Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Marağa görə təşkil eidlən dərnəklər



Yüklə 268,27 Kb.
səhifə116/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   112   113   114   115   116   117   118   119   ...   122
PEDAQOGİKA 2 hissə

Marağa görə təşkil eidlən dərnəklər:



Bacarıqlı əllər dərnəyi.

Bu dərnək adətən ibtidai sinif şagirdləri üçün təşkil edilir. Uşаqlar həmin dərnəkdə əmək təlimi dərslərində öyrəndikləri bilik, bacarıq və vərdişləri daha da möhkəmləndirirlər. Hər bir şagird özü- nün nəyə qadir olduğunu nümayiş etdirir. Belə işin icrası zamanı əl hərəkətlərinin incəliyi, onun beyinlə əlaqəsi yaranır, ixtiracılıq, ya- radıcılıq inkişaf edir. İxtiraçılıq uşaqların barmaqlarının ucundadır.


Texniki dərnəklər.


Məktəbdə avtomobil, aviomodel, foto, radio, elektrotexnika və s. dərnəklər təşkil oluna bilir. Həmin dərnəklərin üzvləri mək- təbin fizika, kimya, biologiya laboratoriyaları üçün əyani vəsaitlər də hazırlayırlaya bilirlər. Bu dərnəklərdə şagirdlər müəyyən ixti- raçılıq sahəsində elmi nаiliyyətlərdən necə istifadə olunması və s. məsələlərlə tanış olurlar.

Bədii özfəaliyyət və estetik tərbiyə yönümlü dərnəklər.


Xalq oyunları, mahnıları, dram məktəblərdə geniş yayılmışdır. Bu dərnəklər şagirdlərdə bədii yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Onlar müxtəlif musiqi alətlərində çalmağı,oxumağı, rəqs etməyi öyrənirlər. Dərnəyin üzvləri məktəb tədbirlərində, müxtəlif musiqi olimpiadalarda, bayramlarda fəal iştirak edirlər.

Bədii özfəaliyyət dərnəklərinin təşkili aşağıdakı formalar üzrə həyata keçirilə bilər:



    1. Ədəbi dərnəklər.

    2. Dram dərnəkləri.

    3. Təsviri-incəsənət dərnəkləri.

    4. Vokal dərnəkləri.

    5. Musiqi dərnəkləri.

    6. Xoreoqrafiya dərnəkləri.

    7. Kino və fotoqrafiya dərnəkləri.

    8. Tətbiqi sənət dərnəkləri.

    9. Digər dərnəklər.

Şagirdlərin estetik tərbiyəsini düzgün qurmaq üçün dram dər- nəklərinin xüsusi əhəmiyyəti vardır. Dram dərnəklərinin təşkilində aşağıdakı tələblər nəzərə alınmalıdır:

  1. Dram dərnəkləri üçün əsərlərin seçilməsi zamanı uşaqların yaş, bilik və bacarıq səviyyələri nəzərə alınmalıdır.

  2. Dərnək üzvlərinin seçilməsi zamanı bədii ədəbiyyata daha çox maraq göstərən, nitqində, ifadə tərzində qüsurlar olmayan, dərslərindən yüksək qiymətlər alan şagirdlərə üstünlük verilməlidir.

  3. Seçilmiş əsər üzərində dərnək üzvlərilə birlikdə işləmək lazımdır. Əgər belə olarsa, hansı rolun kimə tapşırılması daha düz- gün müəyyənləşdirilər.

  4. Məşğələlərdə “səhnə danışığı” ilə bağlı əvvəlcədən hazır- lanmış tədrislər əsasında spesifik xarakterli iş aparılmalıdır.

  5. Dram əsərlərində cərəyan edən hadisələri daha dolğun təqdim etmək üçün texniki vasitələrlə yanaşı, musiqi alətlərində daha yaxşı çalmaq səriştəsi olan şagirdlərin gücündən lazımi qaydada istifadə edilməlidir.

  6. Məktəb səhnəsində tamaşaya qoyulacaq dram əsərlərinin, yaxud müvafiq parçaların mövzusuna uyğun dekorasiya və paltar- ların hazırlanması və ya əldə edilməsi unudulmamalıdır.

  1. Hər bir obrazın daxili aləminin açılmasında mühüm əhə- miyyət kəsb edən qrim əməliyyatı da düzgün aparılmalıdır.

  2. Məşqlər cədvəl üzrə vaxtlı-vaxtında normal otaq şəraitində keçirilməlidir.

  3. Hazırlanmış nümunələrin premyerasına mütəxəssislərin, ədəbiyyat müəllimlərinin, məktəb rəhbərlərinin dəvət olunması va- cibdir.

Tamaşa və parçaların nümayişindən sonra dərnək üzvlərinin iştirakı ilə təhlillər aparılmalı, deyilmiş müsbət və mənfi cəhətlər obyektiv qiymətləndirilməlidir.

Xor dərnəyi də şagirdlərin estetik tərbiyəsi baxımından əhə- miyyətlidir. Şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin inkişafın- da mühüm rol oynayan xor dərnəkləri şagirdlərin estetik hisslərinin, bədii zövqlərinin inkişafına qüvvətli təsir göstərir.

Kollektiv oxu zamanı yaranan xor qədim tarixə malikdir. Xor- la oxu tarix boyu ayrı-ayrı xalqların məişətinə daxil olmuş və əmək cəbhəsində, mübarizə meydanında, mərasim məclislərində insan- ların yaxın dostu olmuşdur.


Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin