəki qanun 
fəaliyyət göstərmirdi. Klavdi 40 senatoru ölüm cəzasına məhkum etmişdi. 54-cü ildə 
Aqrippinanın təhrik etdiyi qətllərlə, 62-ci il arasındakı Neron hökmranlığı dövründə 
buna  bənzər  şey  olmamışdı.  O,  poeziyada,  teatrda  və  qladiator  döyüşlərinin  əksinə 
olaraq  atlyot  tamaşalarında  müsabiqə  tətbiq  etmişdi.  Yəhudi  tarixçisi  İosifin  xahişi 
ilə yəhudilərə kömək etmişdi. Bunların vasitəsilə o, belə niyyət güdürdü ki, onu dəli 
hesab edən qoca müəllimi və həmin vaxtlar məsləhətçisi olan Senekanın dediyi kimi, 
hər bir cinayətdə günahsız qalsın.  
56-cı  ildən  başlayaraq  onun  gecələr  küçələrdə  gəzməsi  qalmaqalla 
nəticələnməli idi. Neronda həqiqi qəddarlıq 59-cu ildə öz anasını qətlə yetirməsi və 
62-ci ildə arvadı Oktaviyə ilə də eyni qaydada davranması vaxtı arasındakı 35 aylıq 
müddətə təsadüf edir. Anasının dəliliyi və oğlunun onun nəzarəti altından çıxmasına 
görə  hiddətlənməsi,  Neronu  bu  cinayətlərə  gətirib  çıxarmışdı.  Oktaviyanın  ölümünə 
səbəb isə Neronun senator, gələcək imperator Otonun gənc arvadı Poppeya Sabinaya 
vurulması olmuşdu. Bu qadın da 65-ci ildə öldü. Nəticədə o, partiritsian qadın olan 
Statilia Messalinaya evləndi.  
Neron  öz  hökmranlığını  qeyri-adi  artistlik  iddialarına  qurban  verdi.  O,  özünü 
təkcə  şair  kimi  deyil,  həmçinin  lira  ifaçısı  kimi  əyləndirirdi.  60-cı  ildən  ictimai 
tamaşalar  verməyə  başladı.  Sonra  o,  səhnəyə  çıxır,  hər  cür  rollarda  çıxış  edirdi.  O, 
imperiyanı  yaxşı  qaydada  tərk  etmək  istəyirdi  ki,  öz  şairlik  və  musiqi  istedadını 
reallaşdırsın.  Bu  vaxt  deyirdi:  "Onlar  məndə  olanlara  valeh  olacaqlar  ki,  mən 
necəyəm". Lakin onun bu iddiası məmnunluq tanımırdı və digər daha təhlükəli vəcdə 
gəlməyə  məruz  qaldı.  Bu  vaxt  o,  allah  yaratmaq  arzusuna  düşmüşdü  və  deyirdi: 
"Bütün  tanınan  hökmdrlardan  heç  kəs  bunu  edə  bilməzdi".  Dəliliyin  bu  forması 
əslində  dövrün  messiyan  xüsusiyyətinin  ruhu  ilə  həmahəng  idi.  Bütün  xalqlar: 
yəhudilər,  yunanlar,  suriyalılar,  romalılar,  hətta  hindlilər  və  çinlilər  yeni  allahın 
gəlməsini  gözləyirdilər.  63-cü  ildən  Neron  yeni  kultlara  "Zorastrizm  maqlarına  və 
ezoterik  iudaistlərə  sitayiş  etməyi  planlaşdırmışdı.  O,  Roma  xristianlarını  ilk  təqib 
edən oldu. Həmin dövrdə paytaxtda çox az sayda xristian var idi.  
Neronun  hökmranlığı  işlərində  imperiya  hökuməti  bir  sıra  uğurlar  qazandı. 
Onun  generalı  Qney  Domitsi  Korbulon  Ermənistanda  faydalı  məskunlaşma  həyata 
keçirdi.  Bu  ölkə  uzun  müddət  Romanın  suzereniteti  altında  idi.  Roma  bu  vaxt 

 
207 
hökmdar  Tiridatı  tanısa  da,  onu  məcbur  etdi  ki,  Romaya  gəlib,  öz  tacını  Neronun 
əlindən alsın. Bu Ermənistanı Parfiyaya qarşı bufer dövlət kimi saxladı.  
Lakin əyalətləri idarə etmək elə də asan deyildi. 61-ci ildə Britaniyada qalxan 
qiyama  kraliça  Boudikka  başçılıq  edirdi.  İudeyada  başlanan  üsyan  66-cı  ildən  70-ci 
ilə qədər davam etdi. Bu dövrdə Neron artıq çoxlu əleyhdarlara malik idi. 65-ci ildə 
Pison  ailəsinin  böyük  qəsdi  aşkar  edildi.  Bu  qəsdə  onun  çoxlu  düşmənləri  - 
senatorlar, rıtsarlar (atlılar), zabitlər və filosoflar cəlb edilmişdi. Lakin imperator heç 
bir  panikaya  yol  vermədi.  Qullar,  öz  ağalarının  hazırladığı  qəsd  barədə  xəbərdar 
etməklə,  onu  təhlükədən  kənarda  saxlamışdılar.  Neron  öz  güzəşt  qaydasındakı 
münasibətinə  son  qoymadı.  41  qəsdçidən  18-i,  o  cümlədən  şair  Lukan  və  filosof 
Seneka  öldürüldü.  Bu  mərhəmətin  baş  verməsində  qaydanın  və  ya  qorxunun  təsiri 
olmuşdu. Digər qəsdçilər isə ya sürgün edildi, ya da əfv edildi.  
66-cı ilin sonunda o, Yunanıstana uzun müddətli səfər etdi, buranı o, "allahlar 
ölkəsi"  adlandırırdı.  Bu  vaxt  5  ay  ərzində  o,  Romadan  kənarda  oldu  və  özünün 
paytaxtda  olmadığı  dövrün  konsulluğunu  qul  olmaqdan  azad  etdiyi  adamlardan 
birinə tapşırmışdı. 
O, vətənə qayıtdıqdan sonrakı dörd ay ərzində - 66-cı ilin fevralından iyununa 
qədər  -  onun  qəribə  ağılsız  hərəkətləri  nəticəsində  təkcə  onu  Antixrist  adlandıran 
xristian yəhudilərini deyil, həm də təhqir etdiyi senat üzvlərini, patristsiləri, xüsusən 
böyük  Roma  ailələrini  özünə  qarşı  düşmənçiliyə  qaldırdı.  Hətta  legion  əsgərləri, 
Sezarın nəslindən olan bir adamı qədim yunan qəhrəmanlarının rolunda gördüklərinə 
görə narazılıq etmişdilər. Ona qarşı qiyam qaldıran leqat Qay Yuli Vindeks demişdi: 
"Mən səhnədə onu hamilə qadın rolunun ifaçısı kimi və həm də onu edam etməli olan 
qulları gördüm".  
Qiyamlar  imperiyanın  hər  tərəfində  qaynayırdı.  Əyalət  valisi  Servi  Sulpitsi 
Qalbanın İspaniyada, Vindeksin Qalliyada qiyamları baş verdi. Şərq sərhədlərində də 
qiyamlar  baş  verirdi,  lakin  Neron  bütün  bunlara  gülürdü.  Tədbir  görmək,  hərəkət 
etmək  əvəzinə  o,  himn  yazırdı.  O,  öz  keşişlərini  yüngül  qalxanla  silahlandıraraq 
deyirdi:  "Mən  yalnız  görünəcəyəm  və  Qalliyada  sülhü  bərpa  etmək  üçün 
oxuyacağam". 
Bu  vaxt  legionlar  Qalbanı  imperator  etdilər  və  Senat  Neronu  qulun  ölümü 
formasındakı  ölümə  məhkum  etdi.  Bu  çarmıxa  çəkilmək  və  şallaqla  döyülməklə 
ölüm  idi.  Pretorian  mühafizəsi  onu  tərk  etdi  və  onun  qul  olmaqdan  azad  etdiyi 
adamlar  Ostiyada  hazır  saxladıqları  gəmilərə  doluşmaq  üçün  ora  yollandılar.  O, 
şəhərdən qaçmağa məcbur oldu. Svetoniyə görə o, boğazına xəncəri soxmaqla, özünü 
intihar  etdi.  Xristian  məşuqəsi  Akte,  mərhumun  arzusuna  uyğun  olaraq,  onu  dini 
qaydada, ağ kəfəndə dəfn etdi.  
İmperatorlar  Oton  və  Avl  Vitelli  onun  xatirəsini  şərəfləndirdilər  və  20  il 
ərzində xalq onun təsvirinə məftun olurdu. Tarixçilər Plutarx və İosif "onun xatirəsini 
ləkələyən  böhtanlara"  qarşı  etiraz  etdilər,  lakin  bunlar  əbəs  idi.  Trayan  və  sonrakı 
imperatorlar  onun  xatirəsini  lənətlədilər,  onun  əsərlərini  məhv  etdilər.  Lukanın, 
Plutarxın  və  Rustinin,  həmçinin  onun  hökmranlıq  dövrünü  təhlil  edən  digər 
yazıçıların  əsərləri  də  məhv  edildi.  Bu  imperatorların  dövründə  Tatsit,  Svetoni  və 
sonralar Dion Kassi Neronun bu gün məlum olan bioqrafiyalarını yazdılar.  

 
208 
68-ci  ildə  Neronun  ölümündən  sonra  başlanan  vətəndaş  müharibəsində  bir-
birinin  ardınca  taxt-taca  iddia  edənlər  -  Qalba,  Oton  və  Vitelli  qısa  müddətdə 
imperator  oldular.  69-cu  ildə  Vespasianın  hakimiyyətə  gəlməsi  ilə  bu  vətəndaş 
müharibəsi də başa çatdı.  
Nerondan  sonra  imperator  Qalba  oldu.  Servi  Qalba  İspaniyada  Yeni 
Karfagendə məhkəmə apararkən, Qalliyadakı üsyan barədə xəbər tutdu. Sonra ondan 
xilaskar kimi çıxış etməyi xahiş etdikdə, o, bu təklifi qəbul etdi. O, tribunaya çıxanda 
dövlətin  vəziyyəti  haqqında  qəmgin  nitq  söylədi  və  bu  vaxt  onu  imperator  kimi 
salamladılar. O, isə özünü Senatın və Roma xalqının leqatı adlandırdı.  
Yolda  ona  Romadan  gələn  qasidlər  Neronun  özünü  öldürdüyünü  xəbər 
verdikdə,  hamı  ona  and  içdi  və  leqat  rütbəsindən  imtina  edib,  o,  Sezar  adını  qəbul 
etdi.  Bir  çox  hərəkətlərinə  görə  ona  yaxşı  hökmdar  kimi  baxmağa  başladılar.  Lakin 
onun  üzərində  üç  adamın  xüsusi  nüfuzu  var  idi  və  o,  bu  yaramazların  istəyi  ilə 
hərəkət edirdi. Hər iki ali zümrədən olan görkəmli vətəndaşları o, kiçik bir şübhə ilə 
məhkəməsiz  edam  etdirirdi.  Bu  hərəkətləri  ilə  o,  hamının  narazılığına  səbəb  oldu, 
daha  çox  isə  ona  əsgərlər  nifrət  edirdilər.  Çünki  hərbi  rəislər  onlara  görünməmiş 
mükafat vəd etmişdilər. Lakin ona qiyabi and içən bu əsgərlər qarşısında o, öz vədini 
yerinə  yetirməmişdi  və  onunla  öyünürdü  ki,  əsgərləri  satın  almağa  yox,  yığmağa 
öyrənmişdir.  Bununla  da  o,  bütün  əyalətlərdə  olan  əsgərləri  özünə  qarşı  qoymuşdu. 
Ona  görə  də  ona  sui-qəsd  hazırlanırdı.  Bir  az  sonra  o,  öyrəndi  ki,  Oton  düşərgəni 
tutmuşdur.  Çoxları  ona  ora  tələsməyi  təkid  etsə  də,  o,  sarayda  qalmağı  qərara  aldı. 
Lakin  qəsdçilər  onu  saraydan  çıxarmaq  üçün  yalançı  şayiələr  yayırdılar  və  o,  buna 
inanıb sarayı tərk etdi. Öz təhlükəsizliyinə əmin olub o, küçəyə çıxdı və bir əsgər ona 
lovğalıqla xəbər verdi ki, Otonu öldürmüşdür. İmperator təkcə onu soruşdu ki, kimin 
göstərişi ilə.  
O,  Foruma  çatanda  atlılar  camaatı  dağıdıb,  onu  öldürmək  üçün  imperatora 
yaxınlaşdılar və çaparaq onun üstünə cumub, qılıncdan keçirdilər. İlk anda o, qışqırdı 
ki, silahdaşlar, siz nə edirsiniz? Mən sizinəm, siz də mənim və hətta hədiyyə vəd etdi. 
Həm də belə deyirlər ki, o, özü öz boynunu qılıncın zərbəsinin altına verdi. Heç kəs 
ona kömək etmək istəmədi. Bir əsgər isə onun başını kəsib, gətirib Otona verdi.  
Digər Roma imperatorları kimi o da pozğun əxlaqa malik idi, daha çox yaşlı və 
möhkəm  kişilərə  meyl  göstərirdi.  O,  yeddi  ay  hökmdarlıq  etdikdən  sonra  ömrünün 
73-cü  ilində  öldü.  Senat  imkan  düşən  kimi  ona  öldürüldüyü  yerdə  heykəl  qoymaq 
barədə  qərar  qəbul  etdi.  Lakin  Qalbanın  İudeyaya  onu  öldürmək  üçün  İspaniyadan 
qatil göndərməsinə görə, Vespasian bu qərarı ləğv etdi.  
Onun  yerinə  imperatorluğu  Oton  ələ  keçirdi.  Oton  kvestor  (kvestor  xəzinəyə 
müdirlik edir, maliyyə kitablarını aparır, yürüşdə konsulu müşayiət edirdi) rütbəsində 
əyaləti on il ərzində idarə edirdi və Nerona qarşı intiqam almaq anı gəlib çıxdıqda, o, 
Qalbaya  qoşulmuşdu.  O,  gözləyirdi  ki,  Qalba  onu  oğulluğa  götürəcəkdir.  Lakin  bir 
dəfə  Neronu  tərk  edən  Oton,  indi  Qalbanı  öldürməyə  hazır  idi.  Öz  əlaltıları  onu 
Forumda  gözləyəndə  o,  Qalbanın  yanına  gəldi  və  sonra  şərti  işarə  kimi  ona  dedilər 
ki,  memarlar  gəlmişdir.  O,  çıxdı  ki,  guya  almaq  istədiyi  evə  baxmalıdır  və 
şərtləşdikləri yerə getdi, oradan isə gizlicə düşərgəyə yollandı. Yolda onu çiyinlərinə 
aldılar,  qışqırıq  və  şən  nidalar  altında  imperator  kimi  salamladılar.  Düşərgədəkilər 
onlara qoşuldular və buradan o, Qalbanı öldürməyə adam göndərdi. Axşam düşəndə 

 
209 
o,  Senata  gəldi  və  dedi  ki,  onu  küçədən  qaçırıb  güclə  hakimiyyəti  qəbul  etməyə 
məcbur etdilər. Sonra isə o, saraya getdi. Onu təbrik edənlər və qaragüruh ona Neron 
adını verdi və o, buna narazılıq etmədi. Hətta özünün ilk fərmanlarını və əyalətlərin 
canişinlərinə məktublarını o, bu adla imzalayırdı. Onu da qeyd etmək lazımdır ki, o, 
Neronun heykəlini və təsvirlərini bərpa etməyə icazə verdi.  
Elə  bu  vaxtlarda  Almaniyadakı  legionlar  Vitelliyə  and  içdilər.  Bu  vaxt  Oton 
qasidlər  vasitəsilə  Vitelliyə  təklif  etdi  ki,  onunla  birgə  hökmdar  və  onun  kürəkəni 
olsun.  Lakin  müharibə  artıq  qaçılmaz  idi  və  Vittelinin  göndərdiyi  qoşunlar 
yaxınlaşırdı. Oton gəmidə silah gətirtmək istədi, lakin axşam silahı götürən əsgərlər 
xəyanətdə  şübhələnib,  həyəcan  qaldırdılar  və  Senatı  cəzalandırmağı  tələb  etdilər. 
Tribunlar  mane  olmaq  istədikdə,  onların  bəzilərini  öldürdülər  və  imperatoru  axtarıb 
tapdılar. Sonra Oton yürüşə yollandı. Üç döyüş apardı və Betriakda keçirilən axırıncı 
döyüşdə  hiyləgərlik  yolu  ilə  o,  darmadağın  edildi.  Belə  ki,  ona  danışıq  aparmaq 
ümidi verdilər və əsgərlər silahsız barışığa çıxdıqda və bir-birini salamladıqda, döyüş 
başlandı.  Bu  vaxt  Oton  ölmək  qərarına  gəldi  və  buna  bir  əsgərin  nümunəsi  kömək 
etdi. Əsgər məğlubiyyət xəbərini gətirmişdi və ona heç kəs inanmadıqda, onu qorxaq, 
fərari  adlandırdıqda,  əsgər  qılıncın  üstünə  atılıb  özünü  öldürdü.  Bu  Otonun  lap 
yanında baş vermişdi. O, artıq ölməyə hazır olanda səs-küy eşitdi və dedi ki, qoy bir 
gecə də ömrümüzü uzadaq. Sonra o, iki xəncər çıxarıb onları yoxladı və yastığının 
altında  gizlətdi.  Sübh  vaxtı  o,  yuxudan  ayılıb  sol  döşünə  vurduğu  zərbə  ilə  özünü 
öldürdü.  Onu  ləngimədən  dəfn  etdilər.  O,  vur-tut  95  gün  hökmdarlıq  etmişdi  və 
öləndə otuz səkkiz yaşı vardı. Əsgərlərin çoxu onun ölümündən kədərləndi. Bəziləri 
isə  hətta  özünü  öldürdü.  Ona  nifrət  edənlər  də  onu  tərifləməyə  başladı.  Bu 
qaragüruhun  fərqləndirici  xüsusiyyətlərindən  biridir.  Hətta  camaat  danışırdı  ki,  o, 
Qalbanı, hakimiyyəti tutmaq üçün deyil, azadlığı və respublikanı bərpa etmək üçün 
qətlə yetirmişdi.  
Vitellinin  atası  Lutsi  Vitelli  konsulluğa  nail  olduqdan  sonra  Suriyaya  canişin 
təyin edilmişdi. İmperator Klavdi dövründə o, daha iki dəfə konsul və bir dəfə senzor 
olmuşdu. O, Aqrippinanın Klavdiyə ərə getməsi kimi qanun və qaydalara zidd olan 
bir  tədbirin  baş  tutmasında  xüsusi  canfəşanlıq  göstərmişdi.  Sonra  isə  Klavdinin 
Britaniya  yürüşü  vaxtı  dövlətin  qayğılarını  öz  üzərinə  götürmüşdü.  O,  xüsusi 
yaltaqlıq  qabiliyyətinə  malik  idi.  O,  Messalinanın  ayaqqabılarını,  qadının  ona  bir 
mərhəməti  kimi  əlilə  soyundurub,  sağ  sandaliyasını  döşündə  gəzdirirdi.  Klavdini 
yüzillik oyunlar münasibəti ilə təbrik edəndə demişdi ki, sənə bunu dəfələrlə bayram 
etməyi arzu edirəm. O, iflicdən ölmüşdü və iki oğul qoyub getmişdi.  
Onun  oğlu,  imperator  Avl  Vitelli  uşaqlığını  və  erkən  gəncliyini  Kapridə, 
imperator  Tiberinin  əyləndiyi  oğlan  uşaqlarının  arasında  keçirmişdi.  Belə  söhbət 
gəzirmiş ki, onun sifətinin gözəlliyi onun atasının yüksəlməsinə şərait yaratmışdı. Bu 
eyibləri,  sonralar  onun  özünün  də  sarayda  yüksəlməsinə  yol  açmışdı.  O,  xüsusən 
Neronun  çox  xoşuna  gəlirdi.  Qalba  isə  onu  Aşağı  Almaniyaya  təyin  etmişdi. 
İmperatora düşmən münasibəti bəsləyən qoşunlar qiyama hazır olduqda, onu sevinclə 
qarşıladılar  ki,  yeni  rəis  üç  dəfə  konsul  olan  adamın  oğludur  və  böyük  ümid  verə 
bilər.  

 
210 
Bir ay keçməmiş əsgərlər onu yataqdan çıxardıb imperator kimi salamladılar. 
Yuxarı  əyalətlərin  qoşunları  da  onu  müdafiə  etdilər,  ümumi  xahişlə  o,  Germanik 
ləqəbini qəbul etdi. Sezar adından isə həmişəlik imtina etdi.  
Tezliklə  Qalbanın  öldürüldüyü  məlum  oldu  və  Vitelli  Almaniyadakı  işlərini 
qaydaya  salıb  öz  qoşunlarını  yarı  böldü  ki,  bir  hissəsini  Otona  qarşı  göndərsin, 
digərini  isə  özü  aparsın.  Betriakdakı  qələbə  və  Otonun  həlak  olması  xəbərini  o, 
Qalliyada olarkən eşitdi. Ləngimədən o, bir ediktlə bütün özünü pis aparan pretorian 
kohortalarını  -  imperator  qvardiyasını  buraxdı  və  onlara  silahlarını  tribunlara  təhvil 
verməyi  əmr  etdi.  Qalbanın  öldürülməsinə  kömək  edən  adamları  isə  tapıb  edam 
etməyi tapşırdı. Bir çöldə döyüşdə həlak olan cəsədlərin çürüdüyünü görəndə, Vitelli 
demişdi  ki,  düşmənin  cəsədi  yaxşı  iy  verir,  ancaq  vətəndaşın  cəsədi  daha  yaxşı  iy 
verir.  
Romaya o, truba sədalarının altında daxil oldu. O, burada ali pontifik rütbəsini 
qəbul  etdi.  On  il  müddətinə  qabaqcadan  vəzifələrə  adamları  təyin  etdi,  özünü  isə 
ömürlük konsul adlandırdı.  
Vitelli hökmdarlıq etməyə başlayanda ən pis adamların təsiri altına düşdü. Bir 
cavan,  oğlanla  o,  qarşılıqlı  pozğunluqla  məşğul  olurdu.  Hər  şeydən  çox  isə  o, 
qarınqululuğu  və  qəddarlığı  ilə  fərqlənirdi.  Kimisə  cəzalandırmaq  və  edam  etmək, 
onun  üçün  həzz  mənbəyi  idi.  Görkəmli  adamlara,  öz  həmyaşıdlarına  və  məktəb 
yoldaşlarına o, yaltaqlanırdı, hətta guya vəzifəsini də onlarla yarı bölməyə hazır idi. 
Sonra  isə  yüz  cür  məkr  və  hiyləgərliklə  onları  qətlə  yetirirdi.  Birinə  su  içmək 
istəyəndə,  soyuq  suyun  içində  hətta  zəhər  vermişdi.  Bir  dəfə  bir  adam  barədə  bu 
adamın  iki  oğlu  xahiş  edəndə,  imperator  onları  ataları  ilə  bir  yerdə  edam  etdirdi. 
Anasını  öldürməkdə  də  ondan  şübhələnirdilər,  deyirdilər  ki,  xəstə  olanda  anasına 
yemək verməməyi tapşırıbmış.  
Hakimiyyətinin  səkkizinci  ayında  qoşunlar  ona  qarşı  çıxış  etməyə  başladılar. 
Düşmən həm quru, həm dəniz yolu ilə irəlilədikdə, o, qardaşını donanma ilə onlara 
qarşı  göndərdi,  piyadalara  qarşı  isə  Betriakdakı  qələbənin  iştirakçısı  olan  qoşunları 
göndərdi.  Lakin  hər  yerdə  onun  qüvvələri  ya  darmadağın  edilir,  yaxud  da  ona 
xəyanət edirdilər. Bu vaxt o, İudeyada vuruşan sərkərdə Vespasianın qardaşı, şəhərin 
prefekti  Sabinə  müraciət  etdi  ki,  öz  həyatını  salamat  saxlaya  bilsin.  Sarayın 
pilləkənlərindən  o,  döyüşçülərə  elan  etdi  ki,  öz  iradəsinin  əleyhinə  olaraq  öz 
üzərindən  vəzifələri  götürür.  Bu  narazı  səslərlə  qarşılandı  və  ona  görə  o,  çıxışını 
saxladı.  Gecə  keçdikdən  sonra,  sübh  vaxtı  göz  yaşı  axıda-axıda  həmin  sözləri 
yenidən təkrar etdi. Kütlə yenə narazılığını bildirib, ondan cəsarətli olmağı tələb etdi. 
Bu  vaxt  onda  ruh  yüksəkliyi  yarandı.  O,  qəflətən  Sabinin  üzərinə  cumub,  onları 
Kapitoliyə  sıxışdırdı  və  Yupiter  məbədlərini  yandırdı,  özü  isə  bu  səhnəyə  böyük 
sevinclə  tamaşa  edirdi.  Bir  az  sonra  o,  öz  əməllərindən  peşiman  oldu.  Sonra  o, 
Senatdan  xahiş  etdi  ki,  elçiləri  və  vestalkaları  göndərsinlər,  sülh  xahiş  edilsin. 
Sabahısı günü o, cavab gözlədikdə, xəbər verdilər ki, düşmənlər yaxınlaşır. Bu vaxt 
o,  saraya  çəkildi,  saraydan  hamı  qaçmışdı.  O,  bir  kəməri  qızılla  doldurub  kiçik  bir 
otaqda gizləndi və qapıya it bağladı. Əsgərlər saraya daxil olanda, onu sığınacaqdan 
çıxardılar və soruşmağa başladılar ki, Vitelli haradadır. Onlar üzdən onu tanımırdılar. 
O, yalan danışmağa başladı və bu vaxt onu tanıdılar.  

 
211 
O,  qışqırmağa  başladı  ki,  onu  məhbəsdə  saxlasınlar,  çünki  o,  Vespasianın 
həyatı üçün mühüm olan bəzi şeyləri ona deyəcəkdir. Sonra onun əllərini bağladılar 
və boynuna həlqə salıb, yarım çılpaq vəziyyətdə Foruma sürüklədilər. Onu yol boyu 
camaat ələ salırdı. Nəhayət, işgəncə verib, zərbələr altında onu öldürdülər. Cəsədini 
isə qırmaqla sürüyüb, Tibr çayına atdılar. O, ömrünün 58-ci ilində öz oğlu və qardaşı 
ilə birlikdə həyatdan getdi.  
 

 
212 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin