889) Hansı preparat bağırsaqlarda qlükozanın sovrulmasını azaldır?
A) Aktos
B) Diabeton
C) Qlibenklamid
D) Qlükobay
E) Amaril
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
890) Böyük cərrahi müdaxilələr zamanı şəkərli diabetli xəstəyə nə təyin olunur?
A) A-qlikozidazanın inhibitorları
B) Sulfanilamid törəmələri
C) İnsulin
D) Tiazolidindionlar
E) Biquanidlər
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
891) Bu peroral şəkərsalıcı preparatlardan hansı gün ərzində 1 dəfə qəbul olunur?
A) Qlibenklamid
B) Qlürenorm
C) Diabeton
D) Amaril, Diabeton MR
E) Minidiab
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
892) Diabetik “pəncənin” müalicə prinsipləri hansılardır?
A) Diabetin ciddi kompensasiyası, antiaritmik preparatların təyini, qlyukokortikoidlərin təyini
B) Diabetin ciddi kompensasiyası, bronxolitiklərin təyini, polivitaminlərin təyini, tiazolidinlərin təyini
C) Diabetin ciddi kompensasiyası, aminturşularının təyini, tireoid hormonların təyini, biquanidlərin təyini
D) Diabetin ciddi kompensasiyası, antihipertenziv preparatların təyini, immunodepressantların təyini
E) Diabetin ciddi kompensasiyası, angioprotektorların təyini, antibiotiklərin təyini, antiaqreqantların təyini, immunomodulyatorların təyini
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 1998 г.
Dostları ilə paylaş: |