3) Aşağıdakı üsulların hansı xarici tənəffüs funksiyası üsuluna aid deyil?
A) Angiopulmonoqrafiya
B) Spirometriya
C) İmpulslu ossilometriya
D) Qazların durulaşdırılması üsulu
E) Bodipletizmoqrafiya
Ədəbiyyat: Под ред. А.Г. Чучалина. «Пульмонология: национальное руководство» 2009г.
4) Aşağıdakıların hansı biri spirometriya üsulunun imkan dairəsinə aid deyil?
A) Ağ ciyərlərin oksigeni eritrositlərə nəql etmə qabiliyyətinin ölçülməsi
B) Qazlar mübadiləsinin pozulma səbəblərinin təyini
C) Respirator əlamətlərin səbəblərinin araşdırılması
D) Xəstəliyin proqnozunun qiymətləndirilməsi
E) Ağ ciyərlərin interstisial xəstəlikləri zamanı restriktiv pozuntuların monitorlanması
Ədəbiyyat: Под ред. А.Г. Чучалина. «Пульмонология: национальное руководство» 2009г.
5) Göstərişlərin hansı biri diaqnostik bronxoskopiya üsulunun göstərişlərinə aid deyil?
A) Endotraxeal stentləmə
B) Bronxların drenaj funksiyasının pozulması
C) Retension pnevmoniyaların müayinəsi
D) Şişlərin lokalizasiyasının təyini
E) Braş-biopsiya
Ədəbiyyat: Под ред. А.Г. Чучалина. «Пульмонология: национальное руководство» 2009г.
6) Hava keçirici yolların selikli qişasının tərkib hissəsinə aşağıdaki strukturların hansı biri daxil deyil?
A) Bazal membran
B) Selikaltı təbəqə
C) Xüsusi lövhə
D) Əzələ qatı
E) Fibroz təbəqə
Ədəbiyyat: M.M.Ağayev. ‘‘Daxili Xəstəliklər‘‘ II-cild. Bakı, 2007, s: 9-14
Dostları ilə paylaş: |