TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 1,01 Mb.
səhifə69/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   65   66   67   68   69   70   71   72   ...   84
Hz Ali

7. Əbu Cuhayfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – i gördüm. Həsən - radıyallahu anhu – ona çox bənzəyirdi» dedi245.

8. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Huseyn - radıyallahu anhu – nun başı gətirildikdə İbn Ziyadın yanında idim. İbn Ziyad əlində olan bir çomaqla burnunu (gözünə) vurur və deyirdi: «Buna bənzər bir gözəllik görmədim». Mən də: «Əhli Beyti arasında Peyğəmbər - sallallahu aleyhi və səlləm – ən çox bənzəyən idi. (Başqa rəvayətdə: Huseyn nun başı vəsmə bitkisi ilə boyalı idi)»246.

9. İmara b. Umeyr - radıyallahu anhu – rəvayət edir ki, Ubeydullah b. Ziyad və adamlarının başları gətrildiyi zaman Rahbedə məscidə sərilmişdilər. Mən də yanlarında idim. Bu vaxt xalq gəldi, gəldi deyirdilər. (Baxdım ki) bir ilan gəlmiş başlarının yanında dolaşır sonda isə İbn Ziyadın burun dəliklərinə girib qısa bir müddətdən sonra çıxdı və gözdən itdi. Sonra insanlar yenə də gəlir, gəlir dedilər. İlan bunu iki və ya üç dəfə etdi»247.

10. Əli - radıyallahu anhu – rəvayət edir ki, sinədən başa qədər olan bir hissədə Həsən, daha çox Peyğəmbər - sallallahu aleyhi və səlləm – bənzəyirdi. Sinədən aşağı olan hissədə isə Huseyn daha çox bənzəyirdi»248.

11. Bəra - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Həsən və Huseyn - radıyallahu anhum – a baxdı və buyurdu: «Allahım mən bu ikisini də sevirəm, Sən də onları sev»249.

12. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Huseyn - radıyallahu anhu – nu çiynində aparırdı. Bir nəfər: «Ey uşaq mindiyin minik nə gözəldir» dedi. Peyğəmbər: «O, da nə gözəl minicidir» deyə buyurdu250.

13. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peygambər - sallallahu aleyhi və səlləm – Həsən üçün: «Allahım! Mən bunu sevirəm, onu Sən də sev! Onu sevəni də sev!» deyə dua etdi251.

14. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peygambər - sallallahu aleyhi və səlləm – ilə birlikdə günün bir hissəsində çölə çıxdıq. O, mənimlə danışmır, mən də onunla dnışmırdım. Nəhayət Bəni Kaynuka bazarına çatdıq. Fatimə - radıyallahu anhə – nin evinə gələrək: «Balaca burada mı? Balaca burada mı?» deyə soruşdu. Həsən - radıyallahu anhu – nu qəsd edirdi. Məlum oldu ki, anası onu çimizdirib tərtəmiz etdikdən sonra geyindirərək boynuna gözəl qoxulu boyunbağı taxmışdı. Çox keçmədi ki, qaçaraq gəldi və bir-birilərinə sarıldılar. Peyğəmbər: «Allahım! Mən bunu sevirəm, onu Sən də sev! Onu sevəni də sev!» deyə dua etdi252.

15. Bəra b. Azim - radıyallahu anhu – rəvayət edir ki, Həsən b. Əli - radıyallahu anhu – nu Peyğəmbər - sallallahu aleyhi və səlləm – in çiynində gördüm (Başqa rəvayətdə: boynunda otuzdurub) Ona: «Allahım! Mən bunu sevirəm, onu Sən də sev! (insanlara sevdir)» deyə dua etdi253.

16. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – üzərində qara yundan olan bir örtük ilə səhəri evdən çıxdı. Bu vaxt Həsən - radıyallahu anhu – gəldi. Onu örtüyünün altına aldı, sonra Huseyn - radıyallahu anhu – gəldi. Onu da örtüyünün altına aldı. Sonra Fatimə - radıyallahu anhə – gəldi. Onu da içəri aldı. Sonra Əli - radıyallahu anhu – gəldi. Onu da içəri aldı. Sonra: «Siz ey (Peyğəmbərin) ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» (əl-Əhzab 33)254.

17. Abdullah b. Cəfər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – səfərdən qayıtdığı vaxt bizim tərəfimizdən qarşılandı. Bir dəfə isə mən, Həsən və Huseyn - radıyallahu anhum – tərəfindən qarşılandı. Birimizi önünə, digərimizi isə arxasına (miniyə) mindirdi. Ta ki, Mədinəyə daxil olanadək»255.

18. Ukbə b. Həris - radıyallahu anhu – rəvayət edir ki, (Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfatından sonra) Əbu Bəkr - radıyallahu anhu – zöhr namazını qıldı. Sonra Əli - radıyallahu anhu – ilə çıxıb getdilər. Yolda Həsən b. Əli - radıyallahu anhu – nu gördülər. Həsən - radıyallahu anhu – uşaqlarla oynayırdı. Əbu Bəkr - radıyallahu anhu – həmən onu tutub qucaqlayaraq: «Peyğəmbərə bənzəyən, Əliyə bənzəyən bala. Atan sənə fəda olsun!» dedi. Əli - radıyallahu anhu – isə gülürdü256.

19. Əbu Səid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Həsən və Hüseyn Cənnət əhlinin iki gəncidir»257.

20. Abdullah b. Şəddad - radıyallahu anhu – atasından rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – iki axşam namazından (məğrib və ya işa) birində yanımıza gəldi. Həsən və ya Hüseyn – Allah onlardan razı olsun - onun qucağında idi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – qabağa keçib uşağı yerə qoydu, təkbir edib namaza başladı. Namaz vaxtı onun səcdəsi çox uzun çəkdi». Atam deyir ki: «Səcdə uzun çəkdiyi üçün başımı qaldırıb baxdım. Gördüm ki, səcdədə olan Peyğəmbərin belində uşaq oturub və mən tez səcdə halıma qayıtdım. Namaz qurtaranda səhabələr Rəsulullah - sallallahu aleyhi və səlləm – dən soruşdular: «Ey Allahın Rəsulu! Namaz vaxtı elə uzun səcdə etdin ki, bir hadisə baş verdiyini və ya sənə vəhy nazil olduğnu zənn etdik!» Peyğəmbər: «Xeyr, bunlardan heç biri olmadı. Lakin, oğlum belimə mindi. Mən özü düşənə qədər onu düşürməyi uyğun bilmədim»258.

21. Cəmi b. ət-Teymiyyi rəvayət edir ki, xalamla birlikdə Aişə - radıyallahu anhə – nin yanına getmişdik. Soruşdum ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – hansı qadını daha çox sevirdi. O: «Fatiməni» deyə cavab verdi. Mən: «Bəs kişilərdən kimi?» deyə soruşduqda: O: «Fatimənin ərini! Bildiyimə görə o çox oruc tutar, çox namaz qıları» dedi259.

22. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Həsən və Hüseyn – Allah onlardan razı olsun - Cənnətdə olan cavanların seyyididir»260.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin