1087) Həqiqi kardiogen şok ağ ciyərdə durğunluqla müşayiət olunmursa,yardıma necə başlanılır?
A) Prednizolon
B) Fizioloji məhlul
C) Morfi
D) Mezaton
E) Adrenalin
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1088) Mədəcik taxikardiyası ürək qlikozidləri ilə müalicə fonunda yarandıqda, seçim preparatı hansıdır?
A) Novokainamid
B) Difenin
C) Lidokain
D) Amiodaron
E) Maqnezium sulfat
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
1089) Aritmiya nəticəsində yaranan ağır hemodinamik pozğunluq zamanı nədən istifadə olunur?
A) Ağrısızlaşdırma
B) Lidokain-polyar qarışıq
C) Ritmonorm
D) İnfuzion terapiya
E) EİT (elektroimpuls terapiya)
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007
1090) Nitroqliserinlə infuzion terapiya zamanı baş verən hipotenziyada ilk yardım hansıdır?
A) Qlükokortikoidlərin istifadəsi
B) Vazopressorların istifadəsi
C) Adrenalinin istifadəsi
D) İnfuziyanı dayandırmaq və xəstənin ayaqlarını yuxarı qaldıraraq uzandırmaq
E) Polyar qarışığın istifadəsi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
Dostları ilə paylaş: |