1102) Miokardın əzilməsi zamanı EKQ-də baş verən dəyişikliklər hansıdır?
A) Ekstrasistoliyalar, T-dişciyinin inversiyası, ST seqmentinin elevasiyası
B) Ekstrasistoliyalar, ST-nin depresiyası
C) Səyirici aritmiya, His dəstinin sağ ayaqcığının blokadası
D) AV-blokada, ST-seqmentinin elevasiyası
E) Mədəciklərin fibrilyasiyası, T-dişciyinin inversiyası
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
1103) Ürəyin qapalı massajının aparılmasının əsas qaydalarına aid olmayan hansıdır?
A) Massajın tezliyi bir dəqiqədə 80-100 olmalıdır
B) Reanimatoloq xəstənin istənilən tərəfində dura bilər
C) Xəstə bərk səth üzərində horizontal uzanmalıdır
D) Xəstə yumşaq səth üzərində uzanmalıdır
E) Döş qəfəsinə edilən təzyiqin dərinliyi 4-6 sm olmalıdır
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1104) ÜAR ağırlaşmalarına hansı aid deyil?
A) Qabırğanın sınması
B) Dalağın partlaması
C) Körpücük sümüyünün sınması
D) Qaraciyərin partlaması
E) Döş sümüyünün sınması
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
1105) Hansı halda atropinin işlədilməsi əks göstərişdir?
A) Bronxial astma
B) Öd daşı xəstəliyi
C) Bradikardiya
D) Qlaukoma
E) Miokard infarktı
Ədəbiyyat: М.Д.Машковский. «Лекарственные средства» Медицина . Москва, 2001
Dostları ilə paylaş: |