24) Daha çox xırda bronxların selikli qişasının zədələnməsi ilə keçən kəskin bronxitin proqnozu aşağıdakılardan hansı ola bilər?
A) Yaxşı
B) Yaxşı, lakin bəzən pnevmoniya ilə ağırlaşa bilər
C) Bronxoektatik xəstəliyə çevrilmə ehtimalı ola bilər
D) Yaxşı deyil
E) Yaxşı, lakin uzun müddətli gedişat və xroniki bronxitə keçə bilər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
25) Kəskin bronxitli xəstədə bronxopnevmoniyanı istisna etmək üçün rentgenoloji müayinəyə aşağıdakılardan hansı göstəriş ola bilməz?
A) Fizikal müayinə zamanı ağciyərin məhdud sahəsində perkutor səsin qısalması və yaş xırıltıların olması
B) Xəstəliyin kliniki gedişinin ağırlaşması
C) Fizikal müayinə zamanı ağciyərin məhdud sahəsində perkutor səsin uzanması və quru xırıltıların olması
D) Müalicə fonunda 3 gündən artıq müddətdə titrətmənin qalması
E) Periferik qanda leykositlərin miqdarının və EÇS-nin artması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
Dostları ilə paylaş: |