Pedaqoji sektor kadr məsələləri ilə məşğul olur (dərs yükünü bölür, sinif rəhbərlərini təyin edir, ayrı-ayrı sahələrə məsul şəxsləri təyin edir), müəllimlərin ixtisasını artırmaqla, onların attes- tasiyası ilə məşğul olur, ictimai nəzarəti həyata keçirir. Pedaqoji sektor pedaqoji şura tərəfindən seçilir.
Valideyn sektoruvalideyn komitəsini yaradır. Sektor uşaqların qidalanmasına, məktəbin təmiri məsələlərinin həllinə kö- mək edir, valideynlərin pedaqoji biliklərə yiyələnməsini təşkil edir, valideynlərlə iş aparır, tərbiyəvi tədbirlərin keçirilməsinə kömək göstərir və s. Valideyn sektorunun şurası sinif valideyn kоmitələri- nin nümayəndələrindən seçilir və ümumməktəb valideyn yığınca- ğında təsdiq olunur.