Tərbiyə psixologiyası



Yüklə 13,69 Kb.
tarix03.12.2022
ölçüsü13,69 Kb.
#72176
Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının psixoloji mexanizmlərini


Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının psixoloji mexanizmlərini, tərbiyə işinin metodları və formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılmasını, şagird kollektivinin psixologiyasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin idarəolünması problemini, «çətin» uşaqlar, onların davranışının korreksiyası məsələlərini öyrənir. Bunların hamısı vahid bir vəzifəni - şəxsiyyətin
Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. İnsan amilinin əsas yer tutduğu hazırki dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan, ahəngdar inkişaf etmiş, ictimai cəhətdən fəal olan, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdınlması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata keçirilməsində məktəb və müəllimlərimiz həlledici mövqe tutur. Bununla əlaqədar olaraq məktəb yüksək əxlaq prinsipləri ilə yaşamağa və işləməyə, birgəyaşayış qaydalarına, qanunlarına sözsüz əməl etməyə daxili tələbat oyatmalıdır.
Şəxsiyyətin əxlaqi-iradi sahəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür, anlayış prinsip və inamının, əxlaqi hisslərinin, adətlərinin başqa adamlara, cəmiyyətə, əməyə münasibətdə ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji mexanizmlərini açmaqla, tərbiyə psixologiyası gənc nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün imkan verir.
Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, məktəblilərin özünütərbiyəsinin psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin keyfiyyətlərinin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmlərini də öyrənir.
Tərbiyə şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S.Makarenkonun dediyi kimi tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı nəsil bu prosesdə özünün təcrübəsini, özünün etirazlarını, özünün inamını kiçik nəslə verir. Tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən inkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diqqəti birinci növbədə cəlb edən cəhətlərdəndir. Bu baxımdan, birinci növbədə nəyi tərbiyə etmək məsələsi, başqa sözlə, şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. Məlum olduğu kimi, şəxsiyyətin hər bir keyfiyyəti bir-biri ilə ayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı olaraq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsus əhəmiyyət kəsb edir. Ona görə də tərbiyə prosesində şəxsiyyətin formalaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəruridir. Başqa sözlə, insanı hissə-hissə deyil, bir şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır.
Müasir dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan,
mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdırılması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata keçirilməsində məktəb və müəllimlərimiz həlledici mövqe tutur.
Məktəblərimizin, müəllim və tərbiyəçilərimizin bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmələri tərbiyə prosesinin psixologiyası, psixoloji əsasları, qanunauyğunluqları haqqında biliklərdən çox asılıdır. Təsadüfi deyildir ki, şəxsiyyətin formalaşmasının
psixoloji mexanizminin öyrənilməsi tərbiyə psixologiyasının başlıca vəzifəsi hesab olunur. Şəxsiyyətin əxlaqi-iradi sahəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür, anlayış, prinsip və inamının, əxlaqi hisslərinin, adətlərinin, başqa adamlara, cəmiyyətə, əməyə münasibətdə ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji mexanizmlərini açmaqla, tərbiyə psixologiyası böyüyən gənc
nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün imkan
verir. Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin
qanunauyğunluqlarını, məktəblilərin özünütərbiyəsinin psixoloji
əsaslarını aşkara çıxarmaqla, tərbiyə psixologiyası
şəxsiyyətin keyfiyyətlərinin formalaşmasına imkan yaradan
həmin təsirlərin mexanizmlərini də öyrənir.
Tərbiyə şəxsiyyətin formalaşmasına yönəldilmiş xüsusi
fəaliyyət sahəsidir. Bu prosesdə daha yaşlı nəsl özünün
təcrübəsini, ehtiraslarını, inamını kiçik nəslə verir. Tərbiyə
şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən
inkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necə
formalaşması, bu prosesə təsir edən amillər diqqəti birinci
növbədə cəlb edən cəhətlərdəndir. Bu baxımdan ilk növbədə
nəyi tərbiyə etmək məsələsi, başqa sözlə şəxsiyyətin strukturu,
əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir.
Məlum olduğu kimi, şəxsiyyət hər bir keyfiyyəti bir-biri ilə
ayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də
şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı
olaraq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsus
əhəmiyyət kəsb edir. Ona görə də tərbiyə prosesində
şəxsiyyətin formalaşmasının bu cür cəhətlərinin nəzərə
alınması zəruridir. Başqa sözlə, insanı hissə-hissə deyil, bir
şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır. Şəxsiyyətin
əlamət və keyfiyyətlərinin əlaqəsini, qarşılıqlı təsir imkanlarını
nəzərə almadan onun düzgün, məqsədəuyğun formalaşmasına
nail olmaq mümkün deyildir.
Yüklə 13,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin