Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Tərbiyə mürəkkəb və ziddiyyətli prosesdir



Yüklə 268,27 Kb.
səhifə8/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   4   5   6   7   8   9   10   11   ...   122
PEDAQOGİKA 2 hissə

Tərbiyə mürəkkəb və ziddiyyətli prosesdir. Bu o deməkdir ki, onun hadisələri tez nəzərə çarpmır. Tərbiyə prosesinin mürək- kəbliyi onun dinamik və dəyişkən olmasındadır.

  • Tərbiyə şəxsiyyətin inkişafı və formalaşması prosesidir. Bu prosesə həm şəxsiyyətə edilən xarici təsir, həm də özünütərbiyə və özünütəkmilləşdirmə daxildir.

  • Tərbiyə fasiləsiz, uzun sürən prosesdir. Tərbiyə proseesi tərbiyəçilərin tərbiyə olunanlara fasiləsiz, sistematik ardıcıl təsiri

    prosesidir. Burada məqsədli iş sistemi qurulur. Tərbiyə işi insanın bütün həyatı boyu davam edir, nəticəsi gec görünən və insanın əməllərində özünü göstərən bir prosesdir.

    Göründüyü kimi, tərbiyə prosesində iki fəal tərəf iştirak edir. Onlardan biri tərbiyəçi, digəri isə tərbiyə olunandır. Hər ikisi fəal- dır. Ancaq daha fəal olanı tərbiyəçidir. Məhz o, uşağı bəsləyib ye- tişdirir, ona təsir göstərir, onda yeni keyfiyyətlər, nəcib əxlaqi sifət- lər yaradır, zehni və fiziki qabiliyyətləri təşəkkül etdirib möhkəm- ləndirir, uşağın fəal şəxsi mövqeyini təmin edir. Bu prosesdə tərbi- yəçinin özünün də şəxsiyyəti inkişaf edir, formalaşır.

    Beləliklə, tərbiyə prosesi tərbiyəçi ilə tərbiyə olunan arasın- da yaradıcılıq əməkdaşlığı şəraitində həyata keçirilən ikitərəfli qarşılıqlı fəaliyyət prosesidir. Bu elə bir prosesdir ki, həmin proses- də bir tərəfdən uşaq tarix boyu qazanılmış təcrübə və bilik sərvətləri ilə silahlanır, inkişaf edir, tərbiyəçinin bilavasitə göstərdiyi pedaqoji rəhbərliklə özünün fəallığı zəminində həyata düzgün münasibət bəsləyir, öz həyat yolunu təyin etmək mədəniyyətinə, zehni, əxlaqı, iqtisadi, siyasi, hüquqi, ekoloji, bədii və fiziki mədəniyyətə, faydalı adətlərə və davranış qaydalarına yiyələnir, digər tərəfdən tərbiyəçi özü kamilləşir, inkişaf edir.

    Deməli, tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması və in- kişafı prosesidir. Məqsədyönlü formalaşma və inkişaf tərbiyənin əsas mahiyyətini təşkil edir. Tərbiyənin mahiyyəti - şəxsiyyəti yüksək insani keyfiyyətlərlə tərbiyələndirmək, onda nəcib əxla- qi, mənəvi keyfiyyətlər aşılamaq, əməyə, həyata hazırlamaq, es- tetik və fiziki mədəniyyət, ailə münasibətləri mədəniyyəti for- malaşdırmaq, cəmiyyətdə düzgün davranış normalarına isti- qamətləndirmək, milli və bəşəri dəyərləri mənimsətmək və bütün bunların tərbiyə olunanın intellektual, emosional, daxili aləmindən keçirib onun xarakter əlamətlərinə çevirməkdir.




    Yüklə 268,27 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   ...   122




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin