Terapiya ixtisası üzrə nümunəvi test suallarının toplusu
Bölmə 1. Pulmonologiya
1) Ağciyərlərin diffuz xəstəlikləri zamanı hansı rentgenoloji müayinə üsulu daha önəmlidir?
A) Rəqəmli rentgenoqrafiya
B) Alçaq dozalı KT
C) Adi KT
D) Maqnit-rezonaslı tomoqrafiya
E) Yüksək imkanlı kompyuterli tomoqrafiya (KT)
Ədəbiyyat: Под ред. А.Г. Чучалина. «Пульмонология: национальное руководство» 2009г.
2) Pozitron – emission tomoqrafiya ən effektiv müayinə üsulu kimi nə zaman istifadə olunur?
A) Fibroatelektazlarla obturasion atelektazların differensial diaqnostikasında
B) Bronxoektazların diaqnostikasında
C) Tənəffüs sistemi orqanlarının bəd və xoşxassisəli şişlərinin differensial diaqnostikasında
D) Ağ ciyərlərin fibrozlaşdırıcı xəstəliklərində
E) Ağ ciyər arteriyasının tromboemboliyalarında
Ədəbiyyat: Под ред. А.Г. Чучалина. «Пульмонология: национальное руководство» 2009г.
Dostları ilə paylaş: |