Ədəbiyyatın dirçəlişi. Konkistadorların vəhşiliyi.
Frimasonluğun gizli missiyası
1492-ci ildə Xristofor Kolumb Orinoko çayının mənsəbinə çatanda, o
246
inanırdı ki, bu Ədəmdən axan dörd çaydan biridir. O, vətəninə yazırdı: «Bu böyük
əlamətlər buranın təqribən yerüstü cənnət olduğunu göstərir. Təkcə ona görə yox
ki, müqəddəs rəylərin və oxumuş ilahiyyatların riyazi mövqeyinə uyğun gəlir, həm
də ona görə ki, bütün digər müdriklər bunun mümkün olması ilə razılaşırlar».
Kolumb kraliça İzabellaya yazdığı məktubda belə bir ümid ifadə edirdi ki, o
«qızılla dolu çəllək» tapacaqdır, bu isə qadın və onun əri kral Ferdinand tərəfindən
Yerusəmimin yenidən işğal edilməsini maliyyələşdirəcəkdir.
Ferdinand yenicə Qranadanın Mavrlardan alınmasına başçılıq etmişdi.
Ərəbləri bütünlüklə qovmaqla İspaniyanı yenidən Kilsənin ağuşuna qaytarmışdı.
Kolumb bilirdi ki, qızıl, vətənin yaxınlığındakı və sürətlə güclənən düşmənə qarşı
müharibəni maliyyələşdirməyə sərf ediləcəkdir və əleyhinə böyük iddialar
qaldırılan düşmən isə Tampiliyerlər Rıtsarlarının ruhi varisi adlanacaqdır.
Servantes və Şekspir isə bir-birinə tam müasirlər kimi idilər. Yaşlı rıtsar olan
Don Kixot nizə ilə külək dəyirmanlarını məhv etmək stəyirdi. Dolu bədənli,
sarımsaq çeynəyən kənd qızını isə rıstar nağıllarından gələn Dulsineya adlı gözəl
kübar qızı kimi görürdü. O, ilk anda komediya qəhrəmanı kimi görünə bilərdi. Bir
cəhətdən Don Kixot ötüb keçmiş Orta əsrlər rıtsar ideallarına qayıtmağı təkid
etməyə çalışırdı. Digər tərəfdən o, özünün «ikinci uşaqlığına» daxil olurdu,
təxəyüllərin daha real göründüyü dövrlərə qayıdırdı.
Bəzi ispan alimləri sübut edirlər ki, Don Kixot kabalistik «Zöhar»ın (və ya
«Füsunkarlıq Kitabı»nın) alleqorik icmalıdır. Don Kixotun nökəri Sanço Pansaya
Merlin hiylə gələrək onu inandırmışdı ki, Dulsineya tilsimlənmişdir, məhz ona
görə də o, kök kənd qızlarına bənzəyir. Don Kixotun özü açıq ürəklilik nəticəsində
səhvlərə yol verirdi. O, ispan Xristi adlanırdı və əgər o, real olaraq yaşasaydı,,
dünya tarixinə onun səyahətinin təsiri daha böyük olardı.
Servantesin müasiri, dramaturq Ben Conson isə Uilyam Şekspir haqqında
deyirdi ki, o, «Latın dilini az bilirdi və yunan dilini bundan az bilirdi». Belə bir
adam olduqca mükəmməl olan bu əsərləri necə yarada bilərdi, öz dövrü üçün necə
erudit ola bilərdi? Böyük müasirlərindən çoxu Şekspirin pyeslərinin müəllifinin
Oksford qrafı Kristofer Marlou və sonradan şair Con Donn olduğunu deyirdilər.
Müəllifliyə daha populyar namizəd isə, əlbəttə ki, Frensis Bekon idi.
Əgər İisus Xrist iç həyata toxum səpmişdisə, Şekspir onun böyüməsinə
kömək etdi, onu məskunlaşdırdı və bizə bu düşüncəni verdi. Bizim hər birimiz onu
daxili kosmos kimi içimizdə gəzdiririk və o həm də zahiri kosmos kimi genişdir.
Hamlet yalnız ağlını itirmə vəziyyətində «olumun ya ölümün» yaxşı olduğuna
əmin deyildi. Bu Axillesin harayından gələn uzun yol idi, axı o, nəyin bahasına
olursa olsun, günəş işığında yaşamaq istəyirdi. Faciə aktyorlarının çoxu indiyədək
inanır ki, «Makbet»də təhlükəli okkult formulu vardır, pyes oynanılanda bu ona
sehrli mərasim gücü verir. «Yay gecəsi yuxusu» pyesində biz Yaşıl Meşəyə giririk,
digər komediyalarda da yenidən qədim meşələrə daxil oluruq. Biz şüurun arxaik
formalarına qayıdırıq, bunda bütün təbiət ruhlar tərəfindən canlanır. Bütün
rəssamlıqda və ədəbiyyatda fırlanan bitki adətən siqnal verir ki, biz ezoterik
səltənətə, efir ölçüsünə daxil oluruq. Şekspirin əsərləri, əlbəttə ki, çiçək obrazı ilə
dolu idi. Tənqidçilər isə çox vaxt qızıl güldən istifadə edilməsini okkult simvolu
247
kimi izah edirlər.
Şekspir bir tapmacadır. İisus Xrist kimi o, insan şüurunu inqilabiləşdirir,
həm də əks tarixi məlumatın izlərini, demək olar ki, görünməz edir. Şekspirin
peyslərində Sufi məmnunluğunu bol şəkildə görürük. Sufizm, mistik rəmz kimi
qızıl gülün böyük mənbəyidir.
Harun ər- Rəşidin sarayında və sonralar ərəb xalqı arasında elmin, xüsusən
matematikanın, fizikanın və astronomiyanın irəliyə doğru böyük sıçrayışı baş
verdi. Bunu ərəb xalqı ilə ingilislər arasında olan bir dərin mistik əlaqə hesab
etmək olar ki, elmi tədqiqatın böyük ərəb ruhu yenidən Frensis Bekonla birlikdə
yaşamağa başladı. Axırıncı isə fərdi qaydada Şekspirlə yaxından eyniləşdirilmişdi.
Bekon böyük elmi inqilabı ilhamlandırmışdı.
Şekspir dünyası bəşər dəyərlərinin dünyası idi. Burada nə baş versə, bu,
insan xoşbəxtliyi və karta qoyulan insan həyatlarının ölçüsü idi. Bekon dünyası elə
idi ki, insan dəyərləri soyulub çıxarılmışdı.
İnsan təcrübəsi hiylə xüsusiyyətli, paradkosal, sirrli və bütövlükdə
əvvəlcədən bilinən şey idi, bunları isə Şekspir dramatikləşdirirdi. Bekon
bəşəriyyətə öyrədirdi ki, fiziki obyektlərə baxsın, onlar təcrübə ilə qənaətlənmişdir,
tabe olduqları və qabaqcadan məlum olan qanunları nəzərə alır. Ona görə də, elmi
fəlsəfə tarixində o, İnduksiyanın Atası kimi məşhurdur. Qısaca, Bekon belə qərara
gəldi ki, əgər obyektiv qaydada mümkün olan obyektləri müşahidə etməyi
bacarırsansa, müxtəlif nümunələr onun quruluşunun subyektiv təcrübəsini verir.
Bu planetin sifətinin dəyişilməsinin reallaşması idi.
1517-ci ildə Papa Romada yeni müqəddəs Pyotr bazilikasının inşaasına
çəkilən xərci ödəmək üçün bağışlanmanı - indulgensiyanı satmağı yenidən işə
saldı. Bu, dünyada ən füsunkar, həm də bədxərcliklə tikilən bina olmalı idi.
Vittenberqdəki müəllim Martin Lüter indulgensiya satılmasına qarşı olan öz
arqumentlərini yazıb, bu kağızı yerli kilsənin qapısına vurdu. Həmin vərəqə icma
üçün nəzərə çarpan mövqeyə çevrildi. Lüterin kilsədən kənarlaşdırılması barədə
Papa bullu çıxdından sonra o, bu sənədi ona valeh olan kütlə qarşısında yandırdı.
O, elan etdi: «Mən burda dayanmışam». Saatın qəhrəmanı olan Lüter yeni
hökmdarın himayəsi nəticəsində tonqalda yandırılmaqdan qaça bildi və Papalığın
bədxərcliyinə qarşı olan etirazlara başçılıq etdi. Protestanizm dünyaya gəldi.
Lüter mistik təlimdə sərt qaydada dəyişdi. Onun yaxın dostu və ədəbi
silahdaşı okkultist Filipp Malanxton idi. Axırınıcı astrologiyanı müdafiə edirdi və
Faustun tərcümeyi-halını yazmışdı. Lüterin özü də müəyyən şərtlərdə ruh dünyası
ilə əlaqədə idi, ona bələdçilik edən səsləri dinləyirdi. O, əlkimyaya rəğbətlə
yanaşırdı, onu «allerqoriyasına və gizli mənasına» görə tərifləyirdi, etiraf edirdi ki,
bəşəriyyətin dirilməsində müəyyən rol oynamışdır. Lüter qızıl gülü öz simvolu
kimi qəbul etmişdi. Buna baxmayaraq, Lüterin beş ləçəkli ağ qızıl gülü özündə
kiçik çarmıxı daşımaqla, heç də mistik qızıl gül deyildi.
Xristofor Kolumbun izi ilə az sayda idealist adamlar addımladı. 1519-cu ildə
Ernando Kortes Yukatan körfəzi sahilinə üzdü, orada o, Verakruz adlanan baza
yaratdı. O, və onun ispan ardıcılları attseklərin ağlasığmaz sərvəti barədə söhbətlər
eşitmişdilər, onların hökmdarı Moktesumanın səfirinin hədiyyələrlə bazaya
248
gəldiyini gördükdə, məəttəl qaldılar. Hədiyyələrə araba təkəri boyda Günəşin
obrazı, həmçinin Ayı təmsil edən gümüş obraz daxil idi. Burada həmçinin qızıl
dənələri ilə dolu dəbilqə və «kettsal» quşunun lələklərindən düzəldilmiş baş bəzəyi
var idi. Attsek səfiri izah etdi ki, bu onun ağası Moktesumanın hədiyyələridir,
Kettsal Koutl böyük allahı tərəfindən verilmişdir. Səfir izah etdi ki, bu allah
çoxdan Yer üzünü tərk etmiş və Ayı öz vətəni etmişdir. Attsek astroloqları
peyğəmbərlik edirdilər ki, bu allah geri dönəcəkdir.
Kortesin ardıcılları attseklərin paytaxtı Tenoçtitlana (indiki Mexiko şəhəri)
gəlib çıxanda öyrəndilər ki, bu şəhər gölün ortasındakı adada salınmışdır, yalnız
əllə tikilmiş dar körpü hesabına asanlıqla müdafiə olunur.
Moktesuma onları qarşılamağa gəldi, Allah kimi baxdığı Kortesin qarşısında
əyildi və onları içəri keçməyə dəvət etdi. Kortesin planı Moktesumanı oğurlamaq
idi ki, onu girova çevirsin. Lakin adamları sarayadakı bütün qızılları görəndə, onlar
ləngimədən çarı öldürdülər. Bu səfehlikləri üzündən onlar yalnız uzun müddətli
döyüşdən sonra qaçıb aradan çıxa bildilər. Bu tarixdəki qanlı epizodlardan birinin
başlanğıcı idi.
Konkistadorlar (ispan işğalçıları) bütün qızılların gizli mənbəyi və qızılla
örtülmüş çar, El Dorado barədəki şayiələri eşitmişdilər. Çar hər səhər maye qızılda
çimirmiş. Bu əfsanəvi çar şəhərinə qonaq kimi gələn ingilis səyyahı Uolter Reli də
yazırdı: «İmperiya şəhərinin damları qızıldandır».
Kortesin rəqibi Fransisko Pisarro üzüb Peruya gəlmişdi, on min adamı
himayə etməklə, bütöv ölkəni talamaq niyyətində idi. Bunu o, yalnız iki min
nəfərdən ibarət tərkibi olan ordunun köməyi ilə edəcəkdi.
Kortes kimi o, silahsız görüşmək təklifindən sonra çarı oğurladı. Girovun
haqqı kimi o, otağın tavanına qədər qızıl verilməsini tələb etdi. Bir neçə həftə
ərzində yerlilər dəstəsi qızıl lövhələri, şamdanları və digər gözəl əl sənəti işləri
olan şeyləri gətirirdilər. Lakin otaq hələ də dolmamışdı. İspanlar tələb etdilər ki,
sövdələşmə yalnız otağın qızıl külçələrlə dolması ilə yerinə yetiriləcəkdir. Onlar
bütün sənət əsərlərini əritdilər ki, otağı doldurmaq üçün daha çox yer qalsın.
Kortesin etdiyini labüd olaraq təkrar edən Pisarronun adamları da səbirsizlik
göstərib, Peru çarını öldürdülər. Açıq düşmənçilik başlandı. Pisarronun kiçik
ordusu paytaxta hücum edəndə qızıl divarları olan sarayları, qızıl mətbəx
avadanlıqlarını, qızıldan olan heykəlləri, heyvanları və qızıl silahları gördülər.
Burada hətta ağacları, gülləri və heyvanları qızıldan düzəldilmiş süni bağ var
idi. Üç yüz fut uzunluğu və altı yüz fut eni olan sahədə qarğıdalının hər birinin
gövdəsi gümüşdən, qıçaları isə qızıldan düzəldilmişdi.
Yüz min attsekin Tenoçtitlan uğrunda döyüşdə öldürüldüyü güman edilir,
bunun müqabilində bir ovuc konkistador həyatını itirmişdi. Belə hesab edilir ki,
işğal dövründə iki milyona qədər yerli adam öldürülmüşdü. Yerlilər asan qaydada
ət yeyə bilmirdilər. Avropalıların mentallığı ilə vuruşanda yerlilər onların
xəyanətkarlığını öyrənib, buna uyğunlaşdılar. Ona görə də konkistadorlar da ağır
itkilər verməyə başladılar.
Konkistadorlar heç vaxt El Doradonu və paytaxtın ətrafında belə zənginlikdə
olan hansısa bir qızıl mənbəyi mədənini tapmadılar, Cənubi Amerikadakı qızıl
249
ancaq Kontrreformasiyanı (XVI-XVII əsrlərdə Qərbi Avropada papalığın başçılıq
etdiyi və Reformasiyaya - katolik dininin eybəcərliklərinə qarşı mübarizə
hərəkatına qarşı olan dini-siyasi hərəkatı) maliyyələşdirmək üçün kifayət idi. Bu
İspan inkvizisiyasına böyük ölçüdə kömək göstərirdi.
Frensis Bekon yazırdı Ki, «Təbiət sənin tələsik hərəkət etdiyin labirintdir, o
səni öz yolunu itirməyə sövq edəcəkdir. Bekon, təbiətlə şahmat oynayan alim kimi
yazırdı. Cavab vermək üçün o, ilk dəfə təbiəti yaşamaq yolunu tuturdu. Əgər təbiət
öz sirrlərini kənara bölüşməyə, hiyləgərlik etməyə möhtacdırsa, ona görə də
təbiətin özü irsi olaraq aldadıcıdır, əgər bu aldatmaq deməkdirsə.
Bekon deyirdi ki, «Biliyin bu bənzər səltənətində, göylərin Allah səltənətinə
nisbətən əgər bu azacıq qaydada düzgün deyilsə, heç kəs ona «ilk dəfə kiçik uşağa
çevrilmək istisna olmaqla» daxil ola bilməyəcəkdir». Bu o demək idi ki, ağılın
müxtəlif və uşağabənzər vəziyyəti birincisinə çatmağa möhtacdır, bu qaydada
məhz yüksək biliyə çatılmalıdır.
Frimasonluq daim dünyanın düzgün sifətini təmsil etmişdir. Anqlo-sakson
lojaları öz ezoterik mənşələri barədə utancaq idilər. Frimasonluğun məqsədi həm
də həsr olunmağa hazır olduqda adamı öz inkişafı səhnəsinə gətirmək üçün olan
sosial şəraitlərin sürətlənməsinə kömək etməkdir. Frensis Bekon tərəfindən inkişaf
etdirilən adam iç kosmosu və fərqli zahiri kosmosu görməyə başladı.
Corc Vaşinqton 1752-ci ildə frimasonluğa həsr olundu. 1774-cü ildə
Bencamin Franklin Tomas Peynlə Londonda Lojada (Frimasonluq təşkilatının
şöbəsi, masonların toplaşma yeri) görüşdü və onu Amerikaya mühacirət etməyə
inandırdı. Peyn inqilabın böyük peyğəmbərinə çevrildi, ştatların federasiyasını
təklif edərək ilk dəfə «Amerika Birləşmiş Ştatları» terminini dilinə gətirmişdi. O,
quldarlığın ləğv edilməsini və yoxsulların təhsili üçün dövlət fondu yaradılmasını
təkid edirdi. Kolumbiya mahalındakı Vaşinqtonda tikilən Kapitolinin künc daşını
Corc Vaşinqton 1793-cü ildə qoyarkən, icra edilən mason mərasimi bu binanın
qapısında təsvir edilmişdir. Vaşinqton xristian dindarlığının modeli kimi astroloq
idi. Frimasonların astrologiyaya marağı Royal cəmiyyətinin bünövrəsində
köklərində çox güclü idi. Kristofer Ren və Corc Vaşinqton kimi ezoteriklərin künc
daşı qoyulanda astroloji proporsiyalara müraciət etməsi, göy cisimləri ierarxiyasını
həmin mərasimdə iştiraka dəvət etmək mənasını verirdi. Bu da xüsusi əhəmiyyət
kəsb edirdi ki, Corc Vaşinqton Kapitoli binasının binövrə daşını qoyanda Yupiter
Şərqdə yüksəlmişdi. Prezident Franklin Delano Ruzvelt 33-cü dərəcəli frimason
idi, ona öz vitse-prezidenti Henri Uolles tərəfindən okkult simvolizmi barədə
məsləhət verilirdi, axırıncı isə frimason və teosofizm ardıcılı olmaqla yanaşı,
rəssam Nikolay Rerixin şagirdi idi.
XVIII əsr tərəqqi etdikcə Fransada «naməlum filosof» Müqəddəs Martin
öyrədirdi ki, «hər adam kraldır». Şevalye (cəngavər) Ramsey 1730-cu ildə
Parisdəki Böyük Lojanın əsasını qoyan şotland mülkədarı idi. O, Parisdə yeddi il
sonra yeni həsr olunmalar vaxtı nitq söyləmişdi: «Bütün dünya böyük respublika
olmaqdan başqa bir şey deyildir. Biz işıqlanmış zəkası olan bütün adamları
yenidən birləşdirmək uğrunda mübarizə aparırıq… özü də təkcə gözəl incəsənətə
məhəbbətə görə deyil, həm də hətta daha çox ləyaqətin, elmin və dinin inkişaf edən
250
prinsiplərindən keçməklə, haradakı qardaşlıq maraqları və bəşəriyyətin bütöv ailəsi
biri digəri ilə birləşə bilər... Və bundan irəli gələrək bütün səltənətlərin təbəələri
biri digərini sevməyi öyrənə bilər».
Frimasonluq bütün dünyaya yayıldı, çox tezliklə öz sıralarına minlərlə, daha
sonra isə yüz minlərlə adamı cəlb etdi. Frimasonlar müəyyən sosial və iqtisadi
azadlıq dərəcəsində tolerant çiçəklənən cəmiyyəti yaratmaq üzərində işləyirlər.
Şotlandiyada, Londonda və Parisdə ona lojalar qurulduqdan sonra, XVIII əsrdə,
1760-cı illərdə frimasonlar üçün böyük hadisə baş verdi. Bu Portuqaliya maqı
Martines de Paskuallinin yaratdığı «Elus Koenlər» (və ya «Seçilmiş keşişlər»)
ordeni idi. Müqəddəs Martin isə onun şagirdi və varisi idi. Martinist fəlsəfəsi bu
günə qədər fransız frimasonluğunda yüksək dərəcədə nüfuzlu bir təlim olaraq qalır.
Terror dövründə (1793-94-cü illər) Parisdə yaşayan Müqəddəs Martin adamlara öz
mənzilinə gəlməyə icazə verirdi, onları öz əlləri üzərində mistik qaydada
uzandırmaqla həsr olunmaya cəlb edirdi. Bu vaxt onlar təhlükəyə məruz qalırdılar,
maska geyinirdilər ki, görüş vaxtı kim olduqlarını digərlərindən gizlətsinlər.
Romantizm. «İşıqlananların» terroru
Kabalada isə bütün Romantizm ezoterik ənənələrdə olan kimi dünyanın
yaranması kosmik zəkadan çıxan müxtəlif mənşələr seriyasının şəraitlərində baş
verən kimi qəbul edilirdi. Kabalada yunan və Roma miflərində olan kimi, mənşələr
kişi və qadın kimi düşünülürdü.
Avropa imperatorlarının şərqə doğru genişlənməsi, digər istiqamətlərdə
keçmişi qazıb üzə çıxarmaq, Tankrit yoqa praktikaları barədə şayiələrin
yayılmasına səbəb oldu.
Romantizmdə isə fərdi daxili həyat nəticədə genişlənərək nəhayətsiz
variantlarda geniş kosmosa çevrildi. Məhəbbət bir kosmosun digərinə olan
məhəbbəti idi. Dərinin dərinliyə çağırırdı. Romantizmlə məhəbbət yeni dəbə keçdi
və simfonik olana çevrildi. Əgər adam sevirsə, beləliklə işıqlananana çevrilir,
dünya isə kölgələrin dünyasına çevriləcəkdir. Onlar yenidən ayrıldıqda, məna,
mahiyyət dünyada şeh kimi məskunlaşacaqdır.
Bethoven öz sənətini yeni musiqinin dilini eşitməklə tapdı, hiss edilən və
ifadə edilən şeylər heç vaxt belə şəkildə hiss və ifadə olunmamışdı. Böyük
Aleksandr ilahi qüvvə maniyası ilə idarə olunanda, onun dühasının dayanmaq
bilməyən mənbəyi Misir və Hind ezoterik mətnlərinin təkrar-təkrar oxumaq idi.
Bethovenin isə «de Minor Sonata»sı və «Apposionata»sı Şekspirin «Tufanı»na
bərabər bir sənət nümunələri idi. Şekspirin pyesində isə okkult idieyaların ən dəqiq
ifadəsi nəzərə çarpır.
Siyasət məsələlərinə gələndə, şevealye Ramsey 1730-cu ildə əsasını
qoyduğu lojalarda siyasətin müzakirəsini qadağan etmişdi, lakin frimasonlar
Avropada siyasi liderliyi əldə saxlamışdılar. Kim ki, siyasi təsir göstərmək istəyir,
bu yolunu azma şəkilində olmalıdır.
1789-cu ildə Fransada üç yüz loja var idi, onlardan altmış beşi Parisdə idi.
Bu günkü fransız frimasonlarının bəzilərinin qiymətinə görə Fransada o vaxtlar
251
yetmiş mindən çox frimason var imiş. Danton, Demulen, Mirabo, Marat,
Robespyer, Gilyoten və digər liderlər «işıqlanmışdılar».
Terror vaxtı edam olunanların sayı barədə müxtəlif məlumatlar vardır. Sərt
təbiətli və pozulmamış hüquqşünas olan Maksimilian Robespyer İctimai
Təhlükəsizlik Komitəsinə başçılıq edəndə, o, həm də polis departamenti
səlahiyyətini daşıyırdı, gündə yüzlərlə adamı gilyotinaya göndərirdi, cəmi 2750
adam edam olunmuşdu. Onlardan yalnız 650-si kübar idi, qalanları isə adi
zəhmətkeş adamlar idi. Rebespyer hətta silahdaşı Dantonu da edam etdirmişdi.
Saturn öz uşaqlarını yeyirdi.
Necə olurdu ki, ən maariflənmiş və ağıllı adamlar, bu qan tökülməsinə
razılıq verirlər? İdealistik fəlsəfəyə görə sonluqlar heç də mahiyyətə haqq
qazandırmırdı. Motivlər nəticəni nə qədər gizlətsə də, ona təsir göstərməmiş
qalmırdı, Robesniyer guya vətəndaşların haqlarını və onların əmlakını mühafizə
etmək naminə öz mənfur vəzifəsini həyata keçirmək üçün qan tökürdü. Mehrab
qarşısında dayanan Robspyer 8 iyul 1794-cü ildəki çıxışında dedi: «Bütöv
universtitet bura toplaşmışdır… Sabah biz işə qayıdacağıq, biz yenidən şərə və
tiranlara qarşı vuruşacağıq»
Robespyer özünü allah elan etməyə cəhd etdiyinə görə ittiham olunmuşdu.
O, axırıncı küncə sıxılan idi, özünü güllə atəşi ilə öldürmək istəmişdi, ancaq zərbə
çənəsinin yarısını dağıtmışdı. O, gilyotina olunmağa yollananda çalışdı ki, çox
sayda toplaşanlara bəlağətli şəkildə müraciət etsin, lakin yalnız boğula-boğula
qışqıra bildi.
Napoleon yaxşı qaydada öz ulduzunun arxasınca gedirdi. Höte onun
haqqında demişdi: «Demon hər gün bizə bələdçilik etməyə borclu idi və hər bir
hadisə baş verəndə bizə nəyi etməyə borclu olduğumuzu deyirdi. Lakin yaxşı ruh
bizi dönməyə məcbur etdi və biz qaranlıqda əlimizlə yoxlaya-yoxlaya gedirik.
Napoleon insan idi. Demək olar ki, işıqlanmışdı, demək olar ki, təmiz və hər bir
saatda qərar verən və dözən idi, lazım bildiyi istənilən şeyi kifayət olan enerji ilə
yerinə yetirirdi. Onun həyatı döyüşdən döyüşə, qələbədən qələbəyə yarımallaha
məxsus olan geniş addımlar idi. Belə deyilməlidir ki, o, davam edən işıqlanma
vəziyyətində idi… Sonrakı illərdə bu işıqlanma onun taleyi və yaxşı ulduzu kimi
onu tərk etmək üçün meydana çıxdı».
Fransız qoşunları Misirə girdi, bu Napoleonun nöqteyi-nəzərinə görə vacib
bir iş idi. Fransız gizli polisinin başçısı Fuşeyə görə Napoleon Böyük Piramidanın
içərisində müqəddəs Jermen olmaq üçün bir adamla görüşməli idi. Bu hadisə dəqiq
şəkildə göstərir ki, Napoleon ezoterist və astroloq olan Fabre de Olivyeni öz
məsələhətçilərindən biri kimi seçmişdi və həmçinin işi elə qurmuşdu ki, Böyük
Piramidada bir gecə tək qalsın. Napoleon müqəddəs Jermeni bədəndə və ya ruh
şəklində gördümü?
Napoleon göstəriş verdi ki, Misir antik əşyalarının «Description de l` Egypt»
adlanan kataloqunu tutsunlar. Bu «Napaleon le Grand»a – «Böyük Napaleona»
həsr ediləcəkdi, onun Böyük Aleksandrla müqayisəsi üçün edilirdi. Günəş allah
kimi, kataloqu qarşısında onun portreti çəkildi.
Onun imperiyası genişlənərək təkcə İtaliya və Misiri deyil, Almaniyanı,
252
Avstriyanı və İspaniyanı əhatə etdi. Şarlemandan başqa heç bir imperator Papa
tərəfindən taclanmamışdı, ancaq 1804-cü ildə Napoleon Şarlemanın tacını və
skipetrini ondan aldı. Papa Piyi parisə gəlməyə məcbur edərək, Napoleon simvolik
qaydada tacı onun əlindən tutub aldı və özünü imperator kimi taclandırdı.
Napoleon alimlər komandasını işlədirdi ki, onlar belə bir nəticəyə gəlsinlər
ki, İsida Parisin qədim ilahəsi olmuşdur və sonra belə dekret verdi ki, ilahə və onun
ulduzu, ordunun Paris pencəyinə nişan kimi daxil ediləcəkdir. Zəfər Tağının
üzərində Jozefina, İsidanın dəfnə çələngi ilə onun ayaqları qarşısında diz çökmüş
şəkildə təsvir edilmişdi.
Biz belə bir rəyə gələ bilmərik ki, Napoleon özünü Siriusla eyniləşdirmirdi,
özünü Orion göydə Siriusun arxasınca düşən kimi aparırdı. Müəyyən frimason həsr
etmə mərasimlərində namizədlər Osiris kimi yenidən doğulurlar, İsidanı təmsil
edən beşgünəşli ulduza baxırlar. Ovçu Osiris / Orion hakimiyyətə doğru kişi
impulsudur. İsidanı izləməklə məşğuldur, həyat sirrinin qapıçısıdır.
Bu, Napoleonun ezoterik frimasonluğa dərindən nüfuz etmiş ailədə doğulan
və onunla görüşdükdə artıq frimason olan Jozefina haqqında nə düşündüyünü
göstərir. Napoleon materik Avropasını fəth edə bilərdi, lakin heç vaxt yüksək
dərəcədə gözəl olan Jozefinanı fəth edə bilmədi. Dante Beatriçanı sevən kimi o, bu
qadına ürəkdən vurulmuşdu və bu məhəbbət onu yüksək dərəcədə coşdururdu.
Ezoterik təlimlə mürəkkəb bağlılıq Jozefinaya məhəbbətlə birlikdə tale
barədə Napoleon düşüncəsindən xəbər verir. Lakin 1813-cü ildə Napoleonu idarə
edən və ona səlahiyyət verən qüvvələr onu tərk etdi, necə ki, onlar daim istənilən
adamı tam qəflətən tərk edir və Hötenin yazdığı kimi, qitənin irtica qüvvələri onu
məhv etmək üçün hər tərəfdən hücum etməyə başladılar.
Erkən romantizm öz iradəsindən təbiət dünyasında diri olduğuna görə
təşvişə yol açan heyvan şənliyindən həzz alırdı. Hegel tarix qüvvəsini belə izah
edirdi: «Ruh bizi aldadır, ruh fitnə törədir, ruh yalan deyir, ruh zəfər çalır».
Höte Svedenborqun «Göy və Cəhənnəm» əsərini oxuyanda özünün şərə
nüfuz etmə düşüncəsini üzə çıxarmışdı, məhz fövqəltəbii qüvvələr Fausta əzab
vermişdi.
Svedenborq Dostoyevskiyə də çox güclü və uzağa gedən təsir göstərmişdi,
bu təsir bütöv eranın əhval-ruhiyyəsini qəmgin etmişdi.
Dostoyevski ruhi təcrübənin çıxış hədlərindən istifadə etməkdə sərbəst
olduğunu hiss edib, qaranlıq və işıq qüvvələri arasında çox adamın şüur
səltənətində olan döyüşləri təsvir edir. F.M.Dostoyevskinin Cəhənnəmə səyahəti
Danteninkinə bənzəyir, bu müəyyən dərəcədə ruhi səyahətdir, ancaq həm də
bəşəriyyətin yaratdığı Yerə cəhənnəmdən keçməklə olan səyahətdir. Cəhənnəm ilk
dəfə içərisində yaşadığımız dünyada heç bir fərq olmadan meydana çıxa bilər,
lakin sonra tədricən anomaliyalar özünü göstərir. «Cinayət və cəza» romanında
Dostoyevski yazır: «Mən gələcək həyata inanmıram».
Dostoyevskinin əsərlərində tarixin Rusiya düşüncəsi öz əksini tapırdı.
İspaniya güman ki, Avropada elə bir ölkədir ki, burada fövqəltəbii hər günün
səthinə daha yaxın yerləşir. Modernizmin böyük maq-rəssamı Pablo Pikasso daim
ruh dünyalarına müdaxilə etmək barədə güclü hisslərə malik idi. O, uşaq olarkən
253
dostları onu fövqəltəbii qabiliyyətlərə yiyələnməli olacağına inandırmışdılar, bura
düşüncəni oxumaq və peyğəmbərlik etmək də daxil idi. O, Fransaya səfər edərkən
Apolliner, Jan Kokto və digərləri onu sofistik okkult ənənəsinə həsr etmişdilər.
Pikasso bəzən öz əsərində ezoterik mövzulardan istifadə edirdi.
O, bəstəkar Riçard Vaqnerin mistik cəhətlərini öyrənmək üçün yaradılmış
«Valqalla» adlanan qrupun bani-üzvü idi. Həsr olunmuş rəssam olan Pikasso
dünyanı yenidən düzəldə bilərdi, allah da yeni doğulmanı məhsuldar edə bilərdi.
Lakin bunları, gözəlliyin şərti qanunları şəraitində edə bilməzdi. O, kənara
atılmışdı, səpələnmişləri, eybəcərlikləri yeni gözəl qaydada yenidən
birləşdirəcəkdi.
1906-cı ildə Mahatma Qandı otuz altı yaşında öz arvadı ilə intim
yaxınlıqdan imtina etdi. Onun ruhi intizamına hər gün əl cəhrəsində parça toxumaq
işi də daxil idi. Əgər o, müxtəlif ölçülərdə öz bədəninə ağalıq edə bildirdisə,
özünün ruh gücü adlandırdığına yüksələ bilirdi. O, inanırdı ki, kosmos həqiqət
tərəfindən, həqiqət qanunları tərəfindən ifadə olunur və bu qanunlara müvafiq
olaraq hərəkət etdikdə fərdi olan Satyaqrahanı, həqiqət və məhəbbət gücünü qəbul
edəcəkdir. Sənin əleyhdarın hücum etdikdə, hirs və sənə həmlə edənə nifrət barədə
bütün fikirlərdən azad olmağa çalışmalısan. Qandi düşünürdü ki, bu fəlsəfəyə
boyun əysən «sən krallardan, xalqdan, ulduzlardan, pələnglərdən, hətta ölümdən
qorxmaqdan azad olacaqsan».
Hindistan pambığı Britaniyaya ixrac edilirdi ki, oradakı Lankaşir toxuculuq
fabriklərində emal edilsin, sonradan həmin parça satılmaq üçün geri Hindistana
qaytarılsın ki, bundan Britaniya fayda götürsün, Hindistan isə ziyan çəksin.
Cəhrənin arxasında oturan Qandi deyirdi: «Bu mənim müəyyən inamımdır ki,
çəkdiyim hər bir sapla mən Hindistanın taleyini toxuyuram». Gizli cəmiyyətlərə
xas olan tipik başayaq düşüncəsində Qandi Hindistanı işğal etdiyinə görə,
britaniyalıları deyil, hindliləri məzəmmət edirdi. Bu nöqteyi –nəzərdən ki, üç yüz
milyon hindistanlı buna dözməsə, 100 min britaniyalı Hindistana nəzarət edə
bilməzdi.
Qandinin ruh gücü elə idi ki, o, silahlı əsgərlərlə görüşəndə, onlar öz
silahlarından da aşağı görünürdülər. Hindlilər və müsəlmanlar onun yanında bir-
birlərini bağışlayırdılar. Qandinin dustaq edilməsi və aclıq keçirməsi Britaniya
hökumətinin əxlaqi iradəsinə güclü zərbə vurdu və 1947-ci ildə Hindistanın
müstəqilliyinə aparıb çıxardı. Dünyanın heç vaxt görmədiyi ən böyük imperiya
dağıldı.
Bu tarixdə Böyük Aleksandr və Napoleon kimi liderlərin həyatı ilə
müqayisədə, Qandi öz hissəsində onların hər birindən böyükdür. O, inanırdı ki, ruh
gücü ən böyük hərbi qüvvədən də imtina edə bilir, çünki hərəkətin arxasındakı
niyyət hərəkətin özünə daha böyük və daha geniş yayılan effektlər göstərə bilər.
Müqəddəs Fransisk kimi Qandi də bütün dünyanı sevirdi.
Günəş allah göstəriş verirdi ki, özünü tanı. Ezoterik fəlsəfə bizim ürəyimizdə
sıralanan ruhi ierarxiyaları yenidən kəşf etməyə çağırırdı və bizim içərimizdə
sıralanan ilahi qabiliyyətlərin kəşfi ilə yaxından əlaqədə idi. Bu Platon, Müqəddəs
Pavel, Leonordo, Şekspir və Nyuton kimi fərqli dahilərin qoruyub saxladığı və
254
qidalandırdığı sirr deyil. Platon deyirdi ki, bütün fəlsəfə maraqdan başlayır. Belə
bir qədim ənənə vardır ki, iki min il bundan əvvəl Xrist inkarnasiya etmişdi,
beləliklə bizim dövrümüzdə də İblis inkarnasiya edəcəkdir.
Konkistadorların yerli dini məhv etmək cəhdlərindən salamat qalan az sayda
Mayya mətnləri indiki dövrümüzün, uzun tarixi siklin sonu kimi nişanələndiyini
qeyd edir. Mayyaların 21 dekabr 2012-ci ildə sonun baş verəcəyi barədə
əvvəlcədən verdikləri xəbər geniş qəbul olunmuşdur. Yüksək dərəcədə intriqa
xarakterli olan bu Mayya peyğəmbərliyi İudaizm-Xristian peyğəmbərliyi ənənəsi
ilə və son vaxtlarda bəzi çox nüfuzlu xristian mistiklərinin öncə görməsi ilə üst-
üstə düşür. Bu mistiklərin proqnozları belə bir köməklik göstərdi ki, 1980-cı ildən
2016-cı ilə qədər olan aşağıdakı dar pəncərədən indi ətrafa baxıla bilsin. Onlar
həmçinin mayyaların nəyi qabaqcadan görməyə cəhd etdiklərini daha aydın
sezməkdə bizə kömək edə bilər.
Dünyanın sonu, «apokalipsis» barədə öncədən xəbər vermələr az deyildir.
Hətta Birləşmiş Ştatların bəzi alimləri və elmi idarələri də belə qorxulu
proqnozlarla çıxış edirlər. Qədim mayyaların gələcəyi xəbər verməsinə gəldikdə,
onlara görə 21 dekabr 2012-ci ildə bizim sivilizasiyanın sonu baş verəcəkdir.
Qədim traktata uyğun olaraq həmin gün bizim Günəş sistemimizdə nəsə qeyri-adi
bir hadisə – «planetlərin paradı» baş verəcəkdir. Yer, Yupiter, Mars və Saturn bir
xəttə düzüləcəkdir, Günəş isə mərkəzdə olacaqdır. Yerin Günəşə qeyri-adi
yaxınlığından zəncirvari reaksiya baş verəcəkdir: atmosferə gur enerji axınları
gələcəkdir ki, bunlara yerin səthi dözə bilməyəcəkdir. Qədim şumerlər də 21
dekabr 2012-ci ildə dünyanın sonunun baş verəcəyini bildiriblər. Onların
mülahizəsinə görə Yerin yanından keçən Nibiru planeti maqnit qütblərinin
dəyişilməsinə səbəb olacaq və bizim planetin orbitini tam dəyişəcəkdir. Planetin
cazibə qüvvəsi Yerdən nəhəng su kütləsini qaldıracaq və endirəcəkdir. Bu bütün
canlıları məhv edəcəkdir. Maraqlı cəhət orasındadır ki, NASA (ABŞ-ın
Aeronavtika və kosmosun təriqəti üzrə Milli idarəsi) 1982-ci ildə Nibiru planetinin
mövcudluğunun mümkünlüyünü etiraf etmişdi.
Mayyaların 21 dekabr 2012-ci ildə sonun baş verəcəyi barədə əvvəlcədən
verdikləri xəbər geniş qəbul olunmuşdur. Yüksək dərəcədə intriqa xarakterli olan
bu Mayya peyğəmbərliyi İudaizm-Xristian peyğəmbərliyi ənənəsi ilə və son
vaxtlarda bəzi çox nüfuzlu xristian mistiklərinin öncə görməsi ilə üst-üstə düşür.
Bu mistkilərin proqnozları onda köməklik göstərdi ki, 1980-cı ildən 2016-cı ilə
qədər olan aşağıdakı dar pəncərədən indi ətrafımıza baxa bilək. Onlar həmçinin
mayyaların nəyi qabaqcadan görməyə cəhd etdiklərini daha aydın ayırd etməkdə
bizə kömək edə bilər. Müxtəlif mədəniyyətləri ümumi həqiqi ezoterik ənənəsi belə
bir inam irəli sürür ki, biz heç də dünyanın sonunun hansısa bir yaxınlığında
yaşamırıq. Ezoterik ənənələrin bəzilərinin inamı belədir ki, dünya tarixi bizim
yerdən gördüyümüz kimi ulduzların və planetlərin dövrə vurmasının təsirinə məruz
qalır. Mayyaların öncə görməsi daha çox ona bənzəyir ki, bir sikildə ulduzların və
planetlərin tədricən formalaşması başa çatacaq, digəri başlanacaqdır. Bu eranın
sonu radikal dəyişikliklərlə və böyük tərpətmələrlə əlamətlənəcəkdir. Sonra isə
ulduzlar və planetlər arxadan gələn dünya tarixində yeni nümunələr və yeni eralar
255
əmələ gətirəcəkdir.
Dostları ilə paylaş: |