Telman Orucov


Prezidentlə Konqress arasında münaqişə



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   30   31   32   33   34   35   36   37   38

Prezidentlə Konqress arasında münaqişə 
 
Prezidentlə Konqressin arasındakı mübahisəyə gəldikdə, Konqress göründüyü 
kimi qanundan imtina etməyə və özünü ağa etmək üçün pretsedent yaratmağa hazır 
idi.  Conson  bu  çağırışı  qəbul  etməyə  bilməzdi.  O,  Linkolnun  kabinetini  saxlayırdı, 
lakin bu kabinetin üzvləri arasında bir-iki nəfərin ona münasibətindən xoşu gəlmirdi. 
Əgər bu Linkolna nisbətən asan olsa da, Conson buna dözə bilmirdi. Müdafiə naziri 
Stenton  Konqressin  radikal  liderlərinin  tərəfdarı  olduğunu  büruzə  verir  və  özünü 
prezidentin  məğlub  olması  işinə  həsr  edirdi.  O,  öz  nazirliyində  özünü  hökumətin 
müstəqil bir qanadı kimi aparırdı. Prezidentin Cənuba qarşı yaxşı münasibətlərini əks 
etdirən  göstərişlərini,  onların  mahiyyətini  gözdən  salmaq    yolu  ilə  icra  edirdi.  Elə 
görünürdü  ki,  Müdafiə  nazirliyinin  tərəfini  sıxlayanlar  prezidentlə  bir  tarazlıq 
yaradırlar  və  palatalardakı  çoxluq  üçün  yararlı  olan  adamın  hökumətə  rəhbərlik 
etməyə  gəlməsini  gözləyirlər.  Conson  ilk  addımdan  onlardan  yaxa  qurtarmağı  arzu 
edirdi,  həm  də  Linkolndan  ona  keçmiş  siyasət  ənənələrinin  pozulmamasını  istəyirdi 
və ona görə də belə adamları istefaya göndərməkdə tərəddüd edirdi. Ona görə də o, 
Stentonla  əlqədar  məsələni  öz  səlahiyyətlərini  sınaqdan  çıxarmaq  vasitəsi  kimi 
istifadə etdi.  
Bu məsələnin nəticəsində isə Birləşmiş Ştatlarda çox böyük tarixi mühakimə 
baş verdi. 1868-ci ilin yazında Senat tərəfindən Nümayəndələr Palatasının impiçment 
qərarından  sonra  Endryu  Consonun  işinə  baxıldı.  Prezidentlə  Konqress  arasındakı 
mübarizə 1865-ci ilin dekabrında başlamışdı, iki il yarım ərzində xeyli böyümüşdü, 
Palata  tərəfindən  impiçmentə  və  Senat  tərəfindən  mühakiməyə  gəlib  çıxmışdı. 
Conson  heç  vaxt  parlamentdəki  adamların  rəğbətini  qazana  bilməmişdi  və  digər 
tərəfdən  Konqressin  köməyi  olmadan  öz  planlarını  həyata  keçirməkdə  gücsüz  idi. 
Linkoln ağılla, ustalıqla öz düşmənlərinə qalib gəldiyi halda, Consonun bu sahədə də 
elə bir istedadı yox idi.  
Prezidentlə  Konqress  arasındakı  müharibə  aylarla  davam  edirdi  və  2  mart 
1867-ci ildə Konqress təkcə Böyük rekonstruksiya Aktı barədə deyil, həm də Vəzifə 
Qanununun  icraya  başlaması  müddəti  barədəki  Prezidentin  vetosunu  rədd  etdi. 
Axırıncı  qanunla  prezidentin  səlahiyyətləri  xeyli  məhdudlaşır,  ixtisar  edilirdi. 
Konstitusiya  təsbit  etmişdi  ki,  prezidentin  təyin  etdiyi  ən  mühüm  vəzifələrin  çoxu 
Senat  tərəfindən  ratifikasiya  edilməlidir,  ancaq  həmin  vəzifə  sahiblərinin  hamısı 
təkcə  prezident  tərəfindən  vəzifədən  götürülür.  Bu  hökumətin  əsası  qoyulandan 
praktiki  olaraq  ümumi  razılıqla  davam  edirdi.  Lakin  Vəzifə  Aktının  müddəti 
vəzifədən  götürülmənin  də,  vəzifəyə  təyin  edilmə  kimi  Senatla  razılaşdırılmasını 
tələb  edirdi.  İki  səbəbdən  bu  akt  meydana  gəlmişdi,  bir  tərəfdən  prezidentin 
Konqressin  hakimiyyətinə  və  imtiyazlarına  bəzi  öz  hücumlarını  planlaşdırdığına 
görə,  digər  tərəfdən  isə  şəxsən  Consonun  onların  xoşuna  gəlməməsi  ilə  əlaqədar 
olaraq  onun  hakimiyyətini  nə  qədər  mümkünsə  məhdudlaşdırmaq  arzusunun 
reallaşdırılması imkanı kimi.  
Conson  prezidentə  çevrildikdə  Linkolnun  kabinetini  saxlamışdı.  Əvvəllər 
kabinetin üzvləri yeni prezidentin siyasəti ilə ümumən razılaşırdılar, lakin mübahisə 
qızışanda onlardan bir neçəsi Konqressin tərəfinə keçdi və bu səbəbə görə onlardan 
üçü  1868-ci  ilin  yazında  kabinetdən  istefa  verdi.  Müdafiə  naziri  Edvin  Stenton 

 
334 
prezidentin  xəttini  məhkum  etməsinə  baxmayaraq  istefasından  imtina  etdi.  Aylar 
keçdikcə prezidentlə onun naziri arasında şəxsi əlaqələr kəsildi və həm də axırıncı öz 
vəzifəsindən möhkəm yapışmışdı. 1867-ci ilin avqustunda Conson Stentona məktub 
göndərib  onun  istefasını  tələb  etmişdi,  lakin  Stenton  kor-koranə  istefadan  imtina 
etmişdi.  Bir  həftə  sonra  Conson  onun  vəzifəsinin  icrasını  dayandırmışdı  və  general 
Qrantı ad interim (aralıq dövrü üçün müvəqqəti olaraq) nazir təyin etmişdi. Vəzifə 
Qanununun  müddəti  Konqressin  işindəki  fasilə  ərzində  buna  icazə  verirdi,  lakin 
prezidentdən tələb  edirdi ki, onun sonrakı iclasına bu barədə  məlumat  versin. Əgər 
Senat  onun  hərəkətini  bəyənsəydi,  bu  məsələ  qalacaqdı,  əgər  bəyənməsəydi,  köhnə 
vəzifə sahibi öz yerinə qayıdacaqdı.  
Buna  müvafiq  olaraq  prezident  Conson  dekabr  ayındakı  iclasda  öz  hərəkəti 
haqqında  məlumat  verdi  və  bir  neçə  həftə  sonra  o,  həmin  orqanın  Stentonun 
uzaqlaşdırılmasına  razılıq  verməkdən  imtina  etməsindən  heyrətə  gəldi.  Bu  hərəkəti 
üçün  Senat  heç  bir  izahat  verməmişdi,  burada  yalnız  əsas  kimi  şəxsi  qaydada 
Consona qarşı olan hisslər rol oynamışdı. Qrantın uzaqlaşdırılması barədə də heç bir 
açıq  tələb  yox  idi,  çünki  bu  vaxt  Qrant  Birləşmiş  Ştatlarda  ən  populyar  adam  idi. 
Beləliklə, Conson heç bir şərt göstərmədən onu nazir vəzifəsini qəbul etməyə məcbur 
etmişdi,  Birləşmiş  Ştatlar  Senatı  isə  heç  vaxt  belə  az  etibarlı  olan  sənəd  qəbul 
etməmişdi. Consonun hiddəti qaynama dərəcəsinə çatdı. O, hətta Qrantla da söyüşdü 
və onu özünün şəxsi düşməninə çevirdi. Qrant Consonla dostluq münasibətlərində idi 
və Qərbə, "dairə ətrafına yellənmə" səfərində onu müşayət etmişdi.  
Conson öz sələfi kimi azacıq həssaslığa malik olsaydı, nəyin bahasına olursa-
olsun  Qrantla  dostluğunu  saxlayardı.  Lakin  bir-iki  məzəmmət  kəlməsi  onların 
dostluğuna son qoydu və onlar sonralar heç vaxt barışmadılar. Çox güman ki, heç kəs 
özünün  ictimai  həyatında  Endryü  Conson  kimi  düşməninin  xeyrinə  olan  belə 
hərəkətlər etməmişdi. Stenton Kabinetdə öz yerini tutdu. Lakin Conson işi böhrana 
gətirib çıxardı, fevralın 2-də o, Stentonu kabinetdən azad etməklə Senatı mübarizəyə 
çağırdı. Ölkə prezidentin ağılsız cəsarətindən qorxurdu. Senat onun hakimiyyyətinə 
məhəl  qoyulmamasına  görə  hiddətlənmişdi.  Ancaq  öz  qətnaməsində  yalnız 
Consonun hərəkətini pisləməkdən başqa bir şey edə bilmədi. Bunu Bleyn demişkən, 
Senat "cəld, hirslə, demək olar ki, ehtiraslı qaydada" etdi.  
İmpiçment  səlahiyyəti  Nümayəndələr  Palatasına  məxsus  idi.  Consonun 
düşmənlərinin çoxu palatada idi. Onlar bir il əvvəl impiçmentə cəhd etmişdilər, lakin 
cəhd  uğursuz  olmuşdu.  O  vaxtdan  onlar  qartal  gözü  ilə  imkanı,  öz  cəhdlərini 
təzələmək  üçün  olan  imkanı  müşahidə  edirdilər  və  prezidentin  Senatla  davasından 
cəld  yapışdılar.  Conson  Senata  Stentonun  azad  olunması  barədə  məktub  göndərən 
gün  Palatada  "Birləşmiş  Ştatların  prezidenti  Endryu  Conson  ağır  cinayətlərinə  və 
xətalarına  görə  mühakimə  edilməlidir"  qətnaməsi  irəli  sürüldü.  Qətnamə  Stivensin 
başçılıq etdiyi komissiyaya göndərildi. Sabahısı günü bu barədə məlumat verildi və 
zəmanət  təqdim  edildi  ki,  qətnamə  müzakirəsi  qəbul  edilsin.  Buna  baxmayaraq  iki 
gün  müzakirəyə  sərf  edildi  və  səslər  hesablanarkən  məlum  oldu  ki,  impiçmentin 
əleyhinə  12  adam,  lehinə  47  adam  səs  vermişdir.  Beləliklə  Birləşmiş  Ştatların 
prezidenti ABŞ-ın tarixində ilk və yeganə dəfə qanuni qaydada mühakimə edildi və 
indi o, Senatın məhkəməsi qarşısında dayanıb, ona ittiham olunan cinayətlərə cavab 

 
335 
verməli  idi.  Palata  öz  üzvlərindən  7  nəfər  seçdi  ki,  onlar  başlanacaq  mühakimədə 
ittihamçı kimi çıxış etsinlər.  
Conson  bu  vaxt  sakit  və  narahat  olmayan  adam  kimi  görünürdü,  elə  bil  ki, 
Konqressdə  baş  verən  bu  böyük  hadisənin  ona  dəxli  yoxdur.  O,  sakitcə  Senata 
Müdafiə naziri təyin edilmək üçün Tomas İvinqin təqdimatını göndərdi. Bu bir dəfə 
üçün  taktiki  həmlə  idi.  Belə  söhbət  gedirdi  ki,  Conson  hökuməti  qəsb  etmək  istəyir 
və hərbi qüvvəni öz əlinə keçirmək istəyir. Lakin namuslu və vətənpərvər adam kimi 
yaxşı tanınan İvinqin təyin edilməsi, belə ağılsız şayiələrin qarşısını aldı.  
Baş  hakim  Çeyzlə  birlikdə  -  o,  ali  vəzifəli  adam  hesab  edilirdi,  -  Palatanın 
üzvləri  öz  seçilmiş  başçılarının  rəhbərliyi  altında  Senatın  zalına  daxil  oldular  ki, 
Birləşmiş  Ştatların  Prezidentinə  qarşı  rəsmi  ittihamları  təqdim  etsinlər.  İttihamlar 
sayca 11 idi, ən mühümü isə ikincisi idi, bunda Consonun Vəzifə Aktının müddətinə 
məhəl  qoymayaraq  Stentonun  vəzifədən  azad  edilməsində  Konstitusiyaya  təcavüz 
etdiyi göstərilirdi.  
Mayın 16-na qədər Senat Birləşmiş Ştatlar Prezidentinin bəraət alacağı və ya 
vəzifədən götürüləcəyi kimi böyük məsələni səsə qoymağa hazır deyildi. 54 senator 
var  idi  və  hökm  vermək  üçün  üçdə  iki  və  ya  36  səs  tələb  olunurdu.  Senatorlardan 
səkkizi demokratlar idi və onların prezidentlə heç bir davası yox idi, aydın məsələ idi 
ki, onlar ona bəraət verilməsinə səs verəcəkdilər. Dörd digəri ilə vəziyyət elə idi ki, 
onlar  prezidentə  loyal  olanlar  kimi  tanınırdı.  Bu  on  iki  səsdən  əlavə  müntəzəm 
respublikaçı  cərgəsindən  daha  yeddi  səs  lazım  idi  ki,  prezident  xilas  edilsin. 
Senatorların  çoxu  səsvermə  başlamamışdan  öz  rəylərini  bildirirdi,  onun  səbəblərini 
gətirirdi.  Lakin  nəticə  hələ  şübhəli  idi.  İki  senator  şübhəli  olanlara  başçılıq  edirdi. 
Səsvermə  1868-ci  ilin  16  mayında  başlandı.  Palatanın  üzvləri  də  Senatın  zalına 
dolmuşdu,  qalareyalar  isə  hökumətin  yüksək  vəzifə  sahibləri,  əcnəbi  elçilər  və 
ölkənin bütün guşələrindən və hər dərəcədən olan vətəndaşlarla dolu  idi. Səsvermə 
gedəndə  demək  olar  ki,  əzabverici  sakitlik  var  idi,  hər  senator  yerindən  durub 
"təqsirkardır" və ya "təqsirkar deyildir" sözlərini elan edirdi. İlk səs impiçmentin on 
birinci  maddəsinə  verildi,  bu  maddədə  bütün  qalan  maddələr  ümumi  qaydada 
təcəssüm olunmuşdu. Məhkum edilməyin lehinə 35 səs, bəraət verilməsinə isə 19 səs 
verildi.  Bununla  da  prezident  bir  yeganə  səslə  vəzifədən  götürülməkdən  qaça  bildi. 
Senat  bu  vaxt  26  maya  qədər  təxirə  salındı.  İmpiçment  məhkəməsi  yenidən 
yığışdıqda, ikinci və üçüncü maddələr səsə qoyulduqda səsvermənin nəticəsi əvvəlki 
kimi  oldu.  Məhkəmə  yenə  Sine  die  –  günü  göstərilmədən  təxirə  salındı.  Qalan 
maddələr heç vaxt səsverməyə qoyulmadı. Böyük mühakimə başa çatdı. 
Müdafiə  naziri  Stenton  o saatca  vəzifəsindən  istefa  verdi  və  general  Sxofild 
onun  yerinə  təyin  edildi.  Stenton  Müdafiə  naziri  kimi  Linkolnun  onu  təyin  etdiyi 
1862-ci ildən işləyirdi və bu vəzifədə onun kimi sədaqətli və özünü ictimai işə həsr 
edən adam işləməmişdi. Mühakimədən sonra onun səhhəti pisləşdi və sonrakı ili o, 
qəbrə gömüldü, buna qədər isə yeni prezident Qrant onu Ali Məhkəmənin üzvü təyin 
etmişdi.  
Prezidentdən və Stentondan sonra mühakimənin nəticəsinə təsir edən üçüncü 
adam  Ohayodan  olan  senator  Bencamin  Ueyd  idi.  Mühakimə  Consonun  əleyhinə 
başa  çatsaydı,  Senatın  sədri  kimi  Ueyd  gələn  ilin  yazına  qədər  Birləşmiş  Ştatların 
prezidenti  olacaqdı.  O,  bircə  səslə  buna  nail  ola  bilmədi.  ABŞ  tarixində  iki  digər 

 
336 
siyasətçi,  Aaron  Barr  və  Samyuel  C.Tilden  bu  böyük  mükafata  belə  yaxın 
olmuşdular və onu ələ keçirə bilməmişdilər.  
1974-cü  ildə  isə  prezident  Riçard  Nikson  real  impiçment  təhlükəsi  altında 
vəzifəsindən istefa verməyə məcbur olmuş və Cerald Ford həmin vəzifədə iki illiyə 
onu  əvəz  etmişdi.  Maraqlı  cəhət  orasındadır  ki,  Ford  iki  dəfə  belə  boşalan  yüksək 
vəzifələri  tutmuşdu.  Prezidentliyə  keçməmişdən  bir  il  əvvəl  isə  o,  Aqnyu  Spironun 
vəzifəsindən  götürülməsi  ilə  əlaqədar  olaraq  onun  vitse-prezident  vəzifəsini 
tutmuşdu. Bu vaxt o, Nümayəndələr Palatasının sıravi respublikaçı üzvi idi.  
Ueydin  də  siyasi  həyatı  tezliklə  başa  çatdı,  bu  mühakimə  vaxtı  onun  həyatı 
zenitə  yaxınlaşdı  və  aşağı  düşdü.  18  il  müddətində  Senatın  zalında  onun  səsi 
eşidilmişdi. İctimaiyyət onu yüksək şərəflə mükafatlandırmışdı. O, Conson əleyhinə 
səs verməklə, həm də özünün lehinə səs verirdi. Onun dostları lovğalanırdı ki, əgər o, 
öz səsini bəraət üçün vermirsə, ümumiyyətlə səsvermədən kənarda qalmalıdır. Lakin 
o, buna baxmayaraq səs verdi. İctimaiyyət heç vaxt onu bütünlüklə bağışlamadı. Ona 
sonralar da ehtiram bəslənildi, lakin bu hörmət impiçment prosesinə qədər olan kimi 
yüksək ola bilməzdi.  
Bəzi  siyasətçilər  adi  hallarda  da  ölçü  hissini  itirir,  az  qala  öz  ölməzlikləri 
barədə ağılsız düşüncələrə dalırdılar. Tadeus Stivens isə ömrünün son illərində təkcə 
Konqressdə  deyil,  həm  də  öz  partiyasının  lideri  olmuşdu.  Ömrünün  son  ayında 
Stivens  o  qədər  zəif  idi  ki,  yalnız  ortopedik  kürsüdə  hərəkət  edə  bilirdi.  Bir  gün 
kürsüdə onu aparan iki möhkəm adama demişdi: "Sizin kimi iki möhkəm adam ölüb 
həyatdan gedəndə, görən məni kim aparıb gətirəcəkdir?" 
1867-ci  ildə  Luiziana  satın  alınmasının  bir  hissəsi  olan  Nebraska  ayrıca  ştat 
oldu.  Elə  həmin  1867-ci  ildə  Birləşmiş  Ştatlar  7,2  milyon  dollara  Rusiyadan 
Alyaskanı  satın  aldı.  Rusiya  Alyaskaya  Vitus  Berinq  bu  ərazini  1741-ci  ildə  kəşf 
etdiyi vaxtdan öz hüquqlarını bildirmişdi. Burada müxtəlif hindu tayfaları, bir az ağ 
adam  və  az  sayda  çinlilər  məskunlaşmışdı.  Sonralar  bu  torpaqda  zəngin  qızıl 
mədənləri tapıldı.  
İmpiçment prosesinin baş tutmamasından dörd gün sonra Çikaqoda keçirilən 
prezidentliyə  namizəd  göstərəcək  qurultay  1869-cu  ilin  4  martında  başlanacaq 
müddət  üçün  namizədin  adını  müəyyən  etdi.  Bu  general  Qrant  idi,  o,  siyasətçi 
olmayıb,  sədaqətli  əsgər  idi.  Conson  özünü  respublikaçı  kimi  yox,  demokrat  kimi 
göstərdi.  Lakin  demokratlar  da  respublikaçılar  kimi  onu  ikinci  müddətə  prezident 
görmək  istəmirdilər.  Demokratların  qurultayı  Nyu  Yorkdan  olan  Horatsio  Seymuru 
namizəd  göstərdi.  O,  yüksək  xarakterli  və  ləkələnməmiş  reputasiyaya  malik  idi  və 
ölkənin  yenidən  qurulma  məsələlərini  həll  edirdi.  Əvvəldən  seçkinin  nəticəsi  heç 
kəsdə  şübhə  oyatmırdı.  Cənubun  da  səslərinin  çoxu  respublikaçıların  namizədinə 
tərəf  çevrilmişdi.  Gözlənildiyi  kimi  zəncilər  də  respublikaçılara  səs  verdilər.  Buna 
görə də general Qrant elektorların iki  yüz on dördünün səsini aldığı halda, Seymur 
yalnız  səksən  səs  ala  bildi.  Bu  çox  vacib  məsələ  idi.  Buna  baxmayaraq,  ümumi 
əhalinin  5,7  milyon  olan  səsindən,  general  Qrant  öz  rəqibindən  yalnız  üç  yüz  min 
artıq  səs  almışdı.  Seymur  keçmiş  Birliyin  mərkəzləri  olan  Nyu  Yorkda  və  Nyu 
Cersidə səslərin çoxluğunu əldə etmişdi.  
Bu seçkidən sonra ölkə öz paytaxtında ən azı sülh, həm  də Konqress liderləri 
tərəfindən  etimad  göstərilən  prezident  qazandı.  Consonun  narahat  dövrü  başa  çatdı 

 
337 
və  sadə  əsgər  yenidən  hökumətə  başçılıq  etdi.  Konqress  general  Qrantın 
inaquruasiyasını  gözləmədən  yenidənqurma  barədə  öz  siyasətini  davam  etdirirdi. 
1869-cu  il  fevralın  son  günlərində  zəncilərin  səsvermə  hüququnun  əsasını 
Konstitusiyada  qoymaq  məqsədini  güdən  on  beşinci  əlavəni  ştatlara  təklif  etdi.  Bu 
yalnız  1857-ci  ilin  Yenidənqurma  Aktı  ilə  müdafiə  edilmişdi.  Onun  şərtləri  belə 
başlanırdı:  "Birləşmiş  Ştatlarda  səsvermə  hüququ  Birləşmiş  Ştatlar  və  ya  hər  hansı 
ştat  tərəfindən  irqə,  rəngə  və  ya  əvvəlki  qul  olması  şərtlərinə  görə  inkar  edilə  və 
azaldıla  bilməz".  Nyu  Cersi,  Delaver,  Merilend,  Kentukki,  Şimali  Karolina  və 
Oreqon bu əlavəni rədd etdi. Tennessi heç nə etmədi. Lakin otuz yeddi ştatdan otuzu 
bu əlavəni qəbul etdi və bu Konstitusiyanın bir hissəsinə çevrildi. Virciniya, Corciya, 
Missisipi  və  Texas  Konqressi  qane  edən  səviyyədə  yenidən  qurulmamışdı.  Yeni 
əlavənin  onların  qəbul  etməsi  Konqressə  onların  yenidən  buraxılmasına  şərait 
yaratdı, necə ki, zəncilərə azadlıq verən on üçüncü düzəliş və onları Birləşmiş Ştatlar 
vətəndaşı  və  ştatları  onların  məskəni  edən  on  dördüncü  düzəliş  də  Konqressə  daxil 
olmaq üçün belə şərait yaratmışdı. Burada respublikaçıların liderlərinin qane olması 
qarşısında  Yenidənqurmaya  təsir  edən  cəhət  də  var  idi.  Cənubda  zəncilərin  çoxluq 
təşkil etməsi Birliyin Konstitusiyasının prinsiplərini müəyyən etmişdi.  
Ştatların dörddə üçünün bu radikal düzəlişi qəbul etməsi üçün üç il vaxt lazım 
oldu  və  1870-ci  il  mayın  30-da  yeni  Konstitusiya  maddəsinin  qüvvədə  olduğu  elan 
edildi. Cənubdakı ağ adamlar özlərini qoruyub saxlamaq instinkti ilə qalxdılar. Ağıllı 
adamlar  öz  başlarını  saxlayırdılar.  Lakin  elə  adamlar  da  var  idi  ki,  onlara  ağıllı, 
düşünülmüş hərəkət etmək səmərəsiz və yararsız görünürdü.  

 
338 
Cənubdakı yeni irqi problemlər. İqtisadi çətinliklər, maliyyə fırıldaqları 
 
1866-cı  ilin  mayında  Tennessidəki  Pyulaski  kəndində  bir  qrup  gənc  əyləncə 
cəmiyyəti kimi gizli klub yaratdı, bu həmin sakit yerin monoton, darıxdırıcı həyatını 
bir  qədər  poza  bilərdi.  Onlardan  biri  təklif  etdi  ki,  özlərini  "dövrə"  mənasını  verən 
Kukluks  adlandırsınlar.  Onlar  gizli  və  sehrli  işlər  planlaşdırdılar.  Dövrənin  üzvlüyü 
üçün məxfilik əsas məsələ hesab olunurdu, onların görüşdüyü yerlər və obyektlər də 
gizli  saxlanırdı.  Onlar  maskalanırdılar  və  yalnız  gecələr  ay  çıxanda  bu  cəmiyyətin 
üzvləri at belində çapırdılar. Ağ maska, hündür şlyapa bu adamları və onların atlarını 
kabusa  bənzədirdi.  Atların  ayaqları  sarınırdı  ki,  onlar  yaxınlaşanda  səs  çıxmasın. 
Onlar  ölkədə  bir  yerdən  başqa  yerə  hərəkət  edir  və  qorxu  yaradırdılar.  Gecə 
zəncilərin  yanından  "Ku  Kluks"lar  keçəndə  onları  möhkəm  qorxuya  salırdı.  Və  bu 
qorxu  bundan  ləzzət  alan  cavanları  daha  da  ruhlandırırdı.  Heç  kəs  bilmirdi  ki,  bu 
maskalaşmış  oyunçular  kimdir  və  ya  bu  sirri  heç  kəs  aça  bilmirdi.  Heç  kəs  onların 
hardasa  ciddi  və  ya  qeyri-iradi  bədbəxtlik  törətdiyini  deyə  bilməzdi.  Bu  işin  əsas 
mahiyyəti məxfi paltarın geyinilməsində idi. İlbəil bu təşkilat genişlənirdi, kənddən 
kəndə,  ştatdan  ştata  keçirdi.  Hər  bir  kənd  özünün  kukluksuna  malik  olmasını  arzu 
edirdi. Bunun üçün Pyulaskidə olduğu kimi gizli və sehrli baş "ayı yuvası" yaratmaq 
istəyirdi.  Beləliklə,  nəhayət  Cənubda  "gözəgörünməz  imperiya"  olan  böyük  Ku 
Kluks Klan mövcud oldu. Bu cəmiyyət özündə Cənub ölkəsini müharibə dövründəki 
biabırçı risqlərdən mühafizə etmək üçün olan, ləğv olunmuş təşkilatları birləşdirirdi. 
Bu sehrli qardaşlığın obyektləri isə çox ciddi sürətlə artırdı.  
Adamlar  siyasi  hakimiyyətin  yeni  vasitəsini  tapdıqlarından  sevinərək  bu 
təşkilatı  müdafiə  edirdilər.  Qanundan  yarı  kənar  adamlar  isə  səsvermə  hüququnu 
inkar  edərək  və  məhkəmələrin  ədalətinə  belə  bağlamayaraq  güman  edirdilər  ki,  bu 
təşkilat  onların  qayğılarını  hiss  edəcəkdir.  Bu  təşkilat  öz  adamlarını  qanun 
pozuntularından  və  düzgün  olmayan  hərəkətlərdən  qoruyurdu.  Onlar  həlak  olmuş 
Konfederat  əsgərlərinin  ailələrinə,  maddi  cəhətdən  əziyyət  çəkən  ailələrə  kömək 
göstərirdilər.  Onlar  düşünürdülər  ki,  öz  ştatlarının  real  qanun  keşikçiləri  olacaq  və 
Birləşmiş Ştatların Konstitusiyasını və "bütün qanunları qoruyacaqlar", Konstitusiya 
qanunlarının  həyata  keçirilməsinə  kömək  edəcək  və  adamları  qanunsuz  həbs 
edilmələrdən  və  jürisiz  aparılan  mühakimələrdən  himayə  edəcəklər.  Buna  bənzər 
gizli təşkilatlar böyük klanla yanaşı və onların "ayı yuvası" qurulmamış ştatlarda da 
yaradılırdı. "Ağ kameliya cəngavərləri", "Ağarmış sifətlilər", "Konstitusiya Birliyinin 
mühafizəçiləri", "Ağ qardaşlıq" təşkilatları bu məqsədləri güdürdü.  
"Ağ  kameliya  cəngavərləri"  1867-1868-ci  illərin  qışında  Nyu  Orleanda 
yaradılmışdı,  öz  təşkilatlarını  hətta  Ku  Kluks  Klandan  da  uzaqlara  və  daha  geniş 
yaymışdı. Belə bir qüvvəni əldə saxlamaq mümkün deyildi. Çünki bu ən yaxşı halda 
qanunsuz  iş  idi.  Zəncilərin  bu  kabus  qonaqları,  onlardan  ölkəni  tərk  etməyi  tələb 
edirdilər. Lakin orda-burda hətta zəncilər də onlara məhəl qoymurdular, onlara tabe 
olmurdular. Evlər gecə vaxtı mühasirə edilir və yandırılırdı, burdan qaçan adamlara 
isə,  sərhəd  müharibələrində  olduğu  kimi  atəş  açılırdı.  Adamlar  öz  evlərindən 
sürüklənib  çıxardılır,  qətranla  boyadılır  və  lələklərlə  bəzədilirdilər.  Kimlər  ki,  tabe 
olmurdu, onları sehrli qaydada qəflətən öldürmək üçün "sayıq qonaqlar" gəlirdi.  

 
339 
Daha  hərarətli  qaydada  məsələni  yoluna  qoymaq  istəyənlər  heç  də  ayrı-
seçkiliyə  müsbət  təsir  göstərmirdilər.  Bütün  şimaldan  gələn  ağ  adamlar  və  zəncilər 
arasında  işləməyə  gələn  adamlar  əsasən  məktəb  müəllimi  olmalarına  baxmayaraq, 
özlərinə  qarşı  düşmənçilikdən  və  səssiz-küysüz  hücumdan  təhlükə  gözləyirdilər. 
Müəllimlərin  çoxu  zəncilər  arasında  işləməklə,  digər  siyasi  avantüristlər  kimi 
özlərinə  faktiki  olaraq  bəla  əmələ  gətirmişdilər.  Onların  məktəblərində  keçirilən 
dərslər ağlara qarşı öz üzərinə ayrıca vəzifə götürmək dərsləri kimi görünürdü. Guya 
ki,  bu  müəllimlər  öz  şagirdlərini  təcavüzkar  respublikaçı  olmağa  və  irqlər  arasında 
bəd  işlər  görməyə  öyrədirdilər.  Onların  içərisindəki  günahsız  və  maariflənmiş 
adamlar,  təfriqə  toxumu  səpən  adamların  səhvi  üzündən  yaranan  ümumi  rəydən 
əziyyət  çəkirdilər.  Müəllimlər  mərhəmət  və  humanitar  tapşırıqla  gəlmişdilər,  lakin 
onların  çoxu  Cənubun  ağ  adamlarına  qarşı  pis  düşüncə  və  dözülməz  niyyətlə 
gəlmişdi.  Bu  ağ  adamlardan  zəncilərin  taleyi  asılı  idi.  Ku-kluksçular  və  bu  maska 
altında  gizlənənlər  irqlər  arasındakı  münasibətlərə  bəla  gətirirdilər.  Həm  də  onların 
işi  və  həvəsi  getdikcə  artırdı.  Vəhşicəsinə  cinayətlər  baş  verirdi,  günahsız  adam 
günahkarlarla  birlikdə  əziyyət  çəkirdi.  Terrorun  hakimiyyəti  gəlib  çıxmışdı  və 
cəmiyyət  müdafiə  olunmaq  əvəzinə  ölçüsüz  dərəcədə  narahatlığa  bürünmüşdü.  Elə 
bil ki, qanun kənara atılmışdı.  
“Habeas  corpus”-da  -  şəxsiyyətin  azadlığı  haqqında  məşhur  ingilis 
qanununda  yazılmış  hüquqlar  qanunsuz  işlərlə  yenidən  təxirə  salınırdı.  Bir 
qanunsuzluq elə bil ki, digəri ilə mübahisəyə girişirdi. Belə narahat məsələlər general 
Qrantın prezidentliyinin ilk ilində Şimala doğru genişlənirdi. Ölkə maliyyə böhranına 
yaxınlaşırdı.  
Birləşmiş Ştatların xarici əlaqələri sırasında müharibənin mirası kimi, Böyük 
Britaniya ilə həll olunmamış mübahisəsi qalmışdı, bu məsələ "Alabama" gəmisinə və 
digər gəmilərə aid idi. Hələ müharibə dövründə Birləşmiş Ştatlar öz elçisi vasitəsilə 
İngiltərədə  Konfederat  üçün  kreyserlər  qayrılmasına  etirazını  bildirmişdi.  İngiltərə 
Cənub ştatları üçün " Alabama"  kreyserini qayırmış və müharibə başdandıqda onu 
Konfederata  vermişdi.  Birləşmiş  Ştatlar  bildirdi  ki,  İngiltərənin  bunu  etməyə  haqqı 
yox idi. Dövlət katibi Syuard iddiaların siyahısını Britaniya hökumətinə göndərmişdi 
ki, bunlar üçün məhz onlar məsuliyyət daşıyır. İngiltərə "Alabama" iddiasına məhəl 
qoymayanda,  Birləşmiş  Ştatların  elçisi  iki  ölkənin  özəl  iddialarını  həll  etmək  üçün 
komissiya  yaradılması  barədə  müqavilə  bağladı.  Senat  demək  olar  ki,  yekdil  səslə 
müqaviləni  rədd  etdi.  İngiltərə  ictimaiyyəti  iki  millət  arasında  nəsə  ciddi  bir  şey 
olduğu faktından oyanmağa başladı.  
Senator Samner çox radikal bir çıxış etdi və qeyri-adi iddialar irəli sürdü. O, 
mübahisə  edirdi  ki,  İngiltərə  təkcə  bizim  malları  məhv  etməyə  görə  deyil,  həm  də 
ticarət daşınmasındakı itkilərə görə məsuliyyət daşıyır. O, müharibənin uzanmasının 
da  günahını  Britaniya  kraliçasının  üzərinə  yıxırdı  ki,  o,  əvvəlki  dövrlərdə  Cənubun 
döyüşən  tərəf  kimi  hüquqlarını  tanımışdı.  Bunlara  görə,  Samner  tələb  edirdi  ki, 
Britaniya hökuməti Birləşmiş Ştatlara bir neçə yüz milyon haqq ödəməlidir.  
General  Qrant  prezident  olduqdan  sonra  Samnerin  iddialarına  heç  bir 
münasibət bildirmədi, lakin o, mallara vurulmuş ziyan barədəki yumşaq iddialara tam 
rəğbətlə  yanaşırdı.  1870-ci  ildəki  illik  müraciətində  o,  məsləhət  gördü  ki,  hökumət 
Amerika  vətəndaşlarının  İngiltərəyə  qarşı  olan  bu  iddialarını  qəbul  etsin  və  ödəsin. 

 
340 
Bu  problem  beynəlxalq  məsələ  kimi  qalxdı.  Bu  müraciət  İngiltərədə  dərin  təsir 
buraxdı  və  onun  elçisini  sürətli  hərəkətə  sövq  etdi.  Bir  neçə  həftə  sonra 
Vaşinqtondakı  İngiltərənin  elçisi  Tornton  burada  Birləşmiş  Ali  Komissiyanın 
yaradılmasını  və  həmin  məsələlərin  müzakirə  edilməsini  təklif  etdi.  Birləşmiş  Ali 
Komissiya iki ay işlədi və Vaşinqton müqaviləsini irəli sürdü. Hər iki hökumət bunu 
may-iyun  aylarında  ratifikasiya  etdi.  "Alabama"  iddiaları  Cenevrədə  yığışacaq 
tribunal tərəfindən həll edilməli idi. 
Cenevrədəki Arbitraj məhkəməsi beş nəfərdən ibarət formalaşmalı idi, onların 
hər birini ayrı-ayrılıqda Birləşmiş Ştatlar prezidenti, İngiltərə kraliçası, İtaliya kralı, 
Braziliya imperatoru və İsveçrə respublikasının prezidenti təyin etməli idi.  
Tribunalın işi bir neçə ay çəkdi və sonrakı ilin sentyabrında başa çatdı. Qərara 
görə,  Britaniya  hökuməti  Birləşmiş  Ştatlara  15,5  milyon  dollar  pul  ödəməli  idi. 
Danışıqlar başa çatanda baş hakim Kokborn bir maddəni imzalamaqdan imtina etdi. 
Lakin  elçi  bunu  qəbul  etdi  və  narahatedici  məsələ  həll  olundu.  Amerikanlar  şadlıq 
edirdilər,  təkcə  pul  ödənəcəyinə  görə  deyil,  həm  də  mənəvi  qələbəyə  görə,  Verdikt 
bütün  uzun  əksdurma  vaxtı  İngiltərənin  düzgün  hərəkət  etmədiyini  elan  etdi. 
"Alabama" işi tarixdə Britaniya monarxiyasının ən bədbəxt səhvi elan olundu.  
Xalq  öz  böyük  faydasına  müvafiq  olaraq  prezidentliyə  o  adamı  seçmişdi  ki, 
həqiqi  əsgər  olmasına  baxmayaraq,  Teylor  kimi  o,  təkcə  əsgər  deyildi,  həm  də 
adminstrasiya  üçün  biliyi  və  bacarığı  olan  prezident  idi.  O,  şərəfli  bir  adam  idi,  o 
qədər şərəfli idi ki, şərəfsiz adamdan şübhələnə və onu müşahidə edə bilirdi. Seçkilər 
gəlib  çatdı.  Qrant  ikinci  dəfə  böyük  üstünlüklə  bütün  ölkədə  qalib  gəldi.  Şimalın 
bütün ştatlarında səsləri aldı, Cənubda isə altı ştatdakı bütün səsləri aldı. 1820-ci ildə 
Monronun yenidən seçildiyi vaxtdan yalnız iki dəfə - 1852-ci və 1864-cü illərdə belə 
böyük  qələbə  əldə  edilmişdi.  Digər  namizəd  Qrele  məğlub  olmuşdu,  çünki  köhnə 
dövrün  demokratları  onu  müdafiə  etməmişdi.  Kampaniyanın  son  həftələrini  Qrele 
ölən  arvadının  çarpayısının  yanında  keçirmişdi,  bu  qadın  onun  uzun  müddətli 
mübarizəsinin  sirdaşı  olmuşdu.  Onun  vəfatı  seçkilərin  lap  ərəfəsinə  təsadüf  etdi  və 
ikiqat  zərbə  çox  ağır  oldu.  Qrelenin  ağlı  çaşdı  və  o,  dəlixanaya  göndərildi.  Onun 
böyük  məğlubiyyətindən  bir  ay  keçən  ərəfədə,  onun  uğurlu  rəqibinin  qələbəsinə 
nidalar  eşidiləndə,  bu  səslərin  əks-sədası  və  tonqalların  yanması  davam  edəndə, 
Horeys Qrele öldü. Bütün millət Qrelenin bu kədərli sonluğuna ağlayırdı. O, özünün 
bütün  siyasi  antoqonizmi  ilə  birlikdə  ən  nəcib  adamlardan  biri  idi.  Bütün  siyasi 
rəngdən  olan  adamlar,  prezident  Qrant  daxil  olmaqla  onun  tabutu  yanında  qəmli 
dayanmışdılar.  
Ölkə iqtisadi sarsıntılarla da üzləşməli oldu. 1869-cu ildə brokerlərin kiçik bir 
qrupu  bazardakı  bütün  qızılı  aldı,  bu  isə  ölkənin  biznesi  üçün  öldürücü  nəticələr 
verdi.  
Bu böyük qızıl qəsdi kimi xatırlanır, öz zirvəsinə isə sentyabrın 24-də "Qara 
cümə  günü"  çatdı.  Qəsddə  aparıcı  şəxsiyyət  qızıl  bazarının  möhtəkiri  olan  Nyu 
Yorklu Cey Qauld idi. Hökumətin adəti idi ki, hər il mədaxil edənlərə və digərlərinə 
rahatlıq yaratmaq üçün hər ay bir milyon dollar dəyərində olan qızıl satırdı. Ceyms 
Fisk və prezident Qrantın kürəkəni E.R.Korbin tərəfindən kömək edilən Qauld qızıl 
bazarında  möhtəkirlik  məqsədilə  qızıl  almaq  qəsdi  təşkil  etdi.  Lakin  hökumət  qızıl 
satmasını davam edəndə, bu satın alma əməliyyatına yol verilmirdi. Onlar prezidenti 

 
341 
inandırdılar  ki,  əgər  qızılın  satışı  dayandırılsa,  bu  ölkə  üçün,  taxılın  və  digər 
məhsulların  hərəkəti  üçün  yaxşı  olacaqdır.  Prezident  heç  nədən  xəbəri  olmadan, 
bununla razılaşdı və onların xahişinə əməl etməyi vəd etdi. O, öz qərarını dəyişəndə, 
ona kimin və necə məsləhət görməsi naməlum qalmışdı. O, bir ya iki həftəliyə köhnə 
dostu ilə Pennsilvaniyanın qərbindəki  ağlagəlməyən bir şəhərə səfər  etdi, burada nə 
dəmiryolu, nə də teleqraf əlaqəsi var idi. Qəsdçilər göz qabağında olan bütün qızılı 
almağı qət etdilər ki, sonra onu mümkün qədər yüksək qiymətlə satışa qoysunlar. 
Hər  şey  işin  yaxşı  getdiyinə  dəlalət  edirdi.  Şərikli  iş  yüz  milyon  dollar 
məbləğində  idi.  Fəlakətli  cümə  günü  onlar  iyirmi  altı  milyon  məbləğindəki  qızılı 
aldılar və birja pul mübadiləsində qarışıqlıq hökm sürdü. Lakin onlar bir şeyi nəzərə 
almamışdılar. Prezident Qrant Vaşinqtona qayıtdı və çoxlu məktub və teleqramların 
qəsdin  üstünü  açmaq  barədəki  tələbinə  güzəştə  getdi  və  beş  milyon  dollarlıq  qızılı 
bazara  atdı.  Bu  sehrli  təsir  göstərdi.  Bu  qızıl  bazarında  qiymətlərin  qəfildən 
düşməsinə  səbəb  oldu  və  qəsdçilər  öz  oyunlarında  uduzdular.  Bu  qəsdin  yaratdığı 
panika müvəqqəti olmaqla, sırf maliyyə panikası idi. Möhtəkirlərin çoxu bu panikada 
öz  var-dövlətlərini  bütünlüklə  itirdi.  Bütün  xalqın  üzərinə  tökülən  həqiqi  ağırlığın 
meydana gətirdiyi panika isə hələ dörd il sonra baş verəcəkdi.  
Müharibə  biznesi  öz  adi  yolundan  kənara  atmışdı.  Müdafiə  Nazirliyinin 
nəhəng  miqdarda  müxtəlif  mallar  satın  alması,  Konfederat  dəniz  quldurlarından 
dənizdə  yaranan  qeyri-adi  təhlükə,  müharibə  vaxtı  biznes  üçün  zəruri  olan  risq 
möhtəkirlik əhval-ruhiyyəsini çoxaldırdı.  
Müharibə  daxildə  olduğu  kimi,  həmçinin  beynəlxalq  xarakterli  narahatlıqlar 
yaradırdı.  Bu  xüsusən  İngiltərə  ilə  Birləşmiş  Ştatlar  arasında  ciddi,  bir-birini  başa 
düşməmək  təhlükəsi  yarada  bilərdi.  Ona  görə  də  iki  dövlət  arasında  münasibətləri 
yoluna qoymaq lazım idi. Gözlənilən razılaşma general Qrantın prezidentliyi dövrünə 
düşdü.  
Amerika  balıqçılarının  Kanada  sahillərində,  Kanada  balıqçılarının  isə 
Birləşmiş Ştatların şimal sahillərində balıq ovu etməsi, həmçinin Birləşmiş Ştatlarla 
Britaniya Şimali Amerikası arasındakı sərhədlər məsələsi də həll edildi.  
Daxili  məsələlərdə  də  gərginlik  qalırdı.  Konqressin  planlaşdırdığı  kimi 
yenidənqurmanın formal prosesinin başa çatması, Cənubda qayda yaradılması və ya 
işlərin  sakitcə  yoluna  qoyulması  demək  deyildi.  Hər  bir  işdə  təşəbbüsü  əldən 
verməyən  ağ  adamların  əhval-ruhiyyəsi  respublikaçı  liderlərin  etdikləri  işlərdən 
sonra  daha  da  pisləşirdi.  Onların  seçki  yolu  ilə,  digər  qanunverici  yollarla  işləri 
əllərinə almaq imkanları bağlanmışdı. Onlar başqa yollarla öz hakimiyyətlərinə gəlib 
çıxdılar.  Ağalıq  etməyi  xoşlayanlar  və  macəraçılar  Ku  Kluksun fəaliyyətini  birbaşa 
istiqamətləndirirdilər. 1871-ci ilin aprelində güclü təsirə malik olan Akt qəbul edildi - 
həmin sənəd Ku Kluks Klanın və bu qaydada fəaliyyət göstərən qanunsuz bandaların 
darmadağın  edilməsi  demək  idi.  Cənubun  gizli  cəmiyyətləri  Birləşmiş  Ştatlar 
hökuməti  əleyhinə  məxfi  fəaliyyət  göstərirdilər.  Akt  federal  məhkəmələrə  ixtiyar 
verirdi  ki,  zorakılıqla  məşğul  olanlara  rəğbət  bəsləyənləri  jürinin  tərkibindən  xaric 
etsin.  Bu  zəncilərin  hüquqlarını  ləğv  etmək  istəyən  təşkilatların  kökünü  və 
budaqlarını dağıdırdı.  
1870-ci  ilin  May  Aktı  hər  bir  vətəndaşı  onun  Konstitusiya  hüquqlarından 
məhrum  edən  adamları  cinayət  etmiş  hesab  edirdi,  gizli  təşkilatlara  və  onların 

 
342 
qanunsuz  hərəkətlərini  digər  təqdir  edənlərə  ciddi  zərbə  vururdu.  General  Qrant 
Konqressin  gözlədiyi  kimi,  ona  verilmiş  hakimiyyətdən  bir  əsgər  enerjisi  ilə  və 
düzünə  istifadə  edirdi.  1871-ci  ilin  oktyabrında  o,  Cənubi  Karolinadakı  bütün 
qanunsuz  təşkilatların  öz  silahlarını  və  maskalarını  təslim  etməyi  tələb  etdi.  Onun 
bəyanatından  beş  gün  sonra  o,  həmin  əyalətdə  “Habeas  Corpus”-da  yazılan 
imtiyazları kənara qoydu və iki yüz adam həbs edilərək, ittiham  edildi. Prezidentin 
Cənubi  Karolinadakı  hərəkəti,  onun  bütün  Cənubdakı  fəaliyyətinin  başlanğıcı  idi. 
Buna  görə  də  bir  il  ərzində  bu  işlər  başa  çatdırıldı.  Akt  çox  güclü  təsir  edən  vasitə 
rolunu oynasa da, irqlər arasındakı sülh, razılıq və ratsional əlaqələr hələ də həmişə 
olduğundan  çox  uzaq  idi.  Aktın  icra  edilməsi  ilə  əlaqədar  Konqressin  təyin  etdiyi 
Senat  və  Nümayəndələr  Palatası  komitələri  Cənub  şəraitində  özlərinin  tədqiqatları 
barədə on üç cildlik məlumat verdilər. Rəylərin buna reaksiyası isə olduqca ləng idi.  
1872-ci  ilin  prezident  seçkisi  çoxluğun  məsələlərə  hakim  kəsilməsinə 
toxunmadı. Nəticələr də bunu göstərdi. Demokratlar əhalidən dörd il əvvəl aldıqları 
səsə  yüz  otuz  min  səs  əlavə  etdilər,  baxmayaraq  ki,  ölkədə  seçicilərin  sayı  nəhəng 
dərəcədə  artmışdı  və  tarixdə  ilk  dəfə  olaraq  bütün  ştatlar  öz  elektorlarını  birbaşa 
əhalinin səsverməsi ilə seçmişdilər. Respublikaçıların dörd il əvvəl topladıqları səsə 
altı  yüz  min  əlavə  olundu  və  general  Qrant  ikinci  müddətə  prezident  seçildi  və 
elektorlar  kollegiyasında  63  səsə  qarşı  286  səs  toplamaqla  böyük  üstünlüyə  malik 
oldu.  Prezident  seçkiləri  ilə  birlikdə  keçirilən  Konqress  seçkiləri  respublikaçılara 
yenidən  hər  iki  palatada  ənənəvi  üçdə  iki  çoxluq  verdi.  Müxalifət  hakimiyyətdən 
olduqca uzaq məsafədə dayanmışdı.  
Demokratların arzuladığı müvəffəqiyyətə yaxın olan gün koalisiya dağıldı. İki 
il  ərzində  respublikaçıların  Nümayəndələr  Palatasında  yüz  nəfərə  qədər  çoxluğu, 
Demokrat  çoxluğu  tərəfindən  sıxışdırılıb  çıxarıldı  və  Yenidənqurma  partiyasına 
başçılıq edənlər onların ağalıq mövsümünün yoxa çıxdığını gördülər. Ölkə müharibə 
partiyasının  necə  radikal  qaydada  sarsıldığını  gördü.  Adamların  inandığı  bu 
partiyanın  öz  fərasətsiz  əsgərləri  hökumətin  başına  nələr  gətirmirdilər.  Cəbhədə 
vuruşmaqla  siyasi  işdə  fəaliyyət  göstərmək  başqa-başqa  şeylər  idi.  Konqressin 
liderləri  küçələrdə  rəylərin  necə  dəyişdiyini  izləyirdilər  və  hökumətin  xidmətinin 
necə  aşağı  səviyyəyə  çökdüyünü  görürdülər.  3  mart  1871-ci  ildə  müvafiq  olaraq 
onlar  Konqressdə  qanun  qəbul  etdilər.  Bu  qanuna  görə  prezidentə  komissiya  təşkil 
etmək  və  onu  idarə  etmək  səlahiyyəti  verilirdi.  Bu  komissiya  vasitəsilə  mülki 
xidmətə buraxılmaq məsələsi daha yaxşı nizamlanmalı idi. Prezident bu Aktı ürəkdən 
gələn  razılıqla  qəbul  etdi.  Siyasətçilərin  işə  götürülmək  üçün  sınaqdan  keçmək 
sisteminin  yaradılması  barədəki  narahatlığa  o,  tam  laqeydlik  göstərdi.  Lakin 
siyasətçilər  Konqressdə  prezidentdən  güclü  idilər  və  iki  ildən  sonra  prezident 
adminstrasiyasına  təyinatın  yeni  sistemi  meydana  gəldi.  Onlar  ictimai  rəyə  ağalıq 
etməyin necə çətin bir məsələ olduğuna hələ öyrənməmişdilər.  
Başqa  məsələlər  də  ölkəni  dərindən  hərəkətə  gətirirdi.  Konqress  göründüyü 
kimi korrupsiyaya düçar olmuşdu və ona nəzarət edən partiya bunu heç də şərəf hissi 
ilə  müşahidə  etmirdi.  General  Qrantın  prezident  olduğu  1869-cu  ildə  iki  dəmir 
yolunun  -  Mərkəzi  Sakit  Okean  və  Birləşmiş  Sakit  Okean  dəmir  yollarının  tikintisi 
başa  çatdı.  Onların  tikintisi  1863-cü  ildə  başlanmışdı,  biri  Sakit  okeandan  Şərqə, 
digəri isə Missuri çayından qərbə tərəf gedirdi. Nəhayət Şərqlə Qərb böyük çöllərdən 

 
343 
və uca dağlardan keçərək birləşirdi. 1867-ci ildə Birləşmiş Sakit Okean dəmir yolunu 
tikən  kompaniya,  Pennsilvaniyada  1863-cü  ildə  təşkil  edilmiş  fransız 
korporasiyasından girov qoymaq qaydasında satın alınma yolu ilə bu obyektə imtiyaz 
əldə  etmişdi.  Fransız  kompaniyası  Fransadan  kredit  almağa  çox  yaxın  idi.  Lakin 
Pennsilvaniya  Kompaniyasının  dəmir  yolunu  satın  alması  bu  maliyyə  əməliyyatını 
aparmağa imkan vermədi.  
Konqress  Sakit  Okean  dəmir  yoluna  yardım  üçün  nəhəng  məbləğdə  pul 
ayırdı, bununla da bu yolun ölkə üçün necə böyük əhəmiyyət kəsb etdiyini göstərdi. 
Çünki bu yol ölkənin iki sahilini birləşdirəcəkdi, ölkənin ayrılmış hissələrini bir yerə 
yığacaqdı  və  bununla  da  hakimiyyət  və  rəylərin  təsiri  ticarət  kimi  özünə  yol 
tapacaqdı. Onun subsidiyası qızıl pulla altı faizlə alınırdı. Düzənlikdən keçən yolun 
dəyəri hər bir mil üçün 16 min dollar, dağlardan keçən çətin yerlər üçün isə hər milin 
xərci  32  min  dollardan  48  min  dollara  qədər  başa  gəlirdi.  Dəmir  yolu  xəttinin 
kənarında iyirmi beş milyon akr ictimai torpaqlar var idi. Konqressin qanunvericiliyi 
və  bu  böyük  maliyyə  əməliyyatı  arasında  təhlükəli  bir  əlaqə  də  var  idi.  1872-ci  il 
prezident  seçkilərində  demokratlar  açıq  şəkildə  vitse-prezident  Kolfaksı,  yeni  vitse-
prezident  seçilən  Henri  Vilsonu,  Nümayəndələr  Palatasının  spikerini,  bir  neçə 
senatoru  və  Nümayəndələr  Palatasının  üzvünü  Kompaniyaya  kömək  etmək  üçün 
qanunvericilik  yolu  və  digər  formada  xidmət  göstərməsinə  görə  Kredit  Mobilyar 
fondundan hədiyyə qəbul etməkdə ittiham etdilər.  
Qrantın  1872-ci  il  seçkilərindəki  möhtəşəm  qələbəsi  respublikaçılara 
təhlükəsizlik  hissi  bəxş  etmişdi.  Onlar  güman  edirdilər  ki,  indi  onlar  həmişə 
olduğundan  daha  güclüdürlər.  Şər  peyğəmbərliyi  tezliklə  hər  şeyi  mühakimə  etdi. 
General  Qrant  Avgi  tövlələrini  təmizləməyə  bütünlüklə  qadir  olmadığını  sübut  etdi 
və  onun  prezidentliyinin  ikinci  müddətində  ictimai  həyatın  pozulması, 
demoralizasiyası hökumətin tarixində əvvəllər olduğundan daha geniş yayıldı. Əgər 
Qrant  bu  böyük  vəzifənin  məsuliyyəti  anlayışından  bütünlüklə  xali  deyildisə,  o, 
ümidsiz  qaydada  eqoist  xarakterli  adam  idi.  O,  ilk  Kabinetini  təyin  edəndə  öz 
partiyasının  liderləri  ilə  məsləhətləşməmişdi.  O,  səkkiz  il  ərzində  onların 
münasibətini  dəstəkləmişdi.  O,  yaxşı  hakim  xarakterinə  malik  deyildi,  bir  çox 
təyinatları  da  kabineti  ilə  məsləhətləşməmiş  etmişdi.  Nəticə  ondan  ibarət  idi  ki, 
hökumətin hər bir qolu yalnız soyğunçuluq barədə düşünən adamlarla dolmuşdu.  
Ən  böyük  rüsvayçılıqla  nəticələnən  hadisə  Kredit  Mobilyar  hadisəsi  oldu. 
Kredit  Mobilyar  1864-cü  ildə  Transkontinental  dəmir  yolu  tikən  kompaniya 
olmuşdu.  1872-ci  il  prezident  seçkiləri  kampaniyası  ərzində  demokrat  liderlər 
müxtəlif respublikaçı liderləri Kredit Mobilyar Kompaniyasının aksiyalarını almaqda 
ittiham etdi.  
"Viski dairəsi" işində isə bir sıra şəhərlərdəki viski zavodlarından hökumətin 
vəzifəli şəxslərinin rüşvət aldığı açıldı. İki il ərzində hökumət aldadılaraq 4 milyon 
dollar gəlirdən məhrum olmuşdu. Birləşmiş Ştatların əllidən artıq vəzifəli şəxsi həbs 
edildi, lakin onlardan çoxu cəzadan yaxasını qurtardı.  
1876-cı ildə Müdafiə naziri U. U. Belknep hindu ərazisində, Fort Silli ticarət 
postunu  satmağı  təklif  etməkdə  ittiham  edildi.  Belknep  həmçinin  "fermerlik  etmək" 
kontraktlarına  görə,  ən  azı  24  min  dollar  pul  almışdı.  O,  tezliklə  Nümayəndələr 
Palatası  tərəfindən  ittiham  edildi.  Lakin  o,  Senatda  mühakimə  edilməli  olduqdan 

 
344 
əvvəl,  impiçment  səs  verməsi  keçirilməsindən  bir  neçə  saat  qabaq  Kabinetdəki 
vəzifəsindən azad edildi və beləliklə, heç şübhəsiz Senatın hökmündən qaçıb qurtara 
bildi.  
Xalq yeni şəraitlərə öyrənə  bilmirdi. Onlar fəlakət gələnə qədər köhnə yolla 
gedirdilər.  Yüz  millərlə  lazımsız  dəmir  yollar  əhali  yaşamayan  Qərbdə  çəkilmişdi. 
Borc  götürülmüş  kapital  hesabına  iri  biznes  işləri  görülmüşdü.  İsitmə  xəstəliyi  öz 
qurbanını əvvəlkindən zəif olanda tərk etdiyi kimi, qiymətlərin infilyasiyası isitməsi 
pulu qiymətdən salmışdı və bu axırda dünya biznesinə xəstəlik gətirəcəkdi.  
1873-cü  il  panikası  dörd,  ya  beş  il  əvvəl  öz  yoluna  qədəm  qoymuşdu, 
Filadelfiya  böyük  bank  evinin  uğursuzluğu  ilə  başlamışdı.  Axırıncı  hadisə  1873-cü 
ilin 18 sentyabrında baş vermişdi. Hər cür biznes staqnasiyada idi, yalnız sağalmanın, 
öz  gücünü  bərpa  etmənin  bir  neçə  ilindən  sonra  ticarət  üçün  normal  şərait  yarana 
bilərdi.  
Amerika siyasətində pul panikası və ya sənaye depressiyası başladığı vaxtdan 
bu  dövr  "çətin  dövrlər"  hesab  olunur  və  hakimiyyətdə  olan  partiyanın  qapısının 
qarşısını  kəsir.  İctimai  həyatda  bir  sıra  skandallar  üçün  və  digər  qüsurlara  görə, 
Respubilkaçılar  Partiyası  cavabdeh  idi.  Lakin  heç  bir  insan  ağlı  1873-cü  il 
panikasının qarşısını ala bilməzdi.  
Fırıldaqçılıq  o  dərəcəyə  çatmışdı  ki,  bəzi  yeni  dəmir  yolları  ancaq  köhnə 
qurulmuş xətlərin genişləndirilməsi olmaqla, yeni yol tikintisi kimi qələmə verilirdi. 
Lakin  yolun  köhnə  hissələri  yeni  çəkilən  yol  kimi  pul  qazana  bilməzdi.  Bu  yolun 
gələcək  faydasının  həcmi  əllə  böyüdükdə  və  məskunlar  yol  boyundakı  şəhərlərdə 
yaşamağa  başladıqda,  fermalar  saldıqda,  fabrikalar  yaratdıqda  baş  verəcəkdi.  Lakin 
yolun  tikilməsi  dövründə  onun  təmiz  spekulyasiya  xarakteri  daşıdığı  göründü, 
iflasdan qoruyacaq faktordan asılı olan inkişaf prosesi onlara göstərilən etimadı xilas 
etmək  üçün  elə  də  əhəmiyyət  kəsb  etmirdi.  1873-cü  ilin  sentyabrında  hadisələrin 
pisləşməsi başladı. Nyu Yorkun bank və broker firmalarından biri, hansı ki, Qərbi və 
Kanada  dəmir  yollarına  avans  vermişdi,  özünün  müflis  olduğunu  elan  etdi.  18 
sentyabrda federal hökumətin  agenti Çey Kuk ölkənin hər tərəfindən olan 4  milyon 
dollarlıq depozitlə və Şimal Sakit Okean kompaniyasından olan 15 milyon dollarlıq 
qiymətli kağızla özünün borclarını vermək üçün iqtidarı olmadığını bildirdi və Uoll 
Strit  bildi  ki,  son  gəlib  çatmışdır.  Bir-birinin  ardınca  firmalar  və  kompaniyalar 
zəiflədilər, onların bəziləri ölkənin gücünə bel bağlayırdılar və qış aylarında maliyyə 
həyatını panika bürüdü. Konqress tədbir görməyə məcbur oldu və qəbul etdiyi aktla 
gümüş dollar sikkələr standartını müəyyən etdi. Maliyyə böhranı siyasi qüvvələrə də 
öz  təsirini  göstərdi.  Respublikaçılar  bu  biabırçılıqlara  görə  qəmli  görünürdülər. 
Prezident  adminstrasiyasına  da  keçən  korrupsiyaya  görə  partiya  rüsvay  olmuşdu. 
Mobilyar  skandalını  və  "Maaş  çömçəyi"  əhvalatını  misal  göstərmək  olardı. 
Axırıncıya  görə  Konqress  üzvləri  öz  kompensasiyalarını  əlli  faiz  həcmində 
artırmışdılar. Buna siyasi reaksiya bir qabarma dalğası kimi bütün ölkəyə yayıldı və 
1874-cü ildə ölkə tərəfindən artıq demokratlar dəstəklənirdi. Aşağı palatadakı demək 
olar  ki,  yüz  nəfərə  yaxın  respublikaçılar  çoxluğu  demokratlar  çoxluğu  ilə  əvəz 
olundu.  

 
345 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin