Telman xəLİlov, maya zeynalova



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix08.05.2020
ölçüsü4,42 Mb.
#31099
1   ...   6   7   8   9   10   11   12   13   14
Azf-278359


IX 
FƏSİL 
DÜNYA OKEANININ QLOBAL 
EKOLOJİ 
PROBLEMLƏRİ 
 
9.1. Dünya 
okeanı resurslarından istifadə problemləri 
 
Ekoloji  mahiyyətcə  su,  həqiqətən  biosferdə  həyat ami-
lidir. Su Y
er kürəsində ən geniş yayılmış qeyri-üzvi birləşmə 
olmaqla, mühüm mineraldır. Su bütün həyat prosesinin əsası 
olub, planetin hərəkətverici amili olan fotosintez prosesinin 
oksigen mənbəyidir. 
Pl
anetimizdə  yayılmış  canlı aləmin  hər birinin-bitkilərdə 
90,  heyvanlarda  isə  75  %-ni,  meduzalarda  isə  98  %-ni su 
təşkii edir. İnsan susuz 8 gündən artıq  yaşaya  bilmir. Əsas 
kimyəvi  elementlərin  miqrasiyası  suda  həll  olmaqla  başa 
çatır. 
Yer səthinin 70,8%-ni okean və dəniziər, 29,2%-ni isə quru 
təşkil edir. Ümumi su ehtiyatlarının 93,9% dünya okeanından 
ibarətdir. Dünya suyunun ümumi həcmi 1370 mln.km
3
 old
uğu 
halda  içməli  su  göstərilən  miqdarın  2,53  %-dir.  Təbiətdə 
suyun dövranının Yerdə şirin su mənbələrinin yaranmasında 
böyük rolu var. Kainatımızın planetləri içərisində Yer Günəş 
sisteminin  ən  sulu  planeti  hesab  edilir.  Dünya  okeanının 
ümumi  sahəsi  361,3  mln. km
2
,  orta  dərinliyi 3700-metrə 
çatır. Yer kürəsində olan bütün okeanlar bir-birilə əlaqəlidir. 
Dünya okeanı 4 böyük hissəyə bölünür. Onlardan ən böyüyü 
Sakit okeandır. O, dünyada ən dərin okeandır (Marian çökək-
liyi 11022m). Onun sahəsi 178 mln km
2
-
dir. Atlantik okeanı 
Sakit  okeandan  2  dəfə  kiçikdir.  (sahəsi-  91,7 mln km
2
), 
üçüncü yeri Hind okenı tutur (sahəsi- 76,2 min km
2
). Şimal 
buzlu  okean  ən  kiçiyidir  (sahəsi-14,7 mln km
2
-dir.) Dünya 
okeanına il ərzində kondensasiya nəticəsində quruya düşdü-

123 

ndən  40  dəfə  artıq  həcmdə  su  düşür.Hidrosferdəki  su 
aramsız olaraq hərəkət edərək rütubətin daimi dövranı nəti-
cəsində  dəyişir.  Okean  və  quru  səthindən  buxarlanan  su 
atmosferi  rütubətləndirir.  Həmin  rütubət  kondensasiyaya 
uğrayaraq yağış və qar şəklində yenidən yer səthinə qayıdır. 
Dünya  okeanının  üzərinə  il  ərzində  1140  mm  yağış  düşür, 
1240 mm isə su buxarlanır. Ən çox  su buxarlandıran Hind 
okeanıdır,  ən az su isə Sakit okeandan  buxarlanır. Planetar 
miqyasda  suyun  kiçik  və  böyük  dövranı  müəyyənləşdiril-
mi
şdir.  Böyük  dövranın  təsirilə  uzun  geoloji  dövr  ərzində 
hidrosfer  yaranmışdır.  Kiçik  dövranda  isə  (buxarlanma) 
yağıntı-axım sistemi formalaşır. 
İnsan  cəmiyyəti  inkişaf  etdikcə  okeana  münasibət  çox 
dəyişmişdir. Bir vaxtlar dəniz və okeanlar «dünyanın qurta-
ra
cağı» sayılırdı. Okeanlar xalqları ayırırdı. Sonralar dəniz-
çilik  inkişaf  etdikcə  okeanlar  müxtəlif  dövlətiəri  yaxınlaş-
dırdı.  Təsadüfi  deyil  ki,  qədim  yunan  alimi  Homer  yazırdı 
ki,Yer hər tərəfdən enli çay-okeanla əhatə olunur». 
Alimlərin  məlumatına  əsasən,  Yerdə  insanın  həyatı  eko-
loji sis
temlərin ən iri pozulması nəticəsində mümkün olmuş-
dur.  Təqribən  2  milyard  il  bundan  əvvəl  dünya  okeanında 
yayılmış  mikroorqanizmlər  ətraf  mühiti  böyük  miqdarda 
zəhərli ayrılmalarla çirkləndirərək, həm özlərini, həm də ki, 
planetdəki  başqa  həyat  formalarını  məhv  etmişlər.  Bu 
öldürücü  zəhər  oksigen  olmuşdur.  Sadə  bakteriyalar  bütün 
atmosferi  dəyişdirmişdir  ki,  bu  da  son  onilliklərdə  Yer 
planetinə olan yeni baxışın ən gözəl nümunəsidir. 
İnsan cəmiyyətinin ərzaqla təmin edilməsində olduqca az 
istifadə olunan potensial ehtiyat mənbələri planetimizdə hələ 
çoxdur.  Bunlardan  ən  mühümü  Dünya  okeanıdır.Dünya 
okeanının  sərvətlərini  daha  intensiv  surətdə  mənimsəməklə 
insanların  gələcək  ərzaq  ehtiyatına  olan  tələbatını  xeyli 

124 
ödəmək  mümkündür.  Yüksək  qida  keyfıyyətlərinə  və  insa-
nın sağlamlığında böyük əhəmiyyətə malik molyuskalardan 
və su yosunlarından istər dünya və istərsə də ayrı-ayrı ölkə-
lər miqyasında ərzaq kimi hələ tamamilə az istifadə olunur. 
Sakit okean elmi tədqiqat balıq təsərrüfatı və okeanoqrafiya 
institutunun  mütəxəssislərinin  apardıqları  tədqiqatlara  görə 
Uzaq  Şərqin  sahil  sularında  və  Yapon  dənizi  körfəzlərində 
hər hektardan 100 tona qədər müxtəlif su yosunları toplamaq 
olar.  Perunun  Qiurxilyo  şəhərindəki  milli universitetin 
müəllimi Auqusto Aldave Paxaresin tədqiqatları göstərir ki, 
«Kuturu», yəni «dəniz oğlu» adlı yosunun tərkibində 40 %-ə 
qədər  zülal  (bu  ətin  tərkibindəki  zülaldan  çoxdur),  50%  -ə 
qədər  karbohidrat  və  2,3%  yağ  vardır.  Onun  geniş  yayıl-
masını nəzərə alaraq müəllif belə hesab edir ki, həmin yosun 
gələcəkdə insanların qida məhsulları ilə təmin olunmasında 
böyük rol oynaya bilər. 
Yer  kürəsinin  quru  ərazisi  kimi,  Dünya okeanı  da bioloji 
ehtiyatlarla çox zəngindir. Okeanlarda yaşayan bütün canlılar 
insanın  həyatında  bioloji  ehtiyat  rolunu  oynayır.  Burada 
minlərlə növ balıqlar və başqa canlılar, habelə dəniz bitkiləri 
həddən  çoxdur.  Yer  üzərində  insanların  sürətlə  artması  ilə 
onların qida elementlərinə olan tələbatını ödəmək üçün dəniz 
və  okeanların  bioloji  ehtiyatlarından  geniş  istifadə  etmək 
lazım  gələcəkdir.  Bunlardan  əlavə  okean  və  dənizlərin  dibi 
tükənməz mineral-xammal ehtiyatları ilə zəngindir. Ayrı-ayri 
ölkə və materiklərdə bu mineral-xammallardan geniş istifadə 
olunur.  Bu  mənada  kontinental  -  şelf  zonaları  böyük  əhə-
miyyət  kəsb  edir.  Dünyanın  bir  çox  yerlərində  o  cümlədən 
Xəzər  dənizində  bu  ərazilərdən  geniş  miqyasda  neft  və  qaz 
çıxarılmasında  istifadə  olunur.  Bu  yaxıntarda Respublika-
mızda bağlanmış 1994-ci il «Əsrin müqaviləsinə» əsasən bu 
zonalardan neftin 
hasilatına üstünlük veriləcək. 

125 
Yaxın vaxtlara kimi ərzaq problemlərini həll etmək üçün 
D
ünya okeanına böyuk ümidlər bəslənilirdi. Geniş ərazisi və 
su  kütləsi  okeanın  böyük  və  tükənməz  bioresurs  ehtiyatına 
malik  olması  kimi  yanlış  fikir  yaratmışdır.  Dünya  alimlə-
rinin son illər apardıqları tədqiqatlar göstərmişdir ki, bu heç 
də belə deyildir. Buna baxmayaraq ərzaq probleminin həllin-
də  Dünya  okeanının  rolu  vardır.  Dünya  okeanının  bioloji 
ehtiyatlarından hələlik yalnız balıq, bəzi dəniz heyvanları, iri 
fəqərəsizlər,  xərçəngəbənzərlər  və  su  bitkilərindən  istifadə 
olunur. Praktiki olaraq okean və dənizlərin bioehtiyatlarının 
67%-
ni  təşkil  edən  planktonlar  istifadə  olunmur.  Ona  görə 
də  Dünya  okeanı  insanlar  tərəfindən  istifadə  olunan  qida 
el
ementlərinin  cəmi  1-2%-ni  verir.  Dəniz  bioehtiyatlarının 
mühafizəsi  okean  və  dəniz  sularının  axır  illər  geniş  vüsət 
almış çirklənməsinin qarşısını almadan mümkün deyil. 
Dünya okeanının bioloji ehtiyatlarının əksəriyyətini balıq-
lar təşkil edir. Balıqların tutulması Dünya okeanının müxtə-
lif hissələrində eyni deyildir. Tutulan bütün balıqların 60%-ə 
qədəri  şimal  yarımkürəsinin  mülayim  qurşaqlarında olur. 
Tutumun  əksər  hissəsi  (80  %-ə  qədəri)  materiklərin  şelf 
zonalardan  (200  m-
ə  dərinlikdən)  tutulur.  Hazırda  Dünya 
okeanı  sürətlə  müxtəlif  çirkləndiricilər  tərəfindən  korlanır. 
Beləliklə,  Dünya  okeanının  müasir  ekoloji  vəziyyəti  çox 
təhlükəlidir.  Dünya  okeanının  çirkləndiriciləri  müxtəlifdir. 
Bunlara  birinci 
növbədə  neftçıxarma,  neftçıxarmada  baş 
verən qəzalar daxildir. Neft məhsullarının nəqli nəticəsində 
yaranan 
və  sızan  tullantılar,  inkişaf  etmiş  və  etməkdə  olan 
ölkələrin  sənaye  tullantıları,  çıxarılan  faydalı  qazıntıların 
atılan  hissələri,  nüvə  silahlarının  sınağı  nəticəsində  atılan 
tullantılar,  vulkan  püskürmələri  nəticəsində  yanar  lava  və 
atılan  kül  və  tozlar  və  s.-dir.  Bütün  bu  çirkləndiricilərin 
çaylara 
və  Dünya  okeanına  atılması  nəticəsində,  okean 

126 
çirklənir, məhsuldarlığı azalır, dəniz heyvanları qırılır. Buna 
misal  olaraq  bir  çox 
ərazilərdə  balinaların  özlərini  kütləvi 
olaraq 
sahilə atmaları, bir çox balıq və başqa canlıların artıq 
məhv  olması  və  s.  Dünya  okeanının  müasir  ekoloji  vəziy-
yətinin olduqca gərgindir, qlobal xarakter daşıyır və bunun 
qarşısını almaq üçün Dünya ölkələrinin birgə səyi bu gün ən 
aktual 
problemlərdən biridir.  
Okeanlarda  160  min  növ  heyvan  və  10  mindən  çox  yo-
sunlar  yaşayır.  Yem  əldə  etməsi  və  həyat  tərzinə  görə 
canlılar 3 qrupa bölünürlər: 
1)  Planktonlar-
passiv hərəkət edən bir hüceyrəli yosunlar 
(fitoplanktonlar)  və  heyvanlar(zooplanktonlar,  xərçənglər, 
medu
zalar və b.) 
2)  Nektonlar-
aktiv  hərəkətdə  olan  heyvanlar  (balıqlar, 
balina
yabənzəriər, tısbağalar, molyuskalar və s.) 
3)  Bentoslar-
dəniz  və  okeanların  dibində  yaşayan  hey-
vanlar  (qonur  və  qırmızı  yosunlar,  molyuskalar,  xərçəngə-
bənzərlər, dəniz ulduzları və s). 
Bitk
ilər əsasən 200 m dərinliyə qədər (günəş şüaları çatan 
və fotosintez mümkün olan qat) heyvanlar isə okeanın bütün 
təbəqələrində yayılmışlar.Günəş şüaları düşən qatdan aşağı-
da ya
şayan heyvanlar üst qatdan düşən orqanizm qalıqları ilə 
qida
lanırlar və ya bir-birini yeyirlər. Dünya okeamndan hər 
il 70-90 ml
n.  ton  balıq  və  başqa  dəniz  məhsulları  ovlanır. 
Dəniz  yosunları  xammal  kimi  yeyinti  və  formaseptik 
sənayedə  istifadə  olunur.  Onlardan  bərk  spirt,  efir,  sirkə, 
natrium alginat, mannit, aqar-
aqar və s. alınır. 
Dəniz  pişiyi,  suitilər,  nerpalar  qiymətli  xəz  dəri  verirlər 
ki, bu da dünya bazarla
rında qiymətlidirlər. Qeyd etdiyimiz 
kimi  şelf  zonası  insanların  gəlir  mənbəyi,  okeanın  ən 
məhsuldar hissəsidir. Demək olar ki, bütün dünyada tutulan 
balığın  hamısı  şelfdə  tutulur.  Ən  məhsuldar  zona  mülayim 

127 
qurşaq hesab olunur. Belə ki, orada kifayət qədər istilik və 
işıq olur. İntensiv  su  dəyişməsi  və  dərınliklərin  yaxşı 
oksigenlə təmin olunmasıdır. 
Tropik  enliklərdə  sular  üst  qatlarda  yüksək  duzluluğa 
malik  olur,  amma  yüksək  temperatur  olduğu  üçün  yüngül 
olur  ki,  bu  da  suyun  yerdəyişməsinə  mane  olur,  oksigen  2 
dəfə mülayim qurşaqdan az olur. 
Ekvatorial 
enliklərdə passat və əks passat cərəyanları rast-
laşan yerlərdə suyun qarışması olur, ona görə də qida duzları 
və oksigenlə nisbətən zəngin olurlar. 
Dünya 
okeanı – tükənməz uran ehtiyatına malik olsa da, 
son  vaxtlara  kimi  az 
istifadə  olunurdu.  Həm  də  ondan  dey-
terium  (atom 
kütləsi  ilə  hidrogen  qarışığı)  alınmasında  isti-
fadə  olunur.  Yaponiyada  ilk  dəniz  suyundan  uran  istehsalı 
edən zavod 70-ci ilin sonunda tikilmişdir. Dəniz suyu sənaye 
üçün 
şirin  su  almağa  kömək  edir. Bu  gün  Dünyada  istehsal 
olunan 
saflaşdırıcı qurğuların yarısı Yaponiyada istehsal olu-
nur. 
Şimal  Buzlu  okeanının  əksər  hissəsi  daimi  buzlarla  ör-
tülmüşdür. Bu nəhəng buzlağın təsiri bütün dünyada hiss olu-
nur. O planetin qlobal iqliminin 
yaranmasına böyük təsir edir. 
Dünya 
okeanı nəqliyyat vasitəsi kimi də aktualdır. 
Müxtəlif  məişət,  sənaye  və  kənd  təsərrüfatında  işlədilmiş 
və təmizlənməmiş suların axını son 2-3 onilliklərdə dəfələrlə 
artmışdır. Bundan əlavə, gəmilərin atdıqları tullantıları da nə-
zərdən  qaçırmaq  olmaz,  çünki  bu  hadisə  əsasən  şelf  zo-
nasında (200-m-ə qədər dərinlikdə) baş verir. Məsələn: Şimali 
Atlantika sahi
llərində ən iri çirkləndirici, hər il kiçik buxtaya 
9 mln. tona yaxın tullantı tökülən Nyu-York şəhəridir. 
İnsan fəaliyyəti nəticəsində okeana atılmış maddələr ora-
da eyni bərabərdə  yayılmırlar. Tullantılar ən çox insanların 
yaşadıqları  və  işlədikləri  yerlərə  yaxın  toplanır  və  deməli, 
okeanların insanlara yaxın olan əraziləri daha çox çirklənir. 

128 
Tullantıların  töküldüyü  ərazilərdə  çirkləndiricilərin  yüksək 
konsentrasiyası  müşahidə  olunur,  təkcə  ona  görə  yox  ki, 
onlar dayaz yerlərə atılır, həm də ona görə ki, okenın özünün 
strukturu 
çirkləndiricilərinin  bütün  okeana  yayılmasına 
mane olur. Okean 
sularının qarışmasına səbəb olan hallardan 
biri 
də şaquli stratifikasiyasıdır –  yəni okeana qismən  şirin 
suyun 
tökülməsidir.  
Daha yüngül olan çay suyu 
qarışma, trubulent qarışma və 
molekulyar  diffuziya 
prosesləri  vasitəsilə  okean  suyunun 
sıxlığı  dəyişir.  Lakin  bu  proseslər  çox  ləng  gedir.  Çay  və 
okean 
sularının  şaquli  qarışmasına  sistemin  daha  sabit  ol-
ması,  yəni  daha  sıx  mayenin  alt  qatlarda,  az  sıx  suyun  isə 
üstdə olmasıdır.  
 
9.2. Hiosferin mühitin 
nizamlanmasında yeri 
 
Hazırda  biosferin  kəskin  çirkləndirilməsi  böyük  qlobal 
ekoloji  problem  kimi  bütün  dünya 
əhalisinin  narahatlığına 
s
əbəb olmuşdur. Elə buna görə də ətraf mühitin çirklənmə-
sin
ə  qarşı  mübarizə  aparmaq  məqsədilə  dövlətlər  qarşılıqlı 
müqavil
ələr  bağlayır  bəşəriyyət  mühitin  qorunmasını  aclıq 
kimi 
müdhiş  bir  bəla  ilə  bir  səviyyədə  tutur,  cəmiyyət  bu 
tarixi  b
əladan  qurtarmaq  üçün  çıxış  yolları  axtarır.  Su 
hövz
ələrinin  sanitar-hidrobioloji  vəziyyəti  nəzərdə  tutulur. 
Bu  m
əsələdə  təbii  tarazlığı  pozan  antropogen  amillərin 
(
suların sənaye, mətbəx axarları, drenaj suları ilə çirklənməsi 
v
ə  hövzənin  sabit  vəziyyətini  pozan  bütün  səbəblər)  təsiri, 
onların mənbəyi və baş vermə səbəbləri xüsusi rol oynayır. 
Beyn
əlxalq okeanologiya komissiyasının (BOK) bir qrup 
alimi  v
ə  YUNESKO  dəniz  mühitinin  çirkləndirilməsini, 
insanlar  t
ərəfindən  birbaşa  və  ya  dolayı  yolla  «dəniz 
sularına»  daxil  edilən  maddələr  təşkil  etdiyini  qeyd  edirlər 

129 
ki, onlar da bioloji resurslara z
ərər verir, insanların sağlam-
lığını  pozur  və  insanın  dənizlə  əlaqədar  olan  fəaliyyətini 
estetik 
qavranmasını zəiflədir. 
Tullantılar  ən  çox  insanların  yaşadıqları  və  işlədikləri 
yerl
ərdə  müşahidə  edilir.  Tullantıların  töküldüyü  ərazilərdə 
çirkl
əndiricilərin  yüksək  konsentrasiyası  müşahidə  olunur, 
t
əkcə  ona  görə  yox  ki,  onları  dayaz  yerlərə  atırlar  həm  də 
ona gör
ə ki, okeanın özünün strukturu çirkləndiriciləin bütün 
okeana 
yayılmasına, mane olur. Okean sularının qarışmasına 
s
əbəb  olan  hallardan  biri  də  okeana  qismən  şirin  suyun 
tökülm
əsidir. Bundan  əlavə Günəş həmişə suyun üst qatını 
qızdırır – və ona görə də onun sıxlığa görə təbii strasifika-
siyası qüvvətlənir. Başqa sözlə desək, Okeanda suyun təbii 
olaraq 
ayrı-ayrı  qatlara  ayrılması  mövcuddur  ki,  bu  da 
çirkl
əndiricilərin üst qatlardan aşağı qatlara enməsinə mane 
olur. 
Okeanların  üst  qatlarında  suyun  şaquli  yerdəyişməsi 
baş vermir, amma eyni zamanda orada su üstü cərəyanların 
mür
əkkəb sistemi mövcuddur. Onlar nisbətən kiçik ərazilər-
d
ə  yayılmaqla  nisbətən  fərqli  sərhədlərə  malikdirlər.  Əgər 
hansı bir maddə üst cərəyanlara düşürsə, onun bütün okean 
s
əthinə yayılma imkanları çox olur. Bundan əlavə, gəmilərin 
tullantılarını  da  nəzərdən  qaçırmaq  olmaz,  çünki  bu  hadisə 
əsasən şelf zonasında (200 m-ə qədər dərinlikdə) baş verir.  
İkinci  dünya  müharibəsindən  sonra  Aralıq  dənizi  sahillə-
rind
ə çox su işlədən və suya çoxlu çirkab su tökən yeni sənaye 
şəhərləri  yaradıldı.  Tökülən  çirkab  suların  dənizdən  Atlantik 
okeanına  təbii  sirkulyasiya  vasitəsilə  aparılan  sudan  çox 
olması nəticəsində Aralıq dənizi çox çirkləndi. Hazırda Şimal 
v
ə  Baltik  dənizləri  xeyli  çirklənib.  İçməli  suyun  mənbələri 
olan  –  Temza,  Sena,  Selda,  Reyn,  Elba,  Oder,  Visla  kimi 
çaylar öz göz
əlliklərini çoxdan itirmişlər. Onların sahillərində 
Avropada 
ən  iri  kimya  sənayesi  zavodları  fəaliyyət  göstərir. 

130 
Bu  çaylara  h
ər  il  100  min  tonlarla  fosforit, 1,5 mln.  ton 
t
əhlükəli  azot  birləşmələri  atılır.  Son  vaxtlar  çaylarla  Şimal 
d
ənizinə 11 min ton qurquşun, 28 min ton sink, 950 min ton 
mışyak, 335 ton  kadmiy  və  75  ton  civə  axıdılmışdır.  Ağır 
metallar  qrunt 
faunasını (balıqqulağı, xərçəng, dəniz ulduzu) 
m
əhv edir, balıq və suitilərdə təhlükəli şişlər əmələ gətirir. 
Dünya  su 
ehtiyatının beşdə biri, keçmiş İttifaqın şirin su 
ehtiyatının isə 70%-ni təşkil edən, dünyada ən dərin tektonik 
göl Baykala 
ən dəhşətli təhlükə törədən, orada tikilmiş sellü-
loz  – 
kağız kombinatıdır. Kombinatın fəaliyyəti nəticəsində 
ekoloji itki h
ər gün milyon manatlarla hesablanır. Baykaldan 
h
əyəcanlı  xəbərlər  verilir;  balıqların  qırılması,  Selenqa  ça-
yında  ikibaşlı  balıqların  və  üzgəcsiz  balıqların  əmələ  gəl-
m
əsi,  dayazlaşma,  Baykal  xərçənginin  (suyu  özündən  bu-
raxaraq gölü 
şəffaf və təmiz edən) sayının xeyli artması və .s 
D
əniz  mühitində  aşağıdakı  çirkləndiricilərə  rast  gəlmək 
olur? 
 -  X
əstəlik  törədən  mikroorqanizmlər  (bakteriyalar, 
birhüceyr
əlilər,  viruslar  və  göbələklər).  Onlardan  ən  çoxu 
çirkab sularla 
yayılır; 
 -  b
ərk  tullantılar,  tullantıların  emal  zamanı  qalıq,  həm-
çinin, 
işlədilməyən  və  ya  müddəti  keçmiş  sənaye  məhsul-
lardır.  ABŞ  alimlərinin  məlumatlarına  görə  hər  il  dünya 
okeanına 6,6 mln. tona qədər müxtəlif zibil atılır ki onların 
da, 
əsas kütləsini plastmass əşyalar təşkil edir; 
 - istilik 
tullantıları – dəniz mühiti ilə əlavə istiliyin kon-
taktından  onun  səciyyəsi  dəyişir  və  bu  canlı  orqanizmlər 
üçün z
ərərli ola bilər; 
 - 
şirin su və duzlar – şirin suyun çox olması ciddi prob-
lem 
yaratmır,  lakin  əgər  saflaşdırmaya  meylli  olan  zonaya 
düşərsə problem yarada bilər; 
- z
əhərlər – qeyri-üzvü zəhərlər adətən sənayedə xəstəlik 

131 
tör
ədən  orqanizmləri  və  ya  yosunları  məhv  etmək  üçün 
istifad
ə olunur. Üzvi zəhərlər isə dənizə qəsdən və təsadüfən 
atılmış müasir kimyəvi maddələrdən ən təhlükəlisidir (biosid 
–  funqisidl
ər,  herbesidlər,  insektisidlər,  podensidlər, 
h
əmçinin,  karbohidrogenlər,  neft  məhsulları  və  sənaye 
kimya m
əhsulları); 
 -  neft-t
əbii  maneəyə  malik,  üzvü  zəhərlərə  aid  və  uzun 
müdd
ət ərazidə bioloji yolla parçalanan maddələrdir; 
 -  gübr
ələr  –  ən  çox  yayılanı  azot  və  fosfor  birləşmələ-
ridir.  Onlar 
ətraf  mühitdə  həmişə  mövcud  olmuşdur  və 
onların  bəziləri  çürüyən  orqanizmdən  ayırlaraq  təbii  yolla 
mühit
ə qayıdır; 
 -  radioaktivlik  –  radioaktiv  madd
ələr  dəniz  mühitinə 
n
əinki  uran  istifadə  olunan  atom  stansiyalarının  işləməsi 
şəraitində  və  başqa  növ  fəaliyyətlə,  həm  də  kömürün 
yandırılması kimi adi şəraitdə də düşürlər; 
 - 
turşular və qələvilər – turşu və qələvilərin dənizə atıl-
ması ekoloji sistemin balansına zərərli təsir edir. Dəniz su-
yunun normal 
turşuluğu təqribən 8,0% olur, yəni dəniz suyu 
z
əif qələviləşmiş olur; 
 -  estetik 
baxımdan  –  xoşa  gəlməyən  görüntülü  və  iyli 
tullantılar cəlbedici deyillər; 
 -  n
əqliyyat  gəmiçiliyi.  Mütəxəssislər  qeyd  edirlər  ki, 
Okeana 
düşən  neft  məhsullarının  əksəriyyətini  motorlu 
qayıqların mühərriklərində daxili yanma şəraitində işlənmiş 
yağlar  təşkil  edir.  Neftin  tankerlərdən  qəza  nəticəsində  da-
ğılması prosesi baş verir. İri tankerlər yüklərini boşaltdıqda 
g
əminin xüsusiyyəti xeyli dəyişir. Belə ki, onun çəkisi azalır 
onun  idar
ə  olunma  xüsusiyyətləri  tam  yüklə  dolu  olmasını 
t
ələb  edir.  Ona  görə  də  əksəriyyət  tankerlərə  ballast  su 
vurulur.  Tanker  g
əldiyi yerdə (məs. Küveyt portu) neft gö-
türm
əyə hazırlaşdıqda ballast su dənizə buraxılır ki, o sularla 

132 
d
ənizə xeyli miqdar neft tullantılar atılır, dəniz və okeanlar 
da  çirkl
ənmənin  genişlənməsinə  səbəb  olur,  və  sonda  bu 
proses  qlobal  xarakter 
alır. Onu da qeyd edək ki, belə ağır 
yük götür
ən tankerlər yüzlərlədir; 
- S
ənayedə suların çirklənməsi; 
- Çirkab 
suların təmizlənməsi sistemi; 
-  K
ənd  təsərrüfat  mənbələri  (suni  gübrələr,  heyvanların 
çirkabı, pestisidlər, herbesidlər və asılı hissəciklər); 

İstirahət zonalarındakı çirkləndiricilər; 
- Tikinti v
ə s. zamanı yaranan çirkləndiricilər. 
Bir  çox  t
ədqiqatçılar  hesab  edirlər  ki,  tullantıların  bas-
dırıldığı  yerlər  gələcəkdə  insanların  təkrar  istifadə  edə 
bilm
əsi üçün əlçatan yerdə olsun. 
Hazırda cəmiyyətin ictimai fəaliyyəti və canlıların həyatı 
üçün  vacib  olan  içm
əli  su  problemi  insanların  ən  vacib 
probleml
ərindən biridir. 
D
ənizlərdə çirklənmələrin qarşısını almaq üçün aşağıdakı 
t
əkliflər verilir: 
–  Endemik  v
ə  nəsli  tükənməkdə  olan  növlər  təsbit  edi-
l
ərək yaşayış məskənləri qoruma altına alınmalıdır. 
–  Biologi  müxt
əlifliyi  təhdid  edən  risk  faktorları  təyin 
olunmalıdır. 
–  D
əniz  çirklənməsi  ilə  mübarizə  ilə  əlaqədar  nazirlik, 
ictimai  orqan  v
ə peşə  təşkilatları tərəfindən təcili  müdaxilə 
v
ə master proqramları hazırlanmalıdır. 
–  Su  hövz
ələrində qeyri-qanuni inşaat tikililərinin qarşısı 
alınmalıdır. 
–  D
ənizlərdə  və  boğazlarda  gəmilərin  və  digər  dəniz  və 
daxili  n
əqliyyat  vasitələrinin  çirkli  ballast  sularını  boşalda 
bil
əcəyi sahələrin yaradılmasına sürət verilməlidir. 
–  Daxili 
sulardakı çirklənmənin qarşısını almaq üçün tə-
mizl
əmə sistemlərinin sayı artırılmalıdır. 

133 
–  D
əniz  canlıları  suyu  süzərək  qidalandıqları  və  ya  sü-
z
ərək  qidalanan  canlılarla  qidalandıqları  üçün  çirklənmə 
faktorları  –  zəhərli  kimyəlilər,  ağır  metallar,  konserogenlər 
v
ə s. bu canlıların vücudlarında toplanır. 
– D
əniz nəqliyyatı vasitələrinin hərəkətinin müasir səviy-
y
ədə  planlaşdırılması  və  bələdçilik  xidmətlərinin  keyfiyyə-
tinin  yüks
əldilməsi  dəniz  qəzalarının  sayını  minimuma 
endirm
ək. 
–  D
ənizlərdən  keçən  gəmilərin  beynəlxalq  standartlara 
uyğunluğuna nəzarət edilməlidir. 
–  D
əniz  qəzaları  üçün  təcili  müdaxilə  birlikləri  və  planı 
hazırlanmalıdır. 
– Bütün g
əmilərin ətrafa verə biləcəkləri təbii, tarixi, mə-
d
əni  və  iqtisadi  zərərlərin  aradan  qaldırılması  və  kompen-
sasiyası ilə bağlı bu gəmilərə qanuni tənzimləmələr nəzərdən 
keçirilm
əlidir. 
–  Çirkl
ənmənin  qarşısının  alınması  üçün  milli  və  bey-
n
əlxalq səviyyədə bir çox qanunların olmasına baxmayaraq, 
bu 
qanunların tətbiq edilməsində çətinlik çəkilir. Səlahiyyət 
v
ə məsuliyyət tək bir təşkilata verilməməlidir. 
 
Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin