MÖMİNLƏRİN ƏMİRİ ƏLİ B. ƏBU TALİB – Radıyallahu Anhu –NUN NAMAZI HAQQINDA
1 - Həbbətul Urani rəvayət edir ki, Əli - radıyallahu anhu – nun belə dediyini eşitdim: «Allah Rəsulu - səllallahu aleyhi və səlləm - ilə ilk namaz qılan (insan) mənəm»6.
2 - Zeyd b. Ərqam - radıyallahu anhu – deyir ki: «Allah Rəsulu - səllallahu aleyhi və səlləm - ilə ilk namaz qılan (insan) Əli - radıyallahu anhu – dur»7.
BU HƏDİSİ NƏQL EDƏNLƏRİN LƏFZİ FƏRQLİLİKLƏRİ HAQQINDA
3 - Zeyd b. Ərqam - radıyallahu anhu – rəvayət edir ki: «Allah Rəsulu - səllallahu aleyhi və səlləm – in qatında ilk müsəlman olan (kimsə) Əli b. Əbu Talib - radıyallahu anhu – dur»8.
4 - Əbu Həmzə - radıyallahu anhu – rəvayət edir ki, Zeyd b. Ərqam - radıyallahu anhu – nun belə dediyini eşitdim: «Allah Rəsulu - səllallahu aleyhi və səlləm - ilə ilk namaz qılan kimsə Əli b. Əbu Talib - radıyallahu anhu – dur (Başqa rəvayətdə: İlk müsəlman olan Əli - radıyallahu anhu – dur)»9.
5 - Əbu Yəhyə b. Afif atasından, o da atası Afifdən rəvayət edir ki: «Cahiliyyədə ailəmə paltar və gözəl qoxulu ətirlər almaq üçün Məkkəyə gəldim. Sadiq və doğru bir tacir olan Abbas b. AbdulMuttalibin yanına gəldim. Yanında oturub Kəbəni seyr edərkən göydə günəş halqa olaraq yüksəldi və (gözdən) itdi. Bir müddətdən sonra bir gənc gələrək gözünü göyə dikdi. Sonra Kəbəyə tərəf durdu. Çox keçməmişdi ki, bir uşaq da gəlib sağında durdu. Çox keçmədən bir qadın da gəlib onların arxasında durdu. Gənc rukuya getdikdə uşaq və qadında (onunla bərabər) rukuya getdilər. Özümü saxlamayaraq: «Ey Abbas! Heyrət edici böyük bir iş!». Abbas: «Heyrət edici böyük bir iş! Bu gəncin kim olduğunu bilirsənmi?» dedi. Mən: «Xeyr» dedim. Abbas: «Bu gənc Abdullah b. Muhəmməddir» dedi. Sözünə davam edərək: «Bəs bu uşaq kimdir, bilirsənmi? Bu uşaq qardaşımın oğlu Əlidir. Bu qadının kim olduğunu bilirsənmi? Bu qadında yoldaşı Xuveylidin qızı olan Xədicədir. Qardaşımın oğlu (Muhəmməd) Rəbbinin göylərin və yerin Rəbbi olduğunu və dini olan (İslamı da) O, əmr etdiyini bildirir. Vallahi bu an yer üzündə bu üç kimsədən başqa bu dində olan heç kimsə yoxdur!» dedi10.
6 - Abbad b. Abdullah (əl-Əsədi) rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Mən Allahın qulu, Rəsulullah - səllallahu aleyhi və səlləm - in qardaşıyam. Mən SIDDIQİ ƏKBƏRƏM. Bunu məndən sonra söyləyən kəs ancaq yalançıdır. Mən insanlardan tam yeddi il öncə iman etdim»11.