1047) Nalokson hansı zəhərlənmədə antidotdur?
A) Xlorlu karbohidratlar
B) Fentanil
C) Ağır metallar
D) Parasetamol
E) Barbituratlar
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1048) Nitroqliserin hansı dozada öldürücüdür?
A) 2 qram
B) 10 kapsul
C) 10 tablet
D) 20 tablet
E) 5 kapsul
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
1049) Frank indeksinə görə dərin yanıqların sahəsinin hər 1%-i səthi yanıqların sahəsinin
neçə faizinə bərabərdir?
A) 5%-nə
B) 4%-nə
C) 3%-nə
D) 15%-nə
E) 10%-nə
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə kliniki protokol.”Mega-Print”MMS,2009
1050) Ağır şokun diaqnostik meyarlarına hansı aid deyil?
A) Tənəffüs yollarının yanığı olduğu halda Fİ= 30-69 olarsa
B) Zədələnmə sahəsi bədən səthinin sahəsinin 20-50 %-ni təşkil edərsə
C) Tənəffüs yollarının yanığı olduqda Fİ =70-100 olarsa
D) Tənəffüs yollarının yanığı olmadığı halda Fİ= 80-120 olarsa
E) IIIB dərəcəli yanıqlarda zədələnmə sahəsi bədən səthinin sahəsinin 10-30 %-ni təşkil edərsə
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə kliniki protokol.”Mega-Print”MMS,2009
Dostları ilə paylaş: |