ADI VƏ NƏSƏBİ: Fatimə b. Muhəmməd, Atasının adı: Muhəmməd b. Abdullah, Anasının adı: Xədicə b. Xuveylid.
Hz. FATİMƏ BARƏDƏ VARİD OLAN HƏDİSLƏR: 1. Abdullah b. Zubeyr - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – Əbu Cəhlin qızı ilə nigahlanmaq haqqında bəhs etmişdi. Bu söhbət Peyğəmbər - sallallahu aleyhi və səlləm – çatdıqda buyurdu: «Fatimə - radıyallahu anhə – mənim bir parçamdır, Onu üzən, məni üzmüş olur, onu yoran, məni yormuş olur»265.
2. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Həcc vaxtı Ərafə günü Qasva adlı dəvəsinin üzərində xütbə verərkən buyurdu: «Ey insanlar! Sizə iki şeyi qoyub gedirəm. Onlara uyduğunuz müddətdə əsla azmazsınız. Allahın Kitabı və yaxınlarım olan Əhli Beytim»266.
3. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə hər bir şeyi verən Allahı sevin, Allah sevgisiylə məni sevin, mənim sevgimlə də Əhli Beytimi sevin»267.
4. Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Qadınların ən sevimlisi Fatimə - radıyallahu anhə – dir, kişilərdən ən sevimlisi isə Əli - radıyallahu anhu – dur». İbrahim b. Sad deyir ki: «Yəni ailə əhli içində»268.
5. Zeyd b. Ərqam - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Əli, Fatimə, Həsən və Huseyn - radıyallahu anhum – haqqında buyurdu: «Mən sizin döyüşdüyünüz kimsələrlə döyüşür, barışdığınız kimsələrlə də barışıram»269.
6. Peyğəmbər - sallallahu aleyhi və səlləm – in ögey oğlu Ömər b. Əbu Sələmə rəvayət edir ki, Əhzab 33 ayəsi: «Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» (əl-Əhzab 33) Ummu Sələmə - radıyallahu anhə – nin evində nazil olmuşdur. Bundan sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – Fatimə, Həsən və Huseyn - radıyallahu anhum – u bir örtük altına alaraq örtdü. Əli - radıyallahu anhu – Peyğəmbər - sallallahu aleyhi və səlləm – in arxasında idi. Onu da başqa bir örtük ilə örtərək buyurdu: «Allahım! Bunlar mənim Əhli Beytim və yaxınlarımdır. Onlardan pislikləri qaldır və onları təmiz elə». Bundan sonra Ummu Sələmə: «Ey Allahın Rəsulu! Məndəmi onlarla bərabərəm?» deyə soruşdum. Peyğəmbər: «Sən dayan, çünki Sən xeyir üzərindəsən» deyə buyurdu270.
7. Zeyd b. Ərqam - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Mən sizə bir şey buraxacağam ki, məndən sonra əsla sapıqlığa düşməzsiniz. Bu şeylərin ikisi də bir-birindən böyükdür. Göydən yerə uzanan bir ip kimi olan ilahi nizam olan Allahın Kitabı və yaxınlarım Əhli Beytimdir. Bu iki şey Qiyamət günü hovuz başında mənimlə görüşənə qədər bir-birindən əsla ayrılmayacaqlar. Bu iki şey haqqında mənə necə itaət edəcəyinizə diqqət edin»271.
8. Misvər b. Məxrəmə - radıyallahu anhu – Rəsulullah - sallallahu aleyhi və səlləm – in belə dediyini rəvayət edir: «Fatimə - radıyallahu anhə – məndən bir parçadır. Kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olar»272.