Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı



Yüklə 268,27 Kb.
səhifə120/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   114   115   116   117   118   119   120   121   122
PEDAQOGİKA 2 hissə

Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı

Məktəbdə metodik işin təşkili formaları dinamikdir, onlar bir çox amillərdən asılı olaraq dəyişir və yeniləşir. Həmin amillər içəri- sində aşağıdakıları göstərmək olar:



  1. təhsil sahəsində dövlətin siyasəti, qanunvericilik aktları və sənədləri;

  2. müəllimlərin pedaqoji mədəniyyətinin səviyyəsi, onların şəxsiyyət və peşə-fəaliyyət göstəricilərinin diaqnostik ölçülməsi prosesində аşkаr edilmiş metodik hazırlığı;

  3. məktəb kollektivində əxlaqi-psixoloji mühit, metodik işin təşkili üçün maddi-texniki imkanlar;

  4. məktəbdаxili pedaqoji təcrübənin öyrənilməsi, müəllimlə- rin fəallığı, metodik işi həyata keçirmək üçün məktəb rəhbərlərinin peşə hazırlığı;

  5. məktəb kollektivində konkret situasiya: müəllimlər arasın- dakı, müəllimlərlə şagirdlər arasındakı, müəllimlərlə rəhbərlər ara- sındakı münasibətlər.

Bir çox məktəblərdə məktəb rəhbərlərinin və pedaqoqların təşəbbüsü ilə metodiki şuralar yaradılır. Məktəb şuralarından və pe- daqoji şuradan fərqli olaraq metodiki şuranın yeganə funksiyası hər bir müəllimin fəaliyyətinin elmi-metodiki səviyyəsini yüksəltmək- dir. İşin effektliyi minimum iki səbəbdən asılıdır:

  1. metodşuraya kim rəhbərlik edir;

  2. onun üzvlərinin tərkibi neçədir.

Metodiki şuraya təhsilin müxtəlif pillələrini, müxtəlif profilli

fənləri təmsil edən ən təcrübəli müəllimlər daxil olur. Bunlar müx- təlif metodiki birliklərin rəhbərləri ola bilər. Adətən metodşuraya direktorun tədris-tərbiyə işləri üzrə müavini rəhbərlik edir.

Məktəbin metodiki şurası müəllimlərin pedaqoji ixtisasının təkmilləşdirilməsinin taktika və strategiyasını müəyyən edir. Meto- diki şura metodbirləşmələrdə, kоmissiyalarda müzakirə olunan mə- sələləri müəyyənləşdirir, seminarların, praktikumların, lektoriyala- rın proqramlarını, məktəbdə metodiki işin ümumi proqramını işlə- yib hazırlayır və müzakirə edir.

Məktəbdə metodiki işin aşağıdakı formaları vardır:



  1. fənn metod birləşmələri;

  2. məktəbdə vahid metodiki gün;

  3. problem seminarlar və praktikumlar;

  4. gənc müəllim məktəbi;

  5. qabaqcıl təcrübə məktəbi;

  6. müəllimlərlə fərdi iş;

  7. açıq dərslərin keçirilməsi;

  8. elmi-pedaqoji konfranslar və pedaqoji mühazirələr;

  9. rollu və işgüzar oyunlar;

  10. pedaqoji situasiyaların modelləşdirilməsi və təhlili;

  11. müəllimlərin yaradıcı hesabatları;

  12. pedaqoji konsiliumlar və s.

Məktəbdə metodiki işin ən geniş yayılmış formalarından biri müəllimlərin fənn metodbirləşmələridir. Metodbirləşmələr fənn müəllimlərini və ibtidai sinif müəllimlərini birləşdirir. Metodbirləş- mənin optimal tərkibini 4-5 nəfər eyni fənn müəllimi təşkil edir. Böyük şəhər məktəbləri ayrıca və ya 2-3 kənd məktəbində birləşmiş metodbirləşmə yarada bilər.

Metodbirləşmələrin işinin məzmunu çoxcəhətlidir. Onlar tə- lim-tərbiyə işinin və şagirdlərin biliklərinin keyfiyyətini yüksəltmək məsələlərini, təcrübə mübadiləsinin təşkili, qabaqcıl pedaqoji təcrü- bənin və pedaqoji elmin nailiyyətlərinin tətbiqi məsələlərinə baxır, yeni proqramların və dərsliklərin ən çətin bölmələrini və mövzuları- nı müzakirə edir və s.

Metodbirləşmənin işi xüsusi plan əsasında həyata kеçirilir. Planda yeni tədris ili üçün məqsəd və vəzifələr formalaşdırılır, əsas təşkilati-pedaqoji tədbirlər müəyyənləşdirilir (kabinetlərin tərtibati,

didaktik materialın ekspertizası, yoxlama yazı işlərinin mətnlərinin, mövzularının təsdiqi və s.), elmi-metodik məruzələrin, fənlər üzrə açıq dərslərin və sinifdənxaric məşğələlərin tеmаtikаlаrı təsdiq olunur, şagirdlərin bilik, bacarıq və vərdişlərinə nəzarətin formaları və müddəti müəyyən edilir.

Metodiki işin səmərəli formalarından biri vahid metodik gü- nün (məktəbin bütün pedaqoji işçiləri üçün rübdə bir dəfə) keçiril- məsidir. Vahid metodik günlərin mövzuları qabaqcadan müəllim- lərə çatdırılır.

Vahid metodiki günün işinin məzmununa daxildir: açıq dərs- lərin və sinifdənxaric işlərin keçirilməsi, onların geniş təhlili və mü- zakirəsi, yeni metodik ədəbiyyatın xülasəsi, metodiki günə yеkun vurulması (iclas, «dəyirmi masa» va ya «mətbuat konfransı» forma- sında). Bu formalarda müəllimlər metodik mövzular üzərində işlərin yеkunlаrı haqqında çıxış edir. Məktəb rəhbərləri isə keçirilən təd- birin ümumi təhlilini aparır və ona qiymət verirlər.




Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin