17) Daha çox xırda bronxların selikli qişasının zədələnməsi ilə xarakterizə olunan kəskin bronxit aşağıdakılardan hansı ilə xarakterizə olunmur?
A) Sərt tənəffüslə yanaşı quru xırıltının olması
B) Başlanğıcda əsasən quru, sonra isə yaş öskürək
C) Təngnəfəslik
D) Çox yüksək intoksikasiya əlamətlərinin olması
E) Mülayim intoksikasiya əlamətlərinin olması
Ədəbiyyat: Н. Р. Палеев. «Болезни органов дыхания» 2000г.
18) Kəskin bronxitin müalicə sxemi aşağıdakılardan hansını nəzərə almaqla müəyyən olunmur?
A) İltihab prosesinin fazaları, ikincili infeksiyаnın olub-olmaması
B) Xəstəliyin simptomatikası
C) Xəstəliyin etiologiyası və patogenezi
D) Xəstənin yaşı
E) İltihab prosesinin lokalizasiyası
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
19) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə kimi) müalicə zamanı aşağıdakı dərman preparatlarından hansı təyin olunmur?
A) Ağrikəsicilər
B) Bəlğəmi durulaşdıran preparatlar (mukolitiklər, surfaktant sistemi stimulyatorları)
C) İltihab əleyhinə preparatlar
D) Hərarətsalan preparatlar
E) Öskürəyin qarşısını alan preparatlar
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
20) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində (bəlğəm ifrazı başlandıqdan sonra) müalicə zamanı aşağıdakı dərman preparatlarından hansı təyin olunmur?
A) Öskürəyin qarşısını alan preparatlar
B) Bəlğəmi durulaşdıran preparatlar (mukolitiklər)
C) Hayxırmanı stimullaşdıran vasitələr
D) Antibakterial preparatlar və antiseptiklər
E) İltihab əleyhinə preparatlar
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
21) Daha çox xırda bronxların selikli qişasının zədələnməsi ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə kimi) müalicə zamanı aşağıdakı dərman preparatlarından hansı təyin olunmur?
A) Hərarətsalan preparatlar
B) İltihab əleyhinə preparatlar
C) Bəlğəmi durulaşdıran preparatlar (mukolitiklər, surfaktant sistemi stimulyatorları)
D) Bronx spazmolitikləri
E) Öskürəyin qarşısını alan preparatlar
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
Dostları ilə paylaş: |