23. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Həsən məndəndir»261.
24. İbn Kəsir – rahmətullahi aleyhi - rəvayət edir ki, Həsən - radıyallahu anhu – sübh namazını qıldıqdan sonra gün çıxana qədər Allahı zikr edib, sonra da gedib Peyğəmbər - sallallahu aleyhi və səlləm – in zövcələrinə salam verərdi»262.
25. Əbu Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – bizə xütbə verərkən Həsən və Hüseyn - radıyallahu anhum – əyinlərində qırmızı köynək (yıxıla-yıxıla) bir-biriləri ilə oynaya-oynaya gəlirdilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları görən kimi minbərdən endi, onları qucağına alaraq minbərə çıxdı və qarşısına oturtdu: Allah doğru buyurmuş: «Mallarınız və uşaqlarınız ancaq bir imtahan vasitəsidir».(əl-Ənfal 28). Bu iki uşağın halına baxdım yıxıla-yıxıla gəlirdilər. Dayana bilməyib danışmağımı kəsərək onları qucağıma aldım»263.
26. Usamə b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Usamə və Həsən - radıyallahu anhum – ilə birlikdə qucağına alaraq: «Allahım! Mən bunları sevirəm, sən də bunları sev»264.