730) Sadalananlardan hansı xroniki pielonefritin xarakterik əlamətlərinə aid deyil?
A) Bel nahiyyəsində sızıldayıcı ağrılar, poliuriya,nikturiya
B) Səhərlər göz qapağının şişməsi, bakteriuriya, leykosituriya
C) Zəiflik, yorulma, subfebrilitet
D) Ürək bulanma, qusma, dərinin qaşınması,burun qaxması
E) Anemiya, arterial təzyiqin qalxması,sidiyin xüsusi çəkisinin enməsi
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
731) Sadalananlardan hansı pielonefritin xarakterik laborator əlamətlərinə aid deyil?
A) Bakteriuriya
B) Proteinuriya (1-2 qr/sut)
C) Azotemiya
D) Mikrohematuriya
E) Leykosituriya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
732) Sadalananlardan hansı kəskin pielonefritin diaqnostik kriteriyalarına aid deyil?
A) Bel nahiyyəsində ağrılar, titrətmə, qızdırma
B) Müsbət Pasternatski simptomu
C) Çoxlu tərləmə, dizuriya
D) Bakteriuriyaya və leykosituriyaya müsbət ekspress testin nəticəsi
E) Nikturiya, yüksək azotemiya, dərinin qaşınması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
Dostları ilə paylaş: |