824) Yod defisiti zamanı orqanizmdə zobun əmələ gəlmə patogenezi necədir?
A) Tireositlərin hiperplaziyası ilə əlaqədar inkişaf edən hipotireoz
B) Antitiroid antitellərin ifrazının stimulyasiyası
C) Plazmada tiroksin birləşdirən qlobulinin səviyyəsinin artması
D) TTH-ın səviyyəsinin normadan artması
E) Tireositlərin TTH həssaslığının artması və tireositlərin hüceyrə inkişaf faktorunun artması
Ədəbiyyat: Məmmədhəsənov R.M. “ Endokrinologiya” 2006 il.
825) Autoimmun tireoidit diaqnozu aşağıdakılardan hansının əsasında qoyulur?
A) Tireoid hormonların və TTH səviyyəsinin təyini
B) Qalxanabənzər vəzin stintiqrafiyası
C) Sadalanan müayinələrin heç biri əsasında
D) Qalxanabənzər vəzin USM
E) Tiroqlobulin və mikrosomal fraksiyaya qarşı antitellərin səviyyəsinin təyini
Ədəbiyyat: Дедов И. И., Мельниченко Г.А. «Эндокринология» 2008 г.
826) Aşağıdakılardan hansı Xaşimoto tireoiditi üçün xarakter xüsusiyyət deyildir?
A) Antitiroid antitellər artmış olur
B) Histoloji olaraq vəzi toxuması daha çox polimorfonuklear leykositlər və qranulomalar ilə zəngin olur
C) Hipotiroiditə səbəb olur
D) Qadınlarda kişilərdən daha çox rast gəlinir
E) Digər autoimmun xəstəliklərlə birgə rast gəlinə bilər
Ədəbiyyat: Дедов И. И., Мельниченко Г. А. «Эндокринология. Национальное руководство» 2008 г.
827) Aşağıdakılardan hipofiz hormonlarından hansının çatmamazlığı quru dəriyə, səs qalınlaşmasına və qəbizliyə səbəb ola bilər?
A) Prolaktin
B) Vazopressin
C) LH/FSH
D) TSH
E) ACTH
Ədəbiyyat: Məmmədhəsənov R.M. «Endokrinologiya» 2006 il.
828) Yüngül gedişli diffuz-toksiki ur üçün aşağıda yazılanlardan hansı düzgün deyil?
A) Əmək qabiliyyətinin azalması
B) 1 dəq 100-dən çox vurğu, daimi taxikardiya
C) Sinir oyanıqlığının artması
D) 1 dəq 100-dən çox olmayan vurğu, daimi taxikardiya
E) Əvvəlki çəkisindən 10-15% azalma
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
829) Orta ağır gedişli diffuz-toksiki ur üçün aşağıda yazılanlardan hansı düzgün deyil?
A) Sinir oyanıqlığının çox artması
B) Ürək vurğuları 1 dəq 100-120 olan daimi taxikardiya
C) Əmək qabiliyyətinin azalması
D) Bədən çəkisinin 20% azalması
E) Səyrici aritmiyanın əmələ gəlməsi
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
830) Qalxanabənzər vəzin II dərəcəli böyüməsi üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Boyun konfiqurasiyasının dəyişməməsi
B) Udqunma zamanı görünən qalxanabənzər vəzi
C) Boyun konfiqurasiyasının dəyişməsi
D) Heç biri doğru deyil
E) Asan palpasiya olunan qalxanabənzər vəzi
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
Dostları ilə paylaş: |