Telman orucov


Abraham. Yunan sivilizasiyası



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

Abraham. Yunan sivilizasiyası  
 
Abraham (İbrahim) b.e.ə. 2000-ci illərə yaxın bir dövrdə öz doğma Urunun 
(Urununun)  göydələnləri  arasında  gəzirdi.  O,  qonaq  getməyi,  səhra  köçərisi 
olmağı, itirilmə prosesində olan ilahi hissi yenidən açmağı qərara aldı. 
O, Misirə gələndə fəraon öz qızlarından biri olan Həcəri Abrahamın arvadı 
Saraya  qulluqçu  verdi.  Həcər  Abrahama  onun  ilk  oğlu  olan  İşmayeli  (İsmayılı) 
doğdu  və  o,  ərəb  xalqlarının  atasına  çevrilməli  idi.  Abraham  Misir  keşişlərindən 
özünü həsr etmə böyük biliyini öyrəndi. O vaxtlar evlənmə bir qayda olaraq tayfa 
və ya geniş ailə içərisində baş verirdi. Fövqəltəbii qüvvələr qanla əlaqədə olurdu və 
eyni  qandan  olan  nikah,  misal  üçün,  qaraçıların  ənənəsində  öyrədildiyi  kimi, 
qüvvələri  möhkəmləndirdi.  Müxtəlif  tayfalardan  olan  nikahlara  qüvvələrin  və 
birliyin dəyişilməsi də daxil idi. Bu isə arzuolunmayan idi. 
Abraham  Misirdə  hansı  müqəddəs  sayma  formasını  qəbul  etmişdi?  Özünü 
həsr  etməyə  namizəd  olan  adam  qranit  sərdabənin  içərisində  uzanmalı  idi.  Trans 
vəziyyətində  olanda  öz  bitki  bədənini,  öz  ruhi  və  heyvani  bədəni  ilə  birlikdə 
qaldırmağa  qadir  olurdu,  onun  fiziki  bədəni  yuxarı  qalxırdı.  Beləliklə,  o,  fantom 
kimi  sərdabənin  ağzında  pərvaz  edirdi.  Özünü  həsr  etmə  mərasiminin  şahidi  olan 
irland şairi U.B.Yiits təsvir edir ki, mərasim kursu ərzində səhnəni bildirmək üçün 
bir  neçə  zəng  çalınır.  Yiitsin  ruhu  müxtəlif  səhnələrdə  müxtəlif  aydınlıq 
dərəcəsində görünməli idi, onların hər biri həmçinin müxtəlif rəng nümunələri ilə 
nişanələnirdi. 
Ezoterik  fəlsəfədə  bitki  bədəni  xüsusilə  vacib  olan  məsələlərdən  biridir. 
Beləliklə, bu bədən səmərəli qaydada fiziki dünya ilə ruhi dünya arasında baş giriş 
qapısını formalaşdırır. Sirrli məktəblərdə iki min beş yüz il keçdikdən sonra özünü 
həsr  etmə  yenə  də  tətbiq  edilir  və  bu  gün  də  bəzi  gizli  cəmiyyətlərdə  bu  həyata 
keçirilir.  Məbədlərdə  yatmaq  qaydası  mövcuddur,  bəzi  xəstə  adamlara  məbəddə 
yatmağa icazə verilir. Bu yuxu üç gün davam edir, bu dövrdə özünü həsr edənlər 
öz bitki bədənləri üzərində işləyirlər ki, həsr etmə prosesinə uyğun olmayan heç bir 
şey baş verməsin. 
Misirdə  qaldıqdan  sonra  Abraham  qərbə  doğru, bu  gün  Palestina  (Fələstin) 

222 
 
kimi  tanınan  regiona  tərəf  hərəkət  etdi.  O,  silahlanmalı,  öz  nökərlərini  məşq 
etdirməli  idi  ki,  yerli  quldurlar  tərəfindən  əsir  götürülmüş  qardaşını  xilas  etsin. 
Qəddar və qanlı döyüşdən sonra o, vadidən keçdikdə Melxizedek adlı bir qeyri-adi 
şəxslə  görüşdü.  Salem  çarı  Melxizedek  ən  yüksək  Allahın  keşişi  idi.  O,  çarları 
öldürməkdən qayıtdıqda Abrahamı gördü və ona xeyir-dua verdi. Abraham özünün 
malik olduqlarından onda birini bu möminlərin çarına verdi. Bundan sonra Salem 
Çarı  həm  də  Sülh  Çarı  oldu.  O,  özünü  Allahın  oğlu  kimi  aparırdı,  ardıcıl  olaraq 
keşişlik edirdi. 
Atası, anası, övladları olmadığına görə o, nə başlanğıc gününə, nə də həyatın 
sonuna malik idi. 
Kabalistik  ənənədə  Melxizedekin  sirri  Nuhunku  kimi  xarakterizə  olunur, 
Nuh  isə  böyük  Atlantida  lideri  olmaqla  bəşəriyyəti  kənd  təsərrüfatına,  taxıl 
becərməyə  və  şərab  düzətməyə  öyrətmişdi.  O,  əslində  heç  vaxt  ölməmişdi, başqa 
ölçülərdə  hərəkət  etmişdi.  O,  indi  yenidən  meydana  çıxdı  ki,  Abrahamın  mənəvi 
müəllimi olsun, onu yüksək səviyyədə özünü həsr etməyə öyrətsin. 
Atası  İsaakı  dağa,  Melxizedekin  səcdəgahında  qurban  verməyə  gətirəndə, 
onun iyirmi iki yaşı var idi. Abraham oğlu İsaakın boğazını kəsmək üçün bıçağını 
çəkəndə,  mələk,  bu  qurbanı  buynuzu  yaxındakı  kola  bağlanmış  qoçla  əvəz  etdi. 
İsaak  Melkizedekin  Sirrli  məktəbində  üç  il  yarım  ərzində  sirrləri  öyrəndi.  O,  elə 
səviyyədə  özünü  həsr  etməyə  yiyələndi  ki,  sonra  nə  lazım  olacağını  da,  insan 
inkişafının  Ay  səhnəsini  də  başa  düşdü.  Fərdi  sərbəst  düşünmənin  təkamülü, 
hökmən dəyişiləcək dünyada insanları şüurlu rol oynamağa qadir edəcəkdi. 
Fikirin inkişafına digər böyük töhfə, əlbəttə ki, yunanlardan gəldi. Troyanın 
mühasirəyə alınması yunan sivilizasiyasının olduqca böyük səviyyəyə qalxmasının 
başlanğıcı  idi,  bu  vaxt  yunanlar  Xaldeya-Misir  sivilizasiyasından  təşəbbüsü  ələ 
aldılar və öz ideallarında əritdilər. 
Qədim  dünyada  müharibələr  müqəddəs  biliklərə  sahib  olmaq  uğrunda 
aparılırdı.  Müəyyən  mənada  buna  görə  də  fövqəltəbii  qüvvələr  müharibələri 
müzakirə  edirdilər.  Yunanlar  ona  görə  şəhəri  mühasirəyə  almışdılar  ki,  ilahə 
Afinanın  əli  ilə  düzəldilmiş  Palladium  adlanan  heykəli  oradan  çıxartsınlar.  Eyni 
yolla biz bunu, Yelenaya sahib olmaq üçün onların apardıqları mübarizədə də görə 
bilərik. 
Bu  gün  biz  gözəlliyin  sifətində  Stendalın  ibarəsindən  istifadə  edərək 
«xoşbəxtlik  vədini»  görə  bilərik.  Böyük  gözəllik  özlüyündə  bizə  mistik  görünə 
bilər, əgər güman  edilsə ki, bu özündə  bilavasitə  həyatın  sirrini daşıyır. Yelenaya 
sahib olmaq yunanları sivilizasiyanın sonrakı səhnəsinə irəliləməyə qadir edəcəkdi. 
Troyanın  muhasirəsi  əhvalatı  həm  də  bütünlüklə  Axillesin  məşhur 
deyimində öz ifadəsini tapır: «Kölgələrin çarı olmaqdansa, yaşayanların torpağında 
qul  olmaq  yaxşıdır».  Yunanıstanın  və  Troyanın  qəhrəmanları  günəşdə  yaşamağı 
sevirdilər, o qəflətən bağlananda, bu dəhşətli bir şey olurdu və onların  
ruhu kölgələrin torpağına, Qərb qaranlığına göndərilirdi.  
Yunanlara  görə  qəhrəmanlardan  başqa,  muhasirədə  olan  Troyanı  bəs  əsl 
məğlub  edənlər  görən  kimlər  idi?  Bu  heç  də  igid,  qüvvətli  qəhrəman  Axilles 
deyildi.  O,  demək  olar  ki,  məğlub  edilməyən  yarımallahlardan  axırıncısı  idi.  Bu, 

223 
 
«fərasətli  ağıllılardan»  olan  Odissey  idi,  o,  taxta  ağac  at  hədiyyəsini  qəbul  etmək 
barədəki hiyləgərliyi ilə troyalıları məğlub etmişdi, bu əllə düzəldilən nəhəng atın 
içərisində isə əskərlər gizlədilmişdi.  
Troya müharibəsindən əvvəl hər kəs eyni fikir dünyasına şərik idi. Adamlar 
dəhşətli  səmimiyyətlə  birgə  hərəkət  edirdilər.  Onlar  bizim  itirdiyimiz  hissə  malik 
idilər, həyata keçirdikləri hər şeydə onlar kosmik hadisələrdə iştirak edirdilər.  
 
Qədim yəhudilərin əhvalatları. Budda  
 
Yəhudilərin  Misirdən  çıxmasının,  adətən  Misirin  ən  məşhur  və  daha 
ekspansiv hökmdarlarından biri olan ll Ramzesin hökmranlığı vaxtında baş verdiyi 
guman  edilir.  Luksordakı  və  Əbu  Simbeldəki  böyük  tikililər  onun  abidələri 
olmaqla, indi Parisin Konkord meydanında yüksələn nəhəng obelisk də bu abidələr 
sırasına  daxildir.  O,  erkən  hökmdarlığın  arxitipinə  çevrilməklə  inanırdı  ki,  onun 
nailiyyətləri əbədi olacaqdır- deyirdi ki, «Sən ey Qüdrətli, mənim işlərimə bax və 
ümidini  itirmə!»  ll  Ramzesin  hökmranlığı  dövründə  yəhudilərin  izi  göründüyü 
kimi,  İerixonun  və  ya  Solomon  məbədinin  dağılmasının  izləri  hələ  də  arxioloji 
qatlarda  yatır.  Ona  görə  də  akademiklər  arasında  belə  razılaşma  vardır  ki, 
yəhudilərin  mənşəyi  barədəki  epik  miflər  «yalnız  miflər»  idi  və  bu  düşüncədə, 
onlar  tarixi  reallıqda heç  bir  əsasa  malik deyildilər.  Arxeoloqlar dörd  əsr  ərzində 
sensasiyalı kəşflər etmişlər. Moisey heç də ll Ramzesin müasiri kimi b.e.ə. 1250-ci 
illərə  yaxın  yaşamamışdır.  Bunun  əvəzinə  məlum  olmuşdur  ki,  o,  b.e.ə.  1540-cı 
ildə doğulmuşdur və Misirdən yəhudilərin çıxması təqribən b.e.ə. 1447-ci ildə baş 
vermişdir.  Köhnə  astronomik  hesablamalardan  istifadə  edildikdə  bu  tarix  öz 
təsdiqini tapır. Mesopotomiya mətnlərində Veneranın müşahidələri xəbər verilir və 
bu  Bibliya,  həmçinin  bizə  gəlib  çatmış  Misir  məlumatları  ilə  üst-üstə  düşür. 
Moisey  b.e.ə. XVl  əsrin  ortalarındakı  Misir  hökmdarı  l  Neferhotepin hökmranlığı 
dövrünə düşür.  
Misir  prinsi  kimi  Moisey  özünü  Misir  sirrlərinə  həsr  etmişdi.  Bu  «İncil»in 
«Aktlar»  kitabında  da  (7.22)  təsdiq  olunur,  orada  apostol  Stefen  deyir  ki,  «Və 
Moisey misirlilərin bütün müdrikliyi ilə təlimatlanmışdı». Moisey sürgünə, səhraya 
qaçanda  müdrik  qoca  müəllimlə  görüşdü.  O,  afrikalı,  həbəşistanlı  yüksək  keşiş 
Cefro  idi,  daş  lövhələrdən  ibarət  kitabxananın  mühafizəçisi  idi.  Moisey  onun 
qızına evləndikdə, Cefro onu yüksək səviyyədə özünü həsr edənə çevirdi. Moisey 
gördü ki, kol yansa da, alov onu məhv etmir. Bu özünü görmə idi ki, qəbirin başqa 
tərəfində  gözləyən  təmizləyici  alov  tərəfindən  o,  məhv  olmadı.  Moiseyin  yanan 
kolu  görməsindən  missiya  hissi  qalxdı, bu  məhz  süd və bal  axan xoşbəxt torpağa 
apardığı üçün, bəşəriyyətin faydası naminə işləməli olan bir impuls idi.  
Lakin  Moisey  onun  qarşısında  qoyulmış  tapşırığın  böyüklüyü  müqabilində 
tərəddüd  etdikdə,  Allah  öz  qərarını  sərtləşdirdi:  «Və  sən  bu  çubuğu  əlinə 
götürməlisən,  çünki  sən  əlamətlər  nümayiş  etdirməlisən».  Moisey  geri,  Misirə 
qayıdanda  qərara  aldı  ki,  «onun  adamlarını  azad  etməyə»  Faraonu  (fironu) 
inandırsın. Moisey və qardaşı Aaron saray otağında dayanmışdılar. Aaron qəflətən 
öz  çubuğunu  yerə  atdı;  çubuq  dəyişilib,  sehrli  qaydada  ilana  çevrildi.  Faraon  öz 

224 
 
saray  sehrbazlarına  əmr  etdi  ki,  onunla  fərasətdə  yarışsınlar,  lakin  onlar  belə 
etdikdə, Aaronun ilanı onlarınkını uddu. 
Moiseylə  faraon  arasında  iradə  döyüşü  böyüyürdü.  Moisey  öz  çubuğundan 
hadisələrin  gedişi  istiqamətində,  göydən  od  ələmək  və  dolu  yağdırmaq,  çəyirkə 
azarı gətirmək, Qırmızı dənizi yarmaq, qayadan güclü su axını gətirməkdən ötəri 
ona  zərbə  vurmaq  üçün  istifadə  etdi.  Moisey  Faraonu  öz  adamlarını  azad 
buraxmağa  inandırmağa  cəhd  etdikdən  sonra,  onları  Sinay  səhrasına  apardı  və 
dağdan  daş  lövhələr  gətirdi.  Allahın  tapşırığını  yerinə  yetirmək  Moisey  üçün 
Faraonu inandırmaqdan da çətin idi. Adamlar  onun göstərişlərini dəfələrlə yerinə 
yetirmirdilər. 
Onlar odlu taunla və bürünc ilanla cəzalandırıldı. Moiseyin misirlilərə zərbə 
vurmaq və öz xalqını intizama dəvət etmək üçün istifadə etdiyi çubuq isə heyvani 
şüurun isə obrazı idi.  
On  ehkam  və  «Çıxış»ın  digər  qanunları  və  «İkinci  qanun»  kitabı  Moiseyin 
ictimai  təlimini  formalaşdırırdı.  Onlar  bütün  xalq  üçün  idi.  Ezoterik  ənənədə  o, 
həmçinin yetmiş sayda yaşlı adama Kabalanı, eyni zamanda İudaizmin gizli mistik 
təlimlərini  öyrətdi.  Kabala  geniş  kilsə  kimi,  böyük  dünya  dini  kimi  idi.  Yenə  də 
bunun  köhnə  ənənədən,  misirlilərin  bir  sıra  mistisizmindən  kənarda  böyüməsi 
düşüncəsi iddiası ilə Moiseyi və ya Kabalanı heç cür qaralamaq olmaz. 
Riyazi hesablamalar da qədim Misirdən gəlmişdi, ancaq yüksək matematika 
Misir rəssamlığında qalmışdı. Biz indi görürük ki, heroqlif ədədələr bölməni təmsil 
edir,  hansılar  ki,  64-ün  63-ə  bölünməsinin  yekununa  əlavə  edilir.  64-ün  63-ə 
bölünməsi rəqəmi misirlilərin ən böyük sirri, «Pifaqor Vergülü» adlanır. 
Yüksək  mürəkkəb  rəqəmlər  «Pifaqor  Vergülünə»  bənzəyirlər, «Pi»  və  «Fi» 
(bu  bəzən  «Qızıl  Mütənasiblik»  adlanır)  irrasianal  rəqəmlər  kimi  tanınır.  Onlar 
fiziki  kainatın  quruluşunun  dərinliyindədir  və  misirlilər  onlara  dünyanın 
yaranmasına  nəzarət  edən  prinsiplər  kimi  baxılırdı,  bu  prinsiplərə  görə  materiya 
kosmos zəkasından düşmüşdü.  
Misirlilərə  görə  bu  rəqəmlər  həmçinin  kosmosun  gizli  harmoniyası  idi  və 
ritmlər  və  mütənasibliklər  kimi  onları  öz  piramidalarının  və  məbədlərinin 
tikintisində  istifadə  edirdilər.  Bu  yolla  tikilən  ideal  olmalı  idi.  «Qızıl 
Mütənasibliyin» istifadə edilməsi ilə tikilən dəhliz, qapı, pəncərə, ifadə olunmayan 
bir  qaydada  insan  ruhunu  əyləndirməli  idi.  Misirin  böyük  məbədləri,  əlbəttə  ki, 
bitki  formaları  ilə  dolu  idi.  lakin  bu,  insanın  bədən  üzvlərinə  mütənasiblik  verən 
bitki  həyatı  idi.  Bitki  həyatı  qabırğalara  çevrilirdi  və  onları  riyazi  formulaya  xoş 
gələn  qaydada  əyilən  edirdi.  Məbəd  tikənlər  xüsusilə  bunu  yenidən  yaratmağa 
həvəs göstərirdilər. 
Misir  məbədləri  bu  yolla  tikilmişdi,  çünki  allahlar  artıq  can  bədənində  və 
qanda  məskunlaşmağa  qadir  deyildilər.  Məbəd  ancaq  allahın  bədəni  olmaq  üçün 
tikilmişdi.  Allahın  ruhu  bitkinin  daxilində  yaşayırdı  və  maddi  bədənlər  olan 
məbədlər bəşər ruhu kimi bitkilərin və maddi bədənlərin daxilində yaşayırdı. 
Qədim yəhudilər misirlilər kimi zəngin arxitektura irsi qoyub getməmişdilər. 
Ədəd mistisizmi isə bizə Moiseyin kitablarının dilində, kodlaşdırılmış şəkildə gəlib 
çatmışdır. 

225 
 
Kabalanın böyük kitabı olan «Zohar» «Köhnə Vəsiyyət»in ilk beş kitabının 
geniş  təfsiri  idi,  bu  kitabların  müəllifliyi  isə  adətən  Moiseyə  aid  edilir.  Kabala 
(yaxud  Kaballa)  yəhudi  sözü  olub,  «ənənə»,  «vermə»,  «verilmə»  deməkdir.  XIX 
əsrin  böyük  ruç  tarixçisi  H.T.Qranovski  «vermə»  mənasını  vurğulayır.Həqiqətən 
də  yəhudilər  bu  ad  altında  allahın  Adəmə  və  Abrahama  verdiyi  gizli olmayan  bir 
elmi  düşünürdülər.  İntibah  erasının  görkəmli  nümayəndələri  olan  italyan 
mütəfəkkiri  Piko  della  Mirandola  və  alman  humanisti  İohann  Reyxlin  isə  bütün 
elmləri  özündə  birləşdirən  vahid  bir  elmin  yaranmasını  arzulayırdılar  və  bu  elmi 
Kabalada tapmağı düşünürdülər. Onlar güman edirdilər ki, Kabalada ümumdünya 
simvolikasının  açarını  tapmaq  olar.  Əgər  dünya  maddiləşmiş  fikirdirsə,  o  vaxt 
Kabalaya  müvafiq  olaraq,  sözlər  və  hərflər  bu  prosesin  baş  verməsi  deməkdir. 
Allah  dünyanı  qədim  yəhudi  əlifbasının  hərflərindən  istifadə  etməklə  və 
nümunələrini  düzəltməklə  yaratmışdır.  Qədim  yəhudi  hərfləri  ola  görə  də  sehrli 
proporsiyaya malik idi. 
«Çıxış»  kitabının  14-cü  fəsili  üç-19,  20  və  21  saylı  bəndlərdən  ibarətdir, 
onların  hər  biri  72  hərfdən  əmələ  gəlib.  Əgər  bu  bəndlər  biri  digərinin  başına 
yazılsa, sütunda 72 hərf üzə çıxacaqdır. Sonra oxunan sütun 72-nin sirrinin Allahın 
adı olduğu kimi açılacaqdır. 
Hər  bir  qədim  yəhudi  həmçinin  ədəd  idi.  Yəhudilərin  «A»  hərfi  «əlif»  - 
«bir»  idi.  «Bet»  -  «iki»  demək  idi  və  sonrakılar  da  bu  qaydada  gedirdi.  Burada 
həmçinin mürəkkəb əlaqələr vardır. Qədim yəhudi sözü «ata» 3-ün ədədi mənasını 
verirdi, «ana» sözü  «41»  mənasında  idi. Qədim  yəhudilərdə  «uşaq»  sözü  «44  idi, 
Ata və Ananın birləşməsi»ndən əmələ gəlirdi. 
Yəhudilərin  «Ədəm  bağı»  kəlməsinin  ədədi  mənası144  idi.  Bilik  Ağacının 
ədədi  mənası  isə  233  idi.  Əgər  233-cü  144-ə  bölsək,  bu,  «fi»  qızıl  prororsiyanın 
qiymətinə yaxın olan rəqəmi ifadə edəcəkdir. 
Ziqmund  Freyd  Kabala  ilə  dərindən  maraqanırdı.  O,  sübut  edirdi  ki,  Misir 
faraonu Exnaton Moisey monoteizminin (təkallahlığının) mənbəyi idi. 
Biz  bilirik  ki,  Moisey  birinci  gəlmişidir.  Exnatonun  monoteizm  ideyaları 
hiyləgərcəsinə  qurulmuşdu,  həm  də  təhlükəli  qaydada  fərqli  idi.  Misir  Yeni 
çarlığının  ən  yüksək  dövründə  Exnatonun  atası  III  Amenhotepin  hökmranlığı 
böyük sülh  və  çiçəklənmə  vəd  edən  yeni eranın siqnalı kimi  görünürdü. Hətta bu 
dövr  Böyük  Piramidanın  unikal  nailiyyəti  ilə  müqayisə  olunmasa  belə,  qədim 
dünyanın çox gözəl məbədlərinin tikilməsini görmüşdü. 
Exnaton  xromosom  qüsuru  ilə  doğulmuşdu,  ona  görə  də  qəribə  görünüşə 
malik  idi.  Qadın  budları  kimi  iri  budları  var  idi,  uzun  üzü  onu  yerə  məxsus 
olmayana  bənzədirdi,  hətta  ruhi  xarakter  daşıyırdı.  Bu  qüsur  həmçinin  ruhi 
tarazsızlıq simptomlarına, maniyaya, paranoyyaya və ilyuziyaya qapılmağa aparıb 
çıxarırdı.  Exnaton  hökmranlığı  Sotik  siklinin  başlanması  ilə  bir  vaxta  düşdü. 
Keşişlərin  ilahiyyatına  görə  bu,  tarixin  gördüyü  ən  böyük  astronomik  sikllərdən 
biri  idi.  Misir  mifologiyasında  bu  siklin  hər  yeni  başlanğıcı  Bennu  quşunun 
qayıtmasını  görürdü,  bu  Feniks  yeni  eranın  başlanmasının  və  yeni  paylanmanın 
rəmzi idi. 
Exnatonun birinci  işi  günəş  dairəsi  allahı Atona Məbəd  tikmək  idi. Məbəd 

226 
 
onun  böyük  saray  həyətinin  mərkəzində  yerləşmişdi,  obeliskin  başındakı  daşda 
əfsanəvi  Feniks  dirilməli  idi.  Onun  ikinci  addımı  yeni  böyük  paytaxt  şəhərini 
tikmək  idi.  O,  istəyirdi  ki,  yeri  öz  oxu  ətrafında  fırlatsın.  Sonra  o,  elan  etdi  ki, 
bütün  allahlar  real  olaraq  mövcud  olmamışlar  və  Aton  bir,  həqiqi  və  vahid 
Allahdır.  Bu  müasir  düşüncədəki  monoteizmə  çox  oxşayırdı.  İsidaya,  Osirisə  və 
Amon  –  Raya  sitayiş  qadağan  edildi,  onların  məbədləri  ləğv  edildi  və  bağlandı, 
onların populyar bayramları cəhalət nişanəsi elan edildi. 
Bu günkü  monoteizmə oxşar şəkildə, Exnatonun monoteizmi də materialist 
idi.  Çünki  monoteizm  ruh  təcrübələrini  inkar  etməyə  meyl  edir,  bu  təcrübə  isə 
həqiqətən  spiritualizm  qaydasında  adi,  Atona  həsr  edilən  təriflər  gözəl  himinlər 
şəklində  bizə  gəlib  çatmışdır  və  onlar  Davidin  Zəburlarını  qiymətləndirməyə 
xidmət edə bilər: «Sən dünyanı öz arzuna uyğun olaraq yaratdın – bütün adamları, 
«mal-qaranı»  və  vəhşi  heyvanları»  deyə  Exnaton  deklamasiya  edirdi.  David  isə 
oxuyurdu:  «Sənin  işlərin,  necə  saysız-hesabsızdır,  sən  onların  hamısını  belə 
müdrikliklə gördün. Dünya sənin yaratdıqlarınla doludur». 
Tənəzzül zəruri olaraq içəridən gəldi. Hökmranlığın on beşinci ilində Atona 
olan  bütün  dualara  baxmayaraq,  onun  çox  sevdiyi  qızı  öldü.  Sonra  həmişə  onu 
dəstəkləyən  anası  Tiy  öldü.  Gözəl  arvadı  Nefertiti  saray  məlumatlarından  qeybə 
çəkildi.  İki  il  sonra  keşişlər  Exnatonu  öldürdülər  və  onlar  taxt-taca  gənc  oğlanı 
qoydular və o, dünyada Tutanxamon kimi tanındı. Keşişlər vaxt itirmədən Fivanın 
bərpasına  başladılar.  Exnatonun  paytaxtı  tezliklə  kabus  şəhərə  çevrildi  və  ona 
qoyulmuş  abidə,  onu  təsvir  edən  hər  bir  heykəl,  Exnatonun  adının  hansısa  bir 
qaydada xatırlanması rəhmsiz şəkildə və ardıcıl olaraq yoxa çıxdı. 
Sauldan  sonra  hakimiyyətə  gələn  David-Tadua  ilk  dəfə  olaraq  İsrail 
tayfalarını  bir  çarlıqda  birləşdirən  ilk  çar  oldu.  O,  b.e.ə  1004-cü  ildə  Yerusəlim 
çarına çevrilmişdi. David bu şəhərdə məbədin bünövrəsini qoydu, lakin onu tikdirə 
bilmədən öldü, ona görə də bu işin başa çatdırılması onun oğlunun üzərinə düşdü. 
Oğlu  Solomon  isə  b.e.ə.  971-ci  ildə  Yerusəlim  çarı  oldu.  Əgər  o,  ümumən  real 
tarixi şəxsiyyət idisə, Dəmir erasında yaşamışdı. Solomon öz sehirli biliyini gizli 
kitabda  bildirir,  sonralar  bu  Yerusəlimdəki  ikinci  məbədin  bünövrəsinə  qoyuldu. 
Qədim yəhudi folkorunda da deyilirdi ki, Solomonun hökmranlığı elə gözəl idi ki, 
qızıl və gümüş, küçələrdəki daş kimi çox idi. Ona görə ki, yəhudilər həmin dövrdə 
məbədlər tikmək ənənəsinə malik deyildilər. Onlar köçəri xalq idilər.  
Solomon  məbədin  layihəsi  üzərində  işləmək  üçün  finiklyalı  Hiram  Abiffi 
seçdi.  Məbəd  Mouseyin  daş  lövhələri  yerləşdirilən  Müqavilə  Səyyar  məbədinin 
saxlandığı  yer  olmalı  idi.  Məbədin  künclərində  ayı  təmsil  edən  dörd  buynuz  və 
yeddi lampalı qızıl şamdan var idi. Əlbəttə ki, axırıncı günəşin, ayın və beş böyük 
planetin  təmsilçiləri  idi.  Cakim  və  Boaz  pillələri  kosmosun  pulsunu  ölçürdü. 
Yonulmuş  dekorativ  narlar  Bibliya  hesabındakı  müxtəlif  faktları  yada  salırdı. 
Keşişlərin xalatları günəşi, ayı, planetləri və bürcləri təmsil edən qiymətli daşlarla 
bəzədilmişdi.  Bu  vaxt  yeganə  adi  olan  daş  zümrüd  idi.  Məbədlərin  qeyri-adi 
xüsusiyyəti, əridilmiş sarı mis dənizi və ya Qurana görə, fəvvarəsi idi. Usta inşaatçı 
Hiram öz layihəsini həyata keçirmək üçün sənətkarlıq qardaşlığını işlədirdi, onları 
üç  dərəcəyə-şagirdlərə,  şəriklərə  və  ustalara  bölmüşdü.  Bu  qardaşlıq  ideyaları 

227 
 
hökmən  dar,  ezoterik  mühitdən  uzağa  yayılırdı  ki,  bütövlükdə  cəmiyyətin  təşkil 
olunmasını dəyişdirsin.  Lakin  Hiram  Abiffin qətli  əhvalatında biz bütün  bunların 
necə əyri yolla getməsinin də şahidi oluruq. 
Solomonla  Hiram  Abiffin  arasındakı  örtülü  rəqabət  müəyyən  gizli 
ənənələrdə mövcud idi. Şeba çariçası Solomona qonaq gəldi, lakin bu qadın həm 
də belə möcüzəli məbədin layihəsini yaradanla görüşməyə  maraq göstərdi. Hiram 
Abiffona baxanda, çariça (Quranda o, Bilkis adı altında verilir) hiss etdi ki, onun 
sinəsində  əriyən  metal  kimi  bir  sensasiya  qalxır.  Qadın  Hiramdan  soruşdu  ki, 
göyün  gözəlliyini  məbədin  arxitekturasında  yerə  gətirməyi  necə  bacarmışdır. 
Memar cavab verdi ki, Tau xaçını yuxarıda tutmaqla. Bu xaç T hərfi ölçüsündə idi. 
Qəflətən bütün fəhlələr məbədə qarışqa kimi axışdılar.  
Yenidən  həşərat  obrazı.  Bu  ənənələr  Talmudda  və  Quranda  var  idi.  Beləki 
məbəd  Şamir  adlanan  və  daş  yonmağa  qadir  olan  sirrli  həşəratın  köməyi  ilə 
tikilmişdi. Burada biz arı pətəyi obrazı kimi ruhi qüvvələrin obrazına malik oluruq, 
ona Hiram göstəriş verə bilirdi. Hiramın fəhlələrindən üçü onun gizli qüvvələrinə 
qısqanclıq göstərirdi. Onlar qərara aldılar ki, ərintidən tökülmüş dənizin sirrlərinə 
bələd olsunlar. İş gününün axırında onlar Hirama məbədi tərk edəndə tələ qurdular. 
O,  öz  sirrlərini  təkrar-təkrar  açmaq  istəməyəndə  ,  onlar  memarın  başına  ağır 
zərbələr  vurmaqla  onu  öldürdülər.  Onunla  birlikdə  müəyyən  sirrlər  də  öldü  və 
indiyədək  itirilmiş  kimi  qalmaqda  davam  edir.  Sirrli  məktəblərdə  və  gizli 
cəmiyyətlərdə elan olunan sirrlər həmin vaxtdan etibarən aşağı sirrlər hesab olunur.  
İki müstəqil zəkalı Mason tədqaqatçısı- Kristofer Nayt və Robert Lomas bu 
istiqamətdə  işləmişlər.  Onlar  Hiramın  Finikiyadan  gəlməsinin  açarını  tapmaq 
cəhdindən  başladılar.  Həmin  ölkədə  əsas  ilahə  Astarta  və  ya  Venera  idi.  Əlbəttə, 
bu, həmçinin  dekorativ  detallarla, artıq xatırlanan  narlarla  bağlıdır. Bu  Veneranın 
meyvəsi idi, zümrüdlər isə Veneranın qiymətli daşları idi. 
Beşguşəli  ulduz  da  Veneranın  simvolu  idi.  Çünki  həmin  nümunədə  hər 
səkkiz  illik  sikldə  Venera  ekliptik  ətrafa  iz  qoyur-səhər  göyündə  beş  dəfə  və  hər 
axşam  göyündə  beş  dəfə  beş  iti  uclu  formalı  nümunələrlə  çıxır.  Bu  yeganə 
planetdir ki, tam müntəzəm qaydada həmin yolla diaqram çəkir. Bu diaqram bəzən 
pentaqram  kimi,  bəzən  beşguşəli  ulduz  kimi,  beş  ləçəkli  qüzül  gül  kimi  görünür. 
Veneranın  simvolu  kimi  pentaqram  həndəsədə  yüksək  əhəmiyyət  kəsb  edir.  Ona 
görə də Leonardo da Vinçinin matematika müəllimi Luka Pasioli öz kitabında ilahi 
pronporsiyanı  açırdı,  bu,  onun  hər  bir  hissəsində  Qızıl  Mütənasibliyi  təcəssüm 
etdirirdi. Bu müqəddəs həndəsə öz vaxtında məkan kimi fəaliyyət göstərirdi.  
584 gündən ibarət olan 5 Venera sikli dəqiq günəş illərində baş verirdi, bu o 
demək  idi  ki,  Venera  sikli  günəş  siklini  1,6-na  bərabərdir.  Biz  əvvəlcə  1,6 
rəqəminə  rast  gəlmişdik,  bu  Qızıl  Mütənasibliyin  başlanğıcında  idi,  irrasional  və 
sehirli rəqəmlərdən biri olmaqla, ağlın materiyaya keçməsi kimi təsvir edilirdi.  
Solomondan  sonra  İsrail  çarlığı  yenidən  parçalanmağa  başladı. 
Peyqəmbərlər quruluşu deyilən quruluş əmələ gəldi. Onların rolu camaata məsləhət 
vermək  idi.  Onlar  heç  kəsin  eşitmək  istəmədiklərini,  xoşa  gəlməyən  və  populyar 
olmayan şeyləri deyirdilər.  
İliya vəhşi, qeyri adi və tənha adam idi, demək olar ki, avaralar kimi kəmər 

228 
 
bağlayırdı və uzun plaşda gəzirdi. Zaratustra kimi o, odu odla vuruşdururdu. Allah 
tərəfindən səhrada gizlənməsi tapşırılan İliya kiçik çaydan su içir, qarğa ovlamaqla 
qidalanırdı. Qarğa göstərir ki, İliya Zaratustranın müdrikliyi kimi, bu yolla özünü 
həsr edənə çevirmişdi. «Qarğa» bu sehrliyə həsr olunmağın bir dərəcəsi idi.  
İliya bir peyğəmbər kimi dəlilik həddinə yaxın olan bir vəziyyətdə yaşayırdı. 
O, zəhərlənmiş adamları sağalda bilirdi, cüzam xəstəliyi olanları müalicə edirdi. O, 
ölmüş uşağın başı üzərində uzanmaqla ona öz ruhunu vermişdi. O, yenidən səhraya 
qaçanda  bunu  öz  həyatı  üçün  etmişdi-  Allaha  tərəf  qaçmışdı.  Sonra  dağ  başında 
dəhşətlər yaşadı, tufana düşdü. Nəhayət o, taqətdən düşdü, ağacın altında yatanda 
yuxuda mələyi gördü. Mələk ona nə etməli olduğunu dedi. Lakin güclü külək gəlib 
dağı silkələdi. İliya bilirdi ki, Allah bu küləiyn içərisində deyildir və o, mağarada 
təhlükəsiz  qalmağı  qərara  aldı.  Qəflətən  mağaranın  qarşısında  ildırımın  işığından 
yaranan zolaq gördü. O, yenə bildi ki, Allah bu odun içəriçində deyildir. 
Tufan yatdıqdan və od söndükdən sonra səhər açılanda hər şey sakit idi. Dan 
ulduzu  qalxmışdı,  bu  vaxt  səhərin  saf  havasında  İliya  Allahın  hələ  də  sakit  olan 
səsini eşitdi. Axı Moinsey də yanan kolda bu səsi eşitmişdi. İliya onun iradəsi ilə 
necə  öldürməyi  və  necə  yenidən  doğulmağı  öyrənmişdi.  Platon  «Respublika» 
kitabında  yazırdı  ki,  «Kim  ki  bu  həyatda  yaxşılığın  ideyasını  dərk  etməyə  qadir 
deyil,  o,  ölümündən  sonra  cəhənnəmə  düşəcək  və  qaranlıq  məskəndə  yuxuya 
dalacaqdır». 
Ömrünün sonunda İliya od saçan arabada göylərə qalxdı. Ondan əvvəl Nuh 
da belə etmişdi, o da adi qaydada ölməmişdi. Kabalistik düşüncədə İliyanı göylərə 
qaldıran araba sehirli olmağın bir amili idi. 
İki  yüz  il  sonra  İsayya  peyğəmbərin  vaxtında  kainatı  yeni,  transtsedent 
(təcrübə  hədlərindən  kənar  olan)  qaydada  anlamaq  işləri  inkişaf  etdirildi.  Bizim 
eradan əvvəl 550-ci ildə İsayya bəyan etmişdi: «Qaranlıqda gəzən adam böyük işıq 
görəcəkdir… Çünki bu bizə uşaq doğulmasıdır, bizə oğul verilməsidir və idarəçilik 
onun çiyinində dayanacaqdır və onu adı Gözəl, Məsləhətçi, Qüdrətli Allah, Əbədi 
Ata, Sülh hökmdarı olacaqdır». 
Mərhəmət  kopsepsiyası  tarixi  peyğəmbər  düşüncəsindəki  öz  anlayışından 
böyüməyə  başladı.  İki  çarlığın  hökmdarları  və  xalqları  onlara  deyiləni  həyata 
keçirməkdə  uğursuzluğa  uğradılar.  Onlar  pozuldular  və  torpaq  səhraya  çevrildi. 
Lakin bu vaxt, Allahın mərhəməti ilə səhra torpağından yaşamağa qadir olan kök 
üzə çıxdı. Peyğəmbərlər mərhəmətin bu yolla baş verdiyini öz ömürləri dövründə 
kiçik  çarlıqların  hərbi  və  siyasi  səviyyədə  yüksəlməsində,  enməsində  və  yenidən 
yüksəlməsində görmüşdülər. 
İsayya  İsrailin  tarixi  və  gələcək  taleyi  barədə  böyük  hissə  malik  idi, 
«Cessenin  gövdəsindən  irəli  bir  çubuq  çıxacaqdır»  deyirdi.  O,  həmçinin  tarixin 
sonunu  yaxşıca  görmək  qabiliyyətinə  malik  idi:  «Canavar  və  quzu  birdikdə 
qidalanacaq və leorard oğlan uşağı ilə bir yerdə uzanacaqdır». 
Dünyanın digər hissələrində başqa özünü həsr etmələr də baş verirdi. Prins 
Siddhartha  indiki  Nepalda,  müharibə  aparan  kiçik  dövlətlərlə  tanınan  bir  ərazidə 
doğulmuşdu. 29  yaşına qədər  o,  naz-nemətli dəbdəbə içərisində  yaşamışdı.  Onun 
hər bir ehtiyacı hələ başlamamışdan ödənilirdi və onun həyatının hər anı sevinclə 

229 
 
dolu  idi.  Bir  gün  o,  çar  sarayını  tərk  etdi  və  əvvəllər  onun  görməsinə  icazə 
verilmədiyi  şeyi-qoca  adamı  gördü.  Və  qoca  dəhşətli  vəziyyətdə  idi,  lakin  daha 
sonra ona məlum oldu ki, öz xalqı xəstədir və ölür.  
O, sarayı tərk etməyi qərara aldı – arvadını da, uşaqlarnı da, -bircə məqsədlə 
ki, bu əzab çəkənləri hiss etməyə cəhd etsin. Yeddi il ərzində güşənişinlər arasında 
yaşamaqla  o,  yoqa  sutralarında  və  Rişi  törəmələrinin  təlimlərində  axdardıqlarını 
tapa  bilmədi.  Nəticədə  onun  artıq  35  yaşı  olanda  o,  gedib  çayın  qırağında  Bohdi 
ağacının  altında  oturdu  və  qərara  aldı  ki,  başa  düşməyənə  qədər  hərəkət 
etməyəcəkdir. Üç gün, üç gecədən sonra o, anladı ki, həyat əzabdır və əzab çəkmək 
yerüstü  şeyləri  arzu  eləmək  nəticəsində  yaranır.  Lakin  sən  bütün  bu  arzulardan 
azad  ola  bilərsən.  Həqiqətən  də,  sən  elə  azadlığa  və  ruh  dünyasına  yaxınlığa  nail 
ola  bilərsən  ki,  yenidən  heç  vaxt  reinkarnasiyaya-  yenidən  doğulmağa  ehtiyac 
duymayasan. Və beləliklə sən, Siddhartha etdiyi kimi, Buddaya çevrilə bilərsən. 
Anlamanın  və  ya  işıqlanmanın  cığırı  Budda  tərəfindən  «səkkiz  dolaşan 
cığır» adlanmışdır. 
Bura inam, inandırılma, öyrənmə, hərəkət, yaşamaq, niyyət, düşünmək, seyr 
etmək  daxil idi.  Buddanın səkkiz  dolaşan  cığırı  səkkiz praktikadan və tapşırıqdan 
ibarət  olmaqla Çakra  boğazının  16 ləçəyindən  canlanan səkkizi üçün  mövcud idi. 
Budda öləndə öz məqsədinə nail olmuşdu. Reinkarnasiya barədə ona heç bir tələb 
olunmayacaqdı. 
 
Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin