TəRBİYƏNİn məQSƏDİ VƏ TƏRKİb hiSSƏLƏRİ



Yüklə 21,66 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü21,66 Kb.
#41697
1   2
Tərbiyənin tərkib hissələri

1. Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması

2. Əxlaq tərbiyəsi

3. Əmək tərbiyəsi

4. Estetik tərbiyə

5. Fiziki tərbiyə

6. Hüquq tərbiyəsi

7. İdeya-siyasi tərbiyə

8. Ekoloji tərbiyə

Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması böyüyən nəslin, ümumiyyətlə insanların təbiət, cəmiyyət və insan təfəkkürünün obyektiv inkişaf qanunları haqqındakı elmi məlumatlara yiyələnməni əhatə edir. Bu prosesdə böyüyən nəsil sistemli təhsil müəssisələrində müxtəlif tədris fənləri vasitəsilə zəruri biliklərə yiyələndirilir və onlarda bu biliklərə müvafiq bacarıqlar, vərdişlər formalaşdırılır. Mənimsədilən həmin biliklər, elmi məlumatlar əsasında həyata baxış formalaşdırılır, dünyagörüş yaradılır. Beləki, elmlərin əsasına yiyələndikcə tərbiyə olunanlarda təbiət hadisələrinə, təbii möcüzələrin əsaslarına aid elmi münasibət yaranır, bu isə onlarda düzgün obyektiv dünyagörüş yaranmasına səbəb olur. Böyüyən nəslin zəruri elmi biliklərə yiyələnməsi həm də ictimai-iqtisadi tələbdir. Bu tələb cəmiyyətin, ictimai-iqtisadi quruluşun pedaqoji proses qarşısında qoyduğu əsas vəzifədir. Ona görə də müxtəlif ictimaiiqtisadi quruluşlu cəmiyyətlərdə tərbiyə məqsədi də müxtəlif olmuşdur. Buna səbəb həm də məhsuldar qüvvələrin inkişaf səviyyəsi, elmi-texniki tərəqqinin vəziyyəti olmuşdur. Müasir yüksək elmi-texniki inkişaf səviyyəli dövlətlərdə təhsilin müəyyən dövrü məcburidir. Bu insanların, xüsusən də yeniyetmə və gənclərin yaşadığı cəmiyyətin əsas iqtisadi inkişaf səviyyəsinə cavab verə biləcək vəziyyətə hazır olması tələbindən irəli gəlir. Elmi məlumatlara yiyələnmə, intellektual inkişaf hər bir şəxsə həyatda, quruculuq işində fəal iştirak etmə, təbiət və cəmiyyət hadisələrinə obyektiv qiymət vermə, əməyini və həyatını düzgün qurma, öz yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmə və s. bu kimi imkanlar verir. İnsanlar həyat və fəaliyyətlərinin müxtəlif dövrlərində elmi məlumatlara yiyələnmə zəruriyyəti qarşısında qalırlar. Bu istehsalatın və xalq təsərrüfatının digər sahələrindəki elmi yeniliklərin tədbiqi ilə bağlı olur. Əmək tərbiyəsi və politexnik təhsil böyüyən nəslin, ümumiyyətlə insanların əmək fəaliyyətinə həm nəzəri həm də təcrübi nöqteyi nəzərdən hazırlanmasını əhatə edir. Əmək tərbiyəsi əməyin elmi əsasları, onun elmi təşkili haqqında sistemli məlumatlar verir, zəruri əmək bacarıq və vərdişləri, əməyə, əmək adamlarına, öz əmək fəaliyyətinə münasibət formalaşdırır. Bu proses həm xüsusi dərslər, müxtəlif tip məşğələlər, həm də ayrı-ayrı fənlərin tədrisi vısitəsilə həyata keçirilir. Bu yolla insanlara onların yaşaması üçün əmək fəaliyyətinin birinci əsas şərt olduğu dərk etdirilir. Bu iş məktəbdənkanar tərbiyə müəssisələrində, mədəniyyət müəssisələri və digər tərbiyə müəssisələrində müxtəlif tipli çalışmalar, tədbirlər, dərnəklər vasitəsilə də həyata keçirilir. Mədəniyyət müəssisələrində müxtəlif  texniki dərnəklərdə istehsalatdakı yeniliklər, texniki yeniliklərə aid elmi məlumatlar verilir., həm də yeni əmək bacarığı və vərdişi formalaşdırır. Azərbaycan mütəfəkkirlərinin əsərlərində əmək tərbiyəsinə, əməyin insanın formalaşmasında oynadığı rola yüksək qiymət verilmişdir. Bu Nizami Gəncəvi əsərlərində xüsusilə geniş verilmişdir. Nizaminin fəkrincə «cəhənnəmdə əməklə məşğul olmaq cənnətdəki əməksiz həyatdan yaxşıdır». Politexnik təhsil böyüyən nəsli, təhsil alan şəxsləri istehsalın əsas prinsipləri ilə tanış edir, onlarda ən sadə əmək alətləri ilə rəftar etmə bacarığı formalaşdırır. Politexnik təhsil tərbiyə olunanlara şüurlu peşə seçməyə, zehni bilikləri ilə əməli fəaliyyətlərini əlaqələndirməyə, peşələrini istədiyi vaxt dəyişməyə, elmitexniki yenilikləri işinə tətbiq etməyə imkan verir. Politexnik təhsil sistemli təhsil müəssisələrində ayrıca fənn şəklində tədris edilmir. O, müxtəlif fənlərin tədrisi prosesində həyata keçirilir. Politexnik təhsil peşə təhsili ilə də qarşılıqlı əlaqədədir. Peşə təhsili xüsusi gimnaziya, seminariyalar, litseylər, texnikum və s. orta-ixtisas müəssisələrində istehsal və xalq təsərrüffatının müxtəlif sahələrində çalışa biləcək şəxslər formalaşdırır. Ali təhsil müəssisələrində isə yüksək ixtisaslı, ali hazırlıqlı, hərtərəfli inkişaf etmiş və müəyyən sahə üzrə formalaşmış yüksək ixtisaslı şəxslər hazırlanır. Əxlaq tərbiyəsi böyüyən nəslə cəmiyyətdə mövcud olan əxlaq normaları, davranış qaydaları, onların mahiyyəti haqqında nəzəri məlumatlar vermək, müvafiq əxlaqi adətlər formalaşdırmaqdan ibarət uzun müddətli bir prosesdir. Əxlaq tərbiyəsi vasitəsilə böyüyən nəsil zəruri əxlaqi anlayışları mənimsəyir, əxlaqi keyfəyyətlərə yiyələnir, bəşəri və sosial birgəyaşayış normaları ilə tanış olur. Bu prosesdə onlarda cəmiyyətə, insanlara, ailəyə, hər kəsin özü-özünə münasibəti formalaşdırılır. Əxlaq tərbiyəsi demək olar ki, insanın ömrünün sonuna qədər davam edir. İnsan həyatının müəyən dövründən sonra əxlaqi keyfiyyətlər formalaşdırılması işi məktəbdənkanar tərbiyə, mədəniyyət və digər müəssisələrdə icra edilir. Bu müəssisələrdə aparılan tərbiyə tədbirləri cəmiyyətin aktual tərbiyə problemlərinə həsr edilir. Yəni ayrı-ayrı istehsal sahələrinin tələb etdiyi zəruri əxlaqı münasibətlərin təcrübi cəhətdən mahiyyəti açılır, insanlar arasındakı rəsmi iş, etik və s. münasibətlərin istehsala, kollektivin fəaliyyətinə təsiri izah edilir. Digər tərəfdən cəmiyyətdəki dəyişikliklərlə əlaqədar olan yeni münasibət, yeni vəziyyətdə işçilərin və digər şəxslərin riayət etməli olduqları qayda və normalar izah edilir. Məsələn, sahibkarlığa istinad edən cəmiyyətdə yeni istehsal – iş münasibətləri meydana çıxır. Bu isə insanlardan fəaliyyətə yeni münasibətlə yanaşmağı tələb edir. Belə ki, əvvəllər sosial yarışları qarşılıqlı yardım və köməyə əsaslanırdısa indiki istehsal rəqabətə istinad edir. Rəqabət isə hər bir işçi işini yaxşı, elmi əsaslarla, keyfiyyətli qurmağa, iş və kollektiv daxili normalara ciddi riayət etməyə məcbur edir. Əks halda işçi işsiz qala bilər. Bu yeni tələb təlim-tərbiyə müəssisələri ilə yanaşı mədəniyyət və incəsənət müəssisələrində də insanlara izah edilir, mənimsədilir.
Yüklə 21,66 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin