Şagirdlər fizika və riyaziyyatın tarixinə aid, bu sahədə böyük kəşflər etmiş alimlərin həyat və fəaliyyətinə dair məlumatları öyrə- nirlər. Bu zaman onlar dünya fizika və riyaziyyat elmlərinin inki- şafında böyük xidmətləri olan Əlxarəzmi, Farabi, İbn Sina, Əbül Vəfa, Cabir bin Həyyan, Nəsirəddin Tusi və başqalarının fikirlərini öyrənirlər.
Coğrafiya dərnəyi
Bu dərnəyin məqsədi coğrafiya, diyarşünаslıq məsələləri ilə məşğul olan şagirdləri bir kоllеktivə toplayıb onların coğrafi biliklə- rini zənginləşdirməkdir. Bu dərnəkdə şagirdlər məşhur səyyahlar haqqında – Övliya Çələbi, Jan Şarden, Aleksandr Düma, Tur Heyrdal, Hacı Zeynalabdin Şirvani, Məhəmməd Şirvani, Əbdür- rəşid Bakuvi və başqaları haqqında məlumatlar alırlar. Coğrafiya dərnəyinin müxtəlif bölmələri olur və bu bölmələrdə fiziki coğrafi- ya, qitələr və materiklər coğrafiyası, Azərbyacan abidələri və digər məsələlər öyrənilir. Dərnəyin üzvləri fotomontajlar, albomlar tərtib edir, məşhur səyyahların, dənizçilərin, alimlərin şəkillərini toplayır- lar, həyat və fəaliyyətlərinə dair məruzələr yazırlar. Yuxarı sinif şagirdləri elmi-tədqiqat xarakterli məruzələr hazırlayır və rayonlar arası, respublika üzrə olimpiadalarda çıхış edirlər.