TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar»



Yüklə 1,01 Mb.
səhifə3/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   2   3   4   5   6   7   8   9   ...   84
Hz Ali

«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - səllallahu aleyhi və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»3.

Şükürlər olsun aləmləri Rəbbi olan Allaha, şükürlər olsun ki, verdiyi nemətlər sayəsində bu kitabı tərcümə edib bitirə bildik. Allaha nə qədər şükr etsək də layiqincə onun verdiyi nemətlərin əvəzini verə bilmərik. Çünki Allah – subhənəhu və təalə - nin bizi şükr etməyə müvəffəq etməsi özü də bir nemətdir ki, onun da şükrə ehtiyacı vardır. Necə ki, Davud – əleyhissəlam – buyurur: «Ey Rəbbim! Sənə necə şükr edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət verərək artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə Sənin bir nemətindir) Necə bunlara şükr edim». Allah: «İndi Məni tanıdın və Mənə şükr etdin ey Davud! Çünki şükr etməyin də Mənim bir nemətim olduğunu bildin». (Başqa rəvayətdə: «Ey Rəbbim! Vücudumdakı tüklərdən hər birinin iki dili olsa da belə gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə yenə də mənə verdiyin nemətin haqqını belə vermiş olmaram»4.

Kitabın5 - Hasaisul Əmiril Muminin Əli b. Əbu Talib. Qısa olaraq Kitabul Hasais də adlanır – tərcümə üçün seçilməsinə səbəb Əhli Sünnə vəl Cəmaata atılan böhtan və iftiralara cavabdır. Çox eşidirsən ki: Əhli Sünnətdə Hz. Əli – radıyallahu anhu - nun fəzilətinə dair heç bir kitab yoxdur, onlar onun fəzilətini bilmirlər və onu sevmirlər və s. Lakin İmam Nəsəi – Allah ona rəhmət etsin – bu kitabı Hz. Əli – radıyallahu anhu - nun fəzilətinə dair toplanmış ən gözəl kitablardan biridir. Bu kitabı oxuyan hər bir oxuyucu Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihə atılan bu böhtan və iftiraların əsassız olduğunu, əksinə Əhli Sünnət sevgidə və məhəbbətdə həddi aşaraq Hz. Əli – radıyallahu anhu - nu İlah səviyyəsinə qaldıran (Ona İlahlıq sifətlərini verən) və ya kin və nifrətə görə onu kafir sayan kimsələr arasında orta mövqədədir. Onlar Dörd Rəşidi xəlifəsindən biri olan, Cənnətlə müjdələnmiş, Əmiril Muminin, Peyğəmbər - səllallahu aleyhi və səlləm - in əmisi oğlu, kürəkəni, Fatimə – radıyallahu anhə - nin yoldaşı, Allahın Aslanı olan Hz. Əli – radıyallahu anhu - nun sevir, onun İslamda olan yerini, verdiyi xeyir və dəyərləri bilir.

İlk növbədə çalışdım ki, kitabı tərcümə edərkən hədislərin səhih və zəif isnadlarını da qeyd edim. Bacardığım hədislərin isnadını Şeyx əl-Albani – rahmətullahi aleyhi - nin təhqiqi ilə qeyd etdim. Tapa bilmədiklərimi isə Türk dilindən tərcümədə necə verilmişdirsə elə də saxladım. Kitabın sonunda əlavə olaraq Hz. Əli, Fatimə, Həsən və Huseyn – Allah onlardan razı olsun - haqqında hədislər də qeyd etdim.

İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüt-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin