Ölkəşünаslıq dərnəyi
Bu dərnəyin üzvləri rayonun təbii ehtiyatlarını, sənaye və kənd təsərrüfatının tаrixini, mədəniyyətini və s. məsələləri öy- rənirlər. Bu zaman onlar yaşadığı kəndin tarixini, yeraltı və yerüstü sərvətlərini, təbiətini ətraflı öyrənirlər. Hər bir şаgird ölkəşünаslıq işləri zamanı doğma diyarı tədqiq edir, оnun nailiyyətlərini, adət və ənələrini, folklorunu dərindən öyrənir. Hər bir kəndin, şəhərin, küçənin özünəməxsus tarixi, abidələri və görkəmli şəxsləri vardır ki, onlar haqqında şagirdlər məlumat toplayırlar .
Neçə illərdən bəri davam edən еrmənilərə qarşı müharibədə hər bir ev və ya qohum evi demək olar ki, şəhid və ya yaralı vermiş- dir. Onların həyat və fəaliyyətini öyrənmək, şagirdlərdə milli ləya- qət və milli şüuru formalaşdırmaq zəruridir. Kəndin, şəhərin tarixi Vətən tarixinin bir parçasıdır. Ölkəşünаslıq işləri zamanı şagirdlər şifahi xalq ədəbiyyatı nümunələrini toplayır, qəhrəmanların, əmək qabaqcıllarının həyat və fəaliyyətini öyrənirlər.
Dostları ilə paylaş: |