Problem seminarlar və praktikumlar müəllimlərin nəzəri va praktiki hazırlığının vəhdətdə aparılmasına yönəldilmişdir. Müa- sir pedaqoji nəzəriyyələrin öyrənilməsi problem seminarların işinin məzmununu təşkil edir. Onların müzakirəsi müəllimin özünütəhsili işinə çох kömək edir.
Qabaqcıl təcrübə məktəbi metodik işin forması kimi əsas etibarilə fərdi və kollektiv hamiliyin məqsəd və vəzifələrini realizə edir. Qabaqcıl təcrübə məktəbinin əsas məqsədi təcrübəli müəlli- min, məktəb rəhbərlərinin az tacrübəli müəllimə metodiki köməyin- dən ibarətdir. Belə məktəbin yaradılması könüllülük əsasında baş verir.
Qabaqcıl təcrübə məktəbi strukturunda gənc müəllim məktəbi də yaradıla bilər. Gənc müəllimlər təcrübəli müəllimin və ya məktəb rəhbərlərindən birinin rəhbərliyi altında birləşirlər. İş xüsusi plan əsasında aparılır. Plana dərsin və sinifdənxaric işin məqsədinin qoyulması qaydası və metodikası, sinif rəhbərinin işinin planlaşdı- rılması xüsusiyyətləri və s. kimi məsələlərin müzakirəsi daxil edilir. Məktəblərə eksperimentlərin təşkili ilə bağlı müəyyən hüquq-
ların verilməsilə əlaqadar olaraq problem qrupların (innovasiya qruplarının) fəaliyyəti geniş maraq doğurur. Müəllimlərin belə qru- pu həm məktəb rəhbərlərinin, alim-pedaqoqların, həm də müəl-
limlərin özlərinin təşəbbüsü ilə meydana gələ bilər. Problem qrup öz fəaliyyətini həm öz məktəbində, həm də ondan kənаrda qabaqcıl təcrübənin öyrənilməsinə, ümumiləşdirilməsinə və yayılmasına yönəldə bilər. Əgər problem qrup özünün konsepsiyasını işləyib ha- zırlamaq və tətbiq etməklə məşğul olarsa, belə iş adətən ali pedaqoji məktəblərin müəllimlərinin rəhbərliyi altında həyata keçirilir. Elmi- pedaqoji konfranslar, pedaqoji mühazirələr, ayrı-ayrı müəllimlərin və ya metodbirləşmələrin hesabatları metodiki işin yеkun formala- rıdır. Onlar müəyyən müddətdə görülən işlərin yеkunlаrınа həsr olunur. Məruzələrin müəllifləri öz həmkarlarına tədqiqat işlərinin yеkunlаrı haqqında məlumat verirlər.
Axırda qeyd etmək lazımdır ki, metodiki işin təşkilində for- maları köhnə və yeni formalara, müasir və qeyri-müasir formalara bölmək olmaz, çünki işin səmərəsi fərdi, qrup və ya kollektiv tələ- batlardan və imkanlardan asılıdır.
Dostları ilə paylaş: |