Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Pedaqoji şurа və оnun funksiyаlаrı



Yüklə 268,27 Kb.
səhifə118/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   114   115   116   117   118   119   120   121   122
PEDAQOGİKA 2 hissə

Pedaqoji şurа və оnun funksiyаlаrı

Məktəbdə idarəetmə fəaliyyatinin müxtəlif formaları vardır. Bunlar аşаğıdаkılardır: məktəb şurası, pedaqoji şura, direktoryanı müşavirə, direktorun müavini yanında müşavirə, operativ müşavirə, metod-seminarlar, kоmissiyaların iclasları, şagird komitəsinin iclası və s.



Pedaqoji şura bir kollektivdə işləyən pеşəkаr1аr şurasıdır. О bilavasitə təlim və təhsil-tərbiyə prosesinin təşkili ilə bağlı məsələləri həll etməli, onu təkmilləşdirmək yollarını müəyyənləşdirməlidir.

Pedaqoji şuranın fəaliyyəti ümumtəhsil məktəbinin nizamna- məsi ilə müəyyən olunur. Nizamnaməyə görə pedaqoji şura 3 nəfər- dən artıq müəllim olan bütün ümumtəhsil məktəblərində yaradılır. Pedaqoji şura daim fəaliyyət göstərən orqandır. Pedaqoji şuraya di- rektor (sədr), onun müavinləri, müəllimlər, tərbiyəçilər, kitabxanaçı, valideyn komitəsinin sədri, məktəb şurasının sədri daxildirlər.

Pedaqoji şuranın fəaliyyətində iki sahə ozünü göstərir:


  1. istehsalat-rəsmi sahə;

  2. elmi pedaqoji sahə.

Birinciyə məktəbin illik iş planının təsdiqi, rüblər üzrə məktə- bin işinin yеkunlаrını müzakirə etmək, imtahanlara hazırlıq və onla- rın təşkili planının təsdiqi, şagirdlərin sinifdən-sinfə keçirilməsi və məktəbi qurtаranların buraxılışı, dərs ilinin yekunları və şagirdlərlə yayda iş daxildir. Elmi-pedaqoji sahəyə yuxarı orqanların göstəriş- lərinin və elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsi, qabaqcıl təcrübənin məktəbdə tətbiqi, məktəbdə pedaqoji prosesin təhlili daxildir.

Pedaqoji şuranın elmi-metodiki fəaliyyətinin inkişafi pedaqoji kollektivin peşə ixtisasının yüksək səviyyəsinə sübutdur. Belə mək-

təbdə istehsalat məsələləri operativ həll olunur.

Pedaqoji şuraların hazırlanmasını və keçirilməsini dörd mərhələyə ayırmaq olar:



  1. il ərzində keçiriləcək pedaqoji şuraların planlaşdırılması;

  2. konkret pedaqoji şuranın keçirilməsinə hazırlıq;

  3. pedaqoji şuranın bilavasitə keçirilməsi;

  4. pedaqoji şuranın qərarlarının yerinə yetirilməsi üzrə iş. Adətən tədris ili müddətində beş pedaqoji şura keçirilir. Be-

şinci pedaqoji şura tədris ilinin axırında üç iclasda keçirilir:

  1. imtahanlara buraxılış;

  2. imtahanların gеdişi;

  3. buraxılış imtahanlarının yekunları.

Birinci pedaqoji şura avqustun axırlarında keçirilir. О məktə- bin illik iş planının təsdiqinə, məktəb direktorunun kеçən dərs ilinin yekunları haqqında məruzəsinin müzakirəsinə, yeni tədris ilində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunur. Sonrakı peda- qoji şuralar, təlim və təhsil-tərbiyənin əsas problemlərini işləyib ha- zırlayır. Əsas məqsəd nöqsanları aradan qaldırmaqdan ötrü prakti- kaya tətbiq olunmaq üçün elmi cəhətdən əsaslandırılmış tövsiyələr hazırlamaqdan ibarətdir.

Adətən məktəbin pedaqoji kollektivi hər il üçün hər hansı elmi-praktik problemi götürür. Götürülmüş mövzu pedaqoji şurala- rın fəaliyyətinin istiqamətini müəyyən edir.

Tutaq ki, məktəb cari ildə aşagıdakı iki problem üzərində işləmək qərarına gəlir:


  1. Təlim prosesinin fəallaşdırılması;

  2. Şagirdlərin əxlaq tərbiyəsi məsələləri.

İl ərzində keçiriləcək pedaqoji şuraların gündəliyi də bu prob- lemlərlə bağlı olmalıdır. Başqa sözlə desək, bütün pedaqoji şuralar tematik cəhətdən bir-biri ilə bağlı olmalıdır. Pedaqoji şuralarda əx- laq tərbiyəsinin müxtəlif aspektləri, təlim prosesinin fəallaşdırılma- sının müxtəlif məsələləri müzakirə üçün pedaqoji şuranın gündəliyi- nə çıxarılır. Hər bir məsələ üzrə məruzəçilər və əlavə məruzəçilər təyin olunur.

Fənn metodik birləşmələrinin işi və müəllimlərin özünütəhsili də pedaqoji şuralarda həll olunan problemlərlə tematik cəhətdən bağlı olmalıdır (fənlərin xüsusiyyətlərini, ayrı-ayrı müəllimlərin

fərdi hazırlığını və maraqlarını nəzərə almaqla).

Ümumiyyətlə pedaqoji şuranın fəaliyyaəti aşağıdakı vəzifələ- rin həllinə yönəldilməlidir:



  1. dövlət standartlarına cavab verən tədris planlarının, proq- ramlarının, dərsliklərin və tədris vəsaitlərinin müzakirəsinə, qiymət- ləndirilməsinə və seçilməsinə, təlim və təhsil-tərbiyə prosesinin forma və metodlarının tətbiqinə;

  2. perspektiv, illik, cari iş planlarının yerinə yetirilməsinə, təlim və təhsil-tərbiyə işinin keyfiyyətini yüksəltmək üzrə məktəbin pedaqoji kollektivinin işinin müzakirəsinə;

  3. müəllimlərin, tərbiyəçilərin ixtisasını yüksəltməyə, yaradı- cı fəallığı inkişaf etdirməyə, pedaqoji kоllеktivdə innovasiya mühi- tini formalaşdırmağa, qabaqcıl pedaqoji təcrübəni öyrənməyə, ümu- miləşdirməyə və yaymağa, yeni peadqoji texnologiyalardan istifadə etməyə;

  4. müəllimlərin, şagirdlərin, valideynlərin rəyini nəzərə al- maqla pedaqoji işçilərin attestasiyasını keçirməyə, attestasiya texno- logiyasını təkmilləşdirmək üzrə təkliflər irəli sürməyə, təhsili idarə- etmə orqanları qarşısında müəllimlərə kateqoriyalar, dərəcələr ver- mək üzrə vəsadət qaldırmağa;

  5. təcrübə kеçməyə, ixtisasartırma kurslarına, magistraturaya göndəriləcək müəllimlərin namizədliyini müzakirə və təsdiq etmə- yə, ən yaxşı müəllimləri maddi və mənəvi mükafatlandırmanın müxtəlif formalarına təqdim etməyə və s.

Pedaqoji şuranın işini yüngülləşdirmək üçün məktəbdə direk- tor və onun müavinlərinin yanında müşavirələr keçirilir. İdarəetmə sistemində bu formalar da özünü doğrultmuş formalardır.

Məktəb şurasının və pedaqoji şuranın fəaliyyəti bir-birini təkrar etməməlidir, əksinə bir-birini tamamlamalıdır.

Təcrübə göstərir ki, məktəb şurası idarəetmədə faydalı orqana çevrilmişdir. Üç sektordan ibarət olan məktəb şurası daha effektli- dir: 1) pedaqoji sektor; 2) valideyn sektoru; 3) şagird sektoru.



  1. Yüklə 268,27 Kb.

    Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin