Telman orucov


İslam peyğəmbəri və islam sivilizasiyası



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

İslam peyğəmbəri və islam sivilizasiyası  
 
İndi  isə  kitabın  müəllifinin  islam  peyğəmbəri  haqqındakı  fikirləri  ilə  bir 
qədər geniş şəkildə tanış olaq. 
570-ci ildə Məkkədə Məhəmməd adlı uşaq anadan oldu. Altı yaşı olanda o, 
hər  iki  valideynini  itirmişdi  və  çoban  kimi  əmək  fəaliyyətinə  başladı.  O, 
enlikürəkli,  qara  qıvrım  saçları  olan  və  saqqalının  arasından  ağ  dişləri  görünən 
gənc  kimi  böyüyürdü.  Dəvə  sürənə  çevrildi,  karvanla  ədviyyat  və  ətirli  maddələr 
daşıyırdı,  xüsusən  Məkkədən  Suriyaya  səfərlər  edirdi.  İyirmi  beş  yaşında  o, 
Məkkənin  varlı  dul  qadınına  evləndi,  şəhərin  ən  varlı  və  nüfuzlu  vətəndaşlarıdan 
birinə çevrildi. 
Valideynlərini  itirməsi  hesabına  o,  itirdiklərinin  hamısını  sonralar  geri 
qaytarsa da, heç də məmnun deyildi. Məkkənin dini mərkəzində Kəbə adlanan qara 
qranit  daş  var  idi,  bəzi  ənənələrə  görə  bu  daşın  Sirius  ulduz  sistemindən  yerə 
düşməsi  deyilirdi.  Həmin  vaxt  Ərəbistan  şamanistik  tayfalar  tərəfindən 
məskunlaşmışdı, adamlar öz allahlarına və ruhlara sitayiş edirdi. Kəbədən kənarda 
yüzlərlə bütün saxlandığı müqəddəs çadır var idi. Məkkə həmçinin müqəddəs suyu 
satmaqla  pozulmuşdu  –  bu  su  İsmayılın  hesabına  qumdan  çıxan  bulaqdan 
götürülürdü.  Məhəmmədin  gözündə  hər  şey  qeyri-müəyyənlikdə  görünürdü.  O, 
gördü  ki,  adamlar  yalnız  pul  qazanmağa,  qumar  oynamağa,  at  çapmağa  və 
sərxoşluğa maraq göstərir. 
Dəvə  karvanı  ilə  Suriyaya  gedəndə  o,  İudaizm  və  İisus  Xristin  əhvalatları 

237 
 
barədə  eşitmişdi.  Məbədin  təmizlənmə  əhvalatı  onun  həssas  siminə  təsir 
etmişdimi? Məhəmməd belə bir inama yiyələnmişdi ki, Ərəbistan xalqı İisus Xrist 
kimi  bir  peyğəmbərə  möhtacdır,  bu  peyğəmbər  xalqı  cəhalətdən,  pozulmadan 
təmizləyə bilər və onları bir kosmik niyyətdə birləşdirə bilər. 
Məhəmməd  Məkkənin  ətrafındakı  dağların  üstündə  oturub  bunların 
hamısına  necə  nail  olmaq  barədə  düşünəndə,  mələk  onun  qabağında  göründü  və 
dedi:  «Mən  mələk  Cəbrayılam».  Bu  gözə  görünmə  sonra  Məhəmmədə  qızıl 
lövhəni göstərib, onu oxumağı dedi. Məhəmməd etiraz etdi ki, o, savadsızdır, lakin 
Cəbrayıl ikinci dəfə ona əmr etdikdə, Məhəmməd gördü ki, həqiqətən oxuya bilir.  
Beləliklə,  mələklə  söhbətlər  seriyası  başlandı  və  bu  Qurana  çevrildi.  Sonra 
Məhəmməd  şəhərə  enib  Cəbrayılın  ona  öyrətdiklərini  parlaq  səmimiyyətlə  və 
valehedici  qüvvə  ilə  moizə  etdi.  O,  öz  kredosunu  belə  adi  şərtlərdə  cəmləşdirə 
bilərdi: 
Mənim təlimim sadədir. 
Allah vahid allahdır. 
Bütpərəstlikdən imtina et. 
Oğurluq etmə 
Yalan danışma. 
Böhtan atma 
Və heç vaxt sərxoş olma. 
 
Əgər sən bu təlimləri qəbul etsən, sən İslamın yolu ilə gedəcəksən. 
İlahi  qüvvə  tərəfindən  ilhamlanmış  öz  mülahizələrini  sübut  etmək  üçün 
ondan möcüzə göstərmək tələb edildikdə, Məhəmməd bundan imtina etdi. O, dedi 
ki,  Allah  göyləri  dayaqların  köməyi  olmadan  yüksəltmişdir,  yeri,  çayları,  əncir, 
xurma  və  zeytun  ağaclarını  yaratmışdır  və  bu  şeylərin  hamısı  kifayət  qədər 
möcüzədir. Bu coşğun materializmdə müasir eranın ilkin pıçıltılarını eşidirik. 
Mələklə  olan  söhbətlər  ərzində  böyük  mələk  Cəbrayıl  sərinləmək  üçün 
Məhəmməddən  nəyisə  seçməyi  xahiş  etdi.  Məhəmməd  okkultistlərin  «ay  şirəsi» 
adlandırdıqları  südü  seçdi.  İslamda  spirtli  içki  qadağan  ediləcəkdi.  Ezoterik 
nöqteyi-nəzərdən  yüksək  əhəmiyyət  daşıyan  bu  idi  ki,  Quranı  diqtə  edən  mələk 
Cəbrayıl, ənənəvi cəhətdən Ayın arximələyi idi. Cəbrayıl burada bəşər ehtiraslarına 
nəzarət  edən  fikir  qüvvəsinin  və  məhvedici  fantaziyanın  rəmzi  kimi  çıxış  edir, 
onun allahı isə böyük allah idi və müsəlman ikönorafiyasında hilal ay kimi təsvir 
olunur.  
Məhəmmədin  Məkkənin  bazar  meydanında  moizələri  bəzilərini,  onu 
öldürmək qəsdini hazırlamağa həvəsləndirir. O, öz şagirdi, öz ardıcıllarının rəhbəri 
olan Əbu Bəkrlə Mədinə şəhərinə mühacirət etdi. 629-cu ildə o, Məkkəyə qayıtdı, 
öz  ölümünə  qədər  qalan  müddətdə  (Məhəmməd  peyğəmbər  632-ci  ildə  vəfat 
etmişdir)  Ərəbistanın  qalan  hissəsi  üzərində  öz  nəzarətini  qurdu.  Əbu  Bəkr onun 
varisi və ya Xəlifə olduqda, işğallar təəccübə səbəb olan qaydada davam etdirildi. 
Dini uğurlu edən şeylərdən biri, onun dünyada işləməsi, belə deyilsə, maddi 
fayda  gətirməsi  idi,  Məhəmmədin  radikal  monoteizmi,  Aristotelin  elmi 
metodologiyası  ilə  birləşməklə,  axırıncı  həqiqətən  də  ərəb  fikirinə  nüfuz  etmişdi, 

238 
 
tezliklə İspaniyadan tutmuş Çinin sərhədlərinə qədər Yer kürəsini dolaşdı. 
Ərəblər Zoroastrizmdən, Buddizmdən, Hinduizmdən və kağız istehsal etmək 
də daxil olmaqla, Çin elmindən yeni ideyaları həzm etməklə, onları yayırdılar.  
İslamda, onun zəfər dövründə ehkamçılığa və paternalizmə çevrilmək kimi 
bir  meyl  var  idisə, Sufizm  əks  impulsu  təmsil  edirdi, vaxtaşırı  təhrif  edilməyə  və 
bu yolla paradoksal fırlanmağa aludəçilik göstərən və ruha xas olan bir təlim idi. 
Ezoterik  islam  ruhi  həyatın  tərəfində  olmağını  hiss  edirdi.  Bu,  isə  Sufi 
poeziyasında geniş şəkildə öz ifadəsini tapırdı. Qurandakı ayəyə (50.16) müvafiq 
olaraq  «Allah  adama  onun  şah  damarından  yaxındır»  sözləri  həm  də  yüksək 
dərəcədə  adamları  özünəməxsusluqdan  ayırırdı,  kütlə  artıq  onun  çağırışına 
oyanırdı. Böyük Sufi yazıçısı İbn Ərəbi deyirdi ki, Sufi müəllimi o adamdır ki, öz 
üzərindən  pərdəni  götürür.  Sufi  müəlliminin  təlimatı  altında  keçirilən  dərslərə 
nəfəs  almanın  dəyişən  təcrübələri  və  vəziyyətə  nail  olmaq  üçün  istifadə  edilən 
musiqi  daxil  ola  bilərdi.  Sufizm  bəzən  «yuxudan  oyanma»  kimi  ağrılı  prosesləri 
öyrədirdi,  bu  özü  barədə  və  bizdən  keçən  kosmik  mistik  axından  agah  olmağa 
imkan verirdi. 
Harun  ər-Rəşid  öz  erasının  qeyri-adi  şəxsiyyətlərindən  biri  idi.  O,  iyrimi 
yaşında  xəlifə  olmuşdu  və  Bağdadı  dünyanın  ən  füsunkar  şəhərlərindən  birinə 
çevirmişdi,  saraylar  tikdirmişdi.  Ona  yüzlərlə  əyanlar,  qullar  və  hərəmlər  xidmət 
edirdi.  «Min  bir  gecə»  nağılları  onun  hökmranlığının  müxtəlif  cəhətlərini  təsvir 
edir.  O,  sarayına  dövrünün  bütün  böyük  yazıçılarını,  incəsənət  xadimlərini, 
mütəffəkirlərini cəlb etmişdi. 
«Min bir gecə»də olduğu  kimi  belə şayiə  gəzirdi  ki, o, bəzən gizli  qapıdan 
maska  altında  sarayından  çıxırdı  ki,  xalqın  nə  danışdığını  eşitsin  və  onların  real 
olaraq nə düşündüklərindən hali olsun. 
Ən məşhur hekayətlərdən birində dənizdəki balıqçının öz torunda iri dəmir 
qazanı  çıxardığı  göstərilir.  O,  sahilə  çıxdıqda  gördü  ki,  qazanın  metal  səthinə 
Solomonun  möhürünün  üçbucağı  nəqş  olunmuşdu.  Təbii  olaraq  çox  şeyə  maraq 
göstərən  balıqçı  qazanı  açdı  və  birdən  ondan  qalxan  qara  buxar  bütün  göy  üzünə 
yayıldı. Beləliklə o, görünə bilənlərin hamısını qaranlığa qərq etdi. Buxar yenidən 
cin  formasındakı  monstra  çevrildi  və  balıqçıya  dedi  ki,  o,  Solomonun  qazanında 
dustaq edilmişdi. And içmişdi ki, kim onu azad etsə, onu varlandıracaqdır. Bez yüz 
ildən  sonra  o,  and  içmişdi  ki,  öz  xliaskarını  hakimiyyətlə  mükafatlandıracaqdır. 
Min illərin əsirlindən sonra, o, and içmişdi ki, kim onu azad etsə, onu öldürəcəkdir.  
Beləliklə, cin dedi ki, balıqçı ölməyə hazırlaşsın. Lakin balıqçı ona dedi ki, 
inanmır ki, cin həqiqətən qazanın içindəydi və beləliklə ruh bunu sübut etmək üçün 
özünü əvvəlki buxov vəziyyətinə çevirdi və yavaş-yavaş spiral qaydasında hərəkət 
etməklə qazanın içinə girdi. Bu vaxt balıqçı qazanın qapağını bağladı. Bu uşaqlar 
üçün səfeh bir nağıl kimi görünə bilər, okkultistlər üçün isə bu, ezoterik biliklərlə 
bir yerdə qablaşdırılmışdır. «Cin» sözü «gizlətmək» demək idi və təfsilatına varan 
nəzəriyyə və praktikada o demək idi ki, dağılmış evlərdə, quyularda, körpü altında 
gizlənir.  Cin  alovdan  və  havadan  ibarət  olmaqla,  mələklərdən  və  şeytanlardan 
aşağıda  dayanır.  Cin  barədəki  rəvayətlər  ərəb  xalqları  arasında  fəal  şəkildə 
yayılırdı.  Bundan  əlavə  amumetlərdə  (həmayillərdə),  üzüklərdə  və  daşlarda 

239 
 
ruhların  və  demonların  dustaq  edilməsi,  Solomonun  möhürü  kimi  sehrli 
cisimlərdən istifadə edilməsi də yaxşı məlum idi.  
Orta əsrlərdən belə biliklər vasitəsilə, onların çoxu, əlbəttə ki, ərəb mənşəli 
idi  və  xüsusən  də  astroloji  mənasına  görə  talismanlara  (tilsimlərə)  aid  olmaqla 
məşhur kolleksiyalarda toplanmalı idi. 
Cəlaləddin  Rumi  “Mövlanə”  adlanırdı,  bu  isə  “Bizim  müəllim”  mənasını 
verir.  O,  islam  mistitsizminin  –  böyük  Sufinin  fars  dilində  yazan  şairi  idi.  Onun 
məşhur  lirik  və  didaktik  poeması  olan  “Mənaveyi  məsnəvi”  (“Ruhi  beytlər”)  elə 
populyarlıq  qazanmışdı  ki,  onu  “Persiyadakı  Quran”  adlandırırdılar.  Müsəlman 
mistik  fikir  və  ədəbiyyatı  isə  bu  dinə  sitayiş  edən  müxtəlif  xalqların  dillərində 
yazılmaqla, demək olar ki, saysız-hesabsız idi. 
Rumi sarayın ən böyük şairlərindən birinə çevrilmişdi. O, hələ uşaq olarkən 
biliyi  ilə  hamını  təəccübləndirmişdi.  Altı  yaşında  oruc  tutmağa  başladı  və  bu 
vaxtda  da  həmçinin  o,  gözünə  görünənləri  seyr  etməyi  bacarırdı.  Rumi  daim 
insanların  heyvanlardan  daha  ambisiyalı  olduğuna  etiraz  edərək,  qeybə  çəkildi. 
Adamlar  qorxudan  qışqıran  vaxt,  o,  qəflətən  onların  arxasından  yenə  üzə  çıxdı. 
Onun  gözlərində  qeyri-adi  baxış  var  idi  və  dedi  ki,  yaşıl  əbasi  olan  ruhlar  onu 
kənara,  digər  dünyalara  apardılar.  Yaşıl  əbalılar  Əl-Xıdırın  kölgələri  ola  bilərdi, 
yaşıl  biri  qüdrətli  varlıq  olmaqla,  vaxt  gələndə  maddiləşməyə,  həmçinin 
maddiləşməni ləğv etməyə qadir olacaqdır. 
37  yaşlı  Ruminin  həyatında  mühüm  rol  oynayan  həlledici  bir  hadisə  baş 
verdi,  o,  Konyanın  küçələrində  dolaşan  dərviş,  müqəddəs  adam  hesab  edilən 
Şəmsəddin  (“Dinin  günəşi”)  Təbrizi  ilə  görüşdü.  Şəmsəddinin  heç  bir  ənənəvi 
mistik qardaşlıq  cəmiyyəti  ilə  əlaqəsi  yox  idi.  Bu  qəribə dərviş  şeyxləri  və  digər 
nüfuzlu  din  adamlarını  təhqir  etmək  sahəsində  özünəməxsus  şəkildə  ad 
qazanmışdı, çünki onu Allahdan başqa heç kəs idarə etmirdi. Cəlaləddinə isə Şəms 
Təbrizinin  təsiri böyük oldu, ona  ilahi  aliliyin  və  gözəlliyin  sirrlərini  açdı. Bir  və 
ya  iki  ay  onlar  meditasiya  etdilər  (gərgin  düşünmə  ilə  məşğul  oldular).  Rumi 
şagirdlərindən və ailəsindən ayrı düşmüşdü, onlara laqeydlik göstərirdi. Buna görə 
də onlar Şəmsini şəhəri tərk etməyə məcbur etdilər. Bu Cəlaləddini çox məyus etdi 
və  Şəmsi  geri  qaytarıldı.  Lakin  ailəsi  Cəlaləddinin  sevdiyi  bu  adamla  yaxınlığına 
dözə  bilmirdi.  Belə  bir  şəraitdə,  ilk  görüşlərindən  üç  il  sonra  Şəmsi  həmişəlik 
qeybə  çəkildi,  onu  öldürmüşdülər.  Rumi  ağlayırdı,  ağı  deyirdi,  bədəncə  xeyli 
zəifləmişdi. O, artıq sərgərdan idi.  
Bir gün küçədə gəzəndə zərgər dükanının yanından keçirdi, bu vaxt çəkicin 
qızıla  vurulan  ritmik  zərbələrini  eşitdi.  Rumi  Allahın  adını  təkrar  edib,  sonra 
qəflətən  ekstazda  fırlanmağa  başladı.  Sufilərin  Mövlanə  və  ya  fırlanan  dərvişlər 
ordeni beləcə yarandı. Fırlanma rəqsi “Səma” rəqsi adlanır və bugünkü Türkiyədə 
də rəmzi dərviş rəqsi kimi ifa edilir. 
Məhəbbət təcrübəsi Rumini şairə çevirmişdi. O, təbiətdə “Dinin günəşinin” 
şüalanan  gözəlliyinin  əksini  tapırdı.  O,  çox  vaxt  öz  şeirlərini  rəqslə  müşayiət 
edirdi.  Onun  əsərləri  mistiklər  və  öz  şagirdləri  tərəfindən  geniş  miqyasda 
oxunurdu. “Məsnəvi” sufizmin bütün müxtəlif cəhətlərini açıb göstərirdi. Bu əsər 
ilahi  məhəbbət  təcrübəsini  ifadə  edirdi.  Ruminin  poeziyasında  hər  kəs  mistik 

240 
 
təcrübələrin başlıca bəşəri ifadəsini tapa bilərdi. 
Ərəblərin füsunkar sivilizasiyası orta əsrlər Avropasını həm valeh edir, həm 
də  dəhşətə  gətirirdi.  Səyyahların  gətirdiyi  təəccüblü  xəbərlər  ondan  ibarət  idi  ki, 
ərəblərin qiymətli metallardan düzəldilmiş möcüzəli mexaniki bağı vardır və orada 
mexaniki  quşlar  uçur  və  oxuyurlar.  Onların  arasında  böyük  qızıl  ağac  durur, 
təəccüblü  qaydada  qiymətli  daşlardan  olan  meyvələr  gətirir  və  onlar  planetləri 
təmsil edirlər. 
Çoxlarına  bu  möcüzələr  ölülər  dünyası  kimi  görünürdü,  onlar  sehrin  və 
elmin arasındakı sərhədlərdə mövcud idi. Ən azı buna müəyyən izah 1936-cı ildə 
Bağdadda  edilən  qəribə  kəşf  vaxtda  verildi.  Alman  arxeoloqu  Vilhelm  Koeniq 
qədim saray drenaj arxını qazanda bilavasitə elektrik batareyası kimi bir şey tapdı. 
Bunun  düzəldildiyi  dövr  erkən  orta  əsrlərə  gedib  çıxırdı.  Kolleqası  onun  dəqiq 
oxşarını yaradanda gördülər ki, bu qızılla gümüş qatından ibarət olsaydı, yarım saat 
ərzində elektrik cərəyanı əmələ gətirməyə qadir olardı.  
802-ci  ildə  Harun  ər  Rəşid  Qərbin  imperatoru  Şarlemana  (Böyük  Karla) 
ipəklər,  sarı  mis  şamdanlar,  ətirlər  və  fil  sümüyündən  düzəldilmiş  şahmat 
göndərmişdi. O, həmçinin hədiyyə kimi fil və su saatı göndərmişdi. Bürünc şarlar 
vazanın irərisinə düşəndə saatları bildirirdi, bu vaxt kiçik mexaniki cəngavərlər isə 
xırda qapılardan çıxırdı. Bu hədiyyələr Şarleman da ərəb elminin yüksək səviyyəsi 
və öz imperiyasının da gələcəkdə buna nail olması bapədə təəssürat yaratmalı idi.  
Əgər  üç  nəslə  aid  olan  fransız  kralları-  Şarl  Martel,  Pipin  və  Şarleman 
olmasaydı, islam, xristianlığı yer üzündən silib ata bilərdi. 742-ci ildə anadan olan 
Şarleman Longinusun nizəsini miras kimi götürmüşdü, bu nizə İusus Xrist çarmıxa 
çəkiləndə  onun  böyrünü  deşmək  üçün  istifadə  olnmuşdu.  Şarleman  bu  nizə  ilə 
yaşayır və yatırdı, inanırdı ki, silah gələcəyi qabaqcadan görmək və öz taleyini həll 
etmək  üçün  ona  qüvvə  verəcəkdir.  lX  əsrin  birinci  onilliyində  o,  müsəlmanlar 
üzərində qələbə çaldı.  
Şarleman  aldadıcı  fiziki  görkəmə  malik  idi.  Yeddi  fut  (213  sm) 
hündürlüyündə  olmaqla,  parlayan  mavi  gözləri  var  idi,  lakin  o,  sadə,  mülayim 
adətlərə malik adam idi, həm də öz iradəsini, taleyinin gedişi istiqamətinə yönəldə 
bilirdi.  İslam  müdaxiləsi  ilə  üz-üzə  gələndə  o,  Xristian  düşüncəsini  qorumaqla 
yanaşı,  həm  də  öz  xalqını  pozulmaqdan  və  tiran  xasiyyətli  kübarlardan  mühafizə 
edirdi. Şarl Monteskyo özünün «Qalunların ruhu haqqında» adlı məşhur  əsərində 
onun şəxsiyyətinə çox yüksək qiymət verir.  
Şarlemanın  770-ci  ildə  əsasını  qoyduğu  «Müqəddəs  Vehm»  və  ya  «Azad 
hakimlərin  gizli  tribunası»  özünü  həsr  etməməyi  istisna  etmək  üçün  gizli 
rəqəmlərdən və işarələrdən istifadə edirdi. Bəzən işığın gizli əsgərləri kimi maskalı 
adamlar qanundan yuxarıda yaşayanların qəsrlərinin qapılarına çağırış mismarlaya 
bilərdilər. Şarlemanın həsr etmə yollarının ən güclü sübutu bu gün də mövcud olan 
Axen  kilsəsidir.  Bura  qurd  qapısından  girilir-  kilsəni  şeytanın  mülkiyyətindən 
çıxarmaq üçün hiyləgərlik edən əfsanəvi cəngavərin adı ilə qapı belə adlanmışdı. 
Bura gələn adam birinci mərtəbədəki qalereyadan Qərbin imperatorunun iri taxtını 
görür.  Kilsənin  mərkəzində  Şarlemanın  sümükləri  olan  qalın  qızıl  tabut 
qoyulmuşdur. Ondan yuxarıda «İşıq Tacı» - nəhəng araba təkəri ölçüsündə şamdan 

241 
 
asılmışdı.  
Şarlemanın xristian dünyasının alimlərini bir yerə yığması da daxil olmaqla 
Harun  ər  -Rəşidin  rəqib  sarayına  çatmaq  cəhdindəki  nailiyyətləri  göz  qabağında 
idi.  Ən  böyük  alim  yəqin  ki,  Alkuin  idi,  o,  İngiltərənin  York  şəhərindən  idi. 
Britaniyalıların bu əlaqəsi gizli tarixdə mühüm əhəmiyyət daşıyırdı. 
Xristianlar  Qraal  kubokunu  tapmağa  çalışırdılar.  Erkən  alman  versiyasına 
görə  Qraal  daşdan  idi.  Əlbəttə  bu,  kubok  ölçüsündə  Lutsiferin  alnına  düşsəydi 
onun  dəydiyi  də  daşa  çevriləcəkdi.  Bu  kubokda  Xristin  qanı  saxlanırdı,  çarmıxda 
olanda  onun  bədənindən  tökülən  qanı  yığmaq  üçün  istifadə  edilmişdi.  Müqəddəs 
Qraalın  sirri  heç  də  qan  xətti  kimi  təmsil  olunmurdu,  yəqin  ki,  reinkarnasiya 
ezoterik təliminə qarşı idi.  
Şarleman(Böyük  Karl)  814-cü  ildə  öləndə  onun  imperiyası  tezliklə 
parçalandı. Lakin bu gün birləşmiş Avropanın yaşayan idealı kimi yenidən həyata 
qayıtmışdır. Kral Artur kimi bəlkə də o, heç vaxt ölməmişdi, lakin vaxtında ehtiyac 
olanda onun qayıtması gözlənilir. Bu necə də Şiələrin təlimində mövcud olan 12-ci 
İmamın-Mehdinin,  İmam  Zamanın  gələcəkdə  zühur  etməsi  barədəki  ümidlərə 
bənzəyir. 
Həmin  dövrlərdə  canlı  islam  təsiri,  o  cümlədən  onun  spiritual  hissəsi 
Toledodaki  və  Siciliyadakı  elmi  mərkəzlər  vasitəsilə  Avropaya  axmaqda  davam 
edirdi.  Matematikanın,  həndəsənin  və  təbiət  elmlərinin  öyrənilməsi  ərəb  dilindən 
olan tərcümələrdən və astronomiya və astrologiya ilə yanaşı Aristotelin əsərlərinin 
saxlanılmasından və yayılmasından ilhamlanırdı. Şimala tərəf yayılaraq, Avropada 
islam modelinə əsaslanan ilk universitetlərin formalaşmasına aparırdı. Bu həmçinin 
Qotika  arxitekturasında  arabeskaların  (həndəsi  fiqurlardan  və  üslublaşdırılmış 
yarpaqlardan, güllərdən və sair ibarət olan mürəkkəb ornament növü) yaranmasına 
gətirib çıxardı, bu memarlıqda məsçid arxitekturasındakı dolaşıq bitki formalarının 
təsiri aydın görünürdü.  
 
Tampliyerlər. Fransisk. Janna D`Ark  
 
Türk müsəlmanları 1076-cı ildə Yerusəlimə nəzarəti əldə etdilər və xristian 
zəvvarları  təqib  etməyə  başladılar.  Səlibçilər  Yerusəlimi  azad  etsələr  də,  sonra 
yenidən  itirdilər.  1-ci  və  2-ci  Səlib  yürüşləri  arasında  yaranan  tampliyerlər 
xristianlığın səs-küy salan dəstələrinə çevrildilər. Tampliyer (Məbəd) Rıtsarları və 
ya  Xristin  və  Solomon  məbədinin  kasıb  əsgərləri  ordeni  onların  bütöv  adı  idi. 
Onlar paltarlarının altından qoyun dərisindən tikilən şalvar geyinirdilər, bu onların 
bəkarətinin  rəmzi  idi  və  onlara  saqqallarını  qırxdırmaq  qadağan  olunmuşdu. 
Onların  özlərinin  qılıncdan  savayı  heç  nəyi  yox  idi,  bütün  mülkiyyət  ümumi 
xarakter  daşıyırdı.  Onlar  heç  vaxt  düşməndən  mərhəmət  gözləmirdilər,  yalnız 
üstünlük  üçün  birə  nisbətində  olduqda  geri  çəkilirdilər.  Hətta  geri  çəkilsələr  də, 
onlar  ölənə  qədər  daim  döyüşməli  idilər.  Tampliyerliyə  həsl  olunma  mərasimləri 
aydın  şəkildə  Sufizm  və  Məbədin  Solomon  müdrikliyi  daxil  olmaqla,  müxtəlif 
ənənələrdən  götürülmüşdü.  Quzu  öldürülürdü  və  onun  bağırsağından  kəndir 
düzəldilirdi.  Bu  kəndir  namizədin  boğazına  keçirilir,  bu  qaydada  o,  həsr  olunma 

242 
 
otağına  aparılırdı.  O,  and  içməli  idi  ki,  ölüm  ağrısı  olsa  da  onun  niyyətləri  tam 
təmizdir  və  bu  vaxt  namizəd  bilmək  istəyirdi  ki,  böyük  müəllim  okkultun  başa 
düşdüyü kimi onun ruhunu görə biləcəkdirmi- o, ölməyə yaxındırmı? Namizədlər 
qorxulu  əmrlərə  dözürdülər,  bura  dəhşətli  demonik  qüvvələrlə  qarşı-qarşıya 
durmaq da daxil idi. Beləliklə, onlar ölümlə qarşılaşmağa hazırlaşırdılar və sonrakı 
həyatlarında və ya ölümdən sonra hər gün dəhşətlərlə üz-üzə gəlməli idilər.  
Çox  sayda  kübarlar  ordenə  qoşulduğuna  görə  öz  mülkiyyət  hüquqlarını  da 
ona  verirdilər,  ona  görə  də  tampliyerlər  müstəsna  dərəcədə  vahid  olanlara 
çevrilirdilər.  Onlar  kredit  məktublarını  icad  etdilər,  beləliklə  pul,  quldurlar 
tərəfindən  oğurlanmaq  risqi  olmadan  başqasına  ötürülə  bilirdi.  Onların  Parisdəki 
məbədi fransız maliyyəsinin mərkəzinə çevrildi. Müəyyən şəkildə onlar bankların 
müjdəçiləri  idilər,  bu  isə  tacir  siniflərinin  yüksəlməsini  hazırlamaqda  səmərəli 
vasitə rolunu oynayırdı. Tampliyerlər həmçinin ilk ticarət gildiyasının himayəçiləri 
idilər. Bu isə kilsəni və kübarlığı müstəqil etməli idi.  
Digər böyük ordenlərdən biri Fransisk ordeni idi. Fransisk dünyaya gələndə, 
orada  təhkimçi  kəndlilər  müstəsna  yoxsulluqdan  əziyyət  çəkirdilər,  eybəcərləşən, 
hər şeydən məhrum olan cüzam xəstələrinə isə bütünlüklə nifrətlə yanaşılırdı. Varlı 
din xadimləri təhkimçilər hesabına firavan yaşayırdılar və onlarla razılaşmayanları 
təqib edirdilər.  
1206-cı  ildə  Fransisk  İtaliyanın  Assizi  şəhərində  20  yaşlı  varlı  gənc  idi.  O, 
qayğısız  və  rəhmsiz  həyat  sürürdü,  çətinliklərlə  üzləşməkdən  qaçırdı,  cüzam 
xəstəsini görəndə burnunu tuturdu. Burada prins Siddharthanın həyatı ilə müqayisə 
də düzgün olmazdı.  
Bir  gün  o,  atını  çapanda,  atı  qəflətən  kişnədi  və  o,  aşağı  baxanda  cüzamlı 
adamı  gördü.  Atdan  düşüb,  qabaqcadan  tanıdığı  cüzamlının  qanlı  əlini  qucaqladı 
və  onun  irinli  yanaqlarından  və  dodaqlarından  öpdu.  O,  hiss  etdi  ki,  cüzamlı  öz 
əlini geri çəkir, Fransisk ona baxanda, cüzamlının yoxa çıxdığını gördü. O, bilirdi 
ki, Müqəddəs Pavel Dəməşqə gedəndə yolda gözlənilmədən qarşısına çıxan Xristlə 
görüşmüşdü. Fransiskin həyatı və fəlsəfəsi aşağı tərəfə döndü və içinə nüfuz etdi. 
O,  aydınlaşdırmağa  başladı  ki,  «İncil»lər  yoxsul  həyatını,  başqalarına  kömək 
etməyə  özünü  həsr  etməyi  lazım  bilir,  «nə  qızıla,  nə  gümüşə,  nə  kisəndəki  pula, 
səyahət edəndə nə çantaya, nə iki pencəyə, nə ayaqqabılara» malik olmağı  əksinə 
məsləhət  görmür.  O,  görməli  idi  ki,  yoxsulluq  heç  nəyin  olmamasıdır,  heç  nəyi 
arzu  etməməkdir,  həm  də  həqiqi  azadlıq  ruhunda  olan  bütün  şeylərə  malik 
olmaqdır.  O,  bunu  görməyə  gəlib  çıxmalı  idi  ki,  cisimləri  sınamaqdansa,  özünü 
sınamaq vacibdir. Bizim malik olduqlarımız adamı ondan yapışmağa məcbur edir 
və həyatımızı idarə etmək təhlükəsi yaradır. 
Kilsədə təsvir olunan çarmıxdan bir səs ona deyirdi: «Get, Fransisk mənim 
evimi  təmir  et,  gördüyün  kimi  o  xaraba  qalmışdır».  Fransisk  üçün  bu  sınaq  nə 
deyiləsi,  nə  də  qarşısı  alınası  deyildi.  O,  öz  təbiətinin,  onun  maddi  ölçülərində 
heyvan,  bitki  təbiətinə  çevrildiyini  gördü.  Həmin  heyvanlar  ona  qəribə  şəkildə 
cavab  verdilər.  O,  xahiş  edəndə  sisəy  oxuyurdu,  quşlar  onun  möcüzələrini 
dinləməyə  yığışırdı.  Bu  vaxt  quduz  canavar  dağdakı  kiçik  şəhərə  ziyan  vuranda, 
Fransisk  onunla  görüşməyə  getdi.  Canavar  Fransiskinin  qabağına  qaçdı,  ona  əmr 

243 
 
edəndə  ki,  bir  də  heç  kəsə  zərər  vurma,  canavar  onun  ayaqları  altına  uzandı.  Bir 
neçə  il  sonra  canavarın  skeleti  tapılanda,  onu  kilsənin  döşəməsinin  altında  dəfn 
etdilər.  
Həyatının sonuna yaxın Fransisk La Verna dağı üzərində meditasiya edirdi, 
özünün guşənişin zirzəmisindən kənarda dua edirdi. Qəflətən bütün göy üzü işıqla 
parıldamağla başladı və altı qanadlı Serafim ona göründü. O, anladı ki, İisus Xrist 
yeni missiya barədə ona xəbər göndərmişdir. 
Müqəddəs  Fransiskin  ölümündən  sonra  onun  yaratdığı  ordendə, 
fransiskanlarda  narahatlıqlar  başladı.  Mülkiyyətə  malik  olmaq  və  pul  ələ 
keçirməyə  görə  Papa  ordendən  müstəsna  məsuliyyət  tələb  etdi.  Qardaşların  çoxu 
buna  Müqəddəs  Fransiskin  görməsinə  zorakılıq  kimi  baxdı  və  onlar  spiritual 
fransiskanlar  adlanan  parçalanmış  qruplar  yaratdılar.  Beləliklə,  Müqəddəs 
Fransiskin ardıcılları təqib edilməli, ovlanmalı və dinsizlər kimi öldürülməli idi. 
1193-cü  ildə  anadan  olan  Albertus  bakirə  Mariyanın  onun  gözünə 
görünməsindən  ilhamlanmasına  qədər  tənbəl  və  səfeh  uşaq  idi.  Lakin  o,  öz 
təhsilinə çox ciddi yanaşdığından tezliklə Avropanın ən məşhur filosofuna çevrildi. 
O,  Aristotelin  elmini,  fizikanı,  təbabəti,  arxitekturanı,  astrologiyanı  və  əlkimyanı 
öyrəndi.  O,  həmçinin  okkultist  texnikaların  istifadə  etdiyi  yerin  təkindəki 
metalların ilahi təmsilinin metodlarından da faydalanırdı. 
 Belə  deyirlər  ki,  o,  Android  adlandırdığı  qəribə  avtomat  düzəltmişdi.  Bu 
avtomat  danışmaq,  güman  ki,  hətta  düşünmək  və  öz  sərbəst  iradəsi  ilə  hərəkət 
etmək  qabiliyyətinə  malik  idi.  O  sarı  misdən  və  digər  metallardan  hazırlanmışdı, 
bu metallar isə göy cisimləri ilə öz sehrli əlaqələrinə görə seçilmişdi. Albertus onu 
canlı  olmaq  üçün  düzəltmişdi.  Bu  canlılıq  sehrli  inkarnasiyanın  onun  içərisinə 
daxil olması və dualarla nəfəs alma yolu ilə meydana gəlməli idi. 
Albertus özündən 33 yaş kiçik olan Tomas Akvinasın ruhi bələdçisi oldu. Bu 
belə görünür ki, Tomas öz müəliminin Androidini qırıb dağıtmışdı. Akvinas Paris 
universitetinə  gəlmişdi  ki,  öz  müəlliminin  rəhbərliyi  altında  Aristoteli  öyrənsin, 
lakin o, kəşf etməli idi  ki, böyük  aristotelçi  faktiki olaraq  müsəlmandır.  Averroes 
(İbn  Ruşd)  sübut  edirdi  ki,  Aristotel  məntiqi,  xristianlığı  bir  cəfəngiyyat  kimi 
göstərir. 
Akvinas  gizli  tarixdə  açar  şəxsiyyət  idi,  çünki  onun  Averroes  üzərində 
böyük  intellektual  qələbəsi,  Avropanın  bir  neçə  yüz  il  bundan  əvvəl  elmi 
materializmə düçar olmasının qarşısını almışdı. Akvinas ilk dəfə çörək və şərabın 
bir substansiyadan (İisus Xrist axırıncı şam  yeməyində şagirdlərinə çörəyin onun 
bədəni,  şərabın  isə  onun  qanı  olduğunu  demişdi)  digərinə  keçməsi  barədə 
doktrinanı  formalaşdırdı.  Onun  yazdığı  kimi,  bu  əlkimyəvi  proses  olmaqla,  onda 
çörək  substansiyaları  dəyişilir  və  paralel  substanisiya  dəyişilməsi  prosesi  həm  də 
insan  bədənində  gedir.  Messa  heç  də  ağılı  tam  yeni  çərçivəyə  gətirmir,  yeni  tərif 
bunu daha yaxşı edir, yalnız həyatı fizioloji dəyişmə kimi xarakterizə edir. Akvinas 
bu doktrinanı irəli sürəndə, həmin dövrdə Qraal da geniş şəkildə dolaşırdı. Onlar 
müxtəlif metodlarla eyni prosesi təsvir edirdilər. 
Rocer Bekon Akvinasla düşmən olması ilə yanaşı, belə bir alimi Aristoteli 
yalnız tərcümədə oxuya bildiyinə görə ələ salırdı. Onların hər ikisi Eranın böyük 

244 
 
impulsunu təmsil edirdi. 
Bekon deyirdi ki, «eksprimentsiz heç nəyi bilmək mümkün deyildir». 1250-
ci illərdə Oksforddakı gənc alim Rocer Bekon ondan xeyli  əvvəl Pifaqorun etdiyi 
kimi qərara aldı ki, bilməli olduğu hər şeyi o bilməlidir. O, istəyirdi ki, Harun ər-
Rəşidin sarayında tanınan bütün alimlərin biliklərini bütünlüklə öz ağlına toplasın. 
Bekon  Fransiskan  idi,  bu  ordenin  yaradıcısı  kimi  o  da  kasıblar  üçün,  mülkiyyəti 
olmayanlar üçün daha yaxşı, təmiz və rəhmdil bir dünya arzulayırdı. 
Bekon «Əlkimyanın güzgüsü» adlanan traktatını yazmışdı, Kabalanın böyük 
alimi Müqəddəs Ceromun dediyini yada salırdı: «Sən tam ağıla sığmayan, imkanın 
bağladığı bağlardan uzaqda olan çox şeyi tapacaqsan, bu onların hamısı üçün düz 
olandır». 
1274-cü  ildə  Florensiyada  yaşayan  gənc  Dante  ilk  dəfə  gözəl  Beatriçanı 
gördü. Bu ilk baxışdan məhəbbət idi, həmçinin ilk vaxt idi ki, kimsə ilk görüşdən 
vurulur.  Gizli  cəmiyyətlərin  salnaməsində  bu  böyük  və  mühüm  tarixi  həqiqətdir. 
Pindarin və Sapfonun (qədim yunan lirik şairi və şairəsi) odaları romantik sevginin 
ifadələri idi. 
Dante  «Komediya»sında  (ölümündən  sonra  bu  poema  «İlahi  komediya» 
kimi  məşhurlaşdı)  o  qızın  gözləri  tərəfindən  bu  bütünlüklə  udulan  varlığın 
sensasiyasını  təsvir  edir  və  deyir  ki,  o  gözlərdən  götürdüyü  məhəbbət  yükü  onu 
cənnətə  apardı.  Yenə  də  bu  heç  də  sadəcə  poetik  təxəyyül  deyildi.  Dante  və 
Beatriça başqa adamlarla ailə qurdu və bu qız gənc yaşında həyatdan getdi. Biz bu 
gün romantik məhəbbət barədə onun mistik kədər və tale hissi ilə düşünürük. Belə 
hissiyatın  bütünlüklə  İslamın  mistik  qıcqırmasından  çıxarıldığı  güman  edilə 
bilərdi.  Sufi  təriqəti  əvvəllər  heç  vaxt  yaşanmayan  hissiyatı  ifadə  edirdi  və 
beləliklə, hər kəs üçün şərait yaradırdı ki, bunu özü hiss etsin.  
Avropada  islam  işğalı  daha  çox  İspaniyada  ömür  sürdü.  O  vaxtlar  Mavr 
İspaniyasının parlaq sivilizasiyası (Əl-Əndəlus mədəniyyəti) Şimala doğru yayıldı, 
dünyanın başqa hissələrinə, birinci növbədə Fransanın cənubuna yol aldı. 
On  ikinci  əsrdə  Provans  və  Lanqedon  Avropada  ən  sivilizasiyalanmış 
regionlara  çevrildilər.  Trubadurlar  adlanan  Provans  şairləri  ərəb-əndəlus  poetik 
formalarına  uyğunlaşdılar, onların  erotik  şöhrətindən  ilhama  gəldilər. Trubadurlar 
məhəbbəti  daha  açıq  və  daha  çılğın  şəkildə  ifadə  edir,  əslində  bu  ilahi 
vurğunluqdan cuşə gəlməyə həsr olunmuş himnlər yazırdılar. Bu yolla onlar dini 
məhdudiyyətləri  də  nəzərə  almırdılar.  Əgər  Sufi  şairi  Şeyx  Abdulla  Ənsari  «Ey 
Allah,  sənin  məhəbbətinin  şərabı  ilə  mən  sərxoş  oldum”,  yazırdısa,  trubadur 
şairləri  məhəbbət  səhnələrindən  ağıllarını  itirdiklərini  etiraf  etməkdən 
çəkinmirdilər.  Trabudur  ədəbiyyatı  həsr  edilmə  ilhamları  ilə  dolu  idi.  Məşhur 
«Bülbül və Qızıl gül» əhvalatında quş ilahiliyi çox arzulayan insan ruhunu təmsil 
edirdi. 
Sonralar Dantenin də əsəri müxtəlif səviyyələrdə oxunmaq üçün yayılmışdı. 
Bu  səviyyələr  astroloji,  kosmoloji,  əxlaq,  hətta  bəzən  deyirdilər  ki,  əlkimyəvi 
xarakter daşıyır. 
On iki, on üç yaşında Fransada, sıx meşələri olan Luara vadisində sadə kənd 
evində yaşayan bir qız uşağı səsləri eşitməyə və görmələri sezməyə başladı. Böyük 

245 
 
mələk  Mixail  Jannaya  göründü  və  ona  dedi  ki,  ruhi  bələdçilərə  malik  olacaqdır. 
Qız  onunla  getməyə  həvəs  göstərmirdi,  deyirdi  ki,  yaxşısı  budur  anası  ilə  parça 
toxumaqla  məşğul  olsun.  Lakin  səslər  təkidini  artırırdı.  Onlar  qıza  dedilər  ki,  bu 
onun  missiyasıdır.  İngilis  ordusu  ölkəyə  müdaxilə  edib,  Orlean  şəhərini  tuta 
bilərlər. Onlar qıza dedilər ki, Şinon  şəhərinin  yaxınlığına  getsin ki,  orada  Fransa 
tax-tacının  varisi  olan  Dofini  (prinsi)  tapsın  və  onu  taclandırmaq  üçün  Reyms 
kafedral kilsəsinə aparsın. 
Janna  Dofinin  sarayına  gələndə  hələ  də  uşaqdan  bir  az  böyük  görünürdü. 
Dofin  ona  hiylə  qurdu,  əyanlarından  birinə  icazə  verdi  ki,  taxtda  otursun,  özünü 
Dofin kimi qələmə versin. Lakin Janna oradan keçib, birbaşa Dofinə müraciət etdi. 
Janna onu inandırdı ki, ona ağ at və ağ ziehli paltar versin. Qız bunu geyinib, altı 
gün, altı gecə at belində fasiləsiz yol getdi. 
Jannanın  gözünə  kilsədə  gizlədilən  qılınc  göründü.  Tarixdə  bəzi  hallarda 
göründüyü  kimi  ruh  dünyasından  olan  böyük  varlıqlar  öz  qüvvələrini  xüsusi 
fərdlərə  vermək  üçün  gətirirlər.  Janna  da  bunu  inkar  edə  bilməzdi.  Heç  nə  onu 
dayandıra bilməzdi, baxmayaraq ki, ona qarşı olan qəribəliklər bəzi hallarda hətta 
məhvedici xarakter alırdı. 
28  aprel  1429-cu  ildə  Janna  Orleanın  ətrafına  gəldi,  bu  vaxt  şəhər  düşmən 
tərəfindən mühasirə olunmuşdu. İngilis qoşunları gənc qız və onu dəstəkləyənlərin 
kiçik qrupu qarşısında geri çəkildilər. Yalnız beş yüz fransız, sayı minlərlə ölçülən 
ingilis ordusunu məğlub edə bildi. Bunu hətta ingilis zabitləri də bir möcüzə kimi 
təsvir edirdilər. 
Jannanın təkidi ilə Dofin Reymsdə Fransa kralı kimi taclandı. Bu gənc qızın 
missiyası üç aydan az olan bir müddətə yerinə yetirildi. Ona öz adamları xəyanət 
edib,  ingilislərə  satdılar.  Jannaya  ona  gəlib  çatan  səslər  barədə  suallar  verdilər. 
Ruhi  dünyası  ilə  belə  dərin  əlaqələr  kilsəyə  xoş gəlmirdi.  Ona  görə də  kilsə  onu 
ifritə  kimi  ittiham  etdi  və  30  may  1931-ci  ildə Janna  Fransanın şimalındakı  Ruan 
şəhərinin bazar meyanında tonqalda yandırıldı. İngilis əsgərlərindən biri o birisinə 
demişdi: «Biz müqəddəsi yandırırıq». 
Onun  haqqında  ingilis  fikri  bu  qızı  düşmən  hesab  etməkdir.  Lakin  gizli 
tarixin  perspektivlərinə  müvafiq  olaraq  Janna  D`Arkın  ilahi  qaydada  ilhamlanmış 
fəaliyyətlərindən  İngiltərə  daha  çox  fayda  götürmüşdü.  Fransa  və  İngiltərə  yüz 
illərlə  münaqişədə  idi, baxmayaraq  ki, Jannanın vaxtında  İngiltərə hərbi cəhətdən 
daha  qüvvətli  idi,  lakin  mədəni  cəhətdən,  dilində  və  ədəbiyyatında  Fransa  üstün 
mövqedə idi. 
Jannanın  qəhrəmanlığı  olmasaydı,  Fransanın  və  İngiltərənin,  xüsusən 
ingilislərin dünya tarixinə töhfəsi, Şekspirin psixoloji realizmi və Frensis Bekonun 
mahiyyətcə fərqli olan tolerant fəlsəfəsi baş verməzdi.  
 
 
Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin