Plan 1: Quyuların yeraltı və əsaslı təmiri prosesinde əsas texnologiyası Neft və qaz quyularının istismarı zamanı quyularda və eləcə də yeraltı avadanlıqlarda nasazlıqlar yaranırlar. İstismarda olan hər hansı bir quyunu planlı-xəbərdaredici və ya əsaslı təmirə saxlamaq lazım olur. Onların boşdayanmaları (istismar zamanı fasilələrin olması) çox zaman yeraltı avadanlığın təmirinə və ya həmin quyuların özlərinin təmirinə görə (onların quyudibinin, istismar kəmərinin və s.) olur. Bundan başqa yeraltı avadanlığın dəyişdirilməsi və ya təmiri, elektrik enerjisinin kəsilməsi ilə, havanın və qazın dayandırılması və s. görə də quyularda boşdayanmalar olur.
Quyuların boşdayanmaların davamlılığı vaxt istismar əmsalı ilə nəzərə alınır. Bu omsal istismar vaxtının ümumi təqvim vaxtına il, kvartal, ay ərzindəki nisbətinə deyilir. Mədən praktikasında faktiki olaraq işlənmiş ayların (günün, saatın) sayı verilmiş quyu üçün istismarın quyu-ayı adlanır.
Quyuların istismar əmsalı 0,95-0,98 arasında dəyişir.
Quyuların yeraltı tamiri kompleks iş adlanaraq özündə yeraltı avadanlığın təmiri, onun hissə-hissə və bütöv əvəz olunması, qumdan, parafindən və başqa duzlardan quyudibini va qaldırıcı boruların təmizlənməsi, elaca da geoloji-texniki tədbirlərin həyata keçirilməsinicəmləşdirir. Quyuların tamir prosesinin asasını yeraltı və əsaslı təmiri görür.
Quyuların təmirə verilməsi və onların təmirdən sonrakı qəbulu müəssisədə müəyyənləşdirilmiş qaydalara uyğun akt üzrə həyata keçirilir.
Quyuda işləri aparmağa başlamazdan əvvəl briqada qəzaları ləğvetmə planı ilə və quyuların konstruksiyası və vəziyyəti, lay təzyiqi, quyudaxili avadanlıq, aparılacaq əməliyyatların siyahısı, həmin əməliyyatlar aparılarkən gözlənilən texnoloji parametrlər haqqında məlumatlardan ibarət iş planı ilə tanış olmalıdır.
İşlərin icraçıları təhlükəsizlik texnikası üzrə təlimatlandırılmalı və bu barədə təlimat jurnalında müvafiq qeydlər aparılmalıdır.
4
Quyulanın yeraltı və əsaslı təmir işinin fasiləsiz aparılması üçün quyuda təmirə başlamazdan əvvəl hazırlıq işləri görülməlidir. Bunlara aşağıdakılar aiddir:
Vışkanın vəziyyətinin yoxlanılması, quyuağzına nazaran onun mərkəzləşdirilməsi;
Vişka dartıcılarının yoxlanılması və bərkidilməsi;
Kronblokun vəziyyətinin yoxlanılması;
Quyuağzına lazım olan avadanlıqların gətirilmasi (boru, stanq, tal
Quyuya qaldırıcı va ya daşınan aqreqatın gətirilmasi, onun xüsusi sahədə quraşdırılması və barkidilməsi;
Tamir olunan markazdənqaçma dalma nasosu ilə təmin olunması,quyuda vişka kəmərinə rolikin (şkivin) asılması;
Kabel barabanı quraşdırmaq üçün sahonin hazırlanması.
Fontan va kompressor quyularını tamir qabağı hazırlıq işlərinin ardıcıllığına baxaq.
Bu quyularda fontan təzahürləri baş verməsin deyə, ilk növbədə quyunun boğulması işi aparılmalıdır. Bunun üçün halqavanı fəzaya yuma aqreqatı xəttini bərkidirlər. Bunun köməkliyi ilə quyuya su va ya uyğun sıxlıqlı qazıma məhlulu vurulur.
Yeraltı və asaslı təmir işinin görüldüyü bütün vaxtlarda bu aqreqat kəmər arxasında bərkidilmiş halda saxlanılmalıdır. Belə ki, manifold məhlulun vurma istiqamətini dayişdirmakla (kamar arxası fazadan dairǝvarı və dayaqdan şlanqa- boru sahasina) quyunu hər hansı bir üsulla boğmaq olar, yəni quyuya mahlulu boru içindon va ya halqavari fazadan vururlar.
Təmir işlərindən əvvəl quyular nasos dirəklari, firlanma vəşlanqla, stellaja lazım olan qədər boru ilə təchiz edilməlidir. Bundan başqa bolt və spilkalar, araqatları, açarlar olmalıdır.
Lazım olan miqdarda quyuya məhlul vurulduqdan sonra halqavan fazada va buferda tozyiq sifra enandan sonra fontan armaturunun sökülməsi başlamaq olar. Armaturu sökmozdan avval "sakit" (fontansız) 94 kompressor quyusunda ixilmis havanın (qazin) verilmasini kosmok olar, sonra halqavari fazadan tadrican qazı buraxmaq olar.