Tərbiyənin prinsipləri


Tələblərdə vahidliyin gözlənilməsi prinsipi



Yüklə 60,52 Kb.
səhifə8/10
tarix24.05.2023
ölçüsü60,52 Kb.
#121363
1   2   3   4   5   6   7   8   9   10
referat 4152

4.8. Tələblərdə vahidliyin gözlənilməsi prinsipi. Istər ailədə, istər məktəbəqədər müəssisələrdə, istərsə də məktəbdə uşaqlara qayğı və nəvaziş göstərilməklə yanaşı onlara müxtəlif tələblər verilir. Öz xarakterinə və məzmununa görə bu tələblr mədəni adətlərin, nümunəvi davranış və rəftarın, ünsiyyət tərzinin formalaşmasına, əmək bacarıq və vərdişlərinin yaradılmasına, nəcib sifətlərin qazanılmasına xidmət göstərir və eyni zamanda təlim xarakteri daşıyır, gənc nəslin təfəkkürünün, təxəyyülünün, iradi keyfiyyətlərinin, diqqət və hafizəsinin inkişafına kömək edir.
Tələblərin kiçik yaşlardan irəli sürülməsi məqsədəuyğundur. Bu, uşağı tələbləri, onların mahiyyətini, cəmiyyət və ailə üçün, özündən ötrü faydalılığını anlamağa və könüllü yerinə yetirməyə imkan verir. Nəticədə uşaq get-gedə bir şəxsiyyət kimi formalaşmağa başlayır.
Yalnız qayğı və nəvazişlə əhat olunan, əmək vəzifələrindən azad edilən, çətinliyə alışmayan, müəyyən bir işi görməyi öyrənməyən uşaqlar sonralar ailədə ata-analarının, məktəbdə müəllimlərinin tələblərini laqeyd qarşılayırlar.
Ailədə olduğu kimi məktəbdə də şagirdlərə bir çox tələblər verilir. Tələbin şagird tərəfindən başa düşülməsi, ona əməl edilməsinin zəruriliyinə inam oyatmaq üçün bir sıra şərtlər gözlənilməlidir. Onları nəzərdən keçirək:

  1. Tələblər pedaqoji etika çərçivəsində verilməli, pedaqoji mərifətə və taxta əməl edilməlidir

  2. Tələb şagirdə aydın olmalıdır.

  3. Məktəblinin yaşı nəzərə alınaraq ona tələb verilməlidir.

  4. Tələb onun gücünə uyğun gəlməlidir.

5. Tələblər irəli sürülərkən şagirdin fiziki və ruhi vəziyyəti, əhvalı nəzərə alınmalıdır. Məktəbli xəstə, dalğın, qanıqara, əhvalı pərişan ola bilər. Təbii ki, belə vəziyyətlərdə o, tələbə maraq göstərməyəcək, yaxud onu könülsüz yerinə yetirməyə çalışacaqdır.
6. Müəllimin tələbləri ədalətli olmalı, subyektiv mülahizələrə söykənməlidir. Belə hallarda şagirddə tələblərə, sərəncama, tapşırılan işə hiddət və acıq doğura bilər. O, tələbi yerinə yetirməkdən imtina edər ki, bu da müəllim-şagird münasibətlərini çətinləşdirir, ixtilaflı vəziyyət yaradar.
7. Pedaqoji kollektivin üzvləri, ayrı-ayrı müəllimlər tələblərində ardıcıllığı gözləməlidirlər.
8. Eyni zamanda bir neçə tələbin irəli sürülməsi məqsədəuyğun deyildir. 9. Tələblər tərbiyənin məqsədinə zidd olmamalı, əksinə, onun yerinə yetirilməsinə istiqamətlənməlidir.
10. Müəllimin verdiyi düzgün tələb pedaqoji kollektivin digər üzvləri tərəfindən də müdafiə olunmalıdır.
Məktəbdə şagirdlərə bir neçə istiqamət üzrə tələblər irəli sürülür. Buraya daxildir:
Təlim xarakterli tələblər. Ayrı-ayrı dərslərdə müəliim şagirdlərə müraciətlə deyir: “Diqqətiniz məndə olsun!”, “Sual verərkən, yaxud suala cavab verərkən əlinizi qaldırın”, “Yerinizdən danışmayın”, “Yazı yazarkən belinizi düz saxlayın, başınızı partanın üzərinə çox əyməyin”, “Yoldaşınız dərsi danışarkən, ona mane olmayın”, “Dərsdə sakitliyi gözləyin”, “İcazəsiz sinfi tərk etmək olmaz”, “Yoldaşınız dərsi danışanda ona diqtə etməyin”.
Bu, bütün sinfə verilən tələblərdir.
Konkret məktəbliyə, ayrı-ayrı şagirdlərə də tələblər verilir: “Babək, tapşırığı yoldaşından köçürmə”, “Fidan, düz otur”, “Eldəniz, qalx, yazı lövhəsini sil”, “Aqil, axırıncı dəfə olsun, bir də dərsə gecikmə” və s. və i.a.
Sinifdə, tənəffüslərdə, asudə vaxtlarda bu və ya digər tədbirlər keçirilərkən də şagirdlərə müxtəlif tələblər verilir: “Ağacın budağını sındırmaq olmaz”, “Tum çırtlama”, “Dalaşmaq olmaz”. “Kağızı yerə atma”, “Partanı yazmayın”, “Sinfi səliqəli saxlayın” və s.
Şagirdlərin tələbləri yerinə yetirmələri üçün ilk növbədə müəllimin yersiz güzəştə getməməsi lazımdır. Ikincisi, pedaqoji kollektivin üzvləri vahid dəsti-xətti gözləməlidirlər. Müəllimin verdiyi tələb, digər müəllim, yaxud sinif rəhbəri; sinif rəhbərinin irəli sürdüyü tələb məktəb direktoru, yaxud onun müavinləri tərəfindən dayandırılmamalıdır.
Müxtəlif tələblərin verilməsi şagirddə bu və ya digər tələbə qarşı etinasızlıq yaradır və onu belə qənaətə gətirir ki, tələbə əməl etmək heç də məcbur deyildir. Və yaxud, hansı tələb onun ürəyincə olursa, ona əməl edir.
Müəllim, sinif rəhbəri şagirdlərə tələblər verdikdə onun yerinə yetirilib-yetirilmədiyinə nəzarət etməlidir. Bəzən şagird tələbə qarşı durur. Bu təbii ki, yaxşı hal sayıla bilməz. Odur ki, artıq soyuq, rəsmi şəkildə tələbi yerinə yetirməyin lazım gəldiyini xatırlatmaq lazımdır.



Yüklə 60,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin