“525-ci qəzet”.
Terrorizmin bəlası və orta əsrlərdən islama atılan daşın yenidən meydana
çıxarılması
Bəşəriyyət XXI əsrə insan dühasının daha da çiçəkləndiyi, elmin yeni
nailiyyətlərinin sel kimi axdığı bir dövrdə qələm qoydu. Lakin bu yüzillik həm də
tarix səhnəsində ilk addımlarını atandan özündən əvvəlki dövrlərin acı
miraslarından xilas ola bilmədiyini, bəzi hallarda isə onları bərpa etmək,
canlandırmaq meyllərini nümayiş etdirdi, yeni bəlaların qarşısını almaqda
çətinliklərlə üzləşdikdə, keçmişin pas atmış silahlarına, vasitələrinə əl atmaqdan da
çəkinmədi. Bu bəlalardan ən böyüyü isə latın dilindən tərcümədə “qorxu, dəhşət”
mənasını verən terror idi. Terrorizm ümumən bir ovuc adamın əməlindən uzağa
gedə bilməsə də, bəzən xalqları, dövlətləri üz-üzə qoyur, onları qanlı toqquşmalara
cəlb edir. Terrorizm hadisələri bir qayda olaraq ağır yaralar vurduğundan, ən
başlıcası insan həyatlarının qurban getməsi ilə nəticələndiyindən ona qarşı
mübarizədə səmərəli üsullar tapılmayanda, çaşqınlıq, qəfil və ağır zərbədən
yaranan ümidsizlik, anlaşılmazlıq dumanı yaradır, əsassız ittihamlar meydana
çıxarır və qəribə görünsə də, hədəfin düzgün müəyyən edilməməsi yeni
münaqişələrin yaranmasına, yeni müharibə tonqallarının alovlanmasına səbəb olur.
Terroru törədənlərə əl çatmayanda ümumi vahimə xofu daha da böyüyür,
bütövlükdə günahsız xalqlar təhlükə mənbəyi hesab edilir, ümumi etimadsızlıq
şəraiti və şübhələr qorxu hissini daha geniş yaymaqdan qalmır.
Bu sətirləri oxuyarkən elə təsəvvür yaranmasın ki, terror elə ümumbəşəri
problemə çevrilib, elə miqyas alıb ki, onun varlığı Qiyamət günündən əvvəl gələn
qoqların və maqoqların basqınını xatırladır. Onun təhlükəsini şişirtmək əslində
terrorun qanlı dişlərini itiləməyə, ona qarşı mübarizə aparanların iradəsini isə
zəiflətməyə xidmət edir. Lakin bu təhlükəni dağıdıcı və məhvedici gücü qədər
qiymətləndirməmək də qorxuludur və azacıq arxayınçılıq daha böyük faciələrin
baş verməsinə şərait yarada bilər.
Yaşadığımız əsrin başlanğıcı bəşər tarixinin tükürpərdici səhnələrindən biri
ilə yaddaşlara hopdu. 2001-ci ilin 11 sentyabr günü bütün dünya, olduqca xırda
qrup istisnalar nəzərə alınmasa terrorizmin ən ağır zərbəsindən sarsıldı. Yer
272
üzünün yeganə fövqəldövləti sayılan ABŞ öz ürəyindən, onun qüdrət simvollarını
hədəf seçmiş terroristlərin əli ilə ağır yaralar aldı. İki Dünya müharibəsindən qalib,
həm də daha da varlanmış və güclənmiş çıxan bu dövlət başqalarının
təhlükəsizliyinə qarant və əlində silah mühafizəçi rolunda çıxış etdiyi halda, öz
sarsılmaz təhlükəsizlik mifinin bir andaca dağıldığının, bütövlükdə təhlükəsizlik
sisteminin fiaskoya uğradığının şahidi oldu. Onun strateji obyektləri bıçaqlarla
silahlanmış bir neçə terroristin vəhşicəsinə cəhdləri nəticəsində elə bil ki, qeybə
çəkildi. Dünya hadisələrində özünü arbitr kimi aparan bir dövlət terroristlərin
məkr, hiylə və dəhşət dayaqları üzərində qurduğu mühakimənin acı hökmünü
dadmalı oldu.
Nyu-Yorkda əkiz göydələnlərin – Dünya Ticarət Mərkəzi qüllələrinin məhv
edilməsi dəhşətindən sonra insanlar cavabı çətin tapılan suallar dənizində üzməyə
başladılar. Terrorizmin mənbəyi, onun hərəkətverici qüvvələri lazımınca
öyrənilmədiyindən və tədqiq edilmədiyindən şübhələr kompası öz əqrəbini
sonuncu vəhşilik aktını törədənlərin dini mənsubiyyəti tərəfə döndərməyə üz
qoydu. Dəhşətin təsirinin və yaratdığı əhval-ruhiyyənin nəticəsi kimi çoxları
bütövlükdə islam dünyasına inamsızlıqla yanaşmağa başladı. Terrorizmin vahid
simvoluna çevrilmiş insanı canavar yuvasında bəsləyib boya-başa yetirənlər, ona
yol göstərənlər hansısa sehrli çubuğun təsiri altında büsbütün yaddan çıxarıldı, ön
plana onun antropoloji xüsusiyyətləri və geyimi qaldırıldı. Bir ovuc adamın
hesabına günahsız yüz milyonları birləşdirən bir dinə xor baxma halları çoxaldı.
Müsəlmanların daha kompakt yaşadığı regionlar təhlükə mənbəyi adı altında
hədəfə çevrildi. Nifrət ünvanına çevrilmiş diktatorları aradan götürmək vəzifəsi
gündəliyə daxil edildi. Bu zaman münasibətlərdəki ikili standartın gözəçarpan
nümunəsi kimi, loyallıq bəslənən və qoltuq altında saxlanan diktatorlara və
teokratlara himayə daha da gücləndi. Terrorizm və onun başçısı ilə əlaqə saxlamaq
kimi saxta arqument, digər bu qəbildən olan səbəblərə haqq qazandırırdı. Öz
xalqına qarşı soyqırımdan dəfələrlə istifadə etmiş Səddam Hüseyni devirmək üçün
başqa vasitələr köməyə gəlmədiyindən, məhz yuxarıdakı ittihamlarla böyük bir
ölkə müharibə qasırğasına büründü. Sentyabr hadisələrindən beş il sonra əvvəllər
səslənən eyhamlar və qızışan ehtirasları söndürmək üçün edilən cəhdlər artıq
kənara atıldı, bu müasir bəla, şər timsalı din donuna geyindirilərək, “islam
terrorizmi”, “islam faşizmi” kim ifadələr müraciətlərdə yer tutmağa başladı, daha
uzağa gedilərək, müsəlmanlar vahid totalitar imperiya yaratmaq cəhdlərində
ittiham edildi.
Terrorizmin ümumbəşəri bəla olduğu hamıya aydındır və ona görə də ona
qarşı mübarizədə qüvvələri parçalamaq, perspektiv ittifaqdakıları rəqib düşərgələrə
bölmək yalnız terrorist yuvalarında gizlənənlərə fayda gətirir. Belə cəhdlər həm də
terrorizmlə mübarizəni özünün düzgün yollarından azdırır, onun sivilizasiyalar
arasındakı münaqişə fövqünə qaldırılması müsəlman dünyasında ciddi etirazla
qarşılanmaqla yanaşı, əsassız ittihamlardan qorunmaq üçün obyektiv olaraq bu
ümumi cəbhədən ayrılmaq, kənarda dayanmaq istəyi yaradır. Terroristlər bir qayda
olaraq fanatiklərdən yetişdirilir, fanatizm isə zəkanı, ağılı kənara atır. Ona görə də
şüurlu və səmimi imandan, sitayişdən çox uzaqdır. Terrorizm ən qatı şər
273
qüvvəsidir, sülh təbliğ edən din isə öz nəcib idealları ilə heç vaxt şər doğura
bilməz. İslam dünyası digər xalqlar üçün heç də yad deyil, çünki onun çoxəsrlik
tarixi və mədəniyyəti bütün bəşəriyyət üçün ruhi zənginliyin mənbələrindən biri
olub. Bir fanatik terroristin vəhşiliyi ilə islama bütövlükdə qiymət vermək nə qədər
düzgündürsə, onda qatı katolik Torkvemadaya və lüteran Hitlerə görə bütün
xristianlığa ciddi ittihamlar irəli sürmək olardı. Bu anlaşılmazlıqlardan uzaqlaşıb,
nə qədər ki, terrorizmi yaradan səbəb və şərait, onu rəğbəti ilə həvəsləndirən mühit
lazımınca öyrənilməyib, indiki mübarizə tədbirləri də istənilən səmərəyə malik
olmayacaq, terrorizmi zəiflətmək və aradan qaldırmaq vəzifəsi müşkül bir işə
çevriləcəkdir.
Təəssüf ki, bu gün biz artıq bu prosesin real nümunələri ilə üzləşirik.
Terrorla müharibə əslində terrorizmin mühüm mənbələrinə çevrildi. Özü də bu
fikir kiminsə uydurması olmayıb, ABŞ-ın bütün 16 xüsusi xidmət orqanlarının
tədqiqatının bilavasitə nəticəsidir. Onlar etiraf etməli oldular ki, “İraqda müharibə
qlobal terror təhlükəsini dərinləşdirmişdir”. Bu müharibə terrorizmlə mübarizədə
öz töhfəsini daha çox onu qidalandırmağa verir. ABŞ-ın tarixində ilk dəfədir ki,
ölkənin xüsusi xidmət orqanları addımbaşı terrorla öz müharibəsinin uğurunu
tərifləyən prezidentlərini belə yekdilliklə təkzib edirlər. Terrorla müharibə olduqca
ciddi işdir və iki böyük dövlətin – Rusiyanın və Birləşmiş Ştatların acı təcrübəsi
göstərdi ki, bunu hərbçilərin öhdəsinə buraxmaq ağır nəticələrə gətirib çıxarır.
Çünki bu müharibədə cəbhə yoxdur, burada ordularla deyil, tək-tək adamlarla
vuruşmaq lazım gəlir. Bu müharibə milyonlarla insanın ağılları uğrunda aparılır,
onları fəth etmək isə hər şeydən əvvəl arqumentlər və nümunələr hesabına
mümkündür.
Əlbəttə, 11 sentyabr dəhşətli cinayət idi və belə cinayətlə adətən
antikriminal metodlarla mübarizə aparılır. Ancaq bu hadisənin bəzi qüvvələrin
xeyir-duası və bilavasitə iştirakı ilə dini-fəlsəfi münaqişə səviyyəsinə şişirdilməsi
nəticəsində mübarizə əsas hədəfdən yayındırıldı. Digər tərəfdən faciəyə münasibət
daha çox demaqogiya xarakteri daşıdı. Hadisənin yaratdığı əhval-ruhiyyə bir
tərəfdən narahatlıq hissini, digər tərəfdən islam dünyasına qarşı artan kini və hətta
nifrəti şişirtməyə yönəldildi. Bu kontekstdə islamofobiya şüarları təkcə
məsuliyyətsizliyin ifadəsi olmayıb, həm də tarix və perspektiv baxımından olduqca
zərərli idi.
İslama qarşı hücumlar kəskin cavab reaksiyası doğurmaya bilməzdi. Bütün
bunlar isə dünyadakı mövcud kövrək sabitliyi və zahiri harmoniyanı pozur, dünya
xaosunun böyüməsinə yol açır.
Hər bir dünya dini yüz milyonlarla insanın mənəvi sığınacağına
çevrildiyindən, olduqca möhkəm sipərlərə malikdir və ona olan hücumlar bu
zirehin möhkəmliyini daha da artırır. Dinə qarşı atılan nizələr qayaya dəyən daş
kimi eyni sürətlə geri qayıdacaq, özü də çox vaxt bumeranq trayektoriyasını
seçəcəkdir.
Biz bunun günəş şəfəqləri kimi aydın nümunəsini bu ilin əvvəlində
Danimarka qəzetlərinin birində Məhəmməd Peyğəmbərin karikaturasının dərc
edilməsi vaxtı gördük. Bir sərsəmin dərin quyuya atdığı daşı çıxarmaq, onun
274
izlərini yox etmək böyük səylər göstərmək, təhlükəli qarşıdurma hallarının
qarşısını almaq üçün əlavə tədbirlər görmək lazım gəldi. Karikaturaçı rəssam və
qəzetin naşiri ya sadəlövhlükdən öz əməllərinin hansı miqyasda problemlər
yaradacağını görməmişdilər, yaxud da öz məkrlərinin bəhrəsindən böyük sevinc
duyacaqlarını düşünərək nəticənin hansı rənglər alacağını güman etməmişdilər.
Nəhayət, müsəlmanları bürüyən nifrət dalğasını çətinliklə də olsa yatırtmaq
mümkün oldu. Bircə onu demək kifayətdir ki, bu biabırçı işə girişənlər hansı
məqsədi güdsələr də, siyasi cəhətdən piqmey olduqlarından uzağa baxa bilməzdilər
və onların mənəvi üfüqləri də özləri kimi kiçik və dar idi.
Belə xoşagəlməz, hiddət doğuran halların qarşısını almaq əvəzinə, biz daha
qorxulu retsidivlərlə qarşılaşdıq. Dünya siyasətinə təsir etmək imkanına malik olan
adamlar belə bu “fəaliyyət dairəsində” bulunmaqdan yan keçmirlər. İisus Xristosun
sülhə səsləyən çıxışlarına uyğun olaraq, islamofobiya isterikasını yatırtmaq
vəzifəsini öz üzərinə götürməli olan Dünya Katolik dininin başçısından bu
yaxınlarda əksinə yeni münaqişə yaratmağa xidmət edən bəyanat eşidildi. Sonrakı
izahatlar və diplomatik jestlər nəzərə alınsa belə, bu bəyanat əslində heç də
sivilizasiyalar arasındakı etimadsızlığı və kini zəiflətməyə istiqamətlənməmişdi.
Roma Papası XVI Benedikt öz vətəni olan Almaniyada, bir vaxtlar
ilahiyyatdan dərs dediyi Bavariyadakı Regensburq universitetində katolik dininin
problemlərinə həsr olunmuş elmi mühazirə ilə çıxış edəndə, anlaşılmayan bir
şəraitdə problemlərin həlli yollarından danışarkən islam dininin banisinin
xatirəsinə daş atmaqdan çəkinmədi. Pontifik XIV əsrin sonu, XV əsrin
əvvəllərində Bizans imperatoru olmuş II Manuil Paleoloqun hədyan sözlərini
Müqəddəs Yazının ifadələri kimi xüsusi ehtiramla dilə gətirdi: “Məhəmmədin yeni
nə gətirdiyini mənə göstərin və siz görərsiniz ki, o, dini qılıncla yaymaq əmri kimi
şər və insanlığa yaraşmayan şeyləri moizə edirdi”.
Roma Papası heç də sadəlövh adam deyil, böyük biliyə, kilsə fəaliyyəti və
həyat təcrübəsinə malikdir. O, bu sözlərin məna yükünü yaxşı anlamamış deyildi
və sual olunur ki, təhqiramiz və həm də həqiqətdən uzaq olan ifadəni əsrlərin
qaranlığından dartıb işığa çıxartmağa nə ehtiyac vardı? Manuil öz dövrünün
xristian dünyasının ruhuna və mövqeyinə uyğun düşməncəsinə danışırdı və bu
kontekstdə heç cür haqq qazandırmaq mümkün olmasa da, onu anlamaq
mümkündür. Avropada iki əsrə qədər davam edən Səlib yürüşlərinin əks- sədası
qalırdı, Bizans imperatorunu axırıncı sayılan səkkizinci səlib yürüşündən vur-tut
bir əsrlik zaman məsafəsi ayırırdı. Axı bir vaxtlar evinə Yerusəlimdən məktub
yazan səlibçi lovğalanırdı ki, o, atını “dinsizlərin” dizə çıxan qanı içərisində çapır.
Osmanlı orduları isə Avropanı lərzəyə salanda belə heç vaxt dəhşətli qırğın
səhnələrinə, günahsız insanların öldürülməsinə əl atmamışdı.
Manuil həm də din xadimi idi və ortodoks yunan kilsəsinə xidmət isə belə
iftira və böhtanlardan keçirdi. Mövqeyinin nə qədər səmimi olub-olmadığını
müəyyən etmək üçün onun həyat yoluna, türklərlə (başqa sözlə, müsəlmanlarla)
necə yaxınlıq etdiyi mərhələlərə nəzər salmaq yaxşı olardı. Manuili bəraətə
yaxınlaşdıran digər bir cəhət isə, bu sözləri onun kütlə qarşısındakı çıxışında,
moizədə deyil, müsəlman ilahiyyatçısına yazdığı məktubda işlətməsidir və bunun
275
onun səhv mövqeyinin səmimi iddiası kimi də qəbul etmək olar.
II Manuil Paleoloq kimdir və o, həqiqətənmi türklərlə, ünsiyyətdə olduğu
müsəlmanlarla düşmənçilik münasibətlərində olub? Birinci hissəyə cavab
verməmişdən əvvəl, sonuncu suala mənfi cavab vermək lazım gəlir. 1391-ci ildən
34 il ərzində Bizans imperatoru olmuş II Manuil hökmranlığı dövründə öz
diplomatiyası hesabına Osmanlı türkləri ilə dinc münasibətlər qurmağı bacarıb,
bununla da Bizans imperiyasının tam işğalını 50 ilə qədər təxirə saldıra bilib.
Manuil fasilələrlə yarım əsr ərzində hökmranlıq etmiş IV İoann Paleoloqun oğlu
idi və atasına qarşı uğursuz qiyam qaldırmış öz böyük qardaşı IV Andronikdən
sonra, 1373-cü ildə imperatorun varisi elan edilmiş və imperator kimi taclanmışdı.
O, 1376-cı ildə Konstantinopolu və taxt-tacı ələ keçirmiş Andronikdən onları üç il
sonra geri almaqda atasına köməklik etmişdi. Ata və oğul tacı məhz türklərin
köməyi ilə aldıqlarından, buna görə sultana təzminat ödəməyə və ona hərbi kömək
göndərməyə məcbur edilmişdilər. Bir il sonra isə, bu dəfə Andronikin oğlu VII
İoann Konstantinopolu və taxt-tacı tutmuş, lakin onu geri almaqda yenə də türklər
Manuilə və atasına köməklik göstərmişdilər. Manuil Sultan I Bəyazidin sarayında
itaətdə olan vassal kimi saxlanmağa vadar edilmiş, 1391-ci ildə atasının ölüm
xəbərini aldıqdan sonra Konstantinopola qaçana qədər orada qalmışdı.
Türklər 1396-cı ildə Fessaliyanı və Moreyanı viranə qoyanda Manuil kömək
xahiş etmək üçün Qərbə yollandı. Romada, Milanda, Londonda və Parisdə oldu,
axırıncıda iki ilə qədər qaldı. Qərblə mədəni əlaqələri inkişaf etdirməkdə xeyli
irəliləyiş əldə edilsə də, Qərbdən gözlədiyi hərbi yardımın alınması baş
tutmamışdı.
Manuil 1403-cü ildə sultan I Mehmetlə sülh müqaviləsi bağlamış, türklərə
təzminat ödənilməsinə son qoymuşdu. Sülh münasibətləri Sultanın öldüyü 1421-ci
ilə qədər davam etmiş, həmin ildə Manuil dini və ədəbi maraqları naminə dövlət
işlərindən aralanmışdı. Onun oğlu bu vaxt Türkiyə və Bizans hökmdarları arasında
qurulmuş kövrək əlaqələrə məhəl qoymayaraq, türk taxt-tacına qanuni varis olan II
Muradın əleyhinə, buna iddia edən Mustafanı dəstəkləmişdi. Murad qiyamı
yatırdıb, 1422-ci ildə Konstantinopolu mühasirəyə aldı. Şəhər işğal təhlükəsindən
qaça bildi, lakin türklər sonrakı il Peloponnesi viranə qoydular. Alçaldıcı
müqaviləni imzalamağa məcbur edildikdən sonra Manuil monastıra yollandı və
1425-ci ildə öldü. “Britannica” ensiklopediyası onun haqqında bu məlumatları
verir.
Manuil islama qarşı hörmətsizlik etsə də, bu dinin daşıyıcıları olan türklərin
qüdrəti ilə daim hesablaşmaq məcburiyyətində qalırdı.
Roma Papası elə həmin çıxışında onu da qeyd etmişdir ki, öz qarşısında heç
də müasir fikrin “saatını geri döndərmək” və bəşəriyyətin tərəqqisini nəzərə
almamaq vəzifəsini qoymayıb. O, iman və zəkanın yeni qaydada birləşməsi ilə
kilsənin hiss etdiyi təhlükənin aradan götürüləcəyinə ümid bəslədiyini də
bildirmişdir. Görəsən, bəs altı yüz il əvvələ qayıdıb, ixtilafları təzələmək müasir
düşüncəni arxaizmə yuvarlandırmaq cəhdi deyilmi?
XVI Benediktin çıxışı bütün dünyada müsəlman liderlərinin qəzəbli
reaksiyasını meydana gətirdi. Bəziləri bunu hətta nifrət hissi kimi
276
qiymətləndirmişdi. Buna təəccüblənməyə də ehtiyac yoxdur, axı müsəlmanların
etirazı haqqdan irəli gəlir, lakin bu etirazın hiddət plankasını yüksəltmək islam
dünyasının özünün tolerantlığına xələl gətirərdi. Ona görə də hətta sözlərdən
ehtiyatla istifadə etmək, hissləri qızışdırmağa uymamaq düzgün olardı. Bəzən bir
kəlmə böyük faciələrə yol açır.
Matfeyin İncilində deyildiyi kimi, İisus vaxtilə ac olduğundan yol
qırağındakı bir əncir ağacından meyvə qoparıb, yemək istəyəndə, ağacın üstündə
yarpaqdan başqa heç nə tapmadı və buna görə ağaca dedi: “Sən bir daha heç vaxt
meyvə gətirməyəcəksən!” Nəhayət, əncir ağacı tamam qurudu. Şagirdləri bunu
görüb təəccübləndilər: “Ağac necə belə tez qurudu?” – deyə soruşdular. Iisus
cavab verdi: “Mən sizi əmin edirəm ki, əgər siz inansanız və şübhə etməsəniz, siz
mənim bu əncir ağacına etdiyimi təkrarlamağa qadir olacaqsınız”. Iisusun əncir
ağacını lənətləməsindən min illərdən də artıq vaxt keçdikdən sonra inkvizisiya
bundan geniş istifadə edib, özünə loyal saymadığı bütün adamları kafir
adlandıraraq məhv edir, sıradan çıxarırdı. Lənətdən quruyan ağacın yerini on
minlərlə insanın puç olmuş həyatı tutdu və xristian kilsəsi başqa məqsədlə
söylənmiş ehkamdan belə qəddarcasına istifadədən çəkinmədi.
Əməkdaşlığa, təhlükə qarşısında birliyin vacibliyinə çağırışa ehtiyac olduğu
bir vaxtda islama bu cür – hörmətə uyğun gəlməyən qaydada müraciət, istənilən
halda yolverilməz sayılmalıdır. Yox, əgər Papa başqa dini bütövlükdə “Kanossaya
getməyə” dəvət etmək fikrinə düşübsə, bu heç cür başa düşülən deyil. Yepiskopları
təyin etmək üstündə mübarizədə kilsədən təcrid edilmiş və vəzifəsindən
kənarlaşdırılmış müqəddəs Roma imperiyasının imperatoru IV Henrix öz rəqibi –
Roma Papası VII Qriqoridən bağışlanmasını yalvarıb, xahiş etmək üçün qarlı
havada Kanossa qəsrinin qarşısında dayanıb, alçaldıcı qaydada qəbul edilməsini
gözləyirdi. İndi başqa bir dini alçaltmaq həvəsinə düşməklə məgər öz dininin
nüfuzunu yüksəltmək mümkündürmü? İslamı qılınc gücünə yayılmaqda
günahlandıranlar qoy xristianlığın tarixini daha diqqətlə öyrənsinlər. Xristian
bayrağı altında Meksika və Perunu fəth edən Kortes və Pisarro hinduları qırıb,
şəhərlərini dağıdanda görəsən yerli əhaliyə humanizm dərsi keçirdirlərmi? Axı
islam heç vaxt inkvizisiya kimi kütləvi təqiblərə və qırğınlara rəvac verməyib.
İslamda da çoxlu sektalar mövcud olsa da, onlar “məqsəd vasitələrə haqq
qazandırır” fəaliyyət devizini meydana çıxarmış İezuitlər ordeni kimi sərt
qaydalara əl atmamışlar. Digər dinlərə sitayiş edən müdrik insanlar belə islam
dininin dünya dinləri arasında ən demokratik din olduğunu etiraf ediblər. Bu din
irqindən, milli mənsubiyyətindən və dilindən asılı olmayaraq, ona iman gətirən
bütün insanları qardaş elan edib. İslamda din xadimlərinin rolu olduqca azdır,
ayrıca dini mərkəz və xüsusi dini xadimlər ierarxiyası yoxdur. Bu dində yalnız
Allaha sitayiş edilir. Məhəmməd Peyğəmbər bütpərəstlərə qarşı amansız mübarizə
aparsa da, tək Allahın mövcudluğunu etiraf edən dinlərə sitayiş edənlərə qarşı
kəskin ayrı-seçkilik qoymamış, əksinə islam dini onların azacıq məhdudlaşdırılmış
hüquqlarının daim müdafiəçisi olub. Ona görə də ərəblərin Avropada ilk işğal
etdikləri İspaniyada və Siciliyada müsəlmanlarla xristianlar, işğalçı və tabe olanlar
statusu nəzərə alınmaqla, mehriban şəraitdə yaşayırdılar.
277
Səlib yürüşlərinin islama hansısa bir cavab olduğu səbəbi qəbul edilsə belə,
bu iddianın əsassızlığı üzə çıxır. Çünki axı müsəlmanlar onlardan çox uzaqda, bu
yürüşlərə çağırışın reallaşdığı Fransanın şimalında yerləşən vilayətlər üçün hansı
ciddi təhlükə törədə bilərdi? Digər tərəfdən müsəlmanların İspaniyaya
müdaxiləsində az sonra işğala müqavimət hərəkatı kimi Rekonkista meydana
gəlmişdi. Bu hərəkatın daha geniş vüsət aldığı dövrlərdə belə müsəlmanlar
xristianlara qarşı kütləvi amansız tədbirlərə əl atmırdılar.
Manuilin qorxduğu və ehtiyatla davrandığı Türkiyədə xristianlar və digər
dinlərə mənsub olanlar sərbəst şəkildə öz dini itaətlərini icra edirdilər, bu vaxt heç
bir təqibə və ya sıxışdırılmaya məruz qalmırdılar. Manuil həyatdan köçdükdən əsr
yarım sonra, 1572-ci ildə Parisdə Müqəddəs Varfolomey gecəsində katoliklər eyni
dindən olan huqenotların qırğınını təşkil edərək, bir gecədə 3 min nəfəri qətlə
yetirdikləri halda, elə həmin dövrdə Osmanlı imperiyasının paytaxtı olan
İstanbulda müsəlmanlarla xristianlar birlikdə dinc yaşayırdılar, dini ayrı-seçkilik
zəminində onların arasında heç bir ciddi ixtilaf baş vermirdi.
Bu qırğından sonra huqenot fransızlar öz katolik qardaşlarının amansız
təqiblərinə dözməyib, doğma yurdlarını tərk edib, başqa ölkələrə qaçdıqları halda,
Osmanlı imperiyası XVI–XVIII əsrlərdə belə biabırçı hallarla üzləşməmişdi.
Müqayisə edildikdə bu vaxt Fransada huqenotlara münasibət Türkiyədə qeyri-
müsəlman əhaliyə bəslənilən münasibətdən qat-qat pis idi. İspaniyada katoliklərin
inkvizisiya təqiblərindən və qırğınlarından qaçan yəhudilər Türkiyədə sığınacaq
tapmışdı, xristian rahibləri isə Kappodokiyadakı dağlarda öz əlləri ilə düzəltdikləri
süni mağaralarda tikdikləri möcüzəni andıran evlərdə sakit həyat sürür, buradakı
kilsələrdə maneəsiz olaraq dini ibadətlərini icra edirdilər.
Bütün bunlar o demək deyil ki, islam tarixi Alp dağlarının qarı qədər
ağappaq və təmiz olaraq qalıb, onun səhifələrinə qan ləkəsi çilənməyib. İslam dini
Ərəbistan yarımadasının kiçik ticarət şəhəri olan Məkkədə meydana gəlib, bir
tayfanın hüdudlarından kənara çıxdıqdan sonra ətraf ölkələrə, sonra Şimali
Afrikaya və Avropanın uzaq qərbinə, Mərkəzi Asiyaya, oradan Hindistan
subkontinentinə və daha şərqə istiqamət götürərək İndoneziyaya qədər yeni
ərazilərdə yayılmağa başlayıb. Bu ərazilərin bir çoxuna islam, orduların hücumu,
silahlı toqquşmalar nəticəsində gəlib, qanlı müharibələrin şahidi olub. Lakin dinin
qılınc gücünə yayılması faktı həqiqətdən çox uzaqdır. Digər tərəfdən əgər o vaxtlar
hələ katoliklər kimi qalan ingilislərlə din qardaşları olan fransızlar arasındakı
müharibə iki əsr ərzində yüz il davam etdiyi halda, islam dövlətləri, kiçik istisnalar
nəzərə alınmasa bir-birini taqətdən salan və geniş ərazilərin işğalı ilə nəticələnən
müharibələr aparmayıb. Avropanın bir regionunda Yüzillik müharibəyə son
qoyulduğu elə həmin 1453-cü ildə sultan II Mehmet Fatehin Konstantinopolu
alması ilə min illik tarixi olan Bizans dövləti tarix səhnəsindən silindi və xristian
aləmi bu ağır itkinin ağrısını uzun müddət unuda bilmədi.
Əlbəttə, müharibə dini moizələri, ilahi kitabın vərəqlərini bayraq etməyi
qəbul etmir, silahlar danışmağa başlayanda nəcib moizələr də susmalı olur. İslam
dövlətləri müharibə aparanda heç də çox hallarda cihada əl atmayıb. Müharibələr
ərazi tutmaq uğrunda getdiyindən buna dini don geyindirməyə də elə güclü ehtiyac
278
olmayıb. Sultan Mehmet Fateh əsgərlərini ruhlandırmaq, Konstantinopol
divarlarını aşmaqda daha fədakarcasına vuruşmaq üçün heç də hansısa dini şüardan
deyil, “qarət” mənasını verən “yağma” harayından istifadə edib və bu ona uğur
gətirib.
Avropa xristianlığı ilk dəfə İspaniyanın və Siciliyanın timsalında ərəblərin
işğalına məruz qalıb, islam dini və mədəniyyəti ilə tanış olmağa başlayıb. 711-ci
ildə İspaniyaya ciddi hücum cəhdi uğurla nəticələndi və sonrakı dörd il ərzində
ərəblər ölkənin bütün iri şəhərlərini tutdular. Zəbt edilmiş şəhərlər arasında
Fransanın cənubunda yerləşən Narbonna da var idi. Çünki həmin şəhər
İspaniyadakı Visiqot krallığının tərkibinə daxil idi. Tezliklə İspaniya Ərəb
imperiyasının əyalətinə çevrildi və onu Dəməşqdəki xəlifənin birbaşa tabeliyində
olmayan canişin idarə edirdi. Sonralar isə müsəlman İspaniyası imperiya
əyalətindən müstəqil dövlətə çevrildi, lakin müsəlman dünyasının digər hissələri
ilə iqtisadi və mədəni əlaqələrini saxladı. Ərəblər sonrakı əsrin ortalarına yaxın
Neapolun qapısında dayandılar, iki dəfə Romanı hədələdilər. Lakin onu tutmadılar,
çünki Papa VIII İoann müsəlmanlara iki ilə yaxın müddətdə bac-xərac verirdi.
Müsəlmanlar üçün Avropa torpaqlarına müdaxilə, artıq davam edən prosesin
məntiqi davamı xarakterini daşıyırdı. Bu proses isə köçəri basqınlarının
transformasiyası hesabına genişlənib böyüyürdü. Əsrlərlə köçəri ərəblər qonşuları
üzərinə basqınlar etmişdilər. Bu basqınlardan qaçıb qurtarmaq biabırçı hal hesab
edilmədiyindən, insan qurbanları olduqca az olurdu. Doğrudur, Quranda “Allah
yolunda müharibədən” – cihaddan söz açılır. Cihad həm də ruhi, mənəvi cəhdlərə
də aid edildiyindən, kafirlərə qarşı müharibə kimi də qəbul edilir və “müqəddəs
müharibə” kimi tərcümə edilir. Lakin cihadın müsəlman anlayışı ilə Səlib
yürüşlərinin xristian konsepsiyası arasında kəskin fərqlər vardır.
Cihada köçəri basqınlarının inkişafı kimi baxıldıqda, güman etmək olar ki,
onun iştirakçılarının əksər hissəsini dini deyil, maddi motivlər ruhlandırırdı. Cihad
hər şeydən əvvəl maddi nemətlər mənbəyi idi. Cihadla basqın arasındakı ciddi fərq
isə onun strateji cəhətdən istiqamətləndirilməsində idi. Öz mövcudluğunun ilkin
dövrlərində cihad müsəlmanlarla ittifaq bağlılığı olmayan qonşuluqdakı bütpərəst
tayfalara qarşı yönəlmişdi. Müsəlman hücumlarından yayınmağın ən sadə üsulu
islamı qəbul etməkdən və onun yaratdığı konfederasiyaya qoşulmaqdan ibarət idi.
Beləliklə, cihad praktikası müsəlman konfederasiyasının daim böyüməsinə və
müsəlmanların arası kəsilməyən ərazi ekspansiyasına gətirib çıxarırdı.
Bu o demək deyil ki, islam bir din kimi qılıncla yayılırdı. Həqiqətən də
bütpərəst ərəb tayfalarına, onlar cihad obyektinə çevrildikdə, islam və ya qılınc
kimi bir seçim təklif olunurdu. Lakin iudeylərə, xristianlara və bir sıra digər
dinlərin nümayəndələrinə, ümumiyyətlə, monoteist, təkallahlı hesab olunanlara
münasibət tamam başqa idi. Bu dinlər islama qohum dinlər hesab olunurdu, bir
cəhət də qeyd edilirdi ki, onların müasir ardıcılları əvvəlki “dinin təmizliyindən”
uzaqlaşıblar. Lakin onlar bütpərəstlər deyildilər və ona görə də müsəlmanların
müttəfiqləri hesab oluna bilərdilər. Ərəbistandan kənardakı ölkələrdə, hansılara ki,
ərəblər ilk dəfə həmlə edirdilər, əhalinin əksəriyyəti monoteistlər kimi qəbul
olunurdu.
279
Beləliklə, cihad müsəlmanların hərbi ekspansiyasına aparsa da, heç də
birbaşa islama keçməyə xidmət etmirdi. Cihadın məqsədi bu halda sakinlərin
islama cəlb edilməsi deyil, himayə edənlər statusunda onların müsəlman
qaydalarına tabe edilməsi idi. Bütövlükdə onların hamısı əhl əz-zimməni, ayrılıqda
isə əz-zimmini əmələ gətirdilər. Bir dinə məxsus olanlardan qrup düzəldilir və bu
qrupa öz dini rəhbərlərinin başçılığı ilə daxili muxtariyyət verilirdi. Qrupun hər bir
üzvündən digər vergilər kimi müsəlman canişininə can vergisi verilirdi. Bu vergilər
bəzən müsəlman hökmranlığından əvvəlki dövrə nisbətən az məbləğdə olurdu.
Müsəlman dövləti əhalinin müdafiəsini öz üzərinə götürürdü. Bəzi məhdudiyyətlər
ucbatından zimmi özünü “ikinci sort” vətəndaş kimi hiss edirdi və bu əsrlər
boyunca xristianların müsəlmanlığa keçməsi üçün stimul rolunu oynayırdı.
Müsəlman liderlərinin bəzilərinə isə bu xoş gəlmirdi, çünki ianə mədaxili azalırdı
və bununla da dövlət büdcəsinin əsasları zəifləyirdi.
Əhl əz-zimmə geniş anlayış idi. Buraya kitab əhli olan xristianlardan və
iudeylərdən başqa öz dinlərinə sitayiş etməyə icazə verilmiş sabilər və atəşpərəstlər
də daxil idi. Onların həyatına, azadlığına və əmlak toxunulmazlığına təminat
verilirdi. Bunlara görə əhl əz-zimmə cizyə adlanan xüsusi can vergisi ödəməli idi.
Əhl əl-kitab (xristianlar və iudeylər) heç də hökmən islam dinini qəbul
etməli deyildi, onlar müsəlman dövlətində yaşayıb, onun himayəsindən istifadə edə
bilərdi.
Əhl əz-zimmələr Əməvi, Abbasi və Fatimi xəlifəliklərinin dövründə
dövlətin idarə olunmasında, elmdə və mədəniyyət sahələrində böyük rol
oynamışdılar. Əhl əz-zimməyə mənsub olan alimlər orta əsrlərdə fəlsəfənin,
təbabətin, dəqiq elmlərin inkişafına xüsusilə böyük töhfə vermişdilər.
Abbasilərin dövründə maarif xüsusilə sürətlə inkişaf edirdi. Qərb
tarixçilərinin tədqiqatı göstərir ki, X əsrdə xəlifəliyin ərazisində kişi cinsindən
olanlar arasında savadlılar əhalinin 20 faizini təşkil edirdisə, Avropada bu göstərici
bir faizə bərabər idi.
Bu gün Roma Papası xristian ilahiyyatçılığının “deelliniziyasının” uzun dövr
ərzində vurduğu ziyandan söhbət açırsa, islam ilahiyyat elmi hələ ilk dövrlərdə
qədim yunan fəlsəfəsini öyrənib, özünün etik əsaslarını formalaşdırmaqda ondan
geniş istifadə edirdi. Ərəb islam dünyası orta əsrlərdə unudulmuş antik fəlsəfənin
öyrənilməsində xüsusi proqressiv rol oynamış, hətta qədim yunan filosofları Platon
və Aristotel böyük maraq və ehtiramın nəticəsi kimi ərəblər tərəfindən
özününküləşdirilərək, Əflatun və Ərəstun adlandırılmışdı.
Germanların və slavyanların, macar və norveçlərin basqınlarından fərqli
olaraq ərəblərin İspaniyaya hücumunu “barbar” basqını adlandırmırlar. Barbar
adlanan xalqlar Avropanın qurulmasında qiymətli rol oynasalar da, ərəbləri onlarla
bərabərləşdirmək həqiqət nöqteyi-nəzərindən ədalətsizlik olardı. Əlbəttə, ərəblər və
berberlər işğal vaxtı heç də digər qəsbkar tayfalardan daha yüksək mədəni
səviyyədə dayanmırdılar, lakin onların arasında prinsipial fərqlər də mövcud idi.
Avropanın digər işğalçıları hələ də tayfa səviyyəsində idilər, onların mədəniyyəti
və dünyagörüşü şəhər həyatı ilə bağlı deyildi. Ərəblər isə yaxın bir-iki əsr ərzində
mədəniyyətin daşıyıcısına çevrilən imperiyanı təmsil edirdilər. Digər tərəfdən,
280
Yaxın Şərqin qədim mədəniyyəti müsəlman mədəniyyətinə transformasiya
edilmişdi. Dünyanın bu hissəsində bəşəriyyət, başlanğıcı Şumerə, Akkada, Qədim
Misirə gedib çıxan minillik şəhər mədəniyyəti təcrübəsinə malik idi. Bütün bu
mədəni dəyərlər min illərdən keçərək indi ərəb dilində ifadə olunurdu. Ərəblərə öz
dinini və mədəniyyətini başqalarına təlqin etməkdə, həm də onların yenilməz
qürurları, özlərinə inamları kömək edirdi. Həqiqi ərəb köçəriləri əmin idilər ki,
onlar bütün adamlardan üstündürlər. Bu qürurdan bəzi şeylər islamın da adına
yazılırdı, müsəlmanlar isə öz dinini allaha itaətin ən yüksək, ən təmiz forması
hesab edirdilər.
Roma Papası yaxşı ki, hansısa fikrini əsaslandırmaq, daha dəqiq ifadə etmək
üçün elə böyük tarixi şəxsiyyət kimi tanınmayan bir Bizans imperatorunu seçib.
Orta əsrlər islam aləminə qarşı təkcə Səlib yürüşləri ilə “bəzənməmişdi”, həm də
bu dinə qarşı xristian dünyasının ən böyük dühaları da mənəvi hücumlarda iştirak
etməklə kilsə qarşısında öz borclarını yerinə yetirmələri barədə hesabatlarını
verirdilər. Dünya mədəniyyəti incilərindən birinin yaradıcısı hesab edilən, böyük
italyan şairi Dante kilsəyə qarşı ağır günahlarda təqsirləndirilərək vətəni
Florensiyadan sürgünə məhkum edildiyi halda, “İlahi komediyası”nda islamın ən
ali şəxsiyyətlərinə qarşı hörmətsiz ifadələr işlətmək mərəzindən azad ola
bilməmişdi. O, “Cəhənnəm” fəslinin 28-ci nəğməsində Məhəmmədin eybəcər hala
salındığını, Əlinin kəlləsinin ikiyə bölündüyünü təsvir edərək, cəhənnəmin bu
sakinlərinin ədavət və davalarda günahkar olduqlarını bildirir. Bəlkə də belə üslub
XIII əsrin sonu, XIV əsrin əvvəllərində xristian dünyasının Səlib yürüşlərinin
uğursuz nəticələrindən qeyzlənmiş insanlarının nifrət ehtirasını nəzərə almaqdan
və özünü kilsənin hiddətindən qorumaq zərurətindən irəli gəlirdi.
Yaxşı ki, XVI Benedikt islamofobiyasını əsaslandırmaq üçün, özünün eyni
adlı pyesində Məhəmmədi yeni dinin banisi olmaqla yanaşı, despotizmin yeni
növünün yaradıcısı, adamların nəinki əməl azadlığına, hətta fikir azadlığına qəsd
edən bir şəxs kimi təsvir edən Volterdən misal çəkməyib. Filosofun mülahizəsinə
görə, guya yeni dini yaratmaqda məqsəd, onun “həqiqi və yalançı olmasından”
asılı olmayaraq, adamların könüllərini əsarətə almaqdan ibarətdir. Əlbəttə, Volterə
müraciət etmək bir qədər təhlükəli ola bilərdi, yoxsa onun xalqının dogma dini
olan xristian dini barədə riyakarlıqdan uzaq olan söylədiyi ifşaedici ifadə ittiham
cavabına çevrilərdi: “Bütpərəst din az qan tökməyib, bizimki isə qanla bütün yer
üzünü sulayıb. Bizimki şübhəsiz yeganə xoş, yeganə həqiqi dindir, ancaq ondan
istifadə etməklə biz bir belə şər işlər görmüşük”. O, dəfələrlə şimşək kimi çaxmışdı
ki,”biabırçı şeyləri məhv et”, biabırçı şeylər deyəndə isə xristian dininə xas olan
fanatizmi, dözümsüzlüyü və xurafatı nəzərdə tuturdu.
Britaniya imperializminin Şərqdə, Hindistanda apardığı müstəmləkə
siyasətini bilavasitə yaxından müşahidə edən, yerli xalqların – hindlilərin və
müsəlmanların ağır taleyini diqqətlə öyrənmiş məşhur ingilis yazıçısı Redyard
Kiplinq dünyanın iki nəhəng regionu arasında daim keçilməz sədd qalacağına işarə
edərək yazırdı:
“Şərq Şərqdir, Qərb də Qərb və bu əkizlər heç vaxt birləşməyəcək. Nə qədər
ki, Yer və Göy Allahın Qiyamət günü mühakiməsində dayanacaq. Orada isə artıq
281
nə Şərq, nə Qərb olacaq”.
İslam dininin yaradıcısı, müsəlmanların müqəddəs kitabı olan Quranda
Allahın elçisi-rəsulu kimi göstərilən Məhəmməd Peyğəmbərə atılan böhtan çamuru
onun şəxsiyyətinin nəhəngliyinə, ideyalarının humanizmi və saflığına, əməllərinin
qüsurdan xali olmasına görə istər sağlığında, istərsə də sonralar ona yapışmayıb,
əksinə böhtan müəlliflərinin biabırçılığı, bir çox hallarda isə peşmançılığı və
Peyğəmbərin yolunu qəbul etmələri ilə nəticələnib. Əgər onun dini qısa müddətdə
dünya dininə çevrilib, üç qitədə kütləvi qaydada yayılıbsa, bayrağı altında bu gün
bir milyarddan artıq insan birləşirsə, Məhəmməd Peyğəmbəri cılız və əsası
olmayan hücumlardan müdafiə etməyə də ehtiyac yoxdur. Özünün son nəfəsində
dediyi kimi, həyatı insanların xeyrinə olduğu tək, ömrünü başa çatdırdıqdan sonra
da ideyaları və nəsihətləri ilə onları sülhə çağırdı, Allaha itaət etməyə səslədi.
Onun qeyri-adi zəkaya malik olmasını isə heç kəs inkar etmir. Təbiət onu dahilik
xüsusiyyətləri ilə mükafatlandıranda azacıq da olsa xəsisliyə yol verməyib. Onun
düşüncələri uğurlarından yaranırdı, uğurları isə düşüncələrindən meydana gəlirdi.
Amerikan tarixçilərinin yazdığı fundamental “Qərb sivilizasiyaları” kitabında
Məhəmmədin yaxşı inzibatçılıq ənənələrinin əsasını qoyduğu göstərilir. Onun
Mədinə şəhərinin ictimai həyatına başçılıq etdiyi illər ərzində şəhər sürətlə inkişaf
etməyə başlamış, sosial və iqtisadi tərəqqidə şəhərin həm də dünyəvi başçısı
missiyasını yerinə yetirən Məhəmmədin böyük xidmətləri olmuşdu.
Məhəmməd Peyğəmbərin ən böyük abidəsi onun yaratdığı dinin yüz
milyonlarla insanın şüuruna daxil olması, bu və ya digər dərəcədə onların həyat
tərzinə öz təsirini göstərməsidir. Bu dinin çoxtərəfli təsirini biz bugünkü dünyanın
həm siyasi və həm də coğrafi xəritəsində aydın görə bilərik. Təkcə mövcudluğu və
inkişaf – yayılma nəticələri bu dinin fəaliyyət miqyası haqqında çox şey deyir.
İslam uzun əsrlər boyu böyük əraziləri və milyonların ruhunu fəth etməsəydi belə,
orta əsrlər Şərqində nəhəng əhəmiyyəti olan siyasi və ictimai hadisə kimi yadda
qalardı. Axı bu din yarananda şüurlarda inqilabi bir dönüş əmələ gətirmişdi. Bu
dönüşün yol göstərəni, Qütb ulduzu isə Məhəmməd Peyğəmbər idi və dövrlər
dəyişsə də, insanlar başqalaşsa da, onun şəxsiyyəti və irsi, nəzərlərini ona tərəf
tutanların heç birindən öz nurunu əsirgəmir. Bu nemətin qiymətini anlamayanlar
isə bilməlidirlər ki, aqnostitsizm, inkar hərisliyi böyük varlıqların ölçüsünə, onun
ucalığına xələl gətirə bilməyəcək.
Xristian da, müsəlman da, buddist də, konfutsiçi də həmin ictimai fikir
növlərinin daşıyıcıları olmamışdan əvvəl dünyaya insan kimi gəlib. Dini fərqlər
barədə nə qədər ehtiraslar kükrəsə də, mübahisələr getsə də, insanlar könüllərində
nifrət yükünü deyil, məhəbbət duyğularını daşımalıdır. Allaha məhəbbət insanların
bir-birinə məhəbbət bəsləməsinə, ən azı digərlərinin dünyabaxışına tolerantlıqla,
hörmətlə yanaşmasına aparır. Axı, Allah insanı öz obrazında, özünə bənzər şəkildə
yaradıb və onlara kömək göndərir. “O, insanı süqut etməyə qoymur” – bu sözlər
121-ci Zəburda ifadə olunub.
Lakin öz səhvlərimizi özümüz düzəltməyə qadir olmalıyıq, yolumuzu
azdıqdan sonra kömək üçün Allaha müraciət etmək kimi zərərli adətdən əl
çəkməliyik. Əgər kimsə bizi Allaha məhəbbətdən ayırmaq istəyirsə, bu səyin əbəs
282
olduğunu dərk etməlidir. Çünki heç nə bizi də onun məhəbbətindən ayıra bilməz.
Bu məhəbbətə layiq olduğumuzu nifrətdə deyil, yaxınlıqda, səmimiyyətdə,
birləşməkdə, mənəvi və ruhi yüksəkliyimizdə tapmalıyıq. Allahın ismarıcının
bizim yanımızda, bizim nitqimizdə və bizim ürəyimizdə olduğunu unutmasaq, bu
inamın köməkliyi ilə biz birlikdə, hansı dinə sitayiş etməkdən asılı olmayaraq
dünyanı daha da yaxşılaşdıra, hiddət və nifrətdən təmizləyə bilərik. Allaha
inananların ümidi heç vaxt boşa çıxmayacaqdır. Belə nikbin hisslər hətta incikliyi
də unutmağa kömək etməlidir.
Bəd əməllərdən, şər işlərdən, yalan sözün ifadəçisi olmaqdan, bir sözlə səhv
addımlardan və büdrəmələrdən qorunmaq daim vacib vəzifə sayılmalıdır. Sayıqlıq
büdrəmələrdən qorunmağa kömək edir, hətta onun qarşısını ala bilir. Büdrəmələr
isə bəzən cinayətdən də betər olur.
“525-ci qəzet”, 27, 28.09.2006
Antiislam təbliğatı və ya faciəli geriyə doğru
irəliyə çağırış
Dostları ilə paylaş: |