Hz. HƏSƏN VƏ Hz. HUSEYN BARƏDƏ VARİD OLAN HƏDİSLƏR: 1. Səlmə deyir ki, Ummu Sələmə - radıyallahu anhə – nin yanına daxil oldum. Ağlayırdı. Nəyə görə ağlayırsan deyə soruşdum. O: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – yuxumda gördüm. Saç və saqqalı torpağa bulaşmış halda idi. Sənə nə oldu Ey Allahın Rəsulu! Deyə soruşdum. O: «Az öncə Huseyn - radıyallahu anhu – nun öldürülməsinə şahid oldum»239.
2. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən? «Əhli Beytindən hansı sənə daha sevimlidir?» deyə soruşuldu. O: «Həsən və Huseyn» deyə buyurdu. Fatimə - radıyallahu anhə – yə: «Övladlarını çağır. Onları qucaqlayar və bağrına basardı»240.
3. Əbu Musa, Həsən əl-Bəsridən Əbu Bəkr - radıyallahu anhu – nun belə dediyini rəvayət edir: «Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm –minbərdən bir dəfə insanlara, bir dəfə də yanındakı nəvəsi Həsənə - radıyallahu anhu – baxaraq belə dediyini eşitdim: «Mənim bu oğlum seyyiddir. Allah onun əli ilə iki müsəlman kütləni barışdıracaq»241.
4. Ənəs b. Malik - radıyallahu anhu – demişdir: «Heç bir kimsə Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə Həsən b. Əli - radıyallahu anhu – qədər çox bənzər deyildi»242.
5. Yəla b. Murrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Huseyn məndəndir, mən də Huseyndən. Allah Huseyni sevəni sevsin. Huseyn nəvələrimdən bir nəvədir»243.
6. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Əbu Bəkr - radıyallahu anhu – demişdir: «Muhəmməd - sallallahu aleyhi və səlləm – hörmətinizi onun Əhli Beytini qorumaqla onları mühafizə edin!»244.