Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Tərbiyə prosesi çoxçalarlı, dinamik və dəyişkən prosesdir



Yüklə 268,27 Kb.
səhifə9/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   5   6   7   8   9   10   11   12   ...   122
PEDAQOGİKA 2 hissə

Tərbiyə prosesi çoxçalarlı, dinamik və dəyişkən prosesdir. Bu prosesdə bir tərəfdən sosial-psixoloji, digər tərəfdən pedaqoji əlaqə və asılılıqlar özünü göstərir. Bu əlaqə və asılılıqlar bir-biri ilə sıx surətdə bağlıdır. Onları nəzərə almadan tərbiyə prosesini düzgün təşkil etmək olmaz. Sosial əlaqə və asılılıqlar dedikdə, tərbiyə pro- sesinin gedişində şagirdlərin ictimai sərvətləri mənimsəməsi zamanı özünü göstərən əlaqələr və asılılıqlar nəzərdə tutulur.

Pedaqoji əlaqə və asılılıqlar uşağı əhatə edən mühit və tərbiyə qüvvələri tərəfindən göstərilən təsirlərlə bağlı olan əlaqə və asılılıq- lardır. Uşaq həmişə müəyyən mikro və ya makro mühitdə yaşayır, həmyaşıdları, valideynləri, bacı-qardaşları ilə ünsiyyətdə olur, mək- təbin, müəllimlərin təsirinə məruz qalır, səhnə və ekran əsərlərinə, televizor verilişlərinə baxır, kitab və qəzet oxuyur, radionu dinləyir və s.

Tərbiyənin bir sıra nisbi mənada tərkib hissələri müəyyənləş- dirilmişdir ki, tərbiyə olunanda həmin keyfiyyətlərin aşılanması məqsədəmüvafiqdir. Onları aşağıdakı kimi ayırmaq olar: əxlaq tər- biyəsi, mənəvi tərbiyə, intellekt tərbiyəsi (zehin tərbiyəsi), əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə. Bütün bunlarla bərabər tər- biyə prosesində uşaqların hüquq, ekoloji, iqtisadi, ruhi tərbiyəsi ilə də məşğul olunur. Bütün bunlar tərbiyənin məzmununu təşkil edir. Amma, nəzərə almaq lazımdır ki, tərbiyənin bütün tərkib hissələri bir birilə sıx bağlıdır. Hər hansı bir tərbiyənin tərkib hissəsində di- gər keyfiyyətlər də tərbiyə olunur və ya olunmalıdır. Bu cəhətdən tərbiyənin tərkib hissələri bir növ şərti xarakter daşıyır, insanın tər- biyə prosesində bütün bu tərbiyəvi keyfiyyətlər kompleks şəkildə həyata keçirilir.

Tərbiyə fəaliyyətində xüsusi, təşkilati cəhətindən söhbət get- dikdə, adətən, burada müəyyən şəxsiyyətin formalaşmasına olan tə- sir assosiasiyası nəzərdə tutulur. Tərbiyə ənənəvi olaraq xüsusi inki- şaf edən şəxsiyyətə, onun formalaşması məqsədi ilə cəmiyyət tərə- findən müəyyənləşdirilmiş sosial xassə və keyfiyyətinə pedaqoji təsiridir.

Tərbiyə dedikdə, biz pedaqoji prosesdə həyata keçirilən müx- təlif növlü fəaliyyətin stimullaşdırılmasını və təşkilini nəzərdə tutu- ruq ki, onlar ictimai təcrübə əldə etmək üçün şəxsiyyətə imkanlar verir. O, bilik, bacarıq, sosial və mənəvi münasibətləri ilə forma- laşır.

Tərbiyə cəmiyyətimizin demək olar ki, bütün sahələrində hə- yata keçirilir. Ailənin, uşaq bağçasının, ümumtəhsil məktəblərinin, texniki peşə məktəblərinin, orta, ali ixtisas məktəblərinin, kolleclə- rin, idarə, müəssisə və təşkilatların tərbiyə imkanları genişdir. Baş- qa sözlə, sadalanan ictimai qurumlar tərbiyənin həyata keçirildiyi yerlərdir.

Ümumiləşdirilmiş formada desək, tərbiyəçilər və tərbiyə olu- nanlar tərbiyənin iştirakçılarıdır. Valideynlər, müəllimlər, ustalar, idarə, müəssisə və təşkilatların rəhbərləri və s. şəxslər tərbiyəçilər kimi fəaliyyət göstərirlər.



    1. Yüklə 268,27 Kb.

      Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin